• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Tikinti sektorunu "vuran" səbəb: Qiymətlər yenə də yüksələcək?
Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq
Azərbaycana qarşı ərazi iddiası Konstitusiyadan çıxarılacaq? – İrəvandan açıqlama
Yaş həddi 14-ə qaldırılır? – Azərbaycanda yeni qadağa qalmaqalı
Saç tökülməsinə qarşı EFFEKTLİ MASKA
Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
Ankaranın dediyini Bakı etdi: Ərdoğandan İsraillə bağlı təəccübləndirən QƏRAR
Xroniki yorğunluğu aradan qaldıran – Ən təbii üsul
Hindistanın müharibə avantürası: Görün hansı ölkələrdən dəstək umur
Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?
Hər gün bunu etmək beyninizi kiçildir – DƏRHAL TƏRGİDİN
Kəklikotu, bağayarpağı, əməköməci - Üç bitkin min faydası
Çin liderindən ABŞ-a ÇAĞIRIŞ - Ehtiyyatlı olun, yoxsa...
Qurban bayramı zəngi: Bakı ilə Tehran arasında nə baş verir?
Müharibə şiddətlənir: “Sülhün yalnız 2 yolu var”
SON DƏQİQƏ! “Azercell”in yeni qiymətləri bu cür olacaq – Rəsmi AÇIQLAMA
Sabah Bakıda leysan olacaq - XƏBƏRDARLIQ
Karton və plastik stəkanlar xərçəng yaradır - XƏBƏRDARLIQ
“Türk çəkmələrini yalayırammı...” - Paşinyan dərs deyəcək
Azərbaycanda A qripi yayılıb - Rəsmi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Aşurbəyovlar

Bioqrafiya

23-12-2018, 11:40

Aşurbəyovlar
Aşurbəyovlar
Aşurbəyovlar
Aşurbəyovlar














Azərbaycan tarixində mühüm işləri ilə yaddaqalan, ölkədə memarlığın, maariflənmənin inkişafında mühüm rol oynayan tanınmış nəsillər olub. Onlar bu gün də hörmət və ehtiramla xatırlanır. Belə nəsillərdən biri də kökləri qədim dövrlərə gedib çıxan Aşurbəyovlardır. Bu nəslin nümayəndələri ölkədə möhtəşəm memarlıq abidələrinin tikilməsində və xalqın maariflənməsində müstəsna fəaliyyət göstəriblər. Aşurbəyovların ucaltdıqları möhtəşəm yaşayış binaları, məscidlər, onların iştirakı ilə inşa edilən məktəblər və xəstəxanalar inqilabdan əvvəlki Bakı memarlığının indiyə qədər qızıl fondunu təşkil etməkdədir.
Lakin bu binalar gözəlliyi, möhtəşəmliyi, nadir üslubu xatırlatmaqla yanaşı, kədərli duyğuları da özündə yaşadır. Bu duyğular isə həmin binaların sahiblərinin acınacaqlı taleyidir. Bir zamanlar xalqın mədəniyyətində mühüm yer tutmuş insanlar və ya hadisələr barədə danışmaq siyasi cəhətdən təhlükəli olduqda xalqın yaddaşından silinməsinə o qədər çox vaxt lazım olmur. Beləliklə də 70 illik sovet rejiminin təbliğat maşını tikililər və onların sahibləri barədə olan məlumatı xalqın yaddaşından silmək üçün onu tamamilə alt-üst edib. Nəticədə neft maqnatları dövründəki Bakı memarlığı barəsində məlumatlar əldən çıxıb. Görəsən, bu gözəllikləri yaradan insanların aqibəti necə olub?
Aşurbəyovların tarixçəsi
Nəslin kökündə Aşur xan Əfşar dayanır. O, əfşar türk tayfasındandır. Bu tayfa haqqında məlumatlar VIII əsrə gedib çıxır. Məşhur Nadir şah da bu tayfadandır. O, 1740-cı ildə Azərbaycana gələndə Bakıda və ətraf kəndlərdə özünə arxa yaratmaq üçün əfşar türk tayfalarından bir çoxunu Sabunçu, Zabrat və Keşlə kəndlərində yerləşdirmişdi. Məhz Nadir şahın dövründə Aşur xan Cənubi Azərbaycanın Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı olub.
Aşur xanın beş oğlu olub — Hacı İmamverdi bəy, Allahverdi bəy, Abdullah bəy, Danial bəy, Əliyar bəy. Teymur bəy, Hacı Əjdər bəy, Bəşir bəy, İsa bəy, Nəsrulla bəy, Hacı Mehdiqulu bəy, Əliabbas bəy, Ağası bəy, Mehdixan bəy, Əziz bəy, Hacı Əhmədağa bəy, İsa bəy Aşurbəyovlar da həmin nəslin görkəmli nümayəndələridir. Onların bəziləri qardaş, bəziləri isə əmioğlu, bibioğlu və ya xalaoğlu olublar. 1828-ci ildə Rusiyanın Şimali Azərbaycanı işğal etməsindən sonra vəziyyət bir qədər dəyişir. Bəylərin və xanların hüquqları məhdudlaşdırılır. Lakin çar hakimiyyəti əhali arasında yaranan narazılığı gördükdə əhalinin ali təbəqəsi ilə bir qədər yumşaq davranmaq qərarına gəlir. Bu istiqamətdə atılan ilk və mühüm addım bəylərin iqtisadi və hüquqi vəziyyətinin tənzimlənməsi üçün müxtəlif komissiyaların yaradılması olur. Ali təbəqəyə mənsubluğun bilinməsi üçün bəylər özlərinə sonu «ov»la bitən «russayağı» familiya qəbul etməli idilər. Həmin vaxtdan bəri bu nəslin nümayəndələri cəmiyyətdə Aşurbəyovlar soyadı ilə tanınırlar.
Cəsarət, yoxsa inqilab arzusu?
Bu nəslin ən tanınmış nümayəndələrindən biri Nabat xanım Qoça bəy qızı Aşurbəyovadır. O, Hacı İmamverdi bəy Aşurxan oğlunun nəvəsidir. Öz səxavəti və xeyirxahlığı ilə məşhur olan bu əsilzadə xanım varlı Bakı taciri Hacı Musarza Rzayevin həyat yoldaşıdır. Onların Hacı Abbasqulu Rzayev adlı bir oğulları, Əşrəf (Züleyxa) və Gülbəstə adlı qızları olub. Nabat xanım Bakıda neft mədənlərinə və çox böyük imarətlərə sahib imiş. Bu xeyirxah müsəlman qadını Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin təşəbbüsünə qoşularaq Bakıya su kəmərinin çəkilməsində də bilavasitə iştirak edib.
Nabat xanımın həyatında gördüyü ən böyük iş Bakı şəhərində tikdirdiyi Təzə Pir məscidi olub. Məscidin özülünə birinci daşın qoyulması üçün Nabat xanım öz fəaliyyətinə adi bənna kimi başlayan məşhur xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevi dəvət edir. Doqquz ildən sonra məscidin baş günbəzinə sonuncu daşı da o qoyur. Deyilənlərə görə, Nabat xanım məscidin tavanını qızıldan etmək istəyirmiş. Lakin sonra buna maddi imkan çatmayıb. Bu məscidin tikilməsi barədə müxtəlif fikirlər söylənilir. Təəssüf ki, Nabat xanım məscidin tikilib-başa çatmasına cəmi iki il qalmış vəfat edir. Binanın tikintisi onun oğlu Hacı Abbasqulu Rzayev tərəfindən başa çatdırılır. 1914-cü ildə müsəlman aləminin gözəl memarlıq nümunələrini, ornamentlərini özündə birləşdirən möhtəşəm Təzə Pir məscidi Bakı müsəlmanlarının ixtiyarına verilir. Nabat xanım Aşurbəyovanın xeyriyyəçilik missiyası bununla bitmir. Deyilənlərə görə, olduqca xeyirxah olan Nabat xanım həftənin cümə günləri yaşadığı mənzilin qapılarını taybatay açıq qoyarmış. Bu isə ona işarə idi ki, yoxsullar həmin gün bu xanımın açdığı süfrəsində qonaq ola, öz dərdlərini ona danışa, bir sözlə, Nabat xanımın göstərdiyi mərhəmətin sayəsində mütəşəkkil işlərinə əlac tapa bilərdilər.
Təzə Pir qədər möhtəşəm və əzəmətli görünüşə malik digər bir Bakı məscidi Göy məsciddir. Bakılılar onu Göy məscid kimi tanıyır. Ancaq əvvəllər bu Allah evi onun əsasını qoyan Bakı taciri və mesenatı Hacı Əjdər bəy Aşurbəyovun adı ilə «Əjdər bəy» məscidi də adlanırdı. Nabat xanım kimi, bu şəxs də məşhur Aşurbəyovlar nəslinə mənsub idi. Əjdər bəy Aşurbəyovun neft mədənləri var idi. Onun özü isə 10 ildən çox Bakı Şəhər Dumasının üzvü olub. Şahidlərin xatirələrinə əsasən, Əjdər bəyin bircə sözü istənilən vekseldən və ya iltizamdan daha sanballı tutuma malik imiş.
Rejimin gətirdiyi fəlakət və acı tale
Aşurbəyovlar həm də neft sənayeçisi olublar. Teymur Qara bəy oğlu Aşurbəyov daha çox neft milyonçusu kimi məşhurdur. O, Sabunçuda geniş torpaqlara, təsərrüfat sahələrinə malik idi. Deyilənlərə görə, son dərəcə səxavətli və genişqəlbli bu insan öz qoyun sürülərini kasıb kəndlilər arasında bölüşdürürmüş. O, eyni zamanda mütərəqqi düşüncəli bir insan idi. Elə bunun nəticəsi idi ki, öz övladlarına — Əli bəy və Bala bəyə gözəl təhsil vermişdi. Teymur bəy Aşurbəyov xeyriyyəçiliyi ilə fərqlənirdi. O, məktəblər tikdirir, məscidləri bərpa etdirir, imkansızlara əl tuturdu. Teymur bəy Aşurbəyov kimi onun oğlanları da öz xeyriyyəçilik əməlləri ilə məşhur idilər. Aşurbəyovların təqaüdü ilə gələcək məşhur ictimai xadimlər Mirəsədulla Mirqasımov, Hənifə Pirverdiyeva və Ruhulla Axundov təhsil alıblar. O zamanlar bu qardaşların iştirakı olmadan heç bir mühüm xeyriyyə tədbiri keçirilmirdi. Məsələn, Buxara əmirinin təşəbbüsü ilə Sankt-Peterburqda məscid inşa edilərkən onun tikintisinə böyük miqdarda vəsait Bakı milyonçularından, o cümlədən Aşurbəyovlar tərəfindən ayrılmışdı. 1910-cu ildə məscid praktiki olaraq hazır olanda Bala bəy öz vəsaiti hesabına məscidin ibadət zalına böyük və dəbdəbəli büllur çilçıraq bağışlamışdı. Bala bəyin xanımı İsmət xanım isə «Müqəddəs Nina» Qadın Xeyriyyə Cəmiyyətinin üzvü idi. Bala bəy Aşurbəyovun Mərdəkanda gül-çiçəyə bələnmiş böyük malikanəsi olub. 1917-ci ildə və ondan sonrakı illərdə baş verən hadisələr Aşurbəyovlardan da yan keçmədi. Sovetləşmənin ilk günlərində Aşurbəyovlar öz evlərindən və sənaye müəssisələrindən məhrum olurlar. Bundan başqa, yeni hakimiyyət hər iki qardaşı həbs edir. Yalnız Nəriman Nərimanovun köməyi ilə Bala bəy öz ailəsi ilə 1920-ci ildə Bakıdan İstanbula getməyə müvəffəq olur. Onun ailəsi İstanbulda 5 il yaşayır. Taleyin üzüdönüklüyünə baxmayaraq, atası kimi o da öz övladlarına təhsil verə bilir. Onun qızları Sara xanım, Sitarə, Məryəm fransız kollecində, oğlu Rəşad bəy isə Türkiyənin ən nüfuzlu təhsil müəssisələrindən biri olan Qalatasarayda təhsil almışdı. Yeni iqtisadi siyasət illərində vəziyyətin bir qədər stabilləşməsi Bala bəy Aşurbəyova 1925-ci ildə ailəsi ilə birlikdə vətənə qayıtmağa şərait yaradır. 1935-ci ildə Bala bəy Aşurbəyov həbs olunaraq ölüm cəzasına məhkum edilir. Onun qızları isə Bakıda qalaraq elmin müxtəlif sahələrində müvəffəqiyyət əldə etməklə Azərbaycan cəmiyyətinə böyük fayda verirlər…KAYZEN

[/b][b]

Oxunub: 1 665
Paylaş:
Digər xəbərlər

Xəbərlər

27-11-2018, 21:42

Azərbaycanda benzin və dizellə bağlı MÜHÜM XƏBƏR - TƏCİLİ!

Müsahibə / Bioqrafiya

27-11-2018, 02:10

Adil Qəribov: “Azərbaycanın nüvə proqramı qəbul edilməlidir”

Manşet / Gündəm / Xəbərlər

12-11-2018, 12:12

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür.

Manşet / Xəbərlər

28-06-2018, 10:41

Prezidentdən Bakı ilə bağlı mühüm - SƏRƏNCAM

Manşet / Gündəm / Xəbərlər

13-04-2018, 07:28

Tramp: Kim Çen Inla görüş möhtəşəm olacaq

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Tikinti sektorunu "vuran" səbəb: Qiymətlər yenə də yüksələcək?
Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq
Azərbaycana qarşı ərazi iddiası Konstitusiyadan çıxarılacaq? – İrəvandan açıqlama
Yaş həddi 14-ə qaldırılır? – Azərbaycanda yeni qadağa qalmaqalı
Saç tökülməsinə qarşı EFFEKTLİ MASKA
Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
Son xəbərlər
  • Bu gün, 19:27
    Tikinti sektorunu "vuran" səbəb: Qiymətlər yenə də yüksələcək?
  • Bu gün, 18:30
    Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq
  • Bu gün, 17:42
    Azərbaycana qarşı ərazi iddiası Konstitusiyadan çıxarılacaq? – İrəvandan açıqlama
  • Bu gün, 16:15
    Yaş həddi 14-ə qaldırılır? – Azərbaycanda yeni qadağa qalmaqalı
  • Bu gün, 15:44
    Saç tökülməsinə qarşı EFFEKTLİ MASKA
  • Bu gün, 14:55
    Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
  • Bu gün, 13:09
    Ankaranın dediyini Bakı etdi: Ərdoğandan İsraillə bağlı təəccübləndirən QƏRAR
  • Bu gün, 12:51
    Xroniki yorğunluğu aradan qaldıran – Ən təbii üsul
  • Bu gün, 11:31
    Hindistanın müharibə avantürası: Görün hansı ölkələrdən dəstək umur
  • Bu gün, 10:25
    Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?
  • Bu gün, 09:04
    Hər gün bunu etmək beyninizi kiçildir – DƏRHAL TƏRGİDİN
  • Dünən, 21:56
    Kəklikotu, bağayarpağı, əməköməci - Üç bitkin min faydası
  • Dünən, 20:35
    Çin liderindən ABŞ-a ÇAĞIRIŞ - Ehtiyyatlı olun, yoxsa...
  • Dünən, 19:02
    Qurban bayramı zəngi: Bakı ilə Tehran arasında nə baş verir?
  • Dünən, 18:19
    Müharibə şiddətlənir: “Sülhün yalnız 2 yolu var”
  • Dünən, 17:00
    SON DƏQİQƏ! “Azercell”in yeni qiymətləri bu cür olacaq – Rəsmi AÇIQLAMA
  • Dünən, 16:34
    Sabah Bakıda leysan olacaq - XƏBƏRDARLIQ
  • Dünən, 15:28
    Karton və plastik stəkanlar xərçəng yaradır - XƏBƏRDARLIQ
  • Dünən, 14:19
    “Türk çəkmələrini yalayırammı...” - Paşinyan dərs deyəcək
  • Dünən, 13:12
    Azərbaycanda A qripi yayılıb - Rəsmi
  • Dünən, 12:11
    Şənbə günü iş olacaq - Bu tarixdə
  • Dünən, 11:49
    Ağcaqanadlar ən çox bu qan qrupundan olan insanları "yeyir"
  • Dünən, 10:16
    İsti havalarda yaranan yorğunluq bu xəstəliyin əlaməti ola bilər
  • Dünən, 09:25
    Pensiyalarla bağlı vacib xəbər
  • Dünən, 08:02
    Hicama həqiqətən faydalıdır? - Həkimdən AÇIQLAMA
  • 4-06-2025, 21:04
    Səhər yeməyindən əvvəl 2 ədəd yeyin - Quru əriyin faydaları
  • 4-06-2025, 18:32
    Dərinizi bununla silin - Səpgiləri yox edir
  • 4-06-2025, 17:19
    Ərdoğan 4 “toxunulmaz” maddəni dəyişir? – Türkiyədə dramatik hazırlıq
  • 4-06-2025, 16:36
    Rusiya və Ukraynanın “müzakirə və müharibə” taktikası: kim geri çəkiləcək?
  • 4-06-2025, 14:45
    Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə