Xəbərlər



Koronavirusun əsas simptomu TƏNGNƏFƏSLİK. Necə təyin etməli?
Koronavirusun əsas simptomu TƏNGNƏFƏSLİK. Necə təyin etməli?


Koronavirusun əsas 3 simptomu yüksək qızdırma (38,5 C-dən yuxarı), quru öskürək və nəfəsalmanın pozulması, təngnəfəslikdir.

Normada böyüklər 1 dəqiqə ərzində sakit vəziyyətdə 16-20 dəfə nəfəsalma hərəkəti edirlər (1 nəfəsalma hərəkəti = 1 nəfəs alma + 1 nəfəs vermə).

İnsan 1 dəqiqə ərzində 22 dəfədən çox nəfəs alırsa, bu artıq təngnəfəslikdir.

Saglamolun.az bildirir ki, təngnəfəsliyin bir çox digər səbəbləri də var – qanazlığı, ürək xəstəlikləri, qalxanvari vəzinin fəaliyyətində pozulmalar, nevroz və s.

Lakin sizdə təngnəfəslik yüksək qızdırma və quru öskürəklə müşayiət olunursa, bu koronavirusun ağırlaşması olan atipik pnevmoniyanın inkişafına işarə edə bilər. Dərhal “təcili yardım” çağırın.
Baxış sayı: 63