• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
Kortizol dalğası: Sosial media mifləri və reallıqlar
Əfqanıstanda dəhşət: Parkda insanlar güllələndi
İranda hakimiyyət dəyişikliyi xalq üsyanı ilə olacaq – Rza Pəhləvi
Dişdəki plombu tez zamanda məhv edən məhsullar açıqlanıb
Azərbaycan ərazisindən Körfəz ölkələrinə raket buraxılır?
27 mindən çox şəxsə giriş qadağan edildi - Aİ sərhədlərində yeni qaydalar
Bağırsaqların "düşmən"i olan QİDALAR
Kosmosun dərinliklərində YENİ ÜMİD: 146 işıq ili uzaqlıqda "2-ci Yer" tapıldı
Ürək döyüntüsünü necə azaltmaq olar? - 4-7-8 nəfəs alma üsulu
Qalib nə ABŞ, nə də İrandır – Dünya bu ölkədən danışır
İranın ABŞ bazasına ağır zərbəsi – Sağ qalanlar danışdı
Saçı yumurta ilə yumaq olar? - Həkimdən cavab
Azərbaycanda 6 kişi xanımının soyadını buna görə götürübmüş – SƏBƏBLƏR
Atəşkəs, yoxsa fırtınaqabağı səssizlik? – Türkiyə və Azərbaycanı gözləyən risk
Su haqqında bildiklərimiz yanlış imiş: Ekspertdən şok açıqlama
Zelenski 4 ölkəyə işarə etdi: “ABŞ-ı əvəz edə bilərik” dedi
Azərbaycanda ad seçimi: Valideynlər niyə milli adlardan uzaqlaşır? - ARAŞDIRMA
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Tarixin ilk qadın Nobel mükafatçısı - SELMA LAGERLÖF

Bioqrafiya

26-06-2020, 22:32

Tarixin ilk qadın Nobel mükafatçısı - SELMA LAGERLÖF



Əsrlər keçir, illər ilan kimi arxamızca sürünür. Hələ də qadın əlinə aldığı qələmi qırıb gözünü oyan kişilərin önündə özünü təsdiqləmək mücadiləsi verir. Öz ətindən, öz qanından yoğurduqları- “əlinin xəmirinə dirijor çubuğunu bulaşdırma”, “siyasətdən gen gəz”, “qadın hara, vəzifə hara” deyib önünə dirənir.

Amma qadının ana missiyası yer üzündəkilərlə yarışmaq deyil. Çünki kainat onun doğduğu nizama tabedir.

Hələ bir əsr öncə əsərləri ilə dünyaya bu teoremi hayqıran Selma Lagerlöfdən danışacam sizə.

Selma Lagerlöf ədəbiyyat sahəsində dünyanın ilk Nobel mükafatına layiq görülüb, İsveç Akademiyasının üzvü olan qadın kimi tarixə düşüb. Lagerlöfün “Nilsin vəhşi qazlarla sehirli səyahəti” əsəri İsveç xalqının dəyərli mədəni irsi sayılır.

Publika.az xəbər verir ki, o öz xalqının nağıllarını, əfsanələrini gerçək məktublar şəklinə çevirərək, İsveç adlı məmləkətini bütün dünyaya tanıdıb.

Nağıllarda keçən uşaqlıq

Selma İsveçin Vermland adlı gözəl şəhərciyində hərbçi və müəllim ailəsində dünyaya göz açıb. Uşaqlığı təbiətin qoynunda hər daşın, qayanın, gülün, çiçəyin əhatəsində öz nağıl dünyasını yaratmaqla keçib.

Balaca Selmanın tərbiyəsində anasının və nənəsinin böyük təsiri olub. Məhz bu iki doğma qadın İsveç xalq ədəbiyyatının sehirli qapılarını onun üzünə açmaqla, gələcəyin böyük yazıçısının mükəmməl zövqünü formalaşdırıblar. Cəmi 3 yaşında ikən Selma iflic olur. Həyatının bir neçə ilini yataq şəraitində hərəkətsiz keçirir. Bu müddətdə nənəsi onun dünyaya açılan pəncərəsinə çevrilir. Sevimli nənəsi Selmaya müxtəlif nağıllar, əhvalatlar danışmaqla kifayətlənmir, Vermland meşələrində yaşayan cinlər haqda əfsanələr uydururdu.

Lagerlöf uşaqlığı barədə xatirələrində yazacaqdı: “Nənəm sübhdən alatoranlığadək yanımda əyləşir, müxtəlif rəvayətlər danışardı. Onu dinləyə-dinləyə təxəyüllümü zənginləşdirdiyim illər həyatımın ən gözəl dövrüdür”.

Mayası xalq yaradıcılığı ilə yoğrulmuş Lagerlöfün əsərləri başdan-başa cəsarət və zənginliklə dolu təsəvvür dünyasının məhsuludur.

7 yaşına çatan Selma amansız xəstəlikdən yaxa qurtarmağa nail olur. Bununla yanaşı, həyatının ən böyük qərarını verir. Nənəsinin nağıllar aləminin sehrilə gözəl hekayələr yazmağa başlayır. Günlərin bir günü Stokholmun mərkəzindəki paradda iştirak edən Selma kral sarayının pəncərələrini saya-saya o şüşələrin ardında cərəyan edən hadisələri və insanları təsəvvüründə canlandırmağa başlayır. Bu haqda nə vaxtsa gözəl bir əsər yazacağına qərar verir.

Selma şeirlər, hekayələr yazmağa başlayır. Pöhrələnən yaradıcılıq tumurcuqları onu daha gözəl əsərlər yazmağa vadar etsə də, gənc yazıçı bu enişli-yoxuşlu yolda çox sınanır.

Bir dilim çörəyin belə çətinliklə tapıldığı dövrdə Selma yaradıcılıqdan uzaqlaşıb, müəllimlər seminariyasına daxil olur. Təhsilini başa vurub, Landskrun adlı şəhərciyə köçür. Burada qızlar məktəbində müəllimə işləməyə başlayır.

İllər sonra Lagerlöf etiraf edirdi ki, həyatının bu dönəmi yazıdan tamamilə uzaqlaşsa da, bir müddət sonra yaradıcılıq ruhunu toplayıb, “Yöst Berlinq haqda dastan” romanına can verir.

Xəyalpərəst Selma

Lagerlöfün yaradıcılığa başladığı illərdə ölkə ədəbiyyatında realist cərəyan hökm sürürdü. Onun əsərlərində realist yazıçıların da dərin təsiri duyulurdu. Lakin yazıçı yaradıcılıq səsini daha çox təsəvvür və xəyal dünyasının gücü hesabına ucalda bildi. Uşaqlıq illərində nənəsinin, anasının dilindən süzülən rəvayətlərdən qaynaqlanan sərbəst düşüncə tərzi onu standart realist ədəbiyyatından qat-qat uca zirvələrə qaldırırdı.

Dünya şöhrətli yazıçının neoromantik üslubda yazdığı “Yüst Berlinq haqda dastan” romanı Vermland şəhərciyinin qədim tarixi rəvayətlərinin toplusudur. Əsər XIX əsrin sonlarında İsveç ədəbiyyatsevərlərinin ən oxunaqlı əsərinə çevrilməyi bacarır. Romanda həmçinin realist düşüncə tərzi də sezilir. Lagerlöf doğma Vermland güzəranını gerçək ustalıqla təsvir edərək, eyni zamanda folklor qəhrəmanlarının obrazları ilə zənginləşdirməyə nail olur. İsveçin yeni kapitalist axına doğru yönləndiyi dövrdə görkəmli qələm ustası əsərində qədim tarixə malik məmləkətinin koloritini, milli cizgilərini qorumağa çalışır. Selmanın yaradıcılığının böyük hissəsi folklor motivləri əsasında qələmə alınsa da, bugünədək ən məşhur əsəri məhz bu dastandır.

1906-cı ildə “Nilsin vəhşi qazlarla sehirli səyahəti” romanı çap edilir. Kitab bir neçə gün ərzində Skandinaviya ölkələrinin ən oxunaqlı əsərinə çevrilir. Sonra onlarla dilə tərcümə edilib, yazıçıya dünya şöhrəti gətirir. Maraqlısı odur ki, bu roman demokratik təhsilə keçid etmək istəyən İsveç orta məktəblərində coğrafiya dərsliyi kimi tədris olunmaq üçün ərsəyə gətirilmişdi. Ölkə hakimiyyəti məktəb proqramlarına maarifləndirici, eyni zamanda şagirdlərin marağını cəlb edəcək dərsliklər daxil etməyə qərar verirlər. Layihə üzərində çalışmaq üçün ölkənin alimləri və yazıçıları bu işə cəlb edilməli idilər. Selma Lagerlöfə təklif gələndə, tək çalışmaq istədiyini dilə gətirir. Yazıçı bütün İsveçi qarış-qarış gəzib, kitabı üçün yeni məlumatlar toplamağa başlayır. İstinad etdiyi bir sıra mənbələr, İsveç təbiətinin gözəllikləri, təxəyyül dünyasının zənginliyini bir yerə cəm edib “Nilsin vəhşi qazlarla sehirli səyahəti” romanını ərsəyə gətirir. Bu kitab rəsmi dərslik deyil, əyləncəli səyahət xarakteri daşıyan romana çevrilir. (Yəqin ki, bu təcrübəni çağdaş təhsil sistemində də sınaqdan keçirə bilərik. Axı dünyanın ən güclü təhsil sistemi olan Finlandiya məhs bu sistemlə çalışır. Şagirdi yormadan, incitmədən, əyləncəli üsullarla ona yeni biliklər verir).

Həmin dövr üçün bu kitab təhsildə inqilab sayılırdı. Odur k, Lagerlöfün əsəri az tənqidə məruz qalmırdı.

Nobel mükafatına layiq görülən ilk qadın

XX əsrin əvvələrində Selma Lagerlöf kifayət qədər məşhur yazıçı və İsveçin ən sevimli qadınlarından idi. 1907-ci ildə qələm ustası Uppsals Universitenini fəxri üzvü seçilir. 50 yaşlı yazıçının doğum günü ölkənin milli bayramı kimi qeyd olunmağa başlanır.

1909-cu ildə Lagerlöf "Nilsin vəhşi qazlarla sehirli səyahəti" əsərinə görə Nobel mükafatına layiq görülən ilk qadın kimi tarixə düşür. Bu ədəbiyyat qələbəsi Selma yaradıcılığının zirvəsi sayılır.

Bu illər ərzində yazıçı İsveçin ən nüfuzlu şəxslərindən birinə çevrilir. Ömrünün sonunadək azad fikirləri, sərbəst düşüncələrilə qadın haqlarının müdafiəsi yolunda çalışır. Xeyriyyəçilik fəaliyyətilə də diqqət mərkəzində olan Selma İkinci Dünya Müharibəsi zamanı alman mədəniyyətinin parlaq simalarına Almaniyadan qaçıb, digər ölkələrdə məşkunlaşmağa yardım edirdi. Nobel mükafatına görə qazandığı medalı isə Finlandiyaya yardım fonduna hədiyyə edir. Qüdrətli yazıçının bu jestindən təsirlənən Finlandiya hakimiyyəti medalı geri qaytarır.

Artıq dünyada sözü keçən yazar xanım İsveç siyasətində yaxından iştirak etməyə başlayır. 1911-ci ildə Stokholm Konqresində çıxış edərək qadınları öz haqları uğrunda mübarizəyə və cəmiyyətin həyatında fəal iştirak etməyə səsləyir. Lagerlöf İsveç qadınlarına səsvermə hüququ qazandırmaq üçün böyük əmək sərf edir. Öz simasında xanım olmağın böyük üstünlüyünü sübut etməyə çalışır.

(Təəssüf ki, bu gün qadınları ən çox şiddət görən, zorakılığa məruz qalan ölkə İsveçdir. Tənbəllik etməyib, statistik göstəricilərlə baxmaqla yanaşı, bir neçə isveçli xanımla əlaqə saxladım. Onlar bu faktı təsdiqlədilər).

Qadın aşiqi-feminist Lagerlöf

Uzun müddət insanlar Lagerlöfü tənha qadın obrazında tanıyıblar. 1990-cı ildə yazıçının arxiv fotoşəkilləri, məktubları tapılanda bəlli oldu ki, ömrünün sonunadək qadın azadlığı uğrunda mübarizə aparan yazıçı Sofi Elkan və Valborq Olander adlı yazıçı qadınlarla eşq macərası yaşayıb. Selma Olanderə yazdığı məktubda - "Tezliklə səninlə qovuşub, bir-birimizə sahib olacağıq. Bu xoşbəxtliyin xəyalı belə məni göylərə qaldırır" - deyə arzularını qələmə tökürdü.

Bu qadınlar arasındakı məhəbbət üçbucağı bir neçə onillik boyu davam edir. Lakin Sofinin ölümündən sonra Selma Valborqla daha da yaxınlaşır, və son nəfəsinədək onunla birgə yaşayır.

Dünya şöhrətli ilk qadın Nobel mükafatçısının cinsi azlıqları cəsarətləndirən fikirlərindən biri də budur: "Mən Kopenhagendə olduğum müddətdə bir-birinə aşiq onlarla qadın cütlüklərlə tanış oldum. Axı niyə insan məhəbbəti cinsi çərçivəyə salınmalıdır”?

Oxunub: 4 692
Paylaş:
Digər xəbərlər

Maraqlı

9-02-2020, 15:42

Nobel mükafatı haqqında maraqlı faktlar

Səhiyyə

14-10-2019, 20:17

Xərçəng necə yaranır? - Nobel mükafatçısı

Xəbərlər

10-10-2019, 21:25

Ədəbiyyat üzrə Nobel laureatlarının adları açıqlandı

Maraqlı

18-03-2019, 23:31

Bu qadın 9 dəqiqəyə 6 uşaq dünyaya gətirdi - FOTO

Xəbərlər

2-03-2019, 15:30

Nobel mükafatçısı olan rus fizik vəfat etdi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
Kortizol dalğası: Sosial media mifləri və reallıqlar
Əfqanıstanda dəhşət: Parkda insanlar güllələndi
İranda hakimiyyət dəyişikliyi xalq üsyanı ilə olacaq – Rza Pəhləvi
Son xəbərlər
  • Bu gün, 18:03
    Elektron siqaretlər DNT-ni zədələyir - DİQQƏT
  • Bu gün, 17:30
    Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
  • Bu gün, 16:24
    Azərbaycanda imtahan sistemi dəyişir? - Nazir açıqladı
  • Bu gün, 15:48
    Kortizol dalğası: Sosial media mifləri və reallıqlar
  • Bu gün, 14:26
    Əfqanıstanda dəhşət: Parkda insanlar güllələndi
  • Bu gün, 13:34
    İranda hakimiyyət dəyişikliyi xalq üsyanı ilə olacaq – Rza Pəhləvi
  • Bu gün, 12:52
    Dişdəki plombu tez zamanda məhv edən məhsullar açıqlanıb
  • Bu gün, 11:11
    Azərbaycan ərazisindən Körfəz ölkələrinə raket buraxılır?
  • Bu gün, 10:19
    27 mindən çox şəxsə giriş qadağan edildi - Aİ sərhədlərində yeni qaydalar
  • Bu gün, 09:03
    Bağırsaqların "düşmən"i olan QİDALAR
  • Dünən, 22:04
    Kosmosun dərinliklərində YENİ ÜMİD: 146 işıq ili uzaqlıqda "2-ci Yer" tapıldı
  • Dünən, 21:45
    Ürək döyüntüsünü necə azaltmaq olar? - 4-7-8 nəfəs alma üsulu
  • Dünən, 20:14
    Qalib nə ABŞ, nə də İrandır – Dünya bu ölkədən danışır
  • Dünən, 19:40
    İranın ABŞ bazasına ağır zərbəsi – Sağ qalanlar danışdı
  • Dünən, 18:27
    Saçı yumurta ilə yumaq olar? - Həkimdən cavab
  • Dünən, 17:34
    Azərbaycanda 6 kişi xanımının soyadını buna görə götürübmüş – SƏBƏBLƏR
  • Dünən, 16:22
    Atəşkəs, yoxsa fırtınaqabağı səssizlik? – Türkiyə və Azərbaycanı gözləyən risk
  • Dünən, 15:08
    Su haqqında bildiklərimiz yanlış imiş: Ekspertdən şok açıqlama
  • Dünən, 14:57
    Zelenski 4 ölkəyə işarə etdi: “ABŞ-ı əvəz edə bilərik” dedi
  • Dünən, 13:31
    Azərbaycanda ad seçimi: Valideynlər niyə milli adlardan uzaqlaşır? - ARAŞDIRMA
  • Dünən, 12:17
    Zob xəstəliyində radioaktiv yod həmişə vacibdirmi? – Mütəxəssislər fərqli yanaşmaları izah edir
  • Dünən, 11:35
    Litani çayından Hermon dağına qədər: İsrail bu ölkələrin ərazisini tutacaq
  • Dünən, 10:00
    Dollarla bağlı daşları yerindən oynadacaq addım – 26 illik həmlə təkrarlanır?
  • Dünən, 09:06
    Qaraciyər xərçəngi və sirrozdan qorunmağın ən ucuz yolu: Hər gün bu içkini için!
  • 9-04-2026, 22:09
    İdeal yuxu müddəti: Yaşınıza görə neçə saat yatmalısınız?
  • 9-04-2026, 21:23
    Şişən damaqlara diqqət: Etdiyiniz səhv budur
  • 9-04-2026, 20:40
    Tibb sistemində böyük çalxalanma – TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir?
  • 9-04-2026, 19:36
    Pakistan “olar” dedi, İsrail rədd etdi – İrandan mühüm tələb
  • 9-04-2026, 18:02
    Mədə kəsilib götürüləndən sonra insanı nə gözləyir?
  • 9-04-2026, 17:27
    Nə Rusiya, nə İran, nə də ABŞ-İsrail: bunu yalnız Bakı etdi – Əliyevdən tarixi addım
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə