• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
Hovuz suyunun gözlərə zərəri
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Nə suçiçəyidir, nə də koronavirus: Bu şəxslər böyük təhlükə altındadır

Gündəm / Səhiyyə

25-08-2024, 16:11

Nə suçiçəyidir, nə də koronavirus: Bu şəxslər böyük təhlükə altındadır


Meymunçiçəyi xəstəliyi dünyada yenidən tüğyan edir. Xəstəlik artıq qonşu ölkələrdə də müşahidə olunub. Rusiyada xəstəliyə iki nəfər yoluxub. Xatırladaq ki, meymunçiçəyi xəstəliyi dünyada 2022-ci ildən yayılıb. Həmin dövr ərzində ölkəmizdə bu xəstəliyə yoluxma qeydə alınmamışdı. Ümumilikdə isə dünyada bu xəstəlikdən cəmi 167 ölüm hadisəsi müşahidə olunub. Lakin hazırda dünya ölkələri yenidən həyəcan təbili çalırlar. Bəs Azərbaycan üçün meymunçiçəyi nə qədər risklidir?

Qonşularımızdakı təhlükə ölkəmizə də gələ bilərmi? Özümüzü bu bəladan necə qoruyaq?

Vaksinasiya tədbirləri görülməlidir

Referans.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Kaspi.az-a bildirir ki, virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənmiş materiallarla təmas yolu ilə baş verir: "Viruslar bədənə zədələnmiş dəri, nəfəs yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir. İnsandan insana ötürülmənin ilk növbədə iri respirator damcılarla baş verdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır".

T.Eyvazovun sözlərinə görə, xəstəliyin gizli dövrü adətən 5-21 gündür. Beş günədək davam edə bilən başlanğıc dövrdə qızdırma, şiddətli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, bəzən kataral və mədə-bağırsaq əlamətlərinə rast gəlir: "Qızdırmadan 1-3 gün sonra təbii çiçəyi xatırladan xarakterik qovucuqlu səpgilər yaranır. Üz nahiyəsindən başlayır və bədənin digər nahiyələrinə keçir. Əsas risk qrupları hamilə qadınlar, immundefisitli şəxslərdir. İnfeksiyanın profilaktikası gigiyenik qaydalara əməl olunması və vaksinasiya tədbirlərindən ibarətdir".

Bütün ilkin profilaktik tədbirlər görülür

Nazirliyin rəsmisi bildirdi ki, ölkəmizdə bu infeksiyaya yoluxma halları qeydə alınmayıb. İnfeksiyanın yayılmaması məqsədilə bütün ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur: "Ümumilikdə hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir, nəzarət altındadır. Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib. Meymunçiçəyi virusuna qarşı vaksinə gəldikdə, vaksinlər az miqdarda istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır".

Bütün ölkələr təhlükə altındadır

İnfeksionist Vasif Əliyev isə düşünür ki, xəstəlik qlobal xarakter daşıdığından bütün ölkələr təhlükə altındadır: "Afrikada artıq iki ildir mövcuddur, 2022-ci ildən etibarən ortaya çıxıb. Meymunçiçəyinin iki növü var. İkinci tip birinci tipə görə daha yüngül hesab olunur. O səbəbdən virusun hansı tipinə yoluxmaq da çox önəmlidir. Meymunçiçəyi Afrika ölkələrində yayılmış olsa da, artıq digər dövlətlərdə də yoluxmalar müşahidə edilir. Bu səbəbdən Azərbaycan da risk qrupuna daxildir. Çünki səyahətlər zamanı virusun bir ölkədən digərinə sıçraması mümkündür. Ölkəmizdə bu xəstəliyə qarşı dərmanlar gətirilib".

Nə suçiçəyidir, nə də koronavirus

V.Əliyev meymunçiçəyini digər xəstəliklərlə də müqayisə etdi: "Meymunçiçəyi xəstəliyinin əlamətləri vezikulyar səpkilərdir. Hansı ki, bu səpkilər suçiçəyinə bənzəyir. Amma ondan ölçü cəhətdən daha böyük olur. Həmçinin yerləşdiyi yer də fərqlidir. Daha çox ətraflarda, qollarda, ayaqlarda, üzdə görülür. Gövdədə o qədər də olmur. Eyni zamanda əl və ayaq içlərində, ovucda bu cür yaralar görülə bilir. Bu xəstəlikdə də yüksək hərarət olur. Amma koronavirusdan fərqlənir. Çünki koronavirus daha çox tənəffüs yollarından keçirdi. Meymunçiçəyində isə dəri səpkiləri olur. Oxşar xüsusiyyətləri isə insandan insana keçməsidir. Meymunçiçəyi siçan və sincablardan da insana yoluxa bilir".

Bu nəslin nümayəndələri təhlükədədir

İnfeksionistin fikrincə, bu xəstəlikdən çiçək peyvəndi ilə qorunmaq olardı, lakin insanlar peyvənd olunmur: "Konqodan verilən statistikaya görə, bu xəstəlikdən ölüm riski beş faizdir. Daha əvvəl çiçək peyvəndi olunmuş şəxslər 85 faiz ehtimalla bu xəstəliyə qarşı da qorunmuş olur. Çünki meymunçiçəyi də həmin xəstəliklər ailəsinə daxildir. Sadəcə, burada bir məqam var ki, 1980-ci illərdən bəri çiçək virusuna qarşı peyvəndləmə aparılmır. O baxımdan həmin ildən sonrakı nəslin nümayəndələri risk qrupuna daxildir. Xüsusilə də azyaşlı uşaqlar və xroniki xəstəliyi olan insanlar bu xəstəliyi daha ağır formada keçirə bilərlər. Ağırlaşmalar və ölüm səbəbləri pnevmoniya, sepsis, ensefalit, görmənin zəifləməsi mümkündür".

Həkim vətəndaşlara tövsiyələrini də verdi: "Suçiçəyi səpkilərinə bənzər səpkiləri, hərarəti olan, xüsusilə də səyahət etmiş insanlar mütləq şəkildə həkim müayinəsində olmalıdırlar. Meymunçiçəyi xəstəliyindən şübhələnilirsə, ilk olaraq test aparılmalı, xəstəyə diaqnoz qoyulmalıdır. Diaqnoz qoyulduqdan sonra həmin şəxsin digər insanlarla təmasının qarşısı alınmalıdır. Risklərdən qorunmaq üçün təmas lokallaşdırılmalıdır. Yəni, xəstə izolyasiya olunmalıdır".

Oxunub: 374
Paylaş:
Digər xəbərlər

Gündəm / Səhiyyə

23-08-2024, 12:54

Meymunçiçəyi xəstəliyi, əlamətləri, yoluxma yolları və profilaktikası

Səhiyyə

18-08-2022, 14:25

Qonşu ölkələrdə meymunçiçəyinə yoluxma Azərbaycan üçün təhlükəlidir?

Səhiyyə

5-06-2022, 15:30

27 ölkədə 780 nəfər meymunçiçəyinə yoluxdu

Manşet / Səhiyyə

3-06-2022, 12:14

Meymunçiçəyi dünyada süni yayılır? - Həkimdən AÇIQLAMA

Səhiyyə

25-05-2022, 12:26

Dünyada neçə nəfər meymunçiçəyinə yoluxub?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
Göz dəymə və nəfsə qarşı xalq təbabəti
Hovuz suyunun gözlərə zərəri
Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
Son xəbərlər
  • Dünən, 22:24
    Həkimlərin izah edə bilmədiyi hallar - Cavabsız sirlər
  • Dünən, 21:10
    Göz dəymə və nəfsə qarşı xalq təbabəti
  • Dünən, 18:10
    Hovuz suyunun gözlərə zərəri
  • Dünən, 15:07
    Nevroloq: Kofein qəbulunu qəfil dayandırmaq miqren tutmalarına səbəb olur
  • Dünən, 14:37
    Paşinyandan kilsəyə növbəti zərbə: Məhkəmə qərar verdi
  • Dünən, 13:09
    Zelenskinin dəyişdirilməsi prosesi başlayıb - Yerinə kim gələcək?
  • Dünən, 12:34
    Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
  • Dünən, 11:23
    Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
  • Dünən, 10:28
    Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
  • Dünən, 09:06
    Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
  • 19-06-2026, 22:11
    Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
  • 19-06-2026, 21:26
    Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
  • 19-06-2026, 20:29
    Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
  • 19-06-2026, 19:44
    Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
  • 19-06-2026, 18:40
    Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
  • 19-06-2026, 17:45
    Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
  • 19-06-2026, 16:23
    Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
  • 19-06-2026, 15:36
    Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
  • 19-06-2026, 14:54
    Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
  • 19-06-2026, 13:30
    60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
  • 19-06-2026, 12:39
    Ayaq şişkinliyini aradan qaldıran təbii üsullar
  • 19-06-2026, 11:35
    Moskvaya böyük hücum: Şəhərin neft strukturu məhv edildi
  • 19-06-2026, 10:22
    Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
  • 19-06-2026, 09:00
    Səhər beynin dumanlı olmasının əsas səbəbləri
  • 18-06-2026, 22:28
    Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
  • 18-06-2026, 21:17
    Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
  • 18-06-2026, 20:44
    ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
  • 18-06-2026, 19:13
    Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
  • 18-06-2026, 18:07
    Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
  • 18-06-2026, 17:52
    Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə