• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
Meksikada güclü partlayış: 9 nəfər öldü
İran uzun illər sonra bu qadağanı ləğv etdi
Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
Pay torpaqları vətəndaşlardan alınacaq?
Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Öd daşı xəstəliyi və hamiləlik

Səhiyyə

14-02-2020, 23:48

Öd daşı xəstəliyi və hamiləlik



Hal hazırda bütün dünyada öd daşı xəstəliyininə tutulan insanların sayı artır. Qadınlar bu xəstəliyinə kişilərlə müqayisədə bir neçə dəfə çox tutulur.

Öd daşı xəstəliyi hamiləlik üçün əks göstəriş sayılmır. Lakin bu xəstəlik hamiləlik zamanı qadına çoxlu narahatçılıq verə bilər.

Bir çox hallarda gizli keçən öd daşı xəstəliyi hamiləlik zamanı özünü ilk dəfə büruzə verir. Alimlərin fikirinə görə, məhz hamiləlik bu xəstəliyinin inkişafına və ya kəskinləşməsinə təkan verir. Məsələ burasındadır ki, hamiləlik zamanı qadının orqanizmində proqesteron hormonunun səviyyəsi yüksəlir. Proqesteron isə bütün hamar əzələli orqanlara (o cümlədən də, öd kisəsinə) zəiflədici təsir göstərir (bunun əsas fizioloji mənası uşaqlığın əzələlərinin zəiflətməkdən ibarətdir ki, bu öz növbəsində uşaqsalmaya, vaxtdan tez doğuşa mane olur). Proqesteronun belə təsirindən öd kisəsində durğunluq yaranır, öd kisəsi daha zəif boşalır. Bu isə öz növbəsində öd daşı xəstəliyinin inkişafına və ya (qadında bu xəstəlik hamiləlikdən əvvəl olduqda) daha da kəskinləşməsinə səbəb ola bilər.

Öd daşı xəstəliyi olan qadınlarda daha tez-tez hallarda ağır erkən toksikozlar (ürəkbulanması, qusma, qıcqırma, köpmə və s.) inkişaf edir və bu hal hamiləliyin 20-ci (bəzən 28-ci-29-cu) həftəsinə kimi davam edir.

Hamiləliyin 2-ci yarısında (adətən 3-cü ücaylığında) xəstələrin yarısından çoxusunda xəstəlik kəskinləşir. Qadınlarda öd kisəsi tutmaları (onlara "qara ciyər tutmaları" da deyilir) inkişaf edir. Adətən belə tutmalar axşam və ya gecə qadın ağır (yağlı, qızarmış və s.) qidaları qəbul etdikdən və ya stres keçirdikdən sonra baş verir. Ağrı adətən sağ qabırğaaltı (və ya mədə) nahiyəsində başlayır və sağ çiyinə, kürəyə, boyuna əks olunur. Tutma15-40 dəqiqədən 12 saata qədər davam edə bilər (lazım olan tədbirlər görünmədikdə). Ağrı çox güclü ola bilər və ürəkbulanması, qusma, qıcqırma və ağızda acılıq hissi ilə müşayiət olun bilər.

Hamiləlik zamanı öd daşı xəstəliyinin müalicəsində pəhriz, yüngül ödqovucu dərman preparatları, ağrılar zamanı - ağrısızlaşdıran və spazmolitik preparatlardan (baralqin, analqin, no-şpa, papaverin və s.) istifadə olunur.

Pəhriz müalicə zamanı əsas yer tutur. Yağlı, qızarmış, hisə verilmiş, duzlu, marinada qoyulmuş qidaların qəbulu, ədviyyatlar kəskin azaldılmalıdır. Qida gün ərzində kiçik porsiyalarla 5-6 dəfə qəbul olunmalıdır. Kəsmik, treska balığı, yağlı olmayan ət və balıq bulyonları, xama, qaymaq, ilıq yumurta, mineral sular (həkimlə məsləhətləşin!) xeyirli sayılır.

Ödqovucu vasitələrin arasında dərman preparatlarla yanaşı bitki dəmləmələrinin (qarğıdalı saçaqları, nanə yarpaqları, itburnu, solmaz çiçəyi və s.) istifadə edilməsi çox yaxşı effekt verir (yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edin!).

Hal hazırda öd daşı xəstəliyinin müalicəsində öd daşlarını əridən xüsusi preparatlar (turşular) istifadə olunur. Lakin hamiləlik zamanı bu preparatlar dölə olan mənfi təsirinə görə tətbiq olunmur.

Bəzən hamiləlik zamanı öd axarı öd daş ilə qapanır ki, nəticədə kəskin hepatit zamanı olduğu kimi, sarılıq inkişaf edir, sidik tündləşir, nəcis rəngsizləşir, qadın həddən artıq güclü ağrıları hiss edir. Bu halda mütləq "təcili yardım" çağırmaq lazımdır.

Hamiləlik zamanı öd daşı xəstəliyi çox ağır keçdikdə (tez-tez təkrar olunan güclü tutmalar, öd daşı öd axarını bağladıqda və s.) cərrahi müalicə tətbiq oluna bilər. Bu halda hamiləlik saxlanılır. Lakin hamiləliyin sonunda böyümüş uşaqlıq cərrahi əməliyyatının keçirilməsinə maneçilik törədir ki, bu halda əməliyyatdan əvvəl uşaqlıq "boşaldılmalıdır" (keysəriyyə kəsiyi əməliyyatı aparılır).

Həkimlərin fikirinə görə, hamiləlik bir çox hallarda öd daşı xəstəliyinin gedişatına mənfi təsir edir. Öd daşı xəstəliyi olan qadın mütləq hamiləliyi planlaşdırmalıdır və planlaşdırma mərhələsində qastroenteroloqun və cərrahın müayinələrindən keçməlidir.

Bəzi hallarda lazım olan müayinələrdən sonra qadına həkimlər tərəfindən xolesistektomiya (öd kisəsinin xaric olunması) tövsiyə oluna bilər.

Xolesistektomiya hamiləlik üçün əks göstəriş deyil. Xolesistektomiya keçirmiş qadın əməliyyatdan bir neçə ay sonra hamiləliyi planlaşdıra bilər (bu haqda cərrahla məsləhətləşmək lazımdır). Bu əməliyyatın texnikasından - laparoskopik və ya açıq əməliyyat, əməliyyatdan sonra ağırlaşmaların meydana çıxıb-çıxmamasından və s. asılıdır. Xolesistektomiya keçirmiş qadın hamiləlik daim zamanı ginekoloq və terapevt həkimlərin nəzarətində olmalı, pəhriz saxlamalı və həkimin təyini ilə yüngül ödqovucu preparatları qəbul etməlidir.

Бурков Сергей Генадьевич
Доктор медицинских наук, профессор
Tərcümə: M. İsayeva

Oxunub: 1 178
Paylaş:
Digər xəbərlər

Səhiyyə

24-11-2019, 20:38

Öd daşı nə zaman yaranır?

Səhiyyə

3-02-2024, 09:26

Öd daşı nə zaman yaranır? – Həkimdən məsləhətlər

Səhiyyə

6-08-2019, 12:13

Qalxanvari vəzi və hamiləlik

Səhiyyə

25-02-2019, 17:40

Bronxial astma və hamiləlik

Manşet / Səhiyyə

24-06-2018, 08:49

Hamiləlik zamanı hemostazda baş verən dəyişikliklər...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
Son xəbərlər
  • Dünən, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • Dünən, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • Dünən, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • Dünən, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • Dünən, 17:28
    Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
  • Dünən, 15:47
    Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • Dünən, 13:11
    Meksikada güclü partlayış: 9 nəfər öldü
  • Dünən, 11:43
    İran uzun illər sonra bu qadağanı ləğv etdi
  • Dünən, 10:19
    Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
  • 5-09-2026, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • 5-09-2026, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • 5-09-2026, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • 5-09-2026, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • 5-09-2026, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • 5-09-2026, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • 5-09-2026, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
  • 5-09-2026, 10:55
    Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
  • 5-09-2026, 09:06
    Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
  • 4-09-2026, 22:46
    Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
  • 4-09-2026, 21:07
    Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
  • 4-09-2026, 20:42
    Ermənistanı ruslara viza tətbiq etməyə kim məcbur edir? - Detallar açıqlandı
  • 4-09-2026, 19:24
    Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
  • 4-09-2026, 18:07
    Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
  • 4-09-2026, 17:08
    Yeni müharibə başladı: Daha bir ölkədə hakimiyyəti dəyişirlər – DETALLAR
  • 4-09-2026, 16:22
    Tramp Kanadanı belə parçalayır: Separatizm meyilləri...
  • 4-09-2026, 15:07
    Alimlər ürəyi, beyni və bağırsaqları gücləndirən bir giləmeyvə açıqlayıb
  • 4-09-2026, 14:53
    Çin liderinin Pezeşkiana qarşı “laqeydliyi”nin səbəbi...
  • 4-09-2026, 13:27
    Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
  • 4-09-2026, 12:50
    Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
  • 4-09-2026, 11:32
    Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə