• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı
KÜNCÜT ürəyi və sümükləri necə qoruyur? - ARAŞDIRMA
Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
Fransa və Oman Hörmüzlə bağlı razılaşdı
Sosial mediada yayılan maqnezium spreyi trendi - Ekspert xəbərdarlığı
Avropada kabus ssenari: Rusiya hücum etsə, ABŞ...
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
Qlükozanın qanda ilişib qaldığını göstərən əlamətlər
Putindən etiraf: Çətin dövrdən keçirik!
İsrail hücum anonsu verdi, ABŞ planı dəyişdi – İran ətrafında yeni vəziyyət
NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz
Rusiya bayrağı və himninə qadağa… – 11 ölkə birləşdi, imza atdı
İraq İranla Fars körfəzi dövlətlərini barışdırmaq istəyir
Qulaq məməsinə masaj etməyin maraqlı faydası
Xalların rəngi nəyi göstərir - Hansı təhlükəlidir?
Mədədə qastritlə xərçəngi necə ayırd etməli?
İsrail və Livan razılaşdı: Ordu geri çəkilir...
Yaxın Şərqdə vəziyyət gərginləşir - Bəhreyn BMT-yə çağırış etdi
Dərmanları hər gün eyni vaxtda içmək niyə vacibdir?
Qazaxıstan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Dilbər Axundzadə

Bioqrafiya

31-05-2022, 16:38

Dilbər Axundzadə


Milli.Az Kulis.az-a istinadən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə haqqında maraqlı faktları təqdim edir.

Dilbər Hacı qızı Axundzadə 29 may 1914-cü ildə Gəncə şəhərində anadan olub. O, körpə olanda valideynləri ayrılır. Dilbər atası ilə qalır. Atası ikinci dəfə ailə qurur. Əmisi tərcüməçi-dilçi alim İdris Axundzadə Hüseyn Cavid və Əhməd Cavadla yaxın dost imiş. Bir dəfə İdris Axundzadə Gəncəyə qardaşıgilə gedəndə görür ki, qardaşıqızı üçün ata evində ögey anası ilə çox çətindir. İdris Axundzadə çox düşünmədən onu özü ilə Bakıya gətirir. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşayır.

***

Dilbərin əmisinin arvadı Fəramüş Mikayıl Müşfiqlə tələbə yoldaşı idi. Fəramüş institutu bitirmələri münasibətilə APİ-də təşkil olunan buraxılış gecəsinə bacısı Həcəri və qaynı qızı Dilbəri də aparır. Dilbər ilk dəfə orada Mikayıl Müşfiqi görür. Onlar ikinci dəfə "Kommunist" küçəsində rastlaşırlar, aralarında qısa dialoq keçir. Növbəti dəfə isə Dilbərin rəfiqələrindən olan Pirayə Müşfiqdən ona məktub gətirir. Müşfiq məktubda Dilbərin hörüklərinə şeir yazaraq sevgisini etiraf edir.

Dilbər xanım Əli Nəzminin qızı Pirayə xanımla bir oxuyurdu, yolda Müşfiq onu görür, xəbər alır. Pirayə xanım da deyir ki, elə indi Dilbərin yanındaydım, oradan gəlirəm. Soruşur Dilbər neyləyirdi? Pirayə xanım da deyir ki, yatmağa hazırlaşırdı. Müşfiq qayıdır ki, səndən bir xahişim var, get onlara bax gör, onun hörükləri yorğanın altındadırsa, onları çıxarıb yorğanın üstünə qoy.

***

1932-ci ilin aprelində onlar nişanlanırlar. Nişanda Hüseyn Cavid həyat yoldaşı Müşgünaz xanım, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim, həmçinin məşhur müğənni Bülbül də iştirak edir. 1933-cü ilin iyunun 20-də isə onlar ailə həyatı qururlar. Onların Yalçın adlı övladları doğulur. Lakin, o, xəstəlikdən dünyasını dəyişir.

***

Müşfiq məşhur tarzən Qurban Primovla dost idi. Tarın qadağan edilməsi onun üçün bir faciə idi. Çünki Müşfiqin özü də tarı çox sevirdi. Yaxşı ifa etməyi bacarmasa da, Dilbər xanım da tar çalmağı bacarırdı. Qurban Primov "Yetim segah"ı ifa edir, Müşfiq isə bu ifada məşhur "Oxu tar" şeirini yazır...

1937-ci il repressiyaları Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli siması Mikayıl Müşfiqdən də yan keçmir. Müşfiq iyunun 4-də evində həbs edilir. Dilbəri Müşfiqdən sonra, 1937-ci ilin noyabrında həbs edirlər. Qadınlar saxlanılan ümumi kamerada saxlanılır.

***

Bəzi versiyalara görə, Dilbər Axundzadə gözəl qadın olduğuna görə, onu əldə etmək üçün Müşfiqi aradan götürmək istəyiblər. Burada hətta Mircəfər Bağırovun da adı hallandırılır. Digər versiyaya görə, Müşfiqin gənc yaşında ikən ölkədə tanınması, ard-arda uğur qazanması onun həmkarları tərəfindən qısqanılmasına və satılmasına səbəb olur.

Ona orada olmazın işgəncələr verilir. Onunla eyni kamerada dustaq həyatı yaşayan qadınlardan biri öz xatirələrində yazır: "Bütün gecə gözümü yummadım. Dilbər özündə deyil. Onu xəstəxanaya, düz bizim üstümüzdəki bir nəfərlik palataya apardılar. Dünən ona iynə vurdular və sakitləşdirdilər. O, axşama kimi yatdı. Gecə hər şey yenidən başladı. Səhərə kimi kamerada ayaq döydü, nə isə deyirdi, isterika içində çırpınırdı. Sözlərini tam anlamaq olmurdu. "Müşfiq gəlsin... Atamı çağırın... Atama deyin ki, məni buradan aparsın... Sevdiyim üçün ölərəm... Burada hamı hesab edir ki, mən dəli olmuşam... Ay Allah, onlar deyir ki, sən yoxsan, mənə rəhm et..." O, nəvazişlə Müşfiqlə danışırdı, sanki o kamerada idi. Sonra yenə qışqırır və yenə də isterikaya düşürdü.

Mühacir Lətif Elsevərin "Ağrılı bir qarşılaşma" adlı yazısında yazır. Bir gün universitetdən çıxıb dərin bir kədərin verdiyi dalğınıqlıqla yol gedirdim. Küçədəkilərin ani bir həyəcanı ilə daxili aləmimdən ayrıldım. Baxdım. Faciəli bir mənzərə ilə qarşı-qarşıya idim. Pəjmürdə geyimli bir qadın önümdə dayanmışdı. Saçları "maşinka" ilə dibdən kəsilmişdi. Paltarları bədəninin bir çox yerlərini göstərəcək qədər yırtıq və köhnə idi. Bənizi solmuş, gözləri hədəqəsindən çıxmış kimi idi. Nə edəcəyini, hara gedəcəyini bilmir, vurnuxub dururdu. Qadını tanımışdım. O, gözəlliyi və zəkası ilə bir zamanlar Bakıya ün salan Dilbər xanım idi... Bir neçə ay öncə NKVD cəlladlarının gecə evindən apardığı şair Müşfiqin xanımı Dilbər! Onun da əri ilə birgə həbs edildiyini, edilən işgəncə və təhdidlərə təhəmmül edə bilməyərək ağlını itirdiyini eşitmişdim. Qarşımda ağlını itirmiş Dilbər durmuşdu.

***

Dilbər xanım, həkimin dediyinə görə, bir çox xəstəliklərə düçar oldu: infarkt, böyrək, sinirlər, şəkərli diabet... Anlayanda ki, ondan heç nə əldə edə bilməyəcəklər, o isə işgəncələrdən aşkar surətdə özündə deyil, onu həbsxana xəstəxanasından psixiatrik xəstəxanaya köçürdülər. Lakin orada qalmaması üçün onu tanıyan həkimlər guya sağlam olması barədə arayış verirlər. Getdikcə qarabasmalar görən Dilbər xanımın vəziyyəti daha da çətinləşir. Buna görə də 7 mart 1939-cu ildə Respublika prokurorluğunun xüsusi işlər şöbəsi D.Axundzadənin həbsdən azad olunması üçün təqdimat yazır. 10 mart 1939-cu ildə NKVD-nin rəis müavini Kərimovun imzaladığı qərara əsasən D. Axundzadə həbsdən azad edilir və istintaq işi arxivə verilir...

O, Gəncəyə, anasının yanına gedir və uzun müddət orada müalicə olunur. İlk vaxtlar o heç nə danışmır, heç nə anlamır, nə özünün, nə də Müşfiqin kim olduğunu bilmir... Həkimlər ona yeni həyata başlamağı, ailə qurmağı məsləhət gördülər.

Sağalandan sonra Dilbər Axundzadə ailə həyatı qurur. Onun bir qız övladı doğulur. Qızının bir yaşı olanda həyat yoldaşı dünyasını dəyişir.

***

Dilbəri ən çox istəyənlərdən biri Mikayıl Müşfiqin bacısı Balacaxanım idi. Ağır xəstəlikdən sonra son nəfəsində o, can verə bilmir, Müşfiqin şəklini qucaqlayır. Nəhayət qərara gəlirlər ki, Dilbəri onun yanına aparsınlar. Gecə gəlib Dilbər xanımı aparırlar, Balacaxanım onu görən kimi rahatlanıb gözlərini yumur.

***

Bakıda yaşamağa başlayan Dilbər şairəliklə məşğul olmuş, Mikayıl Müşfiqə həsr olunan kitab yazmışdır. Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayırdı. 1990-cı ildə Bakı şəhərində vəfat edib.

Oxunub: 1 891
Paylaş:
Digər xəbərlər

Xəbərlər

31-10-2021, 09:27

11 yaşlı qızı zorlamaqda ittiham olunan şəxsin həyat yoldaşı: Mən bu məsələdə ərimin yanındayam

Bioqrafiya

10-02-2020, 20:51

Mirzə Fətəli Axundzadə (1812-1878)

Bioqrafiya

29-11-2019, 22:10

Mikayıl Şahvələd oğlu Mirzəyev

Bioqrafiya

3-11-2018, 22:20

SON ANDA!!! Məşhur alim Mikayıl Müşfiq haqqında elə HƏQİQƏTLƏRİ acıqladı ki... - DƏHŞƏTƏ GƏLƏCƏKSİNİZ...

Manşet / Bioqrafiya

19-07-2018, 09:38

Mirzə Fətəli Axundzadə

AlıntıCevapla
  • Ladonna

  • 12 aprel 2026 16:59
  • Grubu: Ziyaretçi
  • Kayıt tarihi: --
  • Durumu:
  • 0 Yorumları: 0
  • 0 Makaleleri: 0
^
References:


Deca steroids for sale

References:
https://theflatearth.win/wiki/Post:Trenbolone_Results_In_2_Weeks_Better_Than_1_
Month
  • Beğendim
  • 0
AlıntıCevapla
  • Davis

  • 13 aprel 2026 15:08
  • Grubu: Ziyaretçi
  • Kayıt tarihi: --
  • Durumu:
  • 0 Yorumları: 0
  • 0 Makaleleri: 0
^
References:


Dbol steroid

References:
https://fkwiki.win/wiki/Post:Trenbolone_Cycle_Guide_Stacks_And_Dosages_For_Bulk
ing_And_Cutting
  • Beğendim
  • 0
Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı
KÜNCÜT ürəyi və sümükləri necə qoruyur? - ARAŞDIRMA
Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
Fransa və Oman Hörmüzlə bağlı razılaşdı
Sosial mediada yayılan maqnezium spreyi trendi - Ekspert xəbərdarlığı
Avropada kabus ssenari: Rusiya hücum etsə, ABŞ...
Son xəbərlər
  • Dünən, 22:40
    Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı
  • Dünən, 21:30
    KÜNCÜT ürəyi və sümükləri necə qoruyur? - ARAŞDIRMA
  • Dünən, 20:31
    Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama
  • Dünən, 19:49
    Fransa və Oman Hörmüzlə bağlı razılaşdı
  • Dünən, 18:38
    Sosial mediada yayılan maqnezium spreyi trendi - Ekspert xəbərdarlığı
  • Dünən, 17:24
    Avropada kabus ssenari: Rusiya hücum etsə, ABŞ...
  • Dünən, 16:12
    Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
  • Dünən, 15:25
    Qlükozanın qanda ilişib qaldığını göstərən əlamətlər
  • Dünən, 14:28
    Putindən etiraf: Çətin dövrdən keçirik!
  • Dünən, 13:46
    İsrail hücum anonsu verdi, ABŞ planı dəyişdi – İran ətrafında yeni vəziyyət
  • Dünən, 12:19
    NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz
  • Dünən, 11:18
    Rusiya bayrağı və himninə qadağa… – 11 ölkə birləşdi, imza atdı
  • Dünən, 10:34
    İraq İranla Fars körfəzi dövlətlərini barışdırmaq istəyir
  • Dünən, 09:07
    Qulaq məməsinə masaj etməyin maraqlı faydası
  • 28-06-2026, 22:29
    Xalların rəngi nəyi göstərir - Hansı təhlükəlidir?
  • 28-06-2026, 21:36
    Mədədə qastritlə xərçəngi necə ayırd etməli?
  • 28-06-2026, 20:10
    İsrail və Livan razılaşdı: Ordu geri çəkilir...
  • 28-06-2026, 19:43
    Yaxın Şərqdə vəziyyət gərginləşir - Bəhreyn BMT-yə çağırış etdi
  • 28-06-2026, 18:08
    Dərmanları hər gün eyni vaxtda içmək niyə vacibdir?
  • 28-06-2026, 17:02
    Qazaxıstan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi
  • 28-06-2026, 16:39
    İran yox ola bilər! – Trampdan yeni hücum ANONSU
  • 28-06-2026, 15:22
    Ayaqlarınızı duz və soda ilə yuyun: Görün nə edir...
  • 28-06-2026, 14:11
    Rusiya və Ukrayna sülhə imza atır? – Vacib razılaşma
  • 28-06-2026, 13:42
    Asiya ölkəsi 500 min PUA döyüşçüsü yetişdirəcək
  • 28-06-2026, 12:14
    İnsan hansı orqanı olmadan yaşaya bilər?
  • 28-06-2026, 11:08
    İran ABŞ-ı hədələdi: Cavab sərt olacaq!
  • 28-06-2026, 10:25
    Almaniya hərbi xidmətlə bağlı qərar verdi: Müharibə təhlükəsi, yoxsa…?
  • 28-06-2026, 09:04
    İnsultu nə az, nə çox – 59% azaldan qidalar
  • 27-06-2026, 22:55
    Qazlı su təzyiqi aşağı salır
  • 27-06-2026, 21:33
    Dəfnə yarpağı ilə ürək necə müalicə edilir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə