• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Azərbaycanda şəkər xəstələri insulin almaqdan ötəri hər ay analiz verməlidir?
Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? - Açıqlandı
Dabanlarına limon çəkənlər bu problemdən xilas olurlar
ÜST rəhbərindən xəbərdarlıq: Dünyada yenidən karantin elan edilə bilər
Lukaşenko əmr verdi: Ordu müharibəyə hazır vəziyyətə gətirildi
Bu 2 meyvə qan şəkərində kəskin artıma səbəb olur - diabet xəstələrinin diqqətinə!
ABŞ-ın İranla müharibəyə xərclədiyi pulun məbləği şok etdi
Arsenyan İrəvanda - Rusiya erməni səfiri qovub?
Diş ətiniz qanayırsa, bu vitamin çatışmır
Hantavirus necə yayılır? - İnfeksionist açıqladı
Ayaqlarda şişkinlik və ağrı üçün təbii müalicə vasitələri
Türkiyə Ermənistanla bağlı bu qanunu dəyişir - Paşinyan
İranda Əsəd ssenarisi: Moskvaya qaçış başlayır
Həkim: "Uzunmüddətli yorğunluq təhlükəli xəstəliklərin əlaməti ola bilər"
Valideynlərin nəzərinə: 4 və 6-cı siniflər...
İlham Əliyev WUF13 ilə bağlı görülən işlərlə tanış oldu
Yumurta ilə Alzheimer xəstəliyi arasında əlaqə var? - 40 min insan araşdırıldı
Son təklif elan edildi, risk açıqlandı – Tramp İranı “dostu” ilə vuracaq
Regionda kritik gediş: hədəf seçildi – Üç “cəbhə”də aktivləşəcəklər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Xroniki xəstəliklərin yaranmasının əsas səbəbi - yanlış qidalanma

Xəbərlər

4-06-2019, 19:34

Xroniki xəstəliklərin yaranmasının əsas səbəbi - yanlış qidalanma

Piylənmə, ateroskleroz, xroniki yorğunluq sindromu, onkoloji, autoimmun və neyrodegenerativ (Alsheymer, Parkinson) xəstəliklər, astma, podaqra, allergiya, diabet, akne, revmatoid artrit, artroz, fibromialgiya, tükənmə sindromu...

Bu xəstəliklərin günümüzdə çox böyük vüsət alması artıq ÜST tərəfindən həyəcan siqnalına səbəb olmuşdur. Ölkəmizdə də qeyri-infeksion xəstəliklərlə mübarizə üçün dövlət proqramı qəbul olunmuşdur (“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə (QİX) mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”).

Təzahür və gedişat baxımından çox fərqli olan bu xəstəliklərin əslində çox önəmli ümumi xüsusiyyətləri vardır. Belə ki, onlar:

- ötən illərə nisbətən müasir dövrdə çox geniş yayılmışdır

- əsaslarında əksər hallarda yanlış qidalanma ilə təhrik olunmuş gizli iltihab durur.

İrsi meyillik, pis ekoloji durum, psixoemosional stress, xarici toksinlər etioloji faktor kimi əhəmiyyətli olsa da, əksər hallarda bu xəstəliklər həyat tərzi (life style), xüsusən də yanlış qida vərdişləri ilə bağlıdır.

Qida insan üçün enerji mənbəyi olub, onun yaşamını təmin edir. Qəbul edilən qida günəş enerjisi, vitamin, makro- və mikronutriyentlərlə zəngin olmalıdır ki, hər bir hüceyrə kifayət qədər faydalı maddə alıb normal fəaliyyət göstərsin, əks-təqdirdə bu hüceyrə tədricən məhv olacaq. Bu prosesi tək bir hüceyrə deyil, bütün orqanizm səviyyəsində getdiyindən zamanla müxtəlif xəstəliklərə, vaxtsız qocalmaya səbəb olacaq.

Bu sadə prinsipin inkar edilməsi, müasir insanın faydalıdan çox dadlıya üstünlük verməsi bu gün sağlamlığa deyil, qida industriyasına xidmət edən kommersiya qidasının, yaxud, aqressiv qidanın istehsalına güclü təkan vermişdir. Bu növ qidaların istifadəsi əsasən 20-ci əsrin sonu - 21-ci əsrin əvvəlində - sənaye emalı keçmiş qida məhsullarının vüsət alması ilə çox geniş yayılmışdır.

Elə həmin vaxtlardan reklam vasitəsilə uşaq və gənclərin beynində ayaqüstü "yemək kultu" yaradılaraq, ailə yeməyi ənənəsi evlərdən ictimai qidalanma müəsissələrinə daşındı. Eyni zamanda, bu növ yemək yerlərinin al-əlvan, cazibəli əyləncə mərkəzlərində yerləşməsi zərərli yeməkdən alınan xoş təəssüratı təmiz beyinlərə rahatlıqla yeridərək bir dominant yaratdı.

Ucuz, keyfiyyətsiz məhsullardan alınan ərzaqlar sıravi vətəndaşların ərzaq səbətinin xeyli hissəsini zəbt etdi. Sənaye qidası yalnız bir məqsədə qulluq edir - şəkər, duz, yağ və bir çox kimyəvi qatqılar vasitəsilə asılılıq yaratmaq və müvafiq olaraq, belə qidalardan davamlı istifadəyə sövq etmək.

Süni qidanın hansı fəsad törədəcəyini ehtimal etmək çətin deyil. İlk olaraq, onlar çoxpilləli emal sobasından keçdiyindən həyat enerjisindən məhrumdur. Keyfiyyətsiz və bəzən hətta yararsız xammaldan hazırlandığından onların tərkibinə insan təbiətinə yad və bir çox hallarda toksiki təsir göstərən kimyəvi maddələr əlavə olunur.

Hazırda əsas toksin mənbələri - "tullantı" qida (junkfood) və bu qida və içkilərin qablaşdırıldığı plastik yaradır ki, onların tərkibindəki ftalatlar və bisfenol endokrin, sinir, reproduktiv, immun sisteminə neqativ təsir göstərərək şəkərli diabet, piylənmə, ürək-damar və onkoloji xəstəliklərə səbəb ola bilər.

Bisfenol kimyəvi strukturuna görə qadın cinsi hormonunun sintetik analoqudur; bütün plastik butulkalar, qablar, o cümlədən körpələri yedizdirmək üçün istifadə edilən qabların tərkibində mövcuddur.

Aqressiv qidalar sırasına çox geniş istifadə edilən və dırnaqarası qida sayılan transyağlar, toksin xassəli rəngvericilər, qatılaşdırıcılar, dad və qoxu gücləndiricilərdə aiddir.

Bu maddələrin bəziləri hətta asılılıq yaradaraq, leqal narkotik adlandırılmışlar. Məhz bu maddələrdir uşaqları su-çay yerinə şirin və rəngli içkilərə, ev yeməyi əvəzinə sosis-kolbasa-dönər-şaurmaya, təbii şirni - meyvədənsə qablaşmış keks-konfet-tort-suxariklərə meyilləndirən. Belə qidalanan və kifayət qədər lazımlı nutriyent almayan uşaq orqanizmi qıt resurslarla böyüsə də, təəssüf ki, sağlam olmur. Vüsət almış uşaq aqressiyası və hiperaktivliyi, allergiyalar birmənalı olaraq qida faktoru ilə əlaqəlidir.

Müasir insan çox yeyir, lakin doymur, "acdır" - bunun da səbəbi lazımi inqrediyentlərlə təmin olunmayan, öz daxili resurslarını (vitamin, mineral..) çoxsaylı toksinlərin zərərsizləşdirilməsinə yönəldən orqanizmin dəyərli komponentləri nədə gəldi axtarmasındadır: məsələn, məlumdur ki, bəzi mikroelementlərin qıtlığı şirniyyata hərisliyə səbəb olur. Bu baxımdan heç bir xroniki xəstəni onun qidasını korreksiya etmədən müalicə etmək mümkün deyil.

Məlumdur ki, hər bir orqan milyonlarla hüceyrədən ibarətdir və bu orqanın yaxşı və ya qeyri-kafi fəaliyyəti onun hüceyrələrinin yaşam mühitindən birbaşa asılıdır. Orqanizmdə hüceyrələr yalnız şəffaf, duru mayeli mühitdə fəaliyyət göstərərkən, orqanın və bütövlükdə orqanizmin sağlamlığını təmin edə bilər.

Təəssüf ki, müasir qida və qidalanma tərzi xroniki intoksikasiya törədərək, daxili mühiti kobud şəkildə dəyişir, metabolik pozulmalara, onların əsasında isə sivilizasiya xəstəlikləri adlanan müxtəlif patologiyalara yol açır. Bu mühitin duru, axarlı deyil, qatı bir substansiyaya çevrilməsi hüceyrəarası kommunikasiyaları, hüceyrələrlə mərkəz arasında əlaqələri pozaraq, istənilən terapiyanı bəri başdan uğursuzluğa məhkum edir.

Bu mühitin normallaşması uğurlu terapiyanın çox vacib şərtidir. Bunun ən effektiv və qısa yolu isə dietoterapiyadır. Bu baxımdan müalicənin ilkin mərhələsində qida korreksiyası (qida ilə daxil olan toksin axınının qarşısının alınması, qida toksikozunun aradan qaldırılması və faydalı qida vasitəsilə endoekologiyanın bərpası) uğurlu terapiyaya zəmin yaradır.

Oxunub: 1 024
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm / Səhiyyə

17-02-2019, 15:45

Plazmaforez - qanın təmizlənməsi

Klinika

28-01-2019, 09:07

İnfeksiya nədir?

Gözəllik və təbabət

23-10-2018, 20:45

Şəkərli üz sindromu – şirinlik deyil,əslində xəstəlikdir

Manşet / Səhiyyə

10-08-2018, 10:25

Xroniki yorğunluq sindromu

Manşet / Xəbərlər

18-05-2018, 08:39

Spirtli içki satanlar bu qaydaya əməl etməli olacaq

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Azərbaycanda şəkər xəstələri insulin almaqdan ötəri hər ay analiz verməlidir?
Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? - Açıqlandı
Dabanlarına limon çəkənlər bu problemdən xilas olurlar
ÜST rəhbərindən xəbərdarlıq: Dünyada yenidən karantin elan edilə bilər
Lukaşenko əmr verdi: Ordu müharibəyə hazır vəziyyətə gətirildi
Son xəbərlər
  • Bu gün, 18:23
    Azərbaycanda şəkər xəstələri insulin almaqdan ötəri hər ay analiz verməlidir?
  • Bu gün, 17:06
    Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
  • Bu gün, 16:41
    Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? - Açıqlandı
  • Bu gün, 15:39
    Dabanlarına limon çəkənlər bu problemdən xilas olurlar
  • Bu gün, 14:45
    ÜST rəhbərindən xəbərdarlıq: Dünyada yenidən karantin elan edilə bilər
  • Bu gün, 13:33
    Lukaşenko əmr verdi: Ordu müharibəyə hazır vəziyyətə gətirildi
  • Bu gün, 12:16
    Bu 2 meyvə qan şəkərində kəskin artıma səbəb olur - diabet xəstələrinin diqqətinə!
  • Bu gün, 11:37
    ABŞ-ın İranla müharibəyə xərclədiyi pulun məbləği şok etdi
  • Bu gün, 10:42
    Arsenyan İrəvanda - Rusiya erməni səfiri qovub?
  • Bu gün, 09:00
    Diş ətiniz qanayırsa, bu vitamin çatışmır
  • Dünən, 22:31
    Hantavirus necə yayılır? - İnfeksionist açıqladı
  • Dünən, 21:23
    Ayaqlarda şişkinlik və ağrı üçün təbii müalicə vasitələri
  • Dünən, 20:20
    Türkiyə Ermənistanla bağlı bu qanunu dəyişir - Paşinyan
  • Dünən, 19:49
    İranda Əsəd ssenarisi: Moskvaya qaçış başlayır
  • Dünən, 18:53
    Həkim: "Uzunmüddətli yorğunluq təhlükəli xəstəliklərin əlaməti ola bilər"
  • Dünən, 17:51
    Valideynlərin nəzərinə: 4 və 6-cı siniflər...
  • Dünən, 16:30
    İlham Əliyev WUF13 ilə bağlı görülən işlərlə tanış oldu
  • Dünən, 15:12
    Yumurta ilə Alzheimer xəstəliyi arasında əlaqə var? - 40 min insan araşdırıldı
  • Dünən, 14:15
    Son təklif elan edildi, risk açıqlandı – Tramp İranı “dostu” ilə vuracaq
  • Dünən, 13:05
    Regionda kritik gediş: hədəf seçildi – Üç “cəbhə”də aktivləşəcəklər
  • Dünən, 12:49
    Əsəbdən qalxan təzyiqlə, əsl hipertoniyanın fərqi
  • Dünən, 11:36
    Bu ərəb ölkəsi İrana gizlicə hücum edibmiş...
  • Dünən, 10:25
    AB ilə Taliban arasında görüş olacaq: Rəsmən tanıyır?
  • Dünən, 09:02
    D vitamini defisitində beyində və başda nə baş verir?
  • 11-05-2026, 22:19
    Antarktida ilə bağlı QORXUNC PROQNOZ
  • 11-05-2026, 21:45
    Mədəniz narahatdırsa, bunları edin
  • 11-05-2026, 20:27
    Yaxın Şərqdə gərginlik: Bu ölkə ilk dəfə Bakıdan neft alır
  • 11-05-2026, 19:50
    ABŞ-İran qarşıdurması: dünya hara gedir?
  • 11-05-2026, 18:05
    Hantavirus COVID-19-dan təhlükəlidir?
  • 11-05-2026, 16:16
    Paşinyandan Putinə etiraz: Bu, nikah deyil ki, boşanaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə