• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecə yarı yemək yeyənlərin yaddaşı pozulur
50 yaşdan yuxarı insanlar üçün sağlam sümük və oynaqlara ən faydalı qidalar
Təl-Əviv təcili hərəkətə keçdi: “İsrail-İran müharibəsi başlayacaq”
Bir raket də atmadan anlaşdıq: İran hər şey etdi...
Bədəndəki gizli prosesləri tapmaq üçün 4 analiz
İkitərəfli “hücum”dan sonra ilk səfər: Tramp Çində hansı mesajı verdi?
Qazaxıstanda Ərdoğana dövlət ordeni verildi
Miqreni yaradan gizli səbəblər
Paşinyandan Köçəryanla bağlı diqqətçəkən açıqlama
Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?
Uroloq böyrək problemlərinin 5 əsas əlamətini açıqladı
Ceki Çan Azərbaycana gəlir
Hindistanda güclü fırtına: 89 insan öldü
Qarın piylərini bir neçə həftəyə əridən meyvə
Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma
Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR
Prezidentin Zəngilandan verdiyi mesajın hədəfi: Hansı qüvvələrə yönəlib?
Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
Azərbaycanda şəkər xəstələri insulin almaqdan ötəri hər ay analiz verməlidir?
Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Ağız xərçəngi

Səhiyyə

13-10-2021, 12:22

Ağız xərçəngi


Ağız boşluğunun selikli qişası və onun əhatə etdiyi toxumalar anatomik mürəkkəb bir nahiyyə olub orada inkişaf edən şişlər xarakterik kliniki gedişi və spesifik müalicə xüsusiyyətləri ilə xarakterizə olunur.

Ağız boşluğu orqanlarına dilin hərəkətli hissəsi, ağız boşluğunun dibi, yanaq, çənə və əng sümüyünün alveolyar çıxıntısı, sərt və yumşaq damaq, ön damaq qövsləri ayırd edilir.

Amerika xərçəng əleyhinə cəmiyyətin (American Cancer Society) məlumatına görə ağız boşluğu selikli qişasının xərçəngi ilə xəstələnmə göstəricisi leykozlarla, ölüm göstəricisi isə melanomalarla müqayisə ediləcək dərəcədədir.

Dünyada ağız xərçəngi olan xəstələrin 50%-i ixtisaslaşmış klinikaya şiş prosesinin III-IV mərhələlərində müraciət edirlər. Xəstəliyin gecikmiş formalarının bu qədər çox olması xəstələrin əksəriyyətinin aşağı sosial statusu və həkim stomatoloqlarda onkoloji sayıqlığın olmaması ilə əlaqədardır.

Son 30 ildə diaqnostika və müalicə metodlarının təkmilləşdirilməsinə baxmayaraq ağız boşluğu orqanlarının xərcəngi olan xəstələrin yaşama göstəriciləri əhəmiyyətli dərəcədə artmamışdər.

Ağız boşluğunun selikli qişasının xərcəngi rast gəlmə tezliyinə görə baş-boynun bəd xassəli şişləri arasında qırtlaq xərcəngindən sonra ikinci yeri tutur. Xərcəngin bu forması bütün bədxassəli şişlərin 2-10% təşkil edir və onkoloji xəstəliklərin ümumi strukturunda 8-9-cu yerləri bölüşdürür.

Yer kürəsində hər il ağız boşluğu xərcəngi ilə 600000-dən çox xəstələnmə hadisəsi qeydə alınır və bu göstərici artmağa meyllidir. Ağız boşluğu orqanlarının xərcəngi ilə yüksək xəstələnmə səviyyəsi Hindistanda, Orta Asiya ölkələrində, ABŞ-da, Brazilyada müşahidə olunur. Yer kürəsində ən yüksək xəstələnmə səviyyəsi Hindistanda qeyd olunur.

Xəstəlik kişilərdə qadınlara nisbətən 3-4 dəfə çox rast gəlinir və daha çox 60-70 yaşlı şəxslərdə müşahidə olunur. Adətən 40 yaşdan yuxarı xəstələnənlərin sayı artır, 80 yaşdan sonra isə azalır. Hərçənd ki daha cavan yaşlarda hətta uşaqlarda da ağız boşluğu orqanlarının xərçəngi haqda məlumatlar var. Ağız selikli qişasında risk faizi yüksək olan 7 sahə vardır. Bunlar alt dodaq, yanaq, retromolyar sahə, yumşaq damaq, dilin yan və alt kənarları və ağız dibidir.

Ağız xərçənginin risk amilləri

1. Kimyəvi kanserogen amillər

2. Fiziki kanserogen amillər

3. Bioloji kanserogen amillər

Çox ehtimal ki, bədxassəli şişin əmələ gəlməsində eyni zamanda bir neçə amil iştirak edir.

Kimyəvi kanserogen amillərə aşağıdakılar aid edilir:

- siqaretçəkmə

- qidalanma

- alkoqol

- ekologiya

- peşə kanserogenləri

Siqaretçəkmə: ağız boşluğu xərçəngi olan xəstələrin 80-90%-i aktiv siqaret çəkənlər və ya tənbəki çeynəyənlərdir. Ağız boşluğunda xərçəngin əmələ gəlməsi ehtimalı siqareti daha tez-tez çəkənlərdə daha çoxdur. Ağız boşluğu xərçənginin çox rast gəlindiyi Hindistanda, həmçinin Qvineya və Kolumbiyada tüstülənən tərəfi ağız boşluğunda olan siqaretlərdən istifadə edilir. Bu siqaretlər "bidi" adlanıb adilərindən qısa olur. belə siqaretçəkmə zamanı ağız boşluğunun təkrari yanıqlara məruz qalması xərçəngin əmələ gəlməsi ehtimalını dəfələrlə artırır.

Qidalanma kanserogen amillər arasında siqaretçəkmədən sonra ikinci yeri tutur və xərçəngin əmələgəlmə səbəblərinin 20-25%-ni təşkil edir. Qidanın bir sıra komponentləri, o cümlədən heyvan mənşəli yağlar, xərçəngin əmələ gəlmə riskini artırır. Eyni zamanda vitaminlər - ilk növbədə C, A, beta-karotin, həmçinin bu vitaminlərlə zəngin qidalar ağız boşluğu xərçəngi ilə xəstələnmə riskini azaldır. Bundan əlavə duzlu, hisə verilmiş və konservləşdirilmiş məhsulların tərkibində bir sıra kanserogen maddələr (nitrozaminlər, polisiklik aromatik karbohidrogenlər) vardır. Xərçəngin əmələgəlmə riski həmçinin çox isti qida və çox duz istifadə edən şəxslərdə müşahidə olunur.

Alkoqol ağız boşluğunun selikli qişasına qıcıqlandırıcı təsir göstərir. Ağız boşluğu xərçəngi olan xəstələrin 70-75%-i alkoqoldan istifadə edənlərdir. Siqaretçəkmə və alkoqoldan müştərək istifadə ağız boşluğu xərçənginin əmələ gəlməsi ehtimalını daha da artırır.

Ekololoji amillər ağız boşluğu xərçənginin əmələgəlmə səbəblərinin 1-4%-ni təşkil edir. Ekoloji kanserogen amillərə ətraf mühitin (hava, su və torpağın) çirklənməsi aid edilir. Havanı çirkləndirən kanserogen maddələrə polisiklik aromatik karbohidrogenlər, xrom, formaldehid, benzol, asbest və bir sıra digər kimyəvi birləşmələr aid edilir. Ən geniş yayılmış su çirkləndiricilərinə suyun xlorlaşdırılması nəticəsində əmələ gələn kimyəvi birləşmələr, eyni zamanda su rezervuarlarının təmizlənməsində istifadə olunan üzvi birləşmələr, çaylara axıdılan istehsalat tullantıları aiddir.

Ağız boşluğu xərçənginin əmələ gəlməsi riskini artıran istehsalat zərərlərinə ağır metallar, ağac tozu, tekstil, mebel, dəri sənayesi məhsulları aid edilir.

Fiziki kanserogenlərin aşağıdakı növləri vardır:

- Travmalar

- İonizəedici radiasiya

- Radon

- Elektromaqnit şüalanması

- Ağız boşluğunda qalvanizim

Ağız boşluğu selikli qişasının xərçənginin əmələ gəlməsində travmalar xüsusi qeyd edilməlidir. Bizə müraciət edən xəstələrin 90-95%-i uzun müddət ağız boşluğunda düzgün düzəldilməmiş və ya istifadə müddəti bitmiş protez gezdiren insanlardır. Eyni zamanda protez hazırlanan plastik kütlənin tam polimerləşməməsi selikli qişanı daim qıcıqlandırır. Bu da xerçengin əmələ gəlmə ehtimalını artırır.

Ağız boşluğunda qalvanizim prosesi çıxan və çıxmayan ortopedik konstruksiyaların metal hisseleri arasında yaranır və ağız boşluğu xərçənginin yaranması və inkişafına öz təsirini göstərir.

Bioloji kanserogen amillərin aşağıdakı növləri fərqləndirilir:

- Bakteriyalar

- Viruslar

- Hormonlar

- Genetik amillər

- İmmunçatışmazlıq

Ağız boşluğunda uzun müddət davam edən iltihabi proseselər, sağalmayan yaralar həmin nahiyənin selikli qişa hüceyrələrinin genetik aparatında dəyişikliklərə səbəb olur ki, bu da həmin nahiyyənin xərçənginə səbəb olur. Bundan başqa bəzi virusların ağız boşluğu selikli qişasında xərçəng törətmə qabiliyyəti aşkar edilmişdir. Bu viruslara İnsan papilloma virusunun (HPV) 16-18 ci serotiplərini, İnsan herpes virusunu(HHV8-KSHV), Epşteyn-Barr virusunu (EBV), İnsan immunçatışmazlıq virusunu (HİV) aid edirlər. Ədəbiyyat məlumatlarına görə bu lokalizasiyalı şişlərin 5-10%-i HPV ilə əlaqədardır.

Oxunub: 950
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

20-06-2020, 11:39

Pis ağız qoxusunun TƏHLÜKƏLİ SƏBƏBLƏRİ

Səhiyyə

12-05-2020, 15:18

Pis ağız qoxusunun TƏHLÜKƏLİ SƏBƏBLƏRİ

Maraqlı

14-02-2020, 17:12

Pis ağız qoxusunun TƏHLÜKƏLİ SƏBƏBLƏRİ

Maraqlı

6-11-2019, 11:01

Dil xərçəngi - Səbəbləri, müalicəsi

Manşet / Klinika

26-01-2019, 07:47

Ağız bucağının xorası

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecə yarı yemək yeyənlərin yaddaşı pozulur
50 yaşdan yuxarı insanlar üçün sağlam sümük və oynaqlara ən faydalı qidalar
Təl-Əviv təcili hərəkətə keçdi: “İsrail-İran müharibəsi başlayacaq”
Bir raket də atmadan anlaşdıq: İran hər şey etdi...
Bədəndəki gizli prosesləri tapmaq üçün 4 analiz
İkitərəfli “hücum”dan sonra ilk səfər: Tramp Çində hansı mesajı verdi?
Son xəbərlər
  • Dünən, 22:13
    Gecə yarı yemək yeyənlərin yaddaşı pozulur
  • Dünən, 21:06
    50 yaşdan yuxarı insanlar üçün sağlam sümük və oynaqlara ən faydalı qidalar
  • Dünən, 20:42
    Təl-Əviv təcili hərəkətə keçdi: “İsrail-İran müharibəsi başlayacaq”
  • Dünən, 19:59
    Bir raket də atmadan anlaşdıq: İran hər şey etdi...
  • Dünən, 18:20
    Bədəndəki gizli prosesləri tapmaq üçün 4 analiz
  • Dünən, 17:27
    İkitərəfli “hücum”dan sonra ilk səfər: Tramp Çində hansı mesajı verdi?
  • Dünən, 16:54
    Qazaxıstanda Ərdoğana dövlət ordeni verildi
  • Dünən, 15:27
    Miqreni yaradan gizli səbəblər
  • Dünən, 14:44
    Paşinyandan Köçəryanla bağlı diqqətçəkən açıqlama
  • Dünən, 13:09
    Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?
  • Dünən, 12:32
    Uroloq böyrək problemlərinin 5 əsas əlamətini açıqladı
  • Dünən, 11:11
    Ceki Çan Azərbaycana gəlir
  • Dünən, 10:39
    Hindistanda güclü fırtına: 89 insan öldü
  • Dünən, 09:08
    Qarın piylərini bir neçə həftəyə əridən meyvə
  • 13-05-2026, 22:27
    Çirkli hava piylənmə yaradır? - Maraqlı araşdırma
  • 13-05-2026, 21:55
    Zərərsiz görünən vərdişlər sağlamlıq üçün TƏHLÜKƏLİDİR
  • 13-05-2026, 20:29
    Prezidentin Zəngilandan verdiyi mesajın hədəfi: Hansı qüvvələrə yönəlib?
  • 13-05-2026, 19:48
    Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
  • 13-05-2026, 18:23
    Azərbaycanda şəkər xəstələri insulin almaqdan ötəri hər ay analiz verməlidir?
  • 13-05-2026, 17:06
    Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
  • 13-05-2026, 16:41
    Ermənistana qayıdacaq azərbaycanlılar hansı kəndlərdə yaşayacaqlar? - Açıqlandı
  • 13-05-2026, 15:39
    Dabanlarına limon çəkənlər bu problemdən xilas olurlar
  • 13-05-2026, 14:45
    ÜST rəhbərindən xəbərdarlıq: Dünyada yenidən karantin elan edilə bilər
  • 13-05-2026, 13:33
    Lukaşenko əmr verdi: Ordu müharibəyə hazır vəziyyətə gətirildi
  • 13-05-2026, 12:16
    Bu 2 meyvə qan şəkərində kəskin artıma səbəb olur - diabet xəstələrinin diqqətinə!
  • 13-05-2026, 11:37
    ABŞ-ın İranla müharibəyə xərclədiyi pulun məbləği şok etdi
  • 13-05-2026, 10:42
    Arsenyan İrəvanda - Rusiya erməni səfiri qovub?
  • 13-05-2026, 09:00
    Diş ətiniz qanayırsa, bu vitamin çatışmır
  • 12-05-2026, 22:31
    Hantavirus necə yayılır? - İnfeksionist açıqladı
  • 12-05-2026, 21:23
    Ayaqlarda şişkinlik və ağrı üçün təbii müalicə vasitələri
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə