Limonun müalicəvi təsirləri 100 illərdir insanlara məlumdur. İbn sina limondan həzm sistemi xəstəliklərində, ürəkbulanmada, hərarət yüksələn zaman ürəkdöyüntülərini nizamlamaqda istifadə etmişdir. XI əsrdə Çində limondan ağ ciyər xəstəliklərində və sinqa xəstəliyinin müalicəsində istifadə etmişlər. 1919-cu ildə Levin öz monoqrafiyasında limonun ağız boşluğu iltihabi xəstəliklərində müsbət təsirini qeyd etmişdir. limon C vitamini ilə zəngindir. İmmuniteti möhkəmləndirir. Limon qabığında təbii antibiotiklər var. Limon mədə xorası olanlara və sitruslara allergiyası olanlara pis təsir edə bilər.