• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
Şimali Koreya Putinə belə dəstək verir
Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
Gürcüstan Rusiya ilə sərhədi bağladı
Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
Gərginliyin arxasında İran dayanır - Yəmən
Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycanda ailələrin azuşaqlılığa keçidi: Uşaq sayının azalması dəyərlərə təsir edirmi? - ARAŞDIRMA

Araşdırma

4-09-2022, 23:39

Azərbaycanda ailələrin azuşaqlılığa keçidi: Uşaq sayının azalması dəyərlərə təsir edirmi? - ARAŞDIRMA


Rəsmiyə xalanın 12 uşağı var. Hər gün evdə süfrə sərir, bütün uşaqlar bir yerdə yeyir, içir, oynayırlar. O, övladları ilə xoşbəxtdir və hər bir uşağın ruzisini Allahın verdiyinə inanır. Rəsmiyə xala özü də 15 uşaqlı ailədə böyüyüb. Deyir ki, bacılarım, qardaşlarım var. Dar, xoş günümdə yanımdadırlar. İndi xalası, bibisi olmayan uşaq məni qayğılandırır. Bu qohumluq əlaqələrinə ciddi şəkildə təsir edir.

Düzdür, indi 5, 7, 12 uşaqlı ailə görəndə təəccüblənirik. Lakin vaxtilə Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə digər ittifaq respublikaları ilə müqayisədə ön sıralarda olub. İndi isə hər bir Azərbaycan ailəsində maksimum 3 uşaq var.

Bəs çoxuşaqlı ailədən azuşaqlıya keçid ailə dəyərlərinə təsir edirmi? Ümumiyyətlə, uşaqların tərbiyəsində rol oynayırmı?

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsindən verilən məlumata görə, Azərbaycan çoxuşaqlı ailələrin sayına görə hər zaman örnək göstərilib. Müasir dövrdə isə gənclər üçün maddi və mədəni ehtiyaclar prioritetdir:

“Azərbaycan xalqının özünəməxsus və zəngin ailə dəyərləri mövcuddur. Çoxuşaqlılıq da Azərbaycan ailəsinin əsas özəlliklərindən idi. Lakin müasir cəmiyyətdə ailənin yeni nəslin formalaşmasında tərbiyəvi rolu haqqında təsəvvürlər kökündən dəyişib. Ənənəvi ailə tipindən müasir ailə tipinə keçidin sürətlənməsi müvafiq təsəvvürləri yenidən formalaşdırdı. Artıq müasir dövrdə gənclər üçün maddi və mədəni ehtiyaclar prioritetdir”.

Qurumdan bildirildi ki, çoxuşaqlı ailələrdən azuşaqlı ailələrə keçidin ailə dəyərlərinin qorunub saxlanılması və nəsildən-nəslə ötürülməsinə heç bir təsiri olmamalıdır:

“Ailənin əsas tərbiyə imkanları, hər şeydən əvvəl, valideynlərin və uşaqların qarşılıqlı əlaqəsi ilə müəyyən olunur. Cəmiyyətdə baş vermiş hər hansı dəyişikliklər, sosial mühit, müxtəlif təzyiqlər ailə institutuna öz təsirini göstərir. Cəmiyyətimiz müasir dövrdə dinamikdir. İnformasiya platformasının geniş olması, ailə institutunun tədricən mövcud dəyişiklikliyə uyğunlaşması nəinki ölkəmizdə, bütün dünyada müşahidə olunur. Lakin bütün mövcud dəyişikliklər və tendensiyalara baxmayaraq, dövlətimizin prioritet istiqamətlərindən biri də milli dəyərlərimizə əsaslanan ailə institutunun qorunub saxlanılmasıdır. Çoxuşaqlılıqdan azuşaqlılığa keçidi tək bizim ölkədə deyil, bütün dünya ölkələrinin təcrübəsində görə bilirik. Uşaq sayının dəyərlərə heç bir təsiri olmamalıdır”.

Sosioloq Aynur Hacıyeva isə deyir ki, çoxuşaqlılıqdan azuşaqlılığa keçid sosioloji problemlər yaradır:

“Əvvəlki ailələrdə bir uşaq dünyaya gələndə artıq digər uşaqlar böyümək üzrə olurdu. Uşaqlar bir-birilə ünsiyyət qurur, qidasını, oyuncağını, paltarını paylaşırdı. Yeni doğulan uşaq da doğulduğu zaman bu vərdişləri görüb, çətinlik çəkmədən onlara yiyələnirdi. Lakin indi doğulan uşaqların ailədə ünsiyyət problemləri olur. Valideynlər işləyir, onlara vaxt ayıra bilmir, məktəb, bağça vaxtında isə şikayət edirlər ki, uşaqlar sosiallaşa bilmir. Azuşaqlı ailələrdə adaptasiya və ünsiyyət problemi olur”.

Sosioloq deyir ki, azuşaqlı ailə gələcəkdə qohumluq əlaqələrinin pozulmasına gətirib çıxarır:

“Təbii ki, keçmişdə də valideynlər işləyirdi. Lakin valideynlər işdə olanda ailənin yaşca böyük övladları onları əvəz edirdi. Onlar digər körpə bacı-qardaşlarına nəzarət edirdilər. İndi isə vəziyyət dəyişib. Ailələrdə bir, ya da iki uşaq olur. Onlar özləri də körpə olduqları üçün özlərinə nəzarət edə bilmirlər. Məcburən hansısa dayənin nəzarətində tək böyüməli olurlar. Gələcəkdə onların qohumluq əlaqələri də zəifləyir. Xala, dayı, əmi, bibi ya olmur, ya da ikisindən biri olur. Keçmişdə hər hansı bir problem yaşandıqda köməyə qohumlar çatırdı. Xala, bibi, dayı olmadığı üçün gələcəkdə uşaqlara dəstək olacaq qohumlar da olmayacaq”.

Psixoloq Murad İsayev deyir ki, ailədə iki və daha artıq uşağın olması uşaqların gələcəkdə özgüvənlərinin yüksək olmasına təsir edir. Çünki bacı, qardaş bir-birinə mənəvi dayaqdır:

“Lakin çoxuşaqlı deyil, bir və ikiuşaqlı ailələrin sayı artır. Təkuşaqlı ailələrdə uşağın eqoistlik və özünəqapanma problemləri olur. Amma bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. İnsanlar daim işləməli və pul qazanmalıdırlar. Ana da, ata da çalışmalıdır. Bunu nəzərə alan valideynlərimiz bir, maksimum iki uşağa üstünlük verirlər. Burada valideynləri qınamaq da olmaz. Amma bəzən də 2-3 uşaq saxlamağa imkanı olan valideynlər bundan imtina edir, tək uşaqla kifayətlənirlər”.

Psixoloq deyir ki, çoxuşaqlı ailələrdə daha çox mehribançılıq müşahidə olunur, nəinki azuşaqlı ailələrdə:

“Müasir dünya elədir ki, insanlar daim məşğuldur. Təsəvvür edin, sosial tərəfdən böyük internet sferası var, orada imkanlar genişdir. Bir insanın evə gələndə ancaq televizora baxmaq üstünlüyü yoxdur. İnsanlar o qədər məşğuldur ki, evə gələndə yoldaşı ilə danışmağa motivasiyası olmur. Təəssüflər olsun ki, təkuşaqlı ailələrdə bu problem daha çox olur. Uşaqlar 2-3 yaş intervalla olduqda, bir-birlərinə yardımlaşma prinsipi ilə böyüyürlər. Valideynlər “uşaqların tərbiyəsinə çox vaxt gedir”, “uşaqların maddi-mənəvi problemləri yaranır” kimi arqumentlər gətirirlər. Təbii ki, bəzilərinin haqlı tərəfləri var. Amma hamı belə deyil. Maddi durumu yaxşı olanlar belə tənbəl və eqoist düşüncələrlə uşaq dünyaya gətirmək istəmirlər. İmkanı olan valideynlərə sözüm odur ki, uşaqların çox olmasından narahat olmayın. Sayları nə qədər çox olarsa, uşaqlar sosiallaşmağa doğru daha yaxşı addım ata bilərlər”.

Oxunub: 1 971
Paylaş:
Digər xəbərlər

Xəbərlər

23-06-2022, 15:28

Uşaqpulu yalnız bu ailələrə verilə bilər - YENİ AÇIQLAMA

Xəbərlər

5-06-2020, 01:16

Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR

Maraqlı

18-02-2020, 15:55

Atanın yaşı və sağlamlığı uşağın sağlamlığına təsir edirmi? Təəccüblü faktlar

Xəbərlər

5-09-2019, 23:57

"Uşaq sayı beş deyil, dörd olsun..." - Hadi Rəcəblidən YENİ TƏKLİF

Xəbərlər

12-12-2018, 01:18

SON DƏQİQƏ! Uşaqlı ailələrə gözlənilməz ŞAD XƏBƏR - BU COX VACİBDİR...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
Son xəbərlər
  • Dünən, 20:24
    Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
  • Dünən, 19:00
    Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
  • Dünən, 17:02
    Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
  • Dünən, 15:41
    Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
  • Dünən, 14:33
    Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
  • Dünən, 13:16
    ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
  • Dünən, 12:50
    Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
  • Dünən, 11:09
    İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
  • Dünən, 10:28
    Şimali Koreya Putinə belə dəstək verir
  • Dünən, 00:56
    Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
  • 13-08-2026, 22:43
    Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
  • 13-08-2026, 20:26
    Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
  • 13-08-2026, 19:37
    Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
  • 13-08-2026, 18:55
    Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
  • 13-08-2026, 17:53
    Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
  • 13-08-2026, 16:39
    Gürcüstan Rusiya ilə sərhədi bağladı
  • 13-08-2026, 14:20
    Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
  • 13-08-2026, 13:30
    Gərginliyin arxasında İran dayanır - Yəmən
  • 13-08-2026, 12:40
    Hamiləliklər arasında fasilə az olarsa... - Həkim xəbərdarlıq etdi
  • 13-08-2026, 11:17
    Rusiya-Ukrayna müharibəsi bu ölkəyə sıçradı: F-16-lar havaya qaldırıldı
  • 13-08-2026, 10:47
    Ermənistan Azərbaycandan qaz almaq istəyir
  • 12-08-2026, 13:09
    İrəvan KTMT-dən çıxır: Rusiya səssiz qalır – Səbəb
  • 12-08-2026, 12:37
    Boğazda düyünlənmə hissi hansı xəstəliklərin əlaməti ola bilər? - Rusiyalı həkimdən AÇIQLAMA
  • 12-08-2026, 11:48
    Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
  • 12-08-2026, 10:51
    İsrail bayrağı o ərazidən enməyəcək! – Netanyahu qərarını açıqladı
  • 12-08-2026, 09:05
    Bu çay damarlarda yağı azaldır – Ucuz və asan
  • 11-08-2026, 22:43
    Çox idman etmək dəmir çatışmazlığı yarada bilər
  • 11-08-2026, 21:35
    Heç kim fərqinə varmır, lakin bu xəstəlik gecələr gizlicə yayılmağa başlayır
  • 11-08-2026, 20:06
    Bu ölkələrin Rusiya qorxusu: Mühafizəni gücləndirirlər...
  • 11-08-2026, 19:21
    Prezident İlham Əliyev Naxçıvana səfər etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə