• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
AZAL bu reysləri BƏRPA EDİR
Kişilər arasında ən çox yayılan 5 xəstəlik
XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yaydı
"Cəhənnəm istisi" gəlir - Nələr baş verəcək?
Ağıllı insanların saçı daha tez yağlanır
Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?
Sənədsiz evlərlə bağlı mühüm YENİLİK – Bundan sonra…
SON DƏQİQƏ! Rusiyada azərbaycanlılara hücum: XİN bəyanat yaydı
Bu meyvə virusun düşmənidir, mədənin isə...
Bu bürclər iki qat bayram yaşayacaq - UĞUR SİZİNLƏDİR
Hansı bürclər tezliklə VARLANACAQ? – Pul "sel" kimi gələcək
“Təbrizlə birləşməkdən dəm vuran cahillər…” – Deputat
Bir ay hər gün limonlu su içsəniz nə olar?
Azərbaycanda ət bahalaşacaq - SƏBƏB
Bu ucuz tərəvəzi yesəniz, viaqraya ehtiyacınız olmayacaq - Həkim AÇIQLADI
Azərbaycanda 1 yaşadək uşaqlar ən çox bu səbəblərdən ölür
Çıxarışı olmayan mənzillərlə bağlı VACİB XƏBƏR
Qara istiotun bilmədiyimiz FAYDALARI
Öpüş və qucaqlaşma insultun qarşısını alır
Azərbaycanda zəlzələ oldu
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Babəki satan Səhl ibn Sumbat kimdir?

Bioqrafiya

29-11-2023, 15:44

Babəki satan Səhl ibn Sumbat kimdir?


Bir sıra tarixi mövzular var ki, sovet rejimi onları öz ideologiyasına uyğunlaşdıraraq təhrif edib. Belə tarixi mövzulardan biri də Babək və Xürrəmilər hərəkatıdır. Rejim dağıldıqdan sonra ideologiyanın qurbanına çevrilən Babək və hərəkatı haqqında əsl həqiqətlər gün işığına çıxmağa başladı. Ancaq nə olsun, sovetin milli tariximizdə açdığı izləri doldurmaq hələ ki mümkün deyil və bir çox ziyalılarımız da həmin o yad cığırla getməyə davam edirlər...

Axar.az Admiral.az-a istinadla tanınmış araşdırmaçı yazar Ceyhun Bayramlının Səhl ibn Sumbatın kimliyi ilə bağlı olan yazısını təqdim edir.

I YAZI

Sovet dövrü tarixşünaslığının Babək və hürrəmilər hərəkatı ilə bağlı tədqiqatlarında ən böyük səhv nəticələrdən biri Babəki hiylə ilə tələyə salıb xilafət ordusunun sərkərdəsi Afşinə təhvil vermiş Şəki qalasının sahibi Səhl ibn Sumbatın milli mənsubiyyəti ilə əlaqədardır. Sovet dönəmində bu adamın milliyyətcə erməni-hay olması barədə fikir yürüdülmüş, bununla bağlı tarix sahəsində əsassız versiya yayılmışdır. Əlbəttə ki, bu versiya göydən götürülməmiş, müxtəlif mənbələrin məlumatlarının araşdırılması nəticəsində ortaya qoyulmuşdur. Üstəlik, erməni-hay alimləri də bu barədə yalan məlumatlarla böyük çaşqınlığın yaranmasına səbəb olmuşdular. Lakin həmin məlumatların nə dərəcədə həqiqəti əks etdirdiyi lazımınca yoxlanmamış, müəyyən müddət sovetlərin "xalqlar dostluğu" düşüncəsinə uyğun olaraq bu tarixi surətin üzərindən mümkün qədər keçilməyə cəhd gösətrilmiş, erməni-haylarla Azərbaycan türklərinin milli münasibətlərinin kəskinləşdiyi zamanlarda isə Səhl ibn Sumbatın milliyyətcə erməni-hay olması, Babəki satması ilə bağlı fikirlər söylənmişdir.

Millətlərarası münasibətlərin hansı mərhələ və hansı səviyyədə olmasından asılı olmayaraq, tarix elminin dəyişməz xətti olan "tarixi gerçəklikləri" söyləmək prinsipindən çıxış etmək, olanları bəzək-düzəksiz, necə varsa, eləcə göstərmək, düşünürəm ki, ən doğru yoldur. Azərbaycan tarixçisi bu gün erməni-hay tarixçilərinin dünyaya yalanlar təqdim etməsini gülüşlə qarşılayırsa, Azərbaycan tarixini, eləcə də bu tarixin səhifələrində yer almış çeşidli tarixi personajlar haqda gerçəkləri obyektiv şəkildə yazmaq məcburiyyətindədir. Məhz bu baxış bucağından çıxış edərək Səhl ibn Sumbat deyilən adamın kimliyini yığcam şəkildə də olsa, təhlil etməyimizdə fayda vardır.

Əvvəlcədən bunu bildirək ki, sözügedən adamın ismi mənbələrin əksəriyyətində "Səhl ibn Smbat" (və ya Səhl ibn Sumbat) kimi qeyd olunurdu. Pers yazarı Xondəmir onun ata adını "Sunbad" kimi qeyd edir. Məhəmməd Üvfi özünün "Cəvami əl-hekayət və ləvami-ər-rəvayət" kitabında onun ata adını "Sunbat" şəklində yazır. İbn-Xəldunun "Kitab-əl-ibər" əsərində isə bu adamın adını Səhl ibn Sabat kimi görürük. Bu səbəbdən də biz həmin adamın ismini Səhl ibn Sumbat kimi yazmaq üçün daha çox əsas olduğunu düşünürük, hərçənd həmin adamın atasının adının bir mənbədə "Sunbad" kimi qeyd olunması versiyası mənə daha ağlabatan gəlir. Çünki Sunbad ismi həmin dövrdə yayılmış bir isim olmaqla yanaşı, Xürrəmilərlə eyni mövqedən çıxış etmiş olan Subadilərin rəhbərinin də adında rastımıza çıxır. Yadımıza salaq ki, Mühəmməd əş-Şəhristani İsfahanda xürrəmilər adlanan qüvvənin Reydə sünbadilər adlandığını yazır və onları eyniləşdirir. Təbəri də "Tərix əl-rüsul və-l-müluk" kitabında yazır ki, "Səhl Babəkin köməkçilərindən olub onun məsləkini qəbul etmişdi". Bu baxımdan Səhlin atasının adının Sunbad ola bilməsi ehtimalı, zənnimcə, qüvvətlidir.

Tarix yazarlarından Mütəhhər ibn-Tahir Müqəddəsi "Kitabül-əl-bəd və-t-tarix" əsərində, Məsudi isə "Müruc-əz-zəhəb" əsərində, həmçinin, İbn-Vazeh Yəqubi Səhl ibn Sumbatı erməni olaraq qeyd etmişlər. Fransız şərqşünas alimi Clement Huart da bu tarix yazarlarının qeydlərinə əsaslanaraq "Encyclopedie de L-İslam"da Səhl ibn Sumbatın erməni olduğunu yazsa da, digər əsəri olan "Xülasət-əl-əxbar fi bəyani əhval-il-əxyar" kitabında onun haqqında aşağıdakı ziddiyyətli məlumatı verir: "O nahiyələrdə bir qala vardı. Rum əhalisindən Səhl ibn Sunbat adlı bir şəxs oranın hökumət işlərini idarə edirdi". Yeri gəlmişkən, Babəkin guya Bizansa sığınmaq istəməsi kimi fərziyyələr məhz onun evinə qonaq düşdüyü Səhl ibn Sumbatın Rum təbəəsi kimi zənn edilməsi sayəsində ortaya çıxıb, bunu təxmin edə bilərik. Hərçənd ki, Xondəmir XV-XVI əsrlərdə yaşayıb, bununla belə, o, Səhl Sumbatın "Rum əhalisindən" olması fikrini, görünür, xilafət sarayının hansısa tarix yazarının qeydlərindən götürüb. Bildiyimiz kimi, Babək edam edilərkən Mötəsim bu edama çoxsaylı müsəlman əhalinin gözündə haqq qazandırmaq üçün məqsədyönlü şəkildə Babəkin guya Bizansla əlbir olması fikrini yaydırırdı. Babəkdən sonra tutularaq edam edilmiş və cəsədi Babəkin başsız cəsədi ilə yanaşı asılmış Təbəristanlı Məzyara da "Bizansın adamı" yarlığı vurulmuşdur.

Səhl ibn Sumbatın milli-etnik kimliyi ilə bağlı ən maraqlı və bizim də həqiqətəuyğun hesab etdiyimiz məlumatlardan birinə Moisey Kalankaytuklunun "Alban tarixi"ndə rast gəlmək olur. Belə ki, sözügedən tarixi mənbə müəllifi həmin adamı "Çar nəsli Mehranilərdən olan Səhl ibn Sumbat" adlandırır. Bir yerdə də onu vəsf edərək "Arranşah" kimi təqdim edir. Akademik Z.Bünyadov isə apardığı araşdrıma nəticəsində "Səhl ibn Sumbatın Alban şahlarının nəsli hesab olunan Zermirxakanlar nəslindən olduğunu" bildirir. Daha bir yerdə də onu "alban knyazı Səhl ibn Sumbat" adlandırır. Tədqiqatçı-alimimiz N.Vəlixanlı Səhl ibn Sumbatın alban (alpan) nəslindən olması haqda akademikin söylədiyi fikri həqiqətəuyğun hesab edərək dəstəkləyir, sadəcə Səhlin nəslinin adını "Zermirh" şəklində qeyd edir. Digər tarixçi-alim S.Əliyarlı da eyni mənbəyə istinad edərək "Səhl ibn Sunbatın alban padşah sülaləsindən olan Zarmirxin nəslindən olmasını" söyləyir. Biz də həqiqətə yaxın olması səbəbindən bu versiyanı dəstəkləyirik. Z.Bünyadov Zermirh deyilən adamın Mehranilər sülaləsinin banisi Mehranın nəvəsi igid Vardanın qızlarından birinin əri kimi qeyd edir.

Səhl ibn Sumbatın erməni olmamasını təxmin etməyə əsas verən daha bir fikri Səid Nəfisi söyləyir: "Baxmayaraq ki, Sumbat Babəki tutub Əfşinə təhvil vermişdi, Əfşin Sumbatdan bərk incimişdi. O da bundan ibarət idi ki, Sumbat onun hərəmağasını müxtəlif hədiyyələrlə aldadaraq öz tərəfinə çəkmiş və o da Əfşinin ixtiyarında olan bütün əsir qadınları qaçırdaraq Sumbata çatdırmışdı. Buna görə də Əfşin bəzi ermənilərin xahişi ilə onu öldürmək istəyirdi, lakin arzusuna çata bilməyib öldü." Bu fikirdən bilmək olur ki, ermənilər heç də, bir sıra erməni-hay mənbələrinin iddia etdiyi kimi, Sumbatı dəstəkləmirdi, əksinə xilafət ordusunun komandanından xahiş etmişdilər ki, Səhl ibn Sumbatı tutub öldürtsün. Hər halda, erməni-haylar milli maraqlarını öz şəxsi ədavət duyğularına qurban edəcək düşüncədə olmayıblar ki, başqa bir dinin onlar üzərində hökmranlıq etdiyi çətin vaxtlarda bir-birinin ayağından çəksinlər, bunu etiraf etməliyik.

Səhl ibn Sumbatın dini əqidəsi ilə bağlı isə əksər mənbələrdə onun xristian dininə sitayiş etdiyi barədə fikir yürüdülüb. Məhəmməd Üvfi Babəkin Bəzz qalasını tərk edib yuxarı Azərbaycana keçdiyi zaman baş verənləri təsvir edərkən belə bir cümlə işlədir: "Səhl ibn Sumbat adlı bir xristian onu görüb tanıdı". Eyni hadisələri qeyd edən digər bir sıra mənbə müəllifləri isə Babəki aldadan Səhli "petrik" kimi qeyd edirlər. (Patrik – xristian dinində ortodoks kilsəsi, Süryani kilsəsi və şərq ölkələrinin kilsələrinin rəhbərliyindəki ən yüksək rütbəli yepiskoplara verilən ad. "Patriarchis" sözündən götürülmüşdür. Patrikin Roma katolik kilsəsinin rəhbəri olan papadan fərqi ondadır ki, patrikin səlahiyyətləri yalnız özünə aid olan bölgə ilə məhdudlaşır və digər ərazilər və müstəqil kilsələr üzərində yetkisi yoxdur – C.B.)

Məsələn, İbn-İmdad Hənbəli "Şəzərat-əz-zəhəb fi əxbari min zəhəb" əsərində yazır: "O, (Babək nəzərdə tutulur – C.B.) həmin bataqlıqdan çıxaraq bir yolla dağa tərəf getdi. Dağlara çatdıqda petrik Səhlin evinə düşdü. O isə onu tutub saxladı və Əfşinə xəbər göndərdi". Şəmsəddin Əbu Abdullah Zəhəb "Düvəl-əl-İslam"da yazır: "Sonra o, bir dağdan aşaraq başqa bir dağa getdi. Bir petrikin evinə düşdü. Petrik onu tutub ardınca gələn adamlara təhvil verdi". Pers tarix yazarı Mirxond Bəlxi "Rövzət-əs-səfa" əsərində həmçinin, Əbu Məhəmməd Abdullah ibn Əsəd Yafei "Mirat-əl-cünan və ibrət-əl-yəqzan" əsərində Səhli "petrik" adlandırmışlar. Səid Nəfisi Səhl ibn Sumbatın patrik kimi qeyd edilməsini araşdıraraq bu nəticəyə gəlib ki, Səhl Babəki tutduqdan sonra Mötəsimin xeyir-duası ilə petrik olub. Bu haqda fikir yürütmək və Səhlin xürrəmilər hərəkatı zamanında xristian olmaması ehtimalını araşdırmaq bir qədər çətindir, çünki Səhlin xristian olması barədə məlumatlar çoxluq təşkil edir. Onun milli-etnik kimliyi barədə gəlinən son elmi nəticələr bunu söyləməyə əsas verir ki, Səhl ibn Sumbat xristianlıq dinində qalmağı münasib bilən Qarabağ alpanlarından olub. Əks təqdirdə Babək kimi ayıq-sayıq bir insan heç zaman bu adama etibar etməzdi.

Səhl ibn Sumbatın Babək onun evində yemək yeyərkən dəmirçi çağıraraq onun əl-ayağına buxov vurdurması barədə Xondəmir, Mirxond və başqa pers tarix yazarlarının qeydləri tam yalandır. Babək Səhl tərəfindən aldadılaraq ova çıxmaq adı ilə bir meşəyə gətirilmiş, burada onları Afşinin göndərdiyi bir neçə silahlı adam dövrəyə almış, Səhl Babəkdən uzaqlaşaraq qaçmış, Babək isə əsir alınaraq Afşinin qərargahına gətirilmişdir. Doğru olan budur.

Və Səhl ibn Sumbatın elə əvvəldən guya xəyanətkar, qorxaq, var-dövlət hərisi olması ilə bağlı yayılan iddialar da tamamilə əsassızdır, çünki mənbələrdə Səhlin hələ 821-822-ci ildə Arrana (Ərməniyyəyə, yaxud Quzey Azərbaycana) hücum etmiş ərəb qoşunlarını ağır məğlubiyyətə uğratması barədə məlumatlar vardır. Alban tarixçisi Moisey Kalankaytuklu "Alban tarixi" əsərində yazır ki, "erməni təqvimi ilə 270-ci ilin sonunda ərəblərin seçmə döyüşçüləri gizlicə Bərdədən çıxıb Amaras vilayətini qarət etdilər. Min nəfərə qədər əsir alıb Böyük Arran Şikarkar məntəqəsində möhkəmləndilər. O vaxt cəsur və əzəmətli Arranşah knyaz Səhl ibn Sumbat igid qardaşları ilə birlikdə öz qoşunu ilə səhərçağı ərəblərə hücum etdi. Onlardan çoxunu qılıncdan keçirib qalanını qaçırtdılar, əsirləri isə şirlərin dişlərindən çıxarıb azad etdilər."

Erməni təqvimi ilə 270-ci il miladi təqvimlə 821-ci il mayın 5-də başlayıb 822-ci il mayın 4-də bitirdi. Bu da Mehranilərin son nümayəndəsi olan II Varaz Trdatın (II Varaz Trdat – Alpan elini idarə etmiş Mehranilər sülaləsinin taxt-taca iddialı son nümayəndəsi, I Stepannosun oğlu, I Varaz Trdatın ölümündən (705-ci il) sonra Böyük Alban Knyazlığı Əməvi xəlifəsi tərəfindən ləğv edilmiş, onun əraziləri xilafətin "Ərməniyyə" adını verdiyi vilayətə çevrilmişdi, lakin sülalənin davamçıları həmin vilayətin yerli hakimləri olaraq qalırdılar. II Varaz Trdat da miladi 822-ci ildə yerli knyazlardan biri tərəfindən (adı naməlumdur) öldürüldü və bununla da Mehranilər sülaləsinin varlığına son qoyuldu) öldürüldüyü vaxta təsadüf edir. Səhl ibn Sumbatın xilafət ordusuna qarşı vuruşub onları məğlub etməsi barədə Təbəri də öz əsərində yazır. Z.Bünyadov bu hadisəni xatırladaraq daha sonra qeyd edir ki, "Gördüyümüz kimi, Səhl hələ özü müttəfiqi Babək məğlub edilməzdən əvvəl qüdrət sahibi olmuş, Arranı ələ keçirmişdi, hərçənd ki, Dovsett qeyd etdiyi kimi, bu faktı 837-ci ildə "xəlifə bilə-bilə etinasız buraxmışdı".

Oxunub: 951
Paylaş:
Digər xəbərlər

Xəbərlər

18-06-2023, 11:19

Tokayevdən Sovet dövrü ilə bağlı SƏRT QADAĞA

Bioqrafiya

10-02-2021, 18:38

Babək əl-Xürrəmi

Xəbərlər

25-04-2019, 12:03

Babək prospektində dəhşətli qəza - ÖLƏN VAR

Manşet / Bioqrafiya

1-07-2018, 12:19

Babək Xürrəmi

Manşet / Araşdırma

7-06-2018, 08:28

Babək/Bab Ak/Bəzz qalası/Bəyaz qala və Hürrəmilik; Azadlıq hərəkatı!

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
AZAL bu reysləri BƏRPA EDİR
Kişilər arasında ən çox yayılan 5 xəstəlik
XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yaydı
"Cəhənnəm istisi" gəlir - Nələr baş verəcək?
Ağıllı insanların saçı daha tez yağlanır
Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?
Son xəbərlər
  • Bu gün, 17:35
    AZAL bu reysləri BƏRPA EDİR
  • Bu gün, 16:21
    Kişilər arasında ən çox yayılan 5 xəstəlik
  • Bu gün, 15:18
    XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yaydı
  • Bu gün, 14:17
    "Cəhənnəm istisi" gəlir - Nələr baş verəcək?
  • Bu gün, 13:02
    Ağıllı insanların saçı daha tez yağlanır
  • Bu gün, 12:36
    Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?
  • Bu gün, 11:33
    Sənədsiz evlərlə bağlı mühüm YENİLİK – Bundan sonra…
  • Bu gün, 10:41
    SON DƏQİQƏ! Rusiyada azərbaycanlılara hücum: XİN bəyanat yaydı
  • Bu gün, 09:14
    Bu meyvə virusun düşmənidir, mədənin isə...
  • Bu gün, 08:34
    Bu bürclər iki qat bayram yaşayacaq - UĞUR SİZİNLƏDİR
  • Dünən, 23:14
    Hansı bürclər tezliklə VARLANACAQ? – Pul "sel" kimi gələcək
  • Dünən, 22:25
    “Təbrizlə birləşməkdən dəm vuran cahillər…” – Deputat
  • Dünən, 21:14
    Bir ay hər gün limonlu su içsəniz nə olar?
  • Dünən, 20:12
    Azərbaycanda ət bahalaşacaq - SƏBƏB
  • Dünən, 19:06
    Bu ucuz tərəvəzi yesəniz, viaqraya ehtiyacınız olmayacaq - Həkim AÇIQLADI
  • Dünən, 18:10
    Azərbaycanda 1 yaşadək uşaqlar ən çox bu səbəblərdən ölür
  • Dünən, 17:23
    Çıxarışı olmayan mənzillərlə bağlı VACİB XƏBƏR
  • Dünən, 16:15
    Qara istiotun bilmədiyimiz FAYDALARI
  • Dünən, 15:17
    Öpüş və qucaqlaşma insultun qarşısını alır
  • Dünən, 14:19
    Azərbaycanda zəlzələ oldu
  • Dünən, 13:11
    Kimlərə yumurta yemək olmaz?
  • Dünən, 12:36
    Ağ tutun inanılmaz 10 faydası - Hər gün 100 qram yeyilsə...
  • Dünən, 11:08
    TƏCİLİ: Paşinyan Rusiyaya qarşı bunu da etdi - Kremldə TƏŞVİŞ BAŞLADI
  • Dünən, 10:34
    XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər
  • 26-06-2025, 22:21
    Barmaqların uzunluğuna görə xərçəng riski – Analiz
  • 26-06-2025, 21:27
    Kimlərə yayda mineral su olmaz?
  • 26-06-2025, 20:07
    Avropa təlaşda: “Yeni ordu yaradılsın!”
  • 26-06-2025, 19:41
    Rusiya üçün qorxunc ssenari – 84 il öncəki hadisə gündəmdə
  • 26-06-2025, 18:31
    Sadə görünür, amma ciddi riskdir – Ürək xəstəliyinin əlaməti
  • 26-06-2025, 17:46
    Bakının İsrailə xəbərdarlığı – 12 günlük müharibədən sonra nələr dəyişdi?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə