• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ankara zirvəsindən CAATSA MÜJDƏSİ - “F-35” satışı isə...
Dünyada yayılmışdı, Azərbaycanda da oldu: Minlərlə insanı sevindirəcək QANUN
Yüksək qan təzyiqini azaltmaq üçün RESEPT
“Heç bir gizli təmas olmayıb” - Kreml Avropa liderindən ZƏNG GÖZLƏYİR
Ərdoğandan müharibə açıqlaması: “Ukrayna, İran və Qəzza ilə bağlı…”
Panik atakdan ölmək mümkündürmü?
Azərbaycan-Rusiya xəttində yeni gərginlik – Moskvadan Bakıya mesaj var…
Nüvə silahı hərəkətə gətirildi, 4 ölkədə vəziyyət qarışdı – Yeni təhlükə…
Razyananın hansı faydaları var?
Bu bitkinin yağı depressiyanın dərmanıdır - Türk həkimlər
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
Qan təzyiqi aşağı düşən 34 yaşlı qadın öldü
Bu tədbir Türkiyədə olmasa, iştirak etməzdim - Tramp
Beyində anevrizma olub-olmadığını necə bilmək olar?
Kiyev bunu etsə, müharibə dərhal dayanacaq - Moskvadan mesaj
Bu şəxslər 5 min manat məbləğində cərimə ediləcəklər - İlham Əliyev təsdiqlədi
Uzun müddət oturmaq ölüm riskini artırır
Avqustda qeyri-iş günü olacaqmı?
Rusiya dövlət büdcəsinin yarısını hərbiyə ayırır
Qaraciyər xərçənginin əlamətləri yemək yeyəndə görünür
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

XIX əsrin birinci yarısında yaşayıb yaratmış Azərbaycan şairi Mirzə Şəfi Vazeh

Manşet / Bioqrafiya

20-07-2018, 09:53

XIX əsrin birinci yarısında yaşayıb yaratmış Azərbaycan şairi Mirzə Şəfi Vazeh



















XIX əsrin birinci yarısında yaşayıb yaratmış Azərbaycan şairi Mirzə Şəfi Vazehin şəxsiyyəti və yaradıcılığı onu Şərq poeziyası klassikləri pleyadasının parlaq nümayəndələrindən biri hesab etməyə əsas verir. Görkəmli şair, pedaqoq və maarifçi-filosofun həyat və yaradıcılığına, onun şərq və qərb sivilizasiyalarının müdrikliyini özündə üzvi şəkildə birləşdirən poetik irsinin qeyri- adi taleyinə maraq bu gün də azalmır.
Vazeh 1794-cü il iyunun 14-də Gəncədə, xan sarayında işləyən sadə bənna ailəsində anadan olmuşdur. Erkən yaşlarından poetik sözə böyük həvəsi ilə seçilən Mirzə Şəfi mədrəsədə dinin əsaslarını öyrənmiş, burada təhsilini başa vurandan sonra isə ərəb və fars ədəbiyyatı, Azərbaycan və rus klassiklərinin əsərləri, sufilik fəlsəfəsi ilə dərindən maraqlanmışdır.
Şair öz əsərlərində insan ruhunun əzəmətini, sevgi, həyat eşqi, gözəllik kimi dəyərləri vəsf edirdi. “Züleyxa haqqında” şeilər silsiləsi buna əyani sübutdur. Vazeh qələminin məhsulu olan “Yusif və Züleyxa”, “Sədi və şah” poemaları, çoxsaylı qəzəlləri, rübailəri, kəskin satira və yumorla dolu aforizmləri o dövr üçün çox cəsarətli nümunələr idi. Vazeh “Kitabi-türki” adlı ilk Azərbaycan dili dərsliyinin müəlliflərindən biri olmuşdur. Lakin şairin yaradıcılığını, onun tədrisə və maarifçiliyə yönəlmiş səylərini xoşlamayan din xadimləri ona güclü təzyiq göstərməyə başladılar və 1840-cı ildə Mirzə Şəfi doğma şəhərini tərk edərək, o vaxt Qafqazın mütərəqqi mədəniyyət, elm və təhsil mərkəzi sayılan Tiflisə köçməyə məcbur oldu.
Ədəbi təxəllüsü Vazeh olan Mirzə Şəfi Tiflis məktəbində mükəmməl bildiyi “nəstəliq” xətti ilə yazıdan, sonra isə şərq dillərindən və ədəbiyyatdan dərs deyirdi. Vazeh Tiflisdə öz evində “Divani-Hikmət” ədəbi məclisi yaratmışdı. O dövrün tanınmış şair, yazıçı və filosoflarının çoxu, o cümlədən Vazehin şagirdi və davamçısı Mirzə Fətəli Axundzadə axşamlar tez-tez bu məclisdə toplaşardılar.
O vaxt Qafqaza gəlmiş alman şairi və şərqşünası Fridrix fon Bodenştedt də sözün həqiqi mənasında mədəniyyət və ədəbiyyat ocağı olan, Qərbi Avropa, rus və Azərbaycan poeziyasını özündə birləşdirən “Divani-Hikmət” məclisinə gəlir, burada Vazehdən fars və Azərbaycan dili dərsləri alırdı. Mirzə Şəfinin bütün şagirdləri öz müəllimlərinin fenomenal yaddaşa, qeyri-adi natiqlik qabiliyyətə, gözəl deklamasiya istedadına malik olmasını, öz sələfləri – şərqin böyük şairləri Nizami, Füzuli, Xaqani, Hafiz, Xəyyam və başqalarının yaradıcılığına hörmət və məhəbbət bəsləməsini qeyd edirdilər. Mirzə Şəfi də öz növbəsində avropalı şagirdləri vasitəsilə Şekspir, Höte, Heyne, Şiller, Bayron kimi böyük söz ustalarının yaradıcılığı ilə tanış olmuşdu.
F.Bodenştedt öz vətəninə qayıdarkən onunla vidalaşan zaman Mirzə Şəfi kalliqrafik xətlə yazılmış şeirlər dəftərini ona hədiyyə etmiş, qədirbilən şagirdi bu şeirləri Almaniyada “Müdriklik açarı” adlı poetik məcmuə şəklində çap etdirəcəyinə söz vermişdi.
Mirzə Şəfi Vazehi “Gəncəli müdrik” adlandıran F.Bodenştedt sözünə əməl etdi və öz müəlliminin şeirlərini alman dilinə tərcümə edərək 1850-ci ildə nəfis tərtibatda kitabını çap etdirdi. Kitabın üz qabığında müəllifin portreti verilmişdi.
“Şərqdə 1001 gün” adlı bu kitab Qərbdə böyük uğur qazandı. Qısa müddətdə Vazehin şeirləri ingilis, fransız, italyan, polyak, macar, rus, ivrit dilinə və başqa dillərə tərcümə edildi. V.Bodenştedtin 1851-ci ildə dərc etdirdiyi “Mirzə Şəfi nəğmələri mahnıları” adlı kitabda tərtibatçı öz müəllimi barədə və onun şeirlərini necə tərcümə etməsi haqda söhbət açır. Həmin dövrdə Veymarda yaşayan rus bəstəkarı Anton Rubinşteyn Mirzə Şəfi Vazehin şeirlərinə bəstələdiyi 12 romansdan ibarət “Fars nəğmələri” adlı vokal silsilə yaratmışdı. Bu romanslardan biri uzun müddət böyük opera ifaçısı Fyodor Şalyapinin repertuarına daxil idi. Lakin cildində öz portreti olan kitabın ona vəd edilmiş nüsxəsini görmək Mirzə Şəfiyə nəsib olmadı. Ömrü boyu qismətinə düşmüş bədbəxtlik və uğursuzluqlarla barışmaq məcburiyyətində qalmış böyük şair 1852-ci ildə Tiflisdə yoxsulluq və tənhalıq şəraitində dünyasını dəyişdi. Mirzə Şəfi Vazehin ölümündən iyirmi il sonra XIX əsrin 70-ci illərində F.Bodenştedt qeyri-adi bir bəyanatla çıxış edərək dedi ki, şərqli şair və filosofun adı və obrazı uydurma və mistifikasiyadır, o vaxta qədər Mirzə Şəfi Vazeh imzası ilə təqdim edilmiş şeirlər guya naşirin öz qələminin məhsullarıdır. Lakin ədəbiyyatşünaslıq tarixində “Bodenştedt plagiatı” adlanan bu fenomen əslində Mirzə Şəfi Vazehin ədəbi irsinin daha da populyarlaşmasına və qorunub saxlanmasına şərait yaratdı. Sonrakı dövrdə Azərbaycan alimləri Salman Mümtaz, Mikayıl Rəfili, Ə.Seyidzadə və başqaları bu fakt üzrə çox böyük tədqiqat işləri aparmış, şair Mirzə Şəfi Vazehin real şəxsiyyət və həmin şeirlərin əsl müəllifi olmasını sübut etmişlər. 2010-cu ildə isə F. Bodenştedtin doğma şəhəri Peynedə (Aşağı Saksoniya əyaləti) Almaniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə iki mədəniyyətin nümayəndələrinin dostluğu və əməkdaşlığı şərəfinə xatirə lövhəsi açılmışdır.
Ayşə Axundova

Oxunub: 1 839
Paylaş:
Digər xəbərlər

Manşet / Mədəniyyət

19-07-2018, 09:39

Ağlımla qəlbimin özgə yolu var

Manşet / Bioqrafiya

19-07-2018, 09:38

Mirzə Fətəli Axundzadə

Manşet / Bioqrafiya

29-06-2018, 10:12

Şah İsmayıl Xətai

Manşet / Gündəm / Bioqrafiya

17-06-2018, 11:01

Həmidə xanım Cavanşir

Gündəm / Bioqrafiya

23-05-2018, 07:19

Unudulmaz mütəfəkkir, ictimai xadim

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ankara zirvəsindən CAATSA MÜJDƏSİ - “F-35” satışı isə...
Dünyada yayılmışdı, Azərbaycanda da oldu: Minlərlə insanı sevindirəcək QANUN
Yüksək qan təzyiqini azaltmaq üçün RESEPT
“Heç bir gizli təmas olmayıb” - Kreml Avropa liderindən ZƏNG GÖZLƏYİR
Ərdoğandan müharibə açıqlaması: “Ukrayna, İran və Qəzza ilə bağlı…”
Panik atakdan ölmək mümkündürmü?
Son xəbərlər
  • Bu gün, 17:37
    Ankara zirvəsindən CAATSA MÜJDƏSİ - “F-35” satışı isə...
  • Bu gün, 16:51
    Dünyada yayılmışdı, Azərbaycanda da oldu: Minlərlə insanı sevindirəcək QANUN
  • Bu gün, 15:19
    Yüksək qan təzyiqini azaltmaq üçün RESEPT
  • Bu gün, 14:06
    “Heç bir gizli təmas olmayıb” - Kreml Avropa liderindən ZƏNG GÖZLƏYİR
  • Bu gün, 13:43
    Ərdoğandan müharibə açıqlaması: “Ukrayna, İran və Qəzza ilə bağlı…”
  • Bu gün, 12:12
    Panik atakdan ölmək mümkündürmü?
  • Bu gün, 11:41
    Azərbaycan-Rusiya xəttində yeni gərginlik – Moskvadan Bakıya mesaj var…
  • Bu gün, 10:27
    Nüvə silahı hərəkətə gətirildi, 4 ölkədə vəziyyət qarışdı – Yeni təhlükə…
  • Bu gün, 09:00
    Razyananın hansı faydaları var?
  • Dünən, 22:00
    Bu bitkinin yağı depressiyanın dərmanıdır - Türk həkimlər
  • Dünən, 21:07
    Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
  • Dünən, 20:27
    Qan təzyiqi aşağı düşən 34 yaşlı qadın öldü
  • Dünən, 19:13
    Bu tədbir Türkiyədə olmasa, iştirak etməzdim - Tramp
  • Dünən, 18:32
    Beyində anevrizma olub-olmadığını necə bilmək olar?
  • Dünən, 17:10
    Kiyev bunu etsə, müharibə dərhal dayanacaq - Moskvadan mesaj
  • Dünən, 16:25
    Bu şəxslər 5 min manat məbləğində cərimə ediləcəklər - İlham Əliyev təsdiqlədi
  • Dünən, 15:44
    Uzun müddət oturmaq ölüm riskini artırır
  • Dünən, 14:08
    Avqustda qeyri-iş günü olacaqmı?
  • Dünən, 13:22
    Rusiya dövlət büdcəsinin yarısını hərbiyə ayırır
  • Dünən, 12:50
    Qaraciyər xərçənginin əlamətləri yemək yeyəndə görünür
  • Dünən, 11:32
    BƏƏ-nin Hörmüzdə gizli əməliyyatı üzə çıxdı: Nefti belə daşıyıblar
  • Dünən, 10:10
    Makron Suriyada: Şara ilə görüşdü...
  • Dünən, 09:07
    Şaftalının faydaları nələrdir, neçə kaloridir?
  • 6-07-2026, 22:42
    Yayda hər gün ayaqyalın gəzin – Həkim
  • 6-07-2026, 21:14
    Kondisioner işlək vəziyyətdə olarkən yatmağın təhlükələri açıqlandı
  • 6-07-2026, 20:50
    Kremli gözləyən qorxunc ssenari: ölkə parçalanır? – Böyük güclərin planı…
  • 6-07-2026, 19:13
    Yaxın zamanda Rusiya və Ukrayna sülh imzalayacaq – Tramp gözlənilməz vəd verdi
  • 6-07-2026, 18:02
    Zəfəran gözlərə nur verir - Yaşlılara dəstək
  • 6-07-2026, 17:06
    100 manatlıq əsginas yenilənir: köhnə pulların taleyi necə olacaq? – RƏSMİ CAVAB
  • 6-07-2026, 16:35
    Seçkilərdən sonra Paşinyan ilk xarici səfərini niyə Rusiyaya etdi? – Mikaelyan sirləri açdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə