İyunun 7-də Rusiya xarici işlər naziri Serqey Lavrov Moskvada Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
Bu barədə TASS məlumat yayıb.
Rusiya XİN-nin mətbuat xidmətinin məlumatına görə, görüşdə Dağlıq Qarabağ məsələsi və ikitərəfli əlaqələr müzakirə ediləcək.
Bu, Ermənistanda hökumət dəyişikliyi baş verdikdən sonra XİN rəhbərinin Rusiyaya ilk səfəridir.