• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Göz müayinəsi ilə bu 2 xəstəlik aşkar edilir
Qışda davamlı burun axıntısı: Soyuqdəymə deyil, allergiya ola bilər
Mütəxəssislərdən xəbərdarlıq: Soyuq günlərdə immuniteti qorumağın yolları
ABŞ kursunu dəyişdi: İşğal edilməsi ən çətin olan ölkələr açıqlandı - SİYAH
Pezeşkian qəzəbləndi: Yoxdursa, mən haradan tapım?
Qan damarlarını canlandıran təbii resept - Bir stəkanı kifayətdir
İlin ən depressiv günü bu tarixdə olacaq
Bunu yeyən sakitləşir: Stressi yox edən möcüzəvi qidalar
Rusiya Avropadan cavab gözləyir: Vaşinqtonun bu iddialarına nə deyirsiniz?
Ermənistan Azərbaycanın sayəsində 100 milyonlarla dollara qənaət edəcək
Papaqsız gəzənlərin NƏZƏRİNƏ
Pensiyanız nə qədər artacaq? - Dəqiq izah
İranda xəstəxanaya hücum: Pezeşkian araşdırma tələb etdi
Kartof yeyənlərin ürəyi zəifləyir?
Azərbaycanda yayılan virusla bağlı rəsmi cavab gəldi – Bu tarixlərə diqqət!
Paşinyan və Zelenski üçün təhlükə anonsu – Hər an baş verə bilər
Tam əminəm, Maduronu ABŞ-a o satdı – Kalderondan iddia
Benzin bahalaşdı, taksi qiymətləri də qalxacaq? – Gözlənilən ssenari
Yodla zəngin feyxoa möcüzəsi - Zobun, prostatın dərmandır
Süni intellektlə işləyən stetoskop 15 saniyədə ürək xəstəliklərinə diaqnoz qoyur
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycanda bədən şəkilləndirmə əməliyyatı neçəyə başa gəlir? - ARAŞDIRMA

Araşdırma

28-11-2022, 11:32

Azərbaycanda bədən şəkilləndirmə əməliyyatı neçəyə başa gəlir? - ARAŞDIRMA


Gözəllik üçün plastik cərrahların masasına əvvəllər daha çox məşhurlar uzanırdı. Onlardan bunu niyə etdiklərini soruşanda, cavabları bu tipli olurdu: “Daim kamera önündəyik, gözəl görünməyə məcburuq”. Ancaq zamanla sosial şəbəkələrin sayəsində təkcə məşhurlar deyil, hər kəs kamera önünə gəldi və görünüşü haqqında daha çox adam narahat olmağa başladı. Nəticədə estetik mərkəzlərin, estetik cərrahların sayı ardıb.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

İlk vaxtlar estetik əməliyyat deyəndə, daha çox rinoplastika - burun əməliyyatları ağıla gəlirdisə, indi artıq estetik əməliyyatların əhatə dairəsi genişlənib. Son illər isə bədən şəkilləndirmə ilə bağlı cərrahi əməliyyatlara müraciət edənlərin sayı xeyli artıb.

Bu sahədə məşhur həkimlərin abdominoplastika (qarın gərmə), popoplastika (omba böyütmə), mammoplastika (sinə plastika) üçün qiymətlərini öyrəndik. Hər birinin qiyməti 3000-3500 manatdan başlayır. Bildirildi ki, bu, ilkin qiymətdir. Müayinə zamanı hər kəsin bədəninə görə qiymət dəyişə - yəni yüksək ola bilər. Həmin əməliyyatlarla bir yerdə bel-kürək üçün də şəkilləndirmə əməliyyatı etdirmək istəsəniz, bunun üçün minimum 1000-1200 manat əlavə ödəməlisiniz. Bel-kürək ayrıca əməliyyat olacaqsa, qiymətlər 2000-2500 manatdan başlayır. Bütün bədəninizdə şəkilləndirmə etmək qərarı vermisinizsə, minimum 10 min manatdan keçməlisiniz.

Bəs 10 min manata alacağımız gözəlliklə bağlı nələri bilməliyik?

Plastik cərrah Mübariz Məmmədli deyir ki, bədən şəkilləndirmə əməliyyatlarına gedilməsi üçün səbəb olmalıdır:

“Bədən şəkilləndirmə əməliyyatları üçün müraciət edən pasiyentlərdən müayinə zaman diyet saxlayıb-saxlamadığını, idman edib-etmədiyini soruşuruq. Bunun səbəbi var. Bədən şəkilləndirmə əməliyyatlarına nə zaman gedilməlidir? Məsələn, deyir ki, idmana gedirəm, hər yerimdəki piylər əriyir, hansısa hissədəki piyləri əridə bilmirəm. Ona görə liposaksiya əməliyyatına müraciət edir. Çünki bəzi piylər arıqlamağa dayanıqlıdır. Nə etməyindən asılı olmayaraq, idmançılarda belə getməyə bilir. Yaxud idmanla bədənində hansısa formanı əldə etmək istəyir, cəhd edir, alınmır. Bunları edib nəticə almayıbsa, əməliyyat qərarı verə bilirik. Yəni mahiyyət odur ki, sən istədiyin formanı idmanla, pəhrizlə əldə edə bilmirsən, cərrahi yola üz tutursan. Bu zaman bədəndə piy artıq olan yerlərdən çəkilir və çatışmayan yerlərə vurulur. Bununla da bədən şəkillənir”.

Bəzən bədənin müxtəlif hissələrində böyük miqdarda piylənmə olan, artıq çəkili şəxslər “bədən şəkilləndirməyə gedəcəm, piyləri götürsünlər” deyirlər. Cərrah bildirib ki, bədən şəkilləndirmə əməliyyatları arıqlamaq üçün icra olunmur:

“Adam 60 kiloqramla əməliyyata girirsə, həmin çəki ilə də əməliyyatdan çıxır. Hətta bir az artıq ola bilər. Çünki əməliyyatdan sonra bədəndə ödemlər, şişlər filan olur. Bu, arıqlama əməliyyatı deyil. Arıqlamaq üçün pəhriz saxlamaq, idman etmək, mədəkiçiltmə əməliyyatına getmək olar. Bədən kütlə indeksi 30-dan yuxarıdırsa, bədən şəkilləndirmə əməliyyatına götürmürük. Çünki bədən şəkilləndirmə zamanı alacağımız piyin miqdarı maksimum 6 kiloqramdır. Artıq çəkili adamlar üçün nə etməyimizdən asılı olmayaraq, onlar məmnun qalmayacaq. Ona görə deyirik ki, arıqlayın, sonra gəlin. Həm də artıq çəkilərdə piy emboliyası, tromboemboliya riskləri də çox olduğu üçün əməliyyata götürmürük”.

M.Məmmədli deyir ki, bədən şəkilləndirmə əməliyyatlarına daha çox qadınlar müraciət etsə də, kişi pasiyentlər də az deyil:

“Bədən şəkilləndirməyə bir çox əməliyyatlar daxildir. Onlar içərisində abdominoplastika, liposaksiya, yaxud popoplastika əməliyyatlarına daha çox gedilir. Xanımlar şəkilləndirmə və popoplastika, bəylər isə liposaksiya və bəzən ginekomastiya (kişilərdə süd vəzisinin böyüməsi) üçün müraciət edirlər”.

Cərrah bildirib ki, məşhurların bədən formasını əldə etmək üçün müraciət edən şəxsləri əməliyyat etmir:

“Bəzən xarici ulduzun şəklini gətirir, mənim bu hissəmi eynən onun kimi et deyirlər. O tip pasiyentləri əməliyyata almırıq. Heç kim heç kimə oxşamaq məcburiyyətində deyil, fərdilik olmalıdır. Həddindən artıq böyütmə, həddindən artıq kiçiltmənin tərəfdarı deyilik. Norma daxilində olsa, daha gözəl olar. Onun tərəfdarıyıq ki, hər kəs insandakı dəyişikliyi görür, amma tapa bilmir ki, nə edilib. Hər şey qədərində gözəldir”.

Həkim-terapevt Məlahət Abbasova deyir ki, bədəndə qüsur varsa, bu, adamda psixoloji olaraq çox narahatlıq yaradırsa, kompleksə, stressə səbəb olursa, bu tipli əməliyyatlara gedilməsi normal haldır. Amma unutmamalıyıq ki, bu, bir əməliyyatdır:

“Plastik cərrahiyyə uzun müddət - 6-7-8 saat davam edir. Bu müddətdə adam narkoz altında qalır. Hər ürək, hər beyin ona dözmür. Belə olanda fəsadlar yarana bilir. Üstəlik, əməliyyat uğursuz alına, ya da istədiyin kimi alınmaya bilər. Ürəyi xəstə, sinir sistemi zəif, qanda hemoqlobinin miqdarı aşağı olan, hepatit olan, yaxud hansısa xroniki xəstəlikləri olan adamlara məsləhət görməzdim. Əməliyyatdan sonra bu problemlər daha da arta bilər. Gözəllik xatirinə olan bu əməliyyatlara tək istəyimizlə qərar verməməliyik, sağlamlığımıza baxmalıyıq”.

Bədən şəkilləndirmə əməliyyatları zamanı həyatlarını itirənlərə gəlincə, M.Abbasova bildirib ki, ölüm halları bu sahə bizdə yeni olduğu dövrlərdə daha çox olurdu:

“Çünki peşəkar həkimlər az idi, amma müəyyən zaman keçib artıq, peşəkar mütəxəssislərimiz var. Həkimlər əməliyyatdan öncə pasiyentlərin xəstəlik tarixçəsini analiz edirlər, sağlamlığı imkan verirsə, edirlər. Elə xəstəliklər var, 10-15 min adamdan birində olur. Onu təxmin etmək olmur. Əməliyyat zamanı üzə çıxıb xəstənin həyatının itirməsinə səbəb ola bilər”.

Oxunub: 564
Paylaş:
Digər xəbərlər

Gözəllik və təbabət

26-05-2022, 10:19

Burun əməliyyatı keçirənlər bunları mütləq oxusun!

Mədəniyyət

14-09-2021, 08:34

76 yaşlı Türkan Şoray estetik əməliyyatdan sonra dəyişib belə oldu - FOTO

Səhiyyə

17-12-2020, 23:19

Cərrahların niyə ağ yox, göy və ya yaşıl xalat geyməyinin sirrini bilirdinizmi?

Gözəllik və təbabət

25-11-2019, 16:43

Plastik əməliyyat edən qadın tanınmaz hala düşdü - DƏHŞƏTLİ FOTOLAR

Xəbərlər

25-06-2019, 11:43

Ən təhlükəli plastik əməliyyat HANSIDIR?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Göz müayinəsi ilə bu 2 xəstəlik aşkar edilir
Qışda davamlı burun axıntısı: Soyuqdəymə deyil, allergiya ola bilər
Mütəxəssislərdən xəbərdarlıq: Soyuq günlərdə immuniteti qorumağın yolları
ABŞ kursunu dəyişdi: İşğal edilməsi ən çətin olan ölkələr açıqlandı - SİYAH
Pezeşkian qəzəbləndi: Yoxdursa, mən haradan tapım?
Qan damarlarını canlandıran təbii resept - Bir stəkanı kifayətdir
Son xəbərlər
  • Bu gün, 18:23
    Göz müayinəsi ilə bu 2 xəstəlik aşkar edilir
  • Bu gün, 15:15
    Qışda davamlı burun axıntısı: Soyuqdəymə deyil, allergiya ola bilər
  • Bu gün, 12:41
    Mütəxəssislərdən xəbərdarlıq: Soyuq günlərdə immuniteti qorumağın yolları
  • Bu gün, 11:36
    ABŞ kursunu dəyişdi: İşğal edilməsi ən çətin olan ölkələr açıqlandı - SİYAH
  • Bu gün, 10:24
    Pezeşkian qəzəbləndi: Yoxdursa, mən haradan tapım?
  • Bu gün, 09:04
    Qan damarlarını canlandıran təbii resept - Bir stəkanı kifayətdir
  • Dünən, 22:21
    İlin ən depressiv günü bu tarixdə olacaq
  • Dünən, 21:10
    Bunu yeyən sakitləşir: Stressi yox edən möcüzəvi qidalar
  • Dünən, 20:17
    Rusiya Avropadan cavab gözləyir: Vaşinqtonun bu iddialarına nə deyirsiniz?
  • Dünən, 19:35
    Ermənistan Azərbaycanın sayəsində 100 milyonlarla dollara qənaət edəcək
  • Dünən, 18:07
    Papaqsız gəzənlərin NƏZƏRİNƏ
  • Dünən, 17:09
    Pensiyanız nə qədər artacaq? - Dəqiq izah
  • Dünən, 16:26
    İranda xəstəxanaya hücum: Pezeşkian araşdırma tələb etdi
  • Dünən, 15:00
    Kartof yeyənlərin ürəyi zəifləyir?
  • Dünən, 14:21
    Azərbaycanda yayılan virusla bağlı rəsmi cavab gəldi – Bu tarixlərə diqqət!
  • Dünən, 13:38
    Paşinyan və Zelenski üçün təhlükə anonsu – Hər an baş verə bilər
  • Dünən, 11:36
    Tam əminəm, Maduronu ABŞ-a o satdı – Kalderondan iddia
  • Dünən, 10:13
    Benzin bahalaşdı, taksi qiymətləri də qalxacaq? – Gözlənilən ssenari
  • Dünən, 09:08
    Yodla zəngin feyxoa möcüzəsi - Zobun, prostatın dərmandır
  • 5-01-2026, 22:40
    Süni intellektlə işləyən stetoskop 15 saniyədə ürək xəstəliklərinə diaqnoz qoyur
  • 5-01-2026, 21:17
    Təzyiqi salır, qanı duruldur: həkimlərin tövsiyə etdiyi sadə göyərti
  • 5-01-2026, 20:27
    ABŞ-ın hücumu nəticəsində ölənlərin sayı açıqlandı
  • 5-01-2026, 19:45
    Netanyahu: İran xalqı ilə həmrəyik!
  • 5-01-2026, 18:35
    Diabetin fərqli və yeni forması rəsmi olaraq tanındı
  • 5-01-2026, 17:28
    Trampın bu sözləri İranda təşviş yaratdı – Nazirdən açıqlama
  • 5-01-2026, 16:05
    Bakıya bu tarixdə qar yağacaq – Dəqiq gün AÇIQLANDI
  • 5-01-2026, 15:10
    Çin tibb tarixində bir ilk: Kəsilmiş qulaq ayağa birləşdirildi
  • 5-01-2026, 14:19
    Bakı və Ankara imza atdı, 3 il sonra… – Bayraktardan mühüm elan
  • 5-01-2026, 13:49
    "Daily Star": Üçüncü Dünya Müharibəsi 2026-cı ildə Avropada başlayacaq
  • 5-01-2026, 12:33
    Mədə yırtığı nədir? Simptomlar, səbəblər və müalicə üsulları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə