İsrafilova Nelufər Möhsün qızı. 1926-cı ildə Bakıda anadan olub. Tibb elmləri doktoru, professor, Ə.Əliyev ad. Azərbaycan həkimləri təkmilləşmə institunda pediatriya kafedrasının müdiri, tədqiqatçı alim olub. Tədqiqatları əsasən uşaqlarda mitral qüsurlara, böyrək xəstəliklərinə və s. həsr olunmuşdur.