• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Tez doymaq və toxluq hissi xərçəng simptomu ola bilər?
İrandan ABŞ-a “Hörmüz” sövdələşməsi – Təklif nədir?
Azərbaycanda uşaq pulu bu cür verilə bilər - Yeni model açıqlandı
30 yaşdan sonra qadın bədənində nə baş verir?
Ağ Evdə mühüm toplantı - İran müharibəsi yenidən başlayır
Bu halda istefa verəcəyəm - Paşinyan
Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
Böyrək şişlərinin simptomları və müalicəsi
Xərçəngin 4 xroniki simptomu – Diqqət!
Rusiya rəhbərliyindən kritik Ermənistan açıqlaması: İrəvan qara günləri başlayır?
Köçəryandan şok: Putin İrəvana gəlsə, həbs olunacaq
Sağlam həyat tərzində məşhur olan pəhriz təhlükəlidir - Kardioloq
Çində mədəndə partlayış: 90 nəfər öldü
Bu ölkədə dəmir yollarında hərəkət tam dayandırıldı - Səbəb açıqlanmır
Özünüzdə tromb olub-olmamasından necə şübhələnməli?
Rubio Hindistandan müsbət MESAJ VERDİ - Vaşinqton Tehranla dil tapır?
Həkim appendisitin əsas əlamətlərini açıqlayıb
Hörmüz boğazının bağlı qalması 2008-ci ildəki böhranı yarada bilər
Paşinyandan Rusiya ilə bağlı gözlənilməz ETİRAF
Yayda qatıq, ayran, dovğa, doğramac - Kimlərə olar, olmaz?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Mirzə Fətəli Axundzadə (1812-1878)

Bioqrafiya

10-02-2020, 20:51

Mirzə Fətəli Axundzadə (1812-1878)


Mirzə Fətəli Axundzadə yazıçı-dramaturq, filosof, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisidir. O, 1812-ci il iyunun 30-da Azərbaycanın qədim əyalətlərindən olan Şəkidə anadan olmuşdur. Mirzə Fətəli Axundzadə 13 yaşınadək ailəsi ilə birlikdə İran Azərbaycanının müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır.


Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər (anasının əmisi) 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.


Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilmişdir.


1851-ci ildə Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinə üzv seçilən Axundzadə sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, “Əkinçi” qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirmişdir.


M.F. Axundzadə bədii yaradıcılığına şeirlə başlamışdır (“Səbuhi” təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. M.F.Axundzadə 1842-ci ildə axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənmişdir. Onun Tubu xanımdan 13 övladı olmuşdur ki, onlardan da yalnız ikisi - oğlu Rəşidbəy və qızı Nisə xanım uzun müddət yaşamış, qalanları isə erkən yaşlarında ölmüşdür.


O zaman Qafqazın inzibati-mədəni mərkəzi sayılan Tiflis M.F.Axundzadənin dünyagörüşünə mühüm təsir göstərmişdir. Onun ilk şeiri “Zəmanədən şikayət” adlanır. Şeir fars dilində, klassik şərq şeiri ənənələri əsasında yazılmışdır. M.F. Axundzadəni görkəmli bir şair kimi geniş oxucu kütləsinə tanıdan 1837-ci ildə fars dilində yazdığı “Puşkinin ölümünə Şərq poeması”dır. Həmin əsəri şair özü rus dilinə tərcümə etmişdir.


M.F.Axundzadə Şərqdə ilk dəfə dram janrında əsərlər yaratmışdır. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası (“Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti”) 1859-cu ildə Tiflisdə nəşr edilmişdir.


M.F.Axundzadə öz yaradıcılığında həmişə Avropa maarifçiliyinə böyük önəm vermişdir. M.F.Axundzadə 1878-ci il fevralın 26-da ürək xəstəliyindən vəfat etmiş və Tiflisdə dəfn olunmuşdur.

Oxunub: 1 333
Paylaş:
Digər xəbərlər

Manşet / Araşdırma

7-09-2018, 10:39

Nargində güllələnmiş Cümhuriyyət generalı - Feyzulla Mirzə Qacarın ömür yolu!

Manşet / Bioqrafiya

4-09-2018, 11:11

Azərbaycan Demokratik Respublikasının Siyasi ictimai xadimlerinen biri Mirzə Əsədullayev

Manşet / Maraqlı

3-09-2018, 11:53

Sizin qanınız çoxdan halaldır

Manşet / Bioqrafiya

20-07-2018, 09:53

XIX əsrin birinci yarısında yaşayıb yaratmış Azərbaycan şairi Mirzə Şəfi Vazeh

Manşet / Bioqrafiya

19-07-2018, 09:38

Mirzə Fətəli Axundzadə

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Tez doymaq və toxluq hissi xərçəng simptomu ola bilər?
İrandan ABŞ-a “Hörmüz” sövdələşməsi – Təklif nədir?
Azərbaycanda uşaq pulu bu cür verilə bilər - Yeni model açıqlandı
30 yaşdan sonra qadın bədənində nə baş verir?
Ağ Evdə mühüm toplantı - İran müharibəsi yenidən başlayır
Bu halda istefa verəcəyəm - Paşinyan
Son xəbərlər
  • Bu gün, 15:49
    Tez doymaq və toxluq hissi xərçəng simptomu ola bilər?
  • Bu gün, 14:08
    İrandan ABŞ-a “Hörmüz” sövdələşməsi – Təklif nədir?
  • Bu gün, 13:22
    Azərbaycanda uşaq pulu bu cür verilə bilər - Yeni model açıqlandı
  • Bu gün, 12:48
    30 yaşdan sonra qadın bədənində nə baş verir?
  • Bu gün, 11:56
    Ağ Evdə mühüm toplantı - İran müharibəsi yenidən başlayır
  • Bu gün, 10:30
    Bu halda istefa verəcəyəm - Paşinyan
  • Bu gün, 09:09
    Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
  • Dünən, 22:10
    Böyrək şişlərinin simptomları və müalicəsi
  • Dünən, 21:45
    Xərçəngin 4 xroniki simptomu – Diqqət!
  • Dünən, 20:13
    Rusiya rəhbərliyindən kritik Ermənistan açıqlaması: İrəvan qara günləri başlayır?
  • Dünən, 19:46
    Köçəryandan şok: Putin İrəvana gəlsə, həbs olunacaq
  • Dünən, 18:24
    Sağlam həyat tərzində məşhur olan pəhriz təhlükəlidir - Kardioloq
  • Dünən, 17:48
    Çində mədəndə partlayış: 90 nəfər öldü
  • Dünən, 16:53
    Bu ölkədə dəmir yollarında hərəkət tam dayandırıldı - Səbəb açıqlanmır
  • Dünən, 15:51
    Özünüzdə tromb olub-olmamasından necə şübhələnməli?
  • Dünən, 13:34
    Rubio Hindistandan müsbət MESAJ VERDİ - Vaşinqton Tehranla dil tapır?
  • Dünən, 12:07
    Həkim appendisitin əsas əlamətlərini açıqlayıb
  • Dünən, 11:15
    Hörmüz boğazının bağlı qalması 2008-ci ildəki böhranı yarada bilər
  • Dünən, 10:32
    Paşinyandan Rusiya ilə bağlı gözlənilməz ETİRAF
  • Dünən, 09:04
    Yayda qatıq, ayran, dovğa, doğramac - Kimlərə olar, olmaz?
  • 22-05-2026, 22:02
    Bu BÜRClər macərasız yaşaya bilmir
  • 22-05-2026, 21:43
    Qırmızı jenşen çayı – Ürəyi, damarı qoruyan möcüzə
  • 22-05-2026, 20:02
    ABŞ-dan Avropaya Rusiya ilə bağlı xəbərdarlıq: Səbri tükənə bilər
  • 22-05-2026, 19:36
    Ermənistanda Kərki müzakirəsi, Paşinyan izahat verməli oldu - Qaytarılır?
  • 22-05-2026, 18:19
    “Ölümsüzlük tezliyi” 1962-ci ildə tapılmışdı – 1 il sonra alimlər yoxa çıxdı
  • 22-05-2026, 17:40
    İran və ABŞ razılığa gəldi – Şərtlər açıqlandı
  • 22-05-2026, 16:17
    Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: Bakıdan sərhəd xahişinin SƏBƏBİ
  • 22-05-2026, 15:25
    Bağırsaqda bir problem varsa, ikincisi dəridə başlayır
  • 22-05-2026, 14:00
    İran Hörmüzə nəzarəti tam ələ keçirir: Gəmilər üçün yeni qadağa XƏRİTƏSİ
  • 22-05-2026, 13:29
    Avropanı silkələyən dron insidentləri: müharibə başlayır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə