• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
Nevrit - sinirlərin iltihabı
Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
Ürək tutmasının qarşısını alan şirə elan olundu
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi - Mirzə İbrahimovdan 10 inanılmaz fakt

Bioqrafiya

2-11-2020, 11:18

Bakı kəndlərində nökərçilik etdi, bir qız onu acından ölməyə qoymadı, arvadının çarpayısına qızılgüllər səpdi - Mirzə İbrahimovdan 10 inanılmaz fakt


Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində anadan olub. O, uşaq yaşlarında valideynlərini itirib. 3 yaşı olanda anası dünyasını dəyişib. Atası onu və böyük qardaşını götürüb Bakıya yollanıb. Burda da faciə baş verib. Neft buruqlarındakı fontanda atasını itirib. Mirzə harasa üzüqoylu düşüb əlacsızlıqdan ağlayıb. Onda gələcək yazıçının vur-tut 7 yaşı var idi...

***

Faciə zənciri bitmək bilmir. Qardaşı ilə iş üçün yola çıxan Mirzə yenə sarsıntı yaşayır. Zabrata çatanda Mirzənin qardaşı vəfat edir. O, həm aclığa, həm də yolun yorğunluğuna dözə bilmir.



Mirzə İbrahimov bir bəyin yanında nökər olub. Bəyin qoyunlarını otarırmış... Bəyin bir oğlu, üç qızı varmış. Mirzə onların həyətindəki balaca əl evində, betonun üstündə ac-susuz yatırmış. Bəyin balaca qızı öz yeməyindən bir parça çörək, bir az da pendir gətirib ona verirmiş.

***

Aradan uzun illər keçir. Mirzə İbrahimov Nazirlər Sovetində sədr müavini işləyirmiş. Bir gün katibə deyir ki, yanına çadralı bir xanım gəlib, qucağında da uşaq. Mirzə İbrahimov qadını qəbul eləyir və gözlərinə inana bilmir; bu, bir vaxt ona pendir-çörək verən bəyin balaca qızıymış! Qız dərdini danışır, məlum olur ki, sovet hökuməti qurulanda atası ölkədən gedib, bacılarının hərəsi bir diyara düşüb, qardaşı da içkiyə qurşanıb? məhv olub. Mirzə İbrahimov ona əlindən gəldiyi qədər yardım edir. Bu hadisə ən ağır illərdə, 40-cı illərdə olur. Qadın Mirzə İbrahimova heç bir ünvan vermir, yenə gələcəm deyir, amma bir daha heç vaxt gəlmir.

"Gələcək gün" romanı, demək olar ki, avtobioqrafiyasıdır. Orda təsvir edilən bütün dəhşətlər, o cümlədən qadının aclıqdan öz uşağını yeməsi səhnəsi həqiqidir. Özü danışırmış ki, balaca və zəif olduğum üçün heç kim məni nökər də götürmürdü. Zabratdakı bəy razılaşanda o qədər sevinmişdim ki, Xalq yazıçısı adını alanda da, ən yüksək vəzifələrə təyin olunanda da bu qədər sevinməmişdim...

***

O, Azərbaycan SSR Ali Sovetinin sədri olanda 20 avqust 1956-cı ildə "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanun"un qəbul etməsinə nail oldu. Burda məqsəd Azərbaycanda rəsmi dövlət sənədlərinin rus yox Azərbaycan dilinə yazılması, dövləd idarələrində doğma dildə danışılması məsələsi qaldırılırdı. Bu qanunun qəbulundan sonra Moskva ona düşmən kəsilir. O, həm vəzifəsini, həm də deputat mandatını itirir.

Nazim Hikmət Bakıya gələndə tələbələrdən biri soruşur:

- Ustad, əgər bir adam başqa dildə təhsil alırsa, evdə, işdə bu dildə danışırsa, bir sözlə, düşünəndə başqa dildə düşünürsə, onu azərbaycanlı hesab etmək olarmı?

Nazim Hikmət deyir:

- Çətindir.

Görüşdə iştirak edən Mirzə İbrahimovun isə reaksiyası daha kəskin olur:

- Belələri dönükdür, əclafdır!

Sonralar Mirzə İbrahimov bu məsələyə görə vəzifəsindən uzaqlaşdırılır, amma ittihamlar qarşısında Nazim Hikməti müdafiə edir. Onu satmır.

Mərkəzi Komitədə iclas vaxtı Mir Cəfər Bağırov deyir ki, Üzeyir Hacıbəyov da, Səməd Vurğun da xalq düşmənidir. Bu zaman Mirzə İbrahimov etiraz edib:

- Üzeyir Hacıbəyov necə vətən xainidir ki, "Koroğlu" operasını yazıb, Səməd Vurğun necə xalq düşmənidir ki, "Vaqif" dramını yazıb.

Bağırov əsəbləşir:

- Əyləş, sən də onların tayısan!

***

Dəfn günü Mirzə İbrahimovu məzara qoyanda bir qadının səsi gəlir: "Umer naş papa!" Mirzə İbrahimovun qızı maraqlanıb ki, bu kimdir. Qadın deyib ki, mən uşaq evində böyümüşəm, 50-ci illərdə Mirzə müəllim Ali Sovetin sədri olanda hər ay bizə pul, ərzaq malları göndərərdi. Biz onu "ata" deyə çağırardıq.

Mirzə İbrahimov evdə deyirmiş ki, yazılarımın qonorarı bizə bəs edir, maaşımı yetim uşaqlar üçün uşaq evlərinə köçürürəm.



Bu xatirəni yazıçının qızı Sevda İbrahimova danışır:

Ana ilk azərbaycanlı pianoçu qadın idi. Uzun müddət atama "yox" deyib. Anam ağır adam idi. Cavabı buna görə ləngiyirdi. Anamın da razılığını Səməd Vurğun alır. Deyib, bəsdir də, ay Sara bacı, bizim yazıçını incitmə. Onlar hamısı evli idi - Səməd Vurğun, Rəsul Rza, Sabit Rəhman... Bircə atam qalmışdı. Anamı çox sevirdi. Rəhmətə gedəndən sonra bağdakı yatağını yığışdırmağa qoymadı. Hər gedəndə o çarpayının üstünə qızılgüllər səpərdi".

***

Ömrünün sonlarında əlindən "Qurani-Kərim" düşməyən yazıçının ən böyük arzusu qızını Cənubi Azərbaycandakı kəndlərinə aparmaq olub. Lakin, çox arzulasa da, buna imkan olmayıb. Dövlət xətti ilə Cənubi Azərbaycana getsə də, doğulduğu Sərab kəndinə heç vaxt gedə bilmir. Vəfat edəndən sonra qızı ora gedir və Sərabdan torpaq gətirib atasının qəbrinə səpir. Kulis.az

Oxunub: 1 045
Paylaş:
Digər xəbərlər

Bioqrafiya

10-02-2020, 20:51

Mirzə Fətəli Axundzadə (1812-1878)

Bioqrafiya

29-11-2019, 22:10

Mikayıl Şahvələd oğlu Mirzəyev

Manşet / Bioqrafiya

4-09-2018, 11:11

Azərbaycan Demokratik Respublikasının Siyasi ictimai xadimlerinen biri Mirzə Əsədullayev

Manşet / Bioqrafiya

19-07-2018, 09:38

Mirzə Fətəli Axundzadə

Manşet / Gündəm / Bioqrafiya

17-06-2018, 11:01

Həmidə xanım Cavanşir

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
Fransa bu iki ərazini itirə bilər – Proses başladı
KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
İnsanlar niyə başqalarının sözünü kəsir?
Son xəbərlər
  • Dünən, 22:12
    Bu BÜRCLƏR səhv insanlara dəfələrlə aşiq olur: Özünüzü yoxlayın
  • Dünən, 15:47
    Yayda həddindən artıq dondurma istəyi niyə təhlükəlidir?
  • Dünən, 12:16
    Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
  • Dünən, 11:37
    Fransa bu iki ərazini itirə bilər – Proses başladı
  • Dünən, 10:28
    KTMT ilə Ermənistan arasında münaqişə... - Vasilyev
  • 2-08-2026, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • 2-08-2026, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • 2-08-2026, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • 2-08-2026, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
  • 2-08-2026, 18:23
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • 2-08-2026, 17:18
    Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
  • 2-08-2026, 16:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • 2-08-2026, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • 2-08-2026, 14:46
    Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
  • 2-08-2026, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • 2-08-2026, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • 2-08-2026, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • 1-08-2026, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • 1-08-2026, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • 1-08-2026, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • 1-08-2026, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
  • 1-08-2026, 18:20
    Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
  • 1-08-2026, 17:04
    Asiyada yeni müharibə başlayır
  • 1-08-2026, 16:35
    ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
  • 1-08-2026, 15:11
    Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
  • 1-08-2026, 14:43
    Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
  • 1-08-2026, 13:31
    Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
  • 1-08-2026, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
  • 1-08-2026, 11:32
    “Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
  • 1-08-2026, 10:23
    Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə