• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Nələr astma riskini artırır?
30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır
Fransa Hörmüzə qoşun yeridir?
“Bir güllə atsaq, hamısı qaçıb gedəcək” – İlham Əliyev
Kimlər Hantavirusa yoluxma riski altındadır?
Qazaxıstanda əhaliyə xəbərdarlıq edildi
İranda nə baş verir? - Xamenei təhlükəsizlik müşavirəsi keçirdi
Bu tərəvəz əsl MÖCÜZƏDİR
Üç nüvə dövləti Azərbaycandan nə tələb edib? – Zəngilanda açıqlanan tarixi faktlar
İsrail bu ölkədə gizli baza yaradıb - Müharibənin ilk günündən...
Qatarda kimyəvi hücum - Xeyli sayda sərnişin yaralandı
İran: "Əgər ABŞ yenidən səhvə yol verərək hücum etsə..."10 May 2026 15:17
Soyuqdəymə, qrip, virus - İlk 48 saatda nə etməli?
Həftədə niyə 7 gün var - Bunu kim icad edib?
Bədəni qaşınanlar bu 2 orqanı yoxlatsın
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
Putindən Ermənistanın AB-yə qoşulmaq istəyinə reaksiya
İnsulin dirəncinin 7 gizli əlaməti
İran bu ölkəyə xəbərdarlıq etdi: Əgər təhlükə yaşamaq istəmirsə, o zaman…
Ayaqyalın gəzməyin faydaları və zərərləri - Həkim danışdı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Oynayan təzyiq problemini necə HƏLL ETMƏLİ?

Gözəllik və təbabət

8-12-2022, 00:30

Oynayan təzyiq problemini necə HƏLL ETMƏLİ?


Qan təzyiqi əksər insanların əziyyət çəkdiyi bir haldır. Tam olaraq xəstəlik kimi qeydə alınmasa da, təzyiqli insanların yaşamı heç də asan olmur. Daim oynayan təzyiqlə yaşayanlar isə hər an ölüm riski ilə üz-üzə qalır.Buna baxmayaraq geniş kütlənin əziyyət çəkdiyi bu bəlaya çox az insan həssaslıqla yanaşır. Çünki təzyiq bəzən özünü hər hansı bir simptom ilə üzə çıxarmır. Kritik dövrdə xəstə artıq təzyiqi olduğunu öyrənir və bu mərhələdən sonra isə illərlə üzə çıxmayan təzyiqə qarşı biganə olur. Əslində isə təzyiqdən əziyyət çəkən hər bir insan risk altındadır. Təzyiqin dəqiq yaşı yoxdur. Bəzən 20 yaşlı gəncin belə yüksək təzyiqdən əziyyət çəkdiyi görülür. Hansı səbəbdən yarandığı bəlli olmasa da, ehtimallar çoxdur. 90% təzyiqli insanların təzyiqin nədən yaranması bilinmir. Təzyiq nə qədər də ciddiyə alınmasa da, infarkt və insultun böyük faizini təzyiq tutur. Statistika göstərir ki, hər 100 insandan 69-u infarkt, hər 100 insandan 76-nın insult keçirməsinə səbəb elə təzyiqdir. Həkim müayinəsində olmadan hər hansı preparatın qəbul edilməsi, təzyiqə diqqət olunmaması təzyiqin daha da yüksəlməsinə səbəb olur.

Kardiocərrah Mehman Sultanovun sözlərinə görə, yüksək və oynaq təzyiq əhalinin əziyyət çəkdiyi ən qlobal problemdir. Bəzən yaşı az olan yeniyetmələr belə olduqca yüksək təzyiqdən əziyyət çəkir və təzyiqin göstərdiyi simptomları cavanlıq yorğunluğuna bağlayır. Əslində isə təzyiq anidən qalxdığı kimi anidən yaranmır. Uzun illər gizli inkişaf edərək son həddə qorxulu bir hal alır: “Həkimə müraciət edən xəstələrin əksəriyyəti onlarda olan yüksək təzyiqi qəbul etmir. Hər 3 xəstədən, demək olar ki, 2-si özbaşına dərman preparatları qəbul edib təzyiqi normada saxlamaq üçün çalışır. Bir xəstə qrupu var ki, onlar sadəcə həkimə gəlməklə düzələcəyini hesab edir və yazılan dərmanları daha sonra qəbul etmir. Təzyiqin əhali arasında bu qədər geniş yayılmasının səbəbi də budur”.

Həkim deyir ki, yorğunluğun və xəstəliklərin əlamətləri ilə eyni olan yüksək təzyiqin əlamətləri insanları çox vaxt çaşdırır. Elə bu səbəbdən də təzyiqin qalxdığını bilməyən xəstə müxtəlif vasitələrlə bu narahatlıqlardan qurtulmaq istəyir. Halbuki, bir neçə simptoma diqqət yetirərək təzyiqin yüksəldiyini başa düşmək mümkündür: “Baş ağrısı, başın dönməsi, ürəkdə sancmalar, yanaqların qızarması, nəfəs darlığı, qulaqlarda küyün yaranması, burun qanamaları, ürək ritmində oynamalar onu göstərir ki, artıq təzyiqdə yüksəlmə var. Bu zaman xüsusi təzyiq aparatı ilə sistolik (böyük təzyiq) və diastolik (kiçik təzyiq) təzyiqləri qeydə almaq lazımdır. Təzyiqin yüksəklik diaqnozunun qoyulması üçün ikisindən birinin normadan yüksək olması lazımdır. İdeal təzyiq 120-80 olaraq qeyd olunur. Normal təzyiq ideal təzyiqdən 5-9 ritm artıq ola bilir. İnsandan asılı olaraq normal, amma tibbi cəhətdən çox hesab olunan təzyiq 140-90, bundan yüksək olan rəqəmlər isə artıq yüksək təzyiq sayılır. Təzyiqin yüksəlməsi ciddi qəbul edilmir, amma bu, damarların daralmasına, ürəyin genişlənməsinə, ürəyi qidalandıran damarların tıxanmasına, beyin qanamasına, böyrək çatışmazlığına və bu kimi bir çox həyati risk daşıyan proseslərin yaranmasına səbəb olur”.

Həmsöhbətimizin dediyinə görə, arterial təzyiqi olan insan özünü qorumalı, uzanmalı, yatmalı, az hərəkət etməlidir ki, təzyiq qalxmasın kimi fikirlər yanlışdır. Eyni zamanda alınan və qəbul edilən preparatların da düzgün seçilməsi vacibdir. Çünki yalnız düzgün təyin olunan preparat təzyiqi qaydasında saxlamağa qadirdir: “Təzyiq dərmanlarının sayı çoxdur. Təzyiq həbləri fərdidir. İnsandan insana onun təzyiq normalarına görə fərqlənir. Bu səbəbdən həkim tərəfindən preparat və dozanın təyin edilməsi vacibdir. Təzyiqi az olan insanların yüksək dozalı preparat qəbul etməsi özü belə təhlükədir. Bu qaş düzəldən yerdə göz çıxarmaq kimi bir şeydir”.

Bəzi insanlardan “təzyiqim hətta 180-200-ə qalxanda, özümü normal hiss edirəm, bu, mənim “raboçi” təzyiqimdir” kimi ifadələri eşitmək olur. Bu insanlar fikirləşir ki, əgər hər şey normaldırsa, heç yeri ağrımırsa, müalicə etməyə də ehtiyac yoxdur. “Bu, çox təhlükəli yanılmadır. Tibbdə “raboçi” təzyiq kimi termin yoxdur. Yüksək təzyiq özünün heç bir əlamətlə bürüzə verməsə belə, xəstənin orqanizmində geriyədönməz patoloji dəyişikliklərə səbəb olur ki, bunların nəticəsində insan əlilə çevrilə bilər” deyən müsahibimiz bildirir ki, bundan əlavə, yüksək arterial təzyiq infarkt və insultun əsas risk faktorudur. Sağlam həyat üçün isə müayinə, göstərişsiz həb qəbul etməmə və daimi həkimlə kontakta olmaq çox vacibdir.

Günay Ramizqızı

Oxunub: 2 000
Paylaş:
Digər xəbərlər

Araşdırma

23-03-2022, 22:13

Yüksək təzyiqin beyinə təsiri

Araşdırma

26-06-2020, 21:28

Yüksək təzyiq beyini kiçildir

Araşdırma

2-05-2020, 17:22

Bu təzyiq ən təhlükəlidir!

Maraqlı

13-04-2020, 17:43

Yüksək təzyiqdən əziyyət çəkənlər bunları yeməlidir

Maraqlı

15-06-2019, 15:23

Baş ağrısı ilə yüksək təzyiqin əlaqəsi varmı?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Nələr astma riskini artırır?
30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır
Fransa Hörmüzə qoşun yeridir?
“Bir güllə atsaq, hamısı qaçıb gedəcək” – İlham Əliyev
Kimlər Hantavirusa yoluxma riski altındadır?
Qazaxıstanda əhaliyə xəbərdarlıq edildi
Son xəbərlər
  • Dünən, 23:17
    Nələr astma riskini artırır?
  • Dünən, 21:21
    30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır
  • Dünən, 20:29
    Fransa Hörmüzə qoşun yeridir?
  • Dünən, 19:14
    “Bir güllə atsaq, hamısı qaçıb gedəcək” – İlham Əliyev
  • Dünən, 18:09
    Kimlər Hantavirusa yoluxma riski altındadır?
  • Dünən, 17:22
    Qazaxıstanda əhaliyə xəbərdarlıq edildi
  • Dünən, 16:06
    İranda nə baş verir? - Xamenei təhlükəsizlik müşavirəsi keçirdi
  • Dünən, 15:37
    Bu tərəvəz əsl MÖCÜZƏDİR
  • Dünən, 14:55
    Üç nüvə dövləti Azərbaycandan nə tələb edib? – Zəngilanda açıqlanan tarixi faktlar
  • Dünən, 13:09
    İsrail bu ölkədə gizli baza yaradıb - Müharibənin ilk günündən...
  • Dünən, 11:36
    Qatarda kimyəvi hücum - Xeyli sayda sərnişin yaralandı
  • Dünən, 10:14
    İran: "Əgər ABŞ yenidən səhvə yol verərək hücum etsə..."10 May 2026 15:17
  • Dünən, 09:05
    Soyuqdəymə, qrip, virus - İlk 48 saatda nə etməli?
  • 9-05-2026, 22:52
    Həftədə niyə 7 gün var - Bunu kim icad edib?
  • 9-05-2026, 21:32
    Bədəni qaşınanlar bu 2 orqanı yoxlatsın
  • 9-05-2026, 20:44
    Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
  • 9-05-2026, 19:18
    Putindən Ermənistanın AB-yə qoşulmaq istəyinə reaksiya
  • 9-05-2026, 18:10
    İnsulin dirəncinin 7 gizli əlaməti
  • 9-05-2026, 16:27
    İran bu ölkəyə xəbərdarlıq etdi: Əgər təhlükə yaşamaq istəmirsə, o zaman…
  • 9-05-2026, 15:48
    Ayaqyalın gəzməyin faydaları və zərərləri - Həkim danışdı
  • 9-05-2026, 14:21
    Dünya NATO-nun dağılmasını müşahidə edir - Rasmussen
  • 9-05-2026, 13:25
    Rusiya bu tarixdə Paşinyanı devirmək istəyir – Gizli sənəd...
  • 9-05-2026, 12:39
    Bu vitaminləri ehtiyacınız yoxdursa, içməyin - XƏBƏRDARLIQ
  • 9-05-2026, 11:55
    Müharibə dayanır, əsirlər dəyişdirilir – Tramp açıqladı
  • 9-05-2026, 10:21
    Parisdən Bakıya yeni “hücum” – Ermənistan niyə susdu?
  • 9-05-2026, 09:00
    Azərbaycanın əsas bəlası – Yüksək Kortizolun 5 əlaməti
  • 8-05-2026, 22:30
    Ailəsinə qarşı ən çox güclü görünməyə çalışan 5 bürc
  • 8-05-2026, 21:07
    Diş əti xəstəliyi "Alzheimer" riskini artıra bilər
  • 8-05-2026, 20:25
    “Türk axını”nı belə partlatmaq istəyiblər - Uğursuz planın detalları üzə çıxdı
  • 8-05-2026, 19:37
    İndoneziyada vulkan püskürdü: 20 turist itkin düşdü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə