• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
Hovuz suyunun gözlərə zərəri
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qaraciyərin detoksikasiya funksiyasını dəstəkləyən QİDALAR

Maraqlı

10-08-2020, 15:43

Qaraciyərin detoksikasiya funksiyasını dəstəkləyən QİDALAR


İnsan - təbiətin ayrılmaz hissəsidir, buna görə də orqanizm ətraf mühitin istənilən dəyişikliyinə çox həssaslıqla cavab verir. İnsan da daxil olmaqla, bütün canlıların hüceyrələrdə gedən biokimyəvi proseslər milyonlarla illər əvvəl formalaşmışdır və bütün bu müddət ərzində canlı dünyanın təkamülü ideal ekoloji təmiz mühitdə baş vermişdir.

Lakin 21-ci əsrdə texniki proqress planeti tanınmaz dərəcədə dəyişmişdir. Ekzoekologiyanın, yəni ətraf mühitin kobud şəkildə dəyişməsi orqanizmin endoekologiya adlanan daxili mühitini də kritik duruma salmışdır. Yeni xəstəliklər yaranmış, məlum xəstəliklərin gedişatı pozulmuş, atipikləşmişdir. Bəşəriyyət dərmanların təsirinin zəifləməsi və dəyişməsi, müalicənin effektsizliyi ilə üz-üzə qalmışdır. Müasir insanın orqanizmi toksinlə aşırı dərəcədə yüklənmişdir.

Əsas çirkləndirici amillər:

- Ətraf mühit tullantıları (ksenobiotiklər- ağır metallar, üzvi kübrələr, dərmanlar, sənaye toksinləri)

- Stress endotoksinləri

- Yanlış qidalanma (yanlış qida seçimi və rejimi)

- Kosmik şüalar, geomaqnit sahələr

- Həyat tərzi (yanlış yuxu rejimi, zərərli vərdişlər, fiziki və ya psixi yüklənmə)

- Maddələr mübadiləsi pozulması nəticəsində yaranmış endotoksinlər (bilirubin, öd turşuları)

- Fizioloji mübadilə nəticəsində yaranmış endotoksinlər (neyromediatorlar, hormonlar, eykozanoidlər, yağ turşuları, retinoidlər)

- Regional klimatik amillər

Hər bir xəstəlik ilk öncə orqanizmin təşkil olunduğu hüceyrələrin xəstəliyidir. Hüceyrələr hüceyrəarası sahədə (interstisium) yerləşir. İnterstisium vasitəsilə hüceyrələrə qidalı maddələr gəlir, elə bu yolla da işlənmiş maddələr xaric olunur. Hüceyrələrimiz interstisial sahənin çirklənməsindən əziyyət çəkir. Toksinlər 3% qanda, 7% limfada, 7% hüceyrələrdə, 83% isə hüceyrəarası sahədə toplanır.

Sağlam orqanizmdə fizioloji olaraq toksinlərin yaranması və zərərsizləşdirilməsi prosesi tarazlaşdırılmışdır. Təkamül prosesində zərərli maddələrin çevrilməsi və xaric edilməsini təmin edən mükəmməl detoksikasiya sistemi formalaşmışdır. Lakin toksin yükünün artması bu sistemi yükləyərək, bir çox xroniki xəstəliklərin, həmçinin xroniki yorğunluq, əzələ zəifliyi, əqli pozulmalar ilə xarakterizə olunan sindromların inkişafını provokasiya edə bilər.

Detoksikasiya və ya ksenobiotiklərin biotransformasiyası adlanan bu sistemə daxildir:

- İmmun sistemi

- Qaraciyərin detoksikasiya sistemi

- Ekskretor orqanlar sistemi: mədə-bağırsaq traktı, böyrəklər, ağciyərlər, dəri

Biotransformasiya fermentlərinin zənginliyi və yüksək aktivliyinə görə detoksikasiya əsasən qaraciyərdə gedir. Həmçinin portal sistem mədə bağırsaq traktına düşmüş bütün maddələrin ümumi qan dövranına düşməzdən əvvəl onun qaraciyərdə keçməsini təmin edir.

Biotransformasiya sistemi 2 fazadan (bəzən 3 faza qeyd olunur) ibarətdir - bioaktivasiya fazası və konyuqasiya fazası. Birinci faza reaksiyaları 150-dən çox fermenti birləşdirən Sitoxrom P450 sistemi (CYP450) və bir sıra digər fermentlərin iştirakı ilə həyata keçirilir. Fermentlərin aktivliyi insanın genetik xüsusiyyətindən, təsir edən toksinin səviyyəsindən və nutrient statusundan asılıdır. Bu fazada bəzi məhsullar, bioaktivasiya olaraq suda həll olan formaya çevrilib ekskresiya olunur (kofein, dərmanlar). I faza reaksiyaları aralıq məhsullarının yaranması ilə müşayiət olunur. Bu maddələr bəzən ilkin maddədən də çox aqressiv xassəli olub, hüceyrələrə dağıdıcı təsir göstərə bilir (buna görə onların dərhal II faza fermentləri vasitəsilə zərərsizləşdirilməsi çox vacibdir). Həmçinin I fazada sərbəst radikalların istehsalı artaraq oksidativ stresin güclənməsinə səbəb olur.

Beləliklə, biotransformasiyaya məruz qalmış bu məhsullar II fazada konyuqasiya olunaraq, çıxarıcı orqanlar vasitəsilə orqanizmdən xaric edilir.

Detoksikasiyanın iki fazası bir biri ilə sıx əlaqəli çalışmalıdır və I və II faza arasında balansın qorunması çox vacib məqamdır. II faza proseslərinin sürəti I fazada əmələ gələn reaktiv aralıq məhsullarının yaranma sürəti ilə eyni olmalıdır. Əks təqdirdə reaktiv maddələrin yaranma və çevrilməsində disbalans qaçılmazdır, çünki I fazada yaranan maddə dərhal konyuqasiya olunub xaric edilmədikdə, DNT/zülallarla birləşib geridönməz hüceyrə reaksiyaları törədə bilər.

Əgər II faza hər hansı səbəbdən inhibə edilərsə, və ya I faza daha sürərlə gedərsə, tarazlıq pozulur. Məsələn, bəzi dərmanlar I fazanı inhibə edə bilər ki, bu zaman toksinlər dəyişilməz olaraq qalır. Və yaxud tütün, alkoqol, bəzi medikamentlər I fazanı sürətləndirərək, balansı poza bilər. Buna görə də biotransformasiya edilmiş molekulların tez bir zamanda II faza reaksiyalarına məruz qalıb eliminasiya olunması çox mühümdür. Həm birinci, həm ikinci fazanın mükəmməl çalışması müxtəlif nutrientlərdən asılıdır.

I fazada Sitoxrom P450–nin normal fəaliyyəti üçün vitamin və mikroelementlər, o cümlədən, Fe, Mg, Mo, Zn, Cu, S; həmçinin C, E, B qrup (B1, B3, B5, B6, B9, B12) vitaminləri, alfa-lipoy turşusu vacibdir. Bu maddələr Sitoxrom P450-ni kofaktorları olub sərbəst radikalların zərərsizləşdirilməsində iştirak edirlər.

Bir çox qoruyucu xassəli bitki nutrientləri II faza enzimlərini tənzimləyən genlərin ekspressiyasını induksiya edərək, konyuqasiyaedici zülalların sintezini artırır və II fazanın aktivliyini yüksəldir (qlisin, qlutation, Vit B6, kurkumin). Vit B12, fol turşusu, metionin, betain və xolin metilləşməni, sistein, metionin, taurin sulfatasiyanı dəstəkləyir.

Bəzi maddələr monofunksional induktor qismində çıxış edərək, yalnız I yaxud II faza fermentlərinə təsir edir. Bitki mənşəli bifunksional modulyatorlar isə hər iki fazada çalışaraq, detoksikasiyanı optimal balansda saxlayır. Bunlara bir çox giləmeyvə və narın tərkibindəki Ellagik turşusu (ellagik acid), yaşıl çay və üzümün tərkibindəki katexinlər, xaççiçəkli tərəvəzlərin (kələm, brokkoli, gül kələmi) tərkibindəki qlükozilatlar və s. aiddir.

- Yaşıl çayın tərkibində olan katexinlər – II faza fermentləri olan qlutation S-transferaza və kvinon-reduktazanın induksiyasını artırır, I faza Sitoxrom P450 –nin spesifik biotransformasiya enzimlərinin isə həddən artıq induksiyasını inhibə edir.

- Giləmeyvələr (böyürtkən, moruq, çiyələk) və narın tərkibindəki Ellagik turşu (ellagik acid) – I fazada biotransformasiyanı modulyasiya edir, II fazada qlutation-S-transferaza və kvinon-reduktazanın induksiyasını artırır.

- Brokkolinin tərkibində olan İndol-3-karbinol və sulforafan detoksikasiya fermentlərinin aktivliyini tənzimləyir.

- Ənginar – antioksidant müdafiəni təmin edir.

- Acı qıjı bitkisinin qlükozilatları – hər iki faza fermentlərini modulyasiya edir.

- Alaqanqalın tərkibində olan silimarin – qlutation və qlutation-peroksidazanın səviyyəsini artırır və qlutation-S-transferazanı induksiya edir. Həmçinin, silimarin qlikozidləri güclü antioksidant xassəyə malikdirlər.

- Naringi, portağal və limon qabığında olan D-limonen maddəsi

- Soğan və sarımsağın tərkibində kükürd (allisin komponenti), selen və s.

Bifunksional modulyatorların bu xassələri meyvə-tərəvəzlə zəngin rasionun xroniki qeyri-infeksion xəstəlik riskinin azalması arasında əlaqəni göstərir. Məhz giləmeyvə və tərəvəzlər bifunksional modulyatorların ən zəngin mənbəyidir.

Detoksikasiyanın mükəmməl getməsi üçün kifayət qədər ATF sintezi vacibdir. Təəssüf ki, bir çox toksinlər və sərbəst radikallar mitoxondrilərin funksional aktivliyini inhibə edərək, ATF hasilatını əngəlləyir. Mitoxondrilərin funksional aktivliyini dəstəkləmək üçün niasin, B1, B2, Mg, pantoten turşusu kimi kofaktorlar; sərbəst radikalları zərərsizləşdirmək üçün Vit C, E, Zn, Se, Cu kimi antioksidantlar zəruridir.

Həmçinin, enerji hasilatının mühüm mənbəyi olan, yüksək biomənimsənilməyə malik yağ turşuları müntəzəm qəbul edilməlidir. Sübut olunub ki, zeytun yağı kimyəvi zədələnmə səbəbli qaraciyər fibrozundan qoruyucu xassəli olduğundan detoksikasiya prosesi üçün bitki yağı mənbəyi ola bilər. EPA və DHA omega -3 yağları qlutationtransferaza və qlutationperoksidaza fermentlərinin funksional aktivliyini artırmaqla disbalansı azaldır.

Detoksikasiyanın optimal getməsi üçün digər vacib nutrient qida lifləridir. Belə ki, konyuqasiya olunmuş metabolitlər öd ilə bağırsaq vasitəsilə xaric edilir. Bunların tam və zamanında eliminasiyası üçün bağırsağın vaxtlı-vaxtında boşalması önəmlidir. Qida lifləri ən aktiv təbii enterosorbentdir və bağırsaq motorikasını aktivləşdirərək biotransformasiya olunmuş toksik maddələrin normal ekskresiyanı təmin edir. Bundan əlavə, suyun kifayət qədər qəbulu böyrək funksiyasının dəstəklənməsi və hidrofil toksinlərin sidik ilə ekskresiyası üçün vacibdir.

Beləliklə, optimal sağlamlığın qorunması və xroniki qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında toksinlərin emal edilib eliminasiyası ən vacib şərtdir. Bu prosesin optimal gedişatında nutrient faktoru başlıca rol oynayır. Bu baxımdan seçici, sağlam, vitamin və minerallarla zəngin qidalanma – mükəmməl detoksikasiyanın və deməli, sağlamlığın mühüm komponentlərindən biridir.

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub

Oxunub: 868
Paylaş:
Digər xəbərlər

Maraqlı

19-07-2020, 20:35

Meteohəssaslıq - havanın dəyişilməsinə reaksiya

Səhiyyə

25-02-2020, 17:47

Bu amillər qadın sonsuzluğuna təsir edir - Məşhur ginekoloq AÇIQLADI

Araşdırma

1-01-2020, 15:51

Xroniki xəstəliklərin yaranmasının əsas səbəbi - yanlış qidalanma

Xəbərlər

4-06-2019, 19:34

Xroniki xəstəliklərin yaranmasının əsas səbəbi - yanlış qidalanma

Manşet / Gündəm / Xəbərlər

13-04-2018, 07:26

Azərbaycanda vərəmə yoluxanların sayı azalıb

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
Hovuz suyunun gözlərə zərəri
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
Son xəbərlər
  • Bu gün, 22:24
    Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
  • Bu gün, 21:10
    Göz dəymə və nəfsə qarşı xalq təbabəti
  • Bu gün, 18:10
    Hovuz suyunun gözlərə zərəri
  • Bu gün, 15:07
    Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
  • Bu gün, 14:37
    Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
  • Bu gün, 13:09
    Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
  • Bu gün, 12:34
    Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
  • Bu gün, 11:23
    Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
  • Bu gün, 10:28
    Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
  • Bu gün, 09:06
    Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
  • Dünən, 22:11
    Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
  • Dünən, 21:26
    Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
  • Dünən, 20:29
    Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
  • Dünən, 19:44
    Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
  • Dünən, 18:40
    Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
  • Dünən, 17:45
    Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
  • Dünən, 16:23
    Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
  • Dünən, 15:36
    Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
  • Dünən, 14:54
    Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
  • Dünən, 13:30
    60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
  • Dünən, 12:39
    Ayaq şişkinliyini aradan qaldıran təbii üsullar
  • Dünən, 11:35
    Moskvaya böyük hücum: Şəhərin neft strukturu məhv edildi
  • Dünən, 10:22
    Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
  • Dünən, 09:00
    Səhər beynin dumanlı olmasının əsas səbəbləri
  • 18-06-2026, 22:28
    Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
  • 18-06-2026, 21:17
    Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
  • 18-06-2026, 20:44
    ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
  • 18-06-2026, 19:13
    Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
  • 18-06-2026, 18:07
    Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
  • 18-06-2026, 17:52
    Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə