Zeytun yarpaqları təbii antibiotik və antioksidantlarla zəngindir. Spesifik acı tamının olması isə zeytun yarpağının tərkibindəki oleuropein maddəsi ilə əlaqədardır.Oleuropein virus, bakteriya, köbələkləri məhv edir, immun sistemi möhkəmləndirir. Zeytun yarpaqlarının şəfaverici xüsusiyyətlərin biri də xolesterini aşağı salmaq və hipertoniyanı nizamlamaqdır.