• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
Kortizol dalğası: Sosial media mifləri və reallıqlar
Əfqanıstanda dəhşət: Parkda insanlar güllələndi
İranda hakimiyyət dəyişikliyi xalq üsyanı ilə olacaq – Rza Pəhləvi
Dişdəki plombu tez zamanda məhv edən məhsullar açıqlanıb
Azərbaycan ərazisindən Körfəz ölkələrinə raket buraxılır?
27 mindən çox şəxsə giriş qadağan edildi - Aİ sərhədlərində yeni qaydalar
Bağırsaqların "düşmən"i olan QİDALAR
Kosmosun dərinliklərində YENİ ÜMİD: 146 işıq ili uzaqlıqda "2-ci Yer" tapıldı
Ürək döyüntüsünü necə azaltmaq olar? - 4-7-8 nəfəs alma üsulu
Qalib nə ABŞ, nə də İrandır – Dünya bu ölkədən danışır
İranın ABŞ bazasına ağır zərbəsi – Sağ qalanlar danışdı
Saçı yumurta ilə yumaq olar? - Həkimdən cavab
Azərbaycanda 6 kişi xanımının soyadını buna görə götürübmüş – SƏBƏBLƏR
Atəşkəs, yoxsa fırtınaqabağı səssizlik? – Türkiyə və Azərbaycanı gözləyən risk
Su haqqında bildiklərimiz yanlış imiş: Ekspertdən şok açıqlama
Zelenski 4 ölkəyə işarə etdi: “ABŞ-ı əvəz edə bilərik” dedi
Azərbaycanda ad seçimi: Valideynlər niyə milli adlardan uzaqlaşır? - ARAŞDIRMA
Zob xəstəliyində radioaktiv yod həmişə vacibdirmi? – Mütəxəssislər fərqli yanaşmaları izah edir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Musiqi dühası - Volfqanq Amadey Motsart (1756-1791)

Bioqrafiya / Mədəniyyət

7-01-2020, 19:30

Musiqi dühası - Volfqanq Amadey Motsart (1756-1791)



Dahi insanın təbiətini başa düşmək çətindir. Dünyaya fitri istedad bəxş edən genlərin müəmmasından indiyədək hətta böyük alimlər də baş aça bilmirlər. O ki ola XVIII əsrdə əyalət şəhəri olan Zaltsburq sakinləri. Onlar yalnız bir-birinə heyrətamiz bir xəbər çatdırırdılar: saray kapellası skripkaçısının ailəsində möcüzəli bir uşaq böyüyür. Oğlunun çalğısını dinləmək üçün Leopold Motsartın dəvət etdiyi bəxtəvərlər heyranlıqla danışırdılar ki, oğlan musiqi pyeslərini bəzi yaşlı musiqiçilərin müvəffəq ola bilmədikləri məharətlə ifa edir. Şəhər sakinləri “Onun neçə yaşı var?”- deyə bir-birindən təəccüblə soruşurdular. Şahidlər “Dörd yaşı var”,- deyə cavab versələr də, dediklərinə özləri də çətinliklə inanırdılar.

Volfqanqın musiqi istedadı həqiqətən möcüzə idi. Artıq altı yaşında o, Zaltsburqda və Avstriyanın digər şəhərlərində konsertlər verirdi. Oğlunun uğurlarını görən Leopold Motsart bu işdən qazanc götürmək, Avropada səfərə çıxmaq qərarına gəlir. Bəs balaca Volfqanq özünü necə hiss edirdi? Karetada silkələnə-silkələnə sonu görünməyən yollar, yabançı şəhərlər, tanımadığı üzlər və hər yerdə vəcdə gələn insanların gurultulu alqışları. O vaxtlar balaca Motsart bütün bunlara dəyər verə bilməzdi. O, uşaq idi, dostları ilə oynamaq, doğma evinin hərarətini hiss etmək istəyirdi. Bunun yerinə isə bitib-tükənməyən konsertlərdə atasının dediklərini edirdi. Leopold tamaşaçıları mat qoymaq üçün min hoqqadan çıxırdı. Məsələn, oğlunun gözlərini bağlayıb onu üstü parça ilə örtülmüş klaviaturada çalmağa, tamaşaçılardan birinin zümzümə etdiyi və ya qədəhində tıqqıldatdığı hər hansı melodiyanı klavesində təkrarlamağa məcbur edirdi.

Bioqrafların çoxu oğlunun istedadından pul qazanmağa çalışdığına görə Leopoldu qınayırlar. Bəlkə də bu iradlar haqlıdır. Amma digər tərəfdən Volfqanq musiqini ən yaxşı ifada dinləmək, musiqiçilərlə tanış olmaq, təəssüratlar toplamaq imkanı əldə etmişdi. Məhz uzun sürən bu səfər zamanı balaca virtuoz ilk dəfə ciddi şəkildə musiqi bəstələməyə başlayır. İlk bəstəkarlıq dərslərini atasından alan Motsart artıq 8 yaşında klavir və skripka üçün 4 sonatanın müəllifi idi.

Londonda onun müəllimi istedadlı musiqiçi və müəllim, böyük bəstəkar İohan Sebastyan Baxın oğlu İohan Kristian idi. Motsart ilk simfoniyalarını məhz Temza çayının sahillərində yazır. Volfqanqın dahiliyi onun hələ uşaq ikən yazdığı bu əsərlərdə də duyulur. Deyilənə görə, o, orkestrdə hər bir musiqi alətini son dərəcə dəqiq hiss edirmiş. Üstəlik, ilk simfoniyalarını musiqi alətindən istifadə etmədən, ancaq içindən gələn musiqi duyumuna güvənərək yazır. Sonralar dahi bəstəkar Bethoven kar olduğu üçün belə yazacaqdı. Amma xoşbəxtlikdən Motsart kar deyildi, sadəcə, ağır xəstələnmiş atası qonşu otaqda uzandığı üçün sevən oğul onu narahat etmək istəmirdi.

Yollarda keçən bu həyat üç il davam edir, evə dönmək vaxtı çatır. Motsart Zaltsburqa bəstəkar kimi qayıdır. 12 yaşında ilk operasını yazır. İki il sonra Leopold Motsart oğlunu o vaxt Avropanın bütün müsiqiçilərinin can atdığı İtaliyaya aparır.

Bolonyada 14 yaşlı Mosart Filarmonik Akedemiyanın yarışlarında iştirak edir. Ona birsəsli pyesi genişləndirib mürəkkəb dördsəsli əsər yazmaq tapşırığı verilir. Volfqanq tapşırığın öhdəsindən yarım saat ərzində gəlir. Bolonya Akademiyasının üzvləri o qədər heyrətlənirlər ki, misli görünməmiş qərar qəbul edib, Motsartı akademik seçirlər, halbuki o vaxtlar Akademiyaya yaşı yalnız 26-dan az olmayan ən böyük bəstəkarlar qəbul edilirdilər.
Evə qayıdan Motsart çox işləyir. Operalar, simfoniyalar, kvartet və sonatalar yazır. Atası kimi Volfqanq da saray musiqiçisi işləməyə başlayır və asılı vəziyyətin alçaldıcı ağırlığının nə demək olduğunu öz üzərində hiss edir. Böyük bəstəkar saatlarla arxiyepiskopun qəbul otağında dayanıb onun tapşırıqlarını gözləyir. Musiqiçi həmkarları ona paxıllıq edir, ayağının altını qazırlar. Motsarta Zaltsburqdan getmək qadağan olunur. Leopold Motsart yalnız bir dəfə arxiyepiskopdan oğlu üçün məzuniyyət qopara bilir.

Budur, Motsart yenə də xaricdədir, lakin daha tamaşaçıların ona baxmaq üçün pullarını həvəslə xərclədikləri həmin möcüzəli uşaq deyildir. O, insanların adət etdiyi italyan əsərlərindən fərqlənən, bənzərsiz musiqi yazan, artıq yetişmiş bir bəstəkardır. Gənc bəstəkar ümidsizliyə qapılır. Parisdə necə alqışlandığını hələ də unutmayan Motsart birdən-birə tam laqeydliklə üzləşir. Konsertlər, demək olar, gəlir gətirmir. Motsart onu müşayiət edən anasını saxlamaq üçün dərs demək məcburiyyətində qalır. Amma pul yenə də çatışmır. Yolların və uğursuzluqların üzüb əldən saldığı anası vəfat edir və bəstəkarın evə dönməkdən başqa çarəsi qalmır.

Yenə də sevmədiyi işə başlayır. Motsartı ümidsizlikdən yalnız yaradıcılıqla məşğul olması xilas edir. Amma bir gün səbir kasası daşır. Bəstəkar çox cəsarətli bir addım atır: istefa barədə ərizə yazır. İstefa ərizəsinin ailəsi üçün nəticələrindən qorxan atasının yalvarışlarına baxmayaraq, arxiyepiskopun yanına gedir. Amma ərizəsinə cavab vermək əvəzinə arxiyepiskopun adamlarından biri bəstəkarı itələyib pilləkəndən salır. Dərin sarsıntı keçirən Motsart uzun müddət yataqdan qalxmır. Lakin, nəhayət, azad olması fikri sağalması üçün ona güc verir.

Bəstəkar sağalandan sonra Vyanaya köçür. Çətin, lakin azad olan yeni bir həyat başlayır. Motsart musiqi bəstələyir, dərs deyir, konsertlərdə çıxış edir. Elə birinci il bəstəkarın ən yaxşı əsərlərindən biri – “Seraldan oğurluq” operası yaranır. Sonra “Fiqaronun toyu”, “Don Juan”, “Sehrli fleyta” kimi şedevrlər, klavir üçün çoxsaylı konsertlər, fantaziyalar və kvartetlər yazır. Təkcə 1788-ci ildə Motsart üç möhtəşəm simfoniya yaradır.

Taleyin acı gərdişi: böyük bəstəkarın sonuncu əsəri matəm musiqisi - rekviyem idi. Motsart onu varlı bir sifarişçi üçün yazmağa başlayır. Amma iş elə gətirir ki, bu əsər onun özünə qismət olur. 35 yaşlı bəstəkarın qəfil ölümü hamını sarsıdır. Şayiələr yayılır ki, Motsartı zəhərləyiblər, lakin onun vaxtsız ölümünün səbəbi indiyədək məlum deyildir.

Motsartın həyat eşqi dolu işıqlı musiqisi sevincdə və kədərdə, məğlubiyyət və qələbələrdə bəşəriyyəti müşayiət edir. Dünyada elə bir insan yoxdur ki, Motsartın musiqisi onu riqqətə gətirməsin.


Bu maraqlıdır: bir gün konsertdən sonra 7 yaşlı Motsarta 14 yaşlı oğlan yanaşır. O balaca musiqiçinin çalğısından ağız dolusu danışır və köksünü ötürərək deyir: “Mən belə çalmağı heç vaxt öyrənə bilmərəm”.

- Nə danışırsan! - deyə Volfqanq oğlanı sakitləşdirməyə başlayır. - Bu, çox sadədir. Sən heç not yazmağa, musiqi bəstələməyə çalışmısanmı?

- Yox. Mənim ağlıma yalnız seirlər gəlir.

- Şeirlər...- deyə Motsart fikrə gedir. – Yox, mən şeir yazmağı bacarmıram. Bu, çox çətindir.

- Yox, yox, - deyə oğlan ucadan hərarətlə səslənir. – Əksinə, bu, çox sadədir, musiqi yazmaqdan çox asandır.

Şeir yazmağın, yaxud musiqi bəstələməyin daha asan olması barədə qəti fikrə gələ bilməyən bu uşaqlar ayrılırlar - gələcəyin böyük bəstəkarı Motsart və gələcəyin böyük şairi Höte.

Oxunub: 1 685
Paylaş:
Digər xəbərlər

Xəbərlər

9-09-2019, 09:20

10 oğlan anasının qız övladı dünyaya gəldi

Maraqlı

1-05-2019, 15:09

23 yaşlı qadın nənə oldu - Dünyanın ən gənc nənəsinin FOTOSU

Mədəniyyət

18-09-2018, 13:17

18 sentyabr- Milli musiqi günü!

Manşet / Mədəniyyət

5-08-2018, 07:48

“Belə festivalla hər bir ölkə fəxr edə bilər”

Manşet / Maraqlı

2-05-2018, 14:51

Göylərin mesajı – Musiqi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
Kortizol dalğası: Sosial media mifləri və reallıqlar
Əfqanıstanda dəhşət: Parkda insanlar güllələndi
İranda hakimiyyət dəyişikliyi xalq üsyanı ilə olacaq – Rza Pəhləvi
Dişdəki plombu tez zamanda məhv edən məhsullar açıqlanıb
Son xəbərlər
  • Bu gün, 17:30
    Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
  • Bu gün, 16:24
    Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
  • Bu gün, 15:48
    Kortizol dalğası: Sosial media mifləri və reallıqlar
  • Bu gün, 14:26
    Əfqanıstanda dəhşət: Parkda insanlar güllələndi
  • Bu gün, 13:34
    İranda hakimiyyət dəyişikliyi xalq üsyanı ilə olacaq – Rza Pəhləvi
  • Bu gün, 12:52
    Dişdəki plombu tez zamanda məhv edən məhsullar açıqlanıb
  • Bu gün, 11:11
    Azərbaycan ərazisindən Körfəz ölkələrinə raket buraxılır?
  • Bu gün, 10:19
    27 mindən çox şəxsə giriş qadağan edildi - Aİ sərhədlərində yeni qaydalar
  • Bu gün, 09:03
    Bağırsaqların "düşmən"i olan QİDALAR
  • Dünən, 22:04
    Kosmosun dərinliklərində YENİ ÜMİD: 146 işıq ili uzaqlıqda "2-ci Yer" tapıldı
  • Dünən, 21:45
    Ürək döyüntüsünü necə azaltmaq olar? - 4-7-8 nəfəs alma üsulu
  • Dünən, 20:14
    Qalib nə ABŞ, nə də İrandır – Dünya bu ölkədən danışır
  • Dünən, 19:40
    İranın ABŞ bazasına ağır zərbəsi – Sağ qalanlar danışdı
  • Dünən, 18:27
    Saçı yumurta ilə yumaq olar? - Həkimdən cavab
  • Dünən, 17:34
    Azərbaycanda 6 kişi xanımının soyadını buna görə götürübmüş – SƏBƏBLƏR
  • Dünən, 16:22
    Atəşkəs, yoxsa fırtınaqabağı səssizlik? – Türkiyə və Azərbaycanı gözləyən risk
  • Dünən, 15:08
    Su haqqında bildiklərimiz yanlış imiş: Ekspertdən şok açıqlama
  • Dünən, 14:57
    Zelenski 4 ölkəyə işarə etdi: “ABŞ-ı əvəz edə bilərik” dedi
  • Dünən, 13:31
    Azərbaycanda ad seçimi: Valideynlər niyə milli adlardan uzaqlaşır? - ARAŞDIRMA
  • Dünən, 12:17
    Zob xəstəliyində radioaktiv yod həmişə vacibdirmi? – Mütəxəssislər fərqli yanaşmaları izah edir
  • Dünən, 11:35
    Litani çayından Hermon dağına qədər: İsrail bu ölkələrin ərazisini tutacaq
  • Dünən, 10:00
    Dollarla bağlı daşları yerindən oynadacaq addım – 26 illik həmlə təkrarlanır?
  • Dünən, 09:06
    Qaraciyər xərçəngi və sirrozdan qorunmağın ən ucuz yolu: Hər gün bu içkini için!
  • 9-04-2026, 22:09
    İdeal yuxu müddəti: Yaşınıza görə neçə saat yatmalısınız?
  • 9-04-2026, 21:23
    Şişən damaqlara diqqət: Etdiyiniz səhv budur
  • 9-04-2026, 20:40
    Tibb sistemində böyük çalxalanma – TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir?
  • 9-04-2026, 19:36
    Pakistan “olar” dedi, İsrail rədd etdi – İrandan mühüm tələb
  • 9-04-2026, 18:02
    Mədə kəsilib götürüləndən sonra insanı nə gözləyir?
  • 9-04-2026, 17:27
    Nə Rusiya, nə İran, nə də ABŞ-İsrail: bunu yalnız Bakı etdi – Əliyevdən tarixi addım
  • 9-04-2026, 16:05
    Pezeşkian bu ölkəyə səsləndi: “Sizi tək qoymarıq”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə