• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Ulduzunu partladaraq ölmək istəyən planet tapıldı: Tamamilə yeni bir fenomendir
İtburnu haqqında bilmədikləriniz
Azərbaycanda nə qədər psixi xəstə var?
İyulda varlanacaq BÜRCLƏR
Septik artritin SİMPTOMLARI və MÜALİCƏ ÜSULLARI
ABŞ kəşfiyatçısı sirləri açdı: “İsrailin İrana hücumu zamanı…”
Tbilisi və Kiyevdən sonra növbə Bakıdadır – Kremllə “böyük hesablaşma” başlayır
Dərini 1 gecədə 5 yaş cavanlaşdıran möcüzəvi yağlar
İranla bağlı xoşagəlməz çağırış – İki ölkə qarşı çıxacaq
Şəxsiyyət vəsiqəsinə bu məlumatlar da əlavə ediləcək
Ağcaqanadlar hansı xəstəlikləri qanla yaya bilər?
Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir
Türk dünyasına qarşı həmlə Xankəndidə dəf edildi – Əliyevdən tarixi gediş
Bu qidaları birlikdə YEMƏYİN – Ekspertdən xəbərdarlıq
Da Vinçinin 500 illik sirri açıldı - FOTO
Çoxlu su içirsiniz, susuzluq isə keçmirsə... Təhlükəli əlamət
Region qaynayır: yeni müharibə həyəcanı – Azərbaycan…
Ərdoğan və Pezeşkian Xankəndidə görüşdü
Uzunömürlülük üçün ən sadə MƏŞQ
“Rusiya buna görə Azərbaycana hücuma keçdi” – Metyu Brayza mühüm detalları açdı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Prezident İlham Əliyev akademik Musa Rüstəmovun vəfatı ilə bağlı nekroloq imzalayıb

Xəbərlər

30-11-2022, 17:53

Prezident İlham Əliyev akademik Musa Rüstəmovun vəfatı ilə bağlı nekroloq imzalayıb


Prezident İlham Əliyev akademik Musa Rüstəmovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

Bu barədə AZƏRTAC xəbər verib.

“Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, texnika elmləri doktoru, professor Musa İsmayıl oğlu Rüstəmov 2022-ci il noyabrın 29-da ömrünün 93-cü ilində vəfat etmişdir.

Musa Rüstəmov 1930-cu il mayın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1947–1952-ci illərdə o, Azərbaycan Sənaye İnstitutunun kimya texnologiyası fakültəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1952-ci ildən Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunda (indiki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda) mühəndis-texnoloq kimi başlayan Musa Rüstəmov 1959–1988-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmış, 1988–2011-ci illərdə institutun direktoru olmuş, 2011-ci ildən ömrünün sonunadək müəssisənin Neft və qazın kimyası və texnologiyası şöbəsinin müdiri işləmişdir.

Musa Rüstəmov 1961-ci ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1973-cü ildə professor elmi adını almışdır.

O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik Musa Rüstəmov neft kimyası və neftin emalı sahəsində tədqiqatları ilə Azərbaycan elminin inkişafına töhfələr vermişdir. Alimin rəhbərliyi altında modifikasiyaları dərin elmi əsaslar üzərində qurulan yeni nəsil katalitik krekinq sistemi yüksək səmərəliliyi ilə seçilərək, respublikamızda və onun hüdudlarından kənarda neft emalı sənayesində uğurla tətbiq olunmuşdur. Musa Rüstəmovun araşdırmalarında, həmçinin ekoloji cəhətdən təmiz texnologiyaların yaradılması məsələləri öz əksini tapmışdır. Alimin bilavasitə iştirakı ilə respublikada hidrogen energetikasına dair ilk tədqiqatlar aparılmış, enerji daşıyıcılarının gələcək istifadəsi konsepsiyası, Azərbaycanın neft emalı və neft-kimya sənayesinin kompleks inkişaf sxemləri işlənib hazırlanmışdır.

Musa Rüstəmov 500-dən artıq elmi əsərin, həmçinin 10 kitabın və 60 patentin müəllifidir. O, elmi nailiyyətlərinə görə 130 müəlliflik şəhadətnaməsi almışdır. Elmi kadrların yetişdirilməsinə xüsusi diqqət yetirən Musa Rüstəmov 50-dək fəlsəfə doktoru və 15 elmlər doktoru hazırlamışdır. Alim xarici ölkələrdəki mötəbər simpozium və konfranslarda Azərbaycanı layiqincə təmsil etmişdir.

Akademik Musa Rüstəmovun uzunmüddətli və məhsuldar elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1979-cu ildə “Əməkdar elm xadimi” fəxri adını almış, 1982-ci ildə respublika Dövlət Mükafatı laureatı olmuş, 2004-cü ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeninə layiq görülmüş, 2019-cu ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Görkəmli alim və səmimi insan Musa İsmayıl oğlu Rüstəmovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!”.

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Fərəh Əliyeva

Emin Əmrullayev

İsa Həbibbəyli

Tofiq Nağıyev

Vaqif Abbasov

Dilqəm Tağıyev

Vaqif Fərzəliyev.

Oxunub: 360
Paylaş:
Digər xəbərlər

Xəbərlər

11-07-2022, 22:16

Tanınmış alim dünyasını dəyişdi

Xəbərlər

29-06-2022, 13:07

Prezident Elman Rüstəmovla bağlı sərəncam İMZALADI - RƏSMİ

Mədəniyyət

5-05-2021, 18:11

İlham Əliyev və Mehriban Əliyeva Fikrət Qocanın vəfatı ilə bağlı nekroloq imzaladılar

Manşet / Bioqrafiya

26-08-2018, 14:03

Məmmədəliyev Yusif Heydər oğlu

Gündəm / Bioqrafiya

23-05-2018, 07:19

Unudulmaz mütəfəkkir, ictimai xadim

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Ulduzunu partladaraq ölmək istəyən planet tapıldı: Tamamilə yeni bir fenomendir
İtburnu haqqında bilmədikləriniz
Azərbaycanda nə qədər psixi xəstə var?
İyulda varlanacaq BÜRCLƏR
Septik artritin SİMPTOMLARI və MÜALİCƏ ÜSULLARI
ABŞ kəşfiyatçısı sirləri açdı: “İsrailin İrana hücumu zamanı…”
Son xəbərlər
  • Bu gün, 22:13
    Ulduzunu partladaraq ölmək istəyən planet tapıldı: Tamamilə yeni bir fenomendir
  • Bu gün, 21:45
    İtburnu haqqında bilmədikləriniz
  • Bu gün, 20:46
    Azərbaycanda nə qədər psixi xəstə var?
  • Bu gün, 19:32
    İyulda varlanacaq BÜRCLƏR
  • Bu gün, 18:32
    Septik artritin SİMPTOMLARI və MÜALİCƏ ÜSULLARI
  • Bu gün, 17:11
    ABŞ kəşfiyatçısı sirləri açdı: “İsrailin İrana hücumu zamanı…”
  • Bu gün, 16:51
    Tbilisi və Kiyevdən sonra növbə Bakıdadır – Kremllə “böyük hesablaşma” başlayır
  • Bu gün, 15:03
    Dərini 1 gecədə 5 yaş cavanlaşdıran möcüzəvi yağlar
  • Bu gün, 13:27
    İranla bağlı xoşagəlməz çağırış – İki ölkə qarşı çıxacaq
  • Bu gün, 13:24
    Şəxsiyyət vəsiqəsinə bu məlumatlar da əlavə ediləcək
  • Bu gün, 12:33
    Ağcaqanadlar hansı xəstəlikləri qanla yaya bilər?
  • Bu gün, 11:48
    Trampın yeni planı: Nə Bakıya, nə də İrəvana sərf edir
  • Bu gün, 10:25
    Türk dünyasına qarşı həmlə Xankəndidə dəf edildi – Əliyevdən tarixi gediş
  • Bu gün, 09:08
    Bu qidaları birlikdə YEMƏYİN – Ekspertdən xəbərdarlıq
  • Dünən, 22:17
    Da Vinçinin 500 illik sirri açıldı - FOTO
  • Dünən, 21:25
    Çoxlu su içirsiniz, susuzluq isə keçmirsə... Təhlükəli əlamət
  • Dünən, 20:22
    Region qaynayır: yeni müharibə həyəcanı – Azərbaycan…
  • Dünən, 19:17
    Ərdoğan və Pezeşkian Xankəndidə görüşdü
  • Dünən, 18:17
    Uzunömürlülük üçün ən sadə MƏŞQ
  • Dünən, 17:08
    “Rusiya buna görə Azərbaycana hücuma keçdi” – Metyu Brayza mühüm detalları açdı
  • Dünən, 16:33
    Xankəndidə Zirvə görüşü: Prezident çıxış etdi
  • Dünən, 15:52
    Dünyanın ən faydalı qidaları
  • Dünən, 14:23
    Azərbaycanla Naxçıvanı birləşdirəcək “Tramp dəhlizi” – İrəvandan reaksiya gəldi
  • Dünən, 13:42
    İsrail Beyrutda əməliyyat keçirdi: Hizbullah komandiri öldürüldü
  • Dünən, 12:30
    Piylənmə, bağırsaq xərçəngi, diabet və insultdan qoruyan MADDƏ
  • Dünən, 11:19
    İranın planı regionu qarışdırdı: Rusiya razılaşmadı – 4 ölkə üçün təhlükə
  • Dünən, 10:24
    Bu, ABŞ-sız mümkün deyil – Zelenskidən ETİRAF
  • Dünən, 09:09
    Albalı, gilas adamı kökəldir?
  • 3-07-2025, 22:02
    Ən toksik 5 bürc: Onları gördüyünüz an qaçın
  • 3-07-2025, 21:29
    Dişlərdə ərpi aparır, dərini gözəlləşdirir... - Yaşıl lobyanın 20 FAYDASI
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə