• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
ABŞ qüvvələrindən ilk zərbə: İran PUA-sı məhv edildi
Parklanma yerində qəza olarsa, məsuliyyət kimindir? - AÇIQLAMA
Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
Netanyahuya məxfi hesabat göndərildi: HƏMAS güclənir...
Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi
Buraxılış imtahanları niyə tez keçirilir? - Ekspert
ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?
Qripi adi soyuqdəymədən necə ayırd etməli? - Həkim izah etdi
Xameneinin müşaviri Azərbaycanı hədələdi
ABŞ və Qərb Rusiyanı genişmiqyaslı hücumla hədələdi – Kremldən reaksiya
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?
Tibbdə ilk: Böyrək daşlarında bakteriyalar tapıldı
"COVID"dən sonra itən iybilmə hissi bu üsulla bərpa oluna bilər
İran rəhbərliyinə rezonans doğuran mesaj – Ya bu 4 şərt qəbul ediləcək, ya da…
Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...
Hazırda Azərbaycanda mindən çox şəxs orqana ehtiyac duyur
Temperatur 10 dərəcə enir: Bakıya qar yağacaq - Xəbərdarlıq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın, özləri sevəcəklər.Xudu Məmmədov

Manşet / Bioqrafiya

29-05-2018, 07:56

Uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın, özləri sevəcəklər.Xudu Məmmədov



















Xudu Məmmədov yaxın tariximizdə xalqımızın yetişdirdiyi unikal şəxsiyyətlərdən biridir. Qeyri-adi fenomen şəxsiyyət olan Xudu müəllimin alimliyi, elmi fəaliyyəti, şəxsiyyəti və milli mənliyi bir-birini təbii şəkildə tamamlayırdı. Xudu Məmmədov böyük alim olmaqla bərabər xalqımızın yaxın ictimai-siyasi tarixində öz yeri olan, türkçülük ideyalarının yaşaması və təbliği yolunda çalışan və keçən əsrdə sovet rejiminin hökm sürdüyü dövrdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan azsaylı ziyalılarımızdan biri idi.
1927-ci ildə Qarabağda – Ağdamın Mərzili kəndində dünyaya göz açmışdı. Atası Surxay kişi tanınmış ziyalılarımızdan biri olub. Leninqrad Tikinti Akademiyasını bitirmişdi. Anası Yaxşı xanım evdar qadın idi. Üç övladı – Xudu, Oqtay, Məhbubun üstündə yarpaq kimi əsər, onların təlim-tərbiyələrinə ciddi diqqət yetirərdi.
Doğma kəndlərində 7 illik məktəbi bitirdikdən sonra yeniyetmə Xudu rayon mərkəzindəki orta məktəbdə təhsil alır. 1946-cı ildə O, Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə daxil olur. Ali təhsilini başa vuranduqdan sonra Azərbaycan EA-nın Kimya İnstitutunda əmək fəaliyyətinə başlayır. Çox keçmir ki, O, dəqiq elmlər üzrə nəinki respublikamızda, keçmiş ittifaq məkanında ən istedadlı tədqiqatçı kimi tanınır. Kəşfləri, ixtiraları, samballı elmi məqalələri maraqla qarşılanır, müəllifinə şöhrət gətirir, nüfuz qazandırır.
Xudu Məmmədov haqqında xatirələr Doğma Mərzili kəndinə hər gəlişində həmkəndliləri Xudu bəyin başına toplaşar, hal-əhval tutduqdan sonra Xudu müəllimi sorğu-suala tutmarmışlar. Belə görüşlərin birində həmkəndlilərindən birinin, “Xudu müəllim əsl alim kimə deyilməlidir?” sualına Xudu müəllim belə bir cavab verir:
– Bilirsiz, əgər alim danışanda elmdən uzaq olan adam onu başa düşsə və ona qiymət verərək, “o nə danışır, onun dedikləri elə mənim bildiklərimdi” – desə, deməli, əsl alim odur. Yox, əgər “o nə danışır, mən heç nə başa düşmədim” desə, deməli, o əsl alim deyil.
Dünyanın elm nəhəngi ingilis Con Bernal 1953-cü ildə Moskvada keçirilən elmi konfransda öz “dahi tələbəsi” haqda guya söz tapa bilməyən rus akademikinin fikrinə belə qüvvət verib:
“Bizdəki və sizdəki “pensioner” kristalloqrafların həll edə bilmədiklərini sizin 25 yaşlı “pioner” tələbəniz – cənab Xudu Məmmədov həll etmişdir!”
Beləliklə, Xudu bəyə 25 yaşında böyük alim titulu verdilər.
Şair Ənvər Əhməd yazır: “Xudu müəllim ağlayırdı. İrəli gedib: – Niyə ağlayırsan, Xudu müəllim, – dedim – sizdən çıxmaz iş. Üzünü yana çevirdi. Sonra dönüb Ağdama sarı uzun-uzadı baxdı. Gözü yenə doldu: – Ənvər, Allaha rəvadırmı bu torpaqlar bizim əlimizdən alınsın, – deyib, daha da kövrəldi. Biz də ona qoşulduq. Bir az ara verib dedi ki, mənim ürəyimə nəsə damıb, Ənvər. Bu gecə yuxumu qarışdırmışam. Millətimin başında qara buludlar dolanır.”
Tanınmış Qırğız yazıçısı Çingiz Aytmatov Xudu müəllimlə görüşündən sonra yazır: “Elmlə sənətin qeyri-adi uğurlarını kəşf edən, zəkası ilə “cansız təbiət” terminini elm tarixindən silən Xudu Məmmədovun şəxsiyyətinə də, xarakterinə də, sadəliyinə də vuruldum. Fəxr edirəm ki, Türk dünyasında Xudu Məmmədov kimi ziyalı var.” Çingiz Aytmatov Xudu Məmmədova yazırdı: “Siz məndən təkcə 1 il 2 gün yox, bütün parametrlərlə böyüksünüz, mənim əziz Xudu müəllimim!”
Akademik Teymur Bünyadov yazır: “Xudu Məmmədov kristalloqrafiya elmi sahəsində ingilislərin, yaponların və bəzi qabaqcıl dövlətlərin alimlərinin fikirlərini təkzib etmiş, öz kəşflərini, dünya əhəmiyyətli ixtiralarını yaratmışdır. Xudunun ixtiraları təkcə elmi, nəzəri deyil, həm də böyük təcrübi əhəmiyyət kəsb edir. Elmimizdə, həyatımızda Xudu məktəbi, Xudu dünyası yaşayır”.
Xalq şahiri Bəxtiyar Vahabzadə Xudu Məmmədov haqqında yazır: “Xudu içində yaşadığımız sistemin məhvə labüd olduğunu, cəmiyyətin təbii qanunları nəticəsində yaşamağa qabil olmadığını dəlillərlə sübut edərdi. O, cəmiyyətdəki hər şeyi təbiət qanunları ilə ölçərdi. O, deyərdi ki, əgər cəmiyyətdə təbiətə yad bir qanun yaranarsa, bu qanunun yaşamağa haqqı yoxdur. Bu mənada kommunizm insanın təbii hisslərinə ziddir. Kommunizm kabinentdə yaranmış fantastik bir ideolgiyadır, insana qarşı çevrilən bir idealogiya cəmiyyətdə duruş gətirə bilməz. O, bunu təbiət qanunları əsasında elə sübut edərdi ki, mən buna inanmaya bilməzdim.”
Xudu Məmmədov haqqında xatirələr Bəxtiyar Vahabzadənin Xudu Məmmədov barədə söylədiyi bu xatirə Xudu Məmmədovun kimliyi haqda çox şey deyir. “1970-ci illərin sonlarında bir gün Nurəddin Rzayevlə Xudu Məmmədovun evində qonaq idik. Söhbətimizin mövzusu əsasən Azərbaycanın gələcəyi və Türkiyə ilə münasibətləri ətrafında idi. Nədənsə söhbət hərəmizin ən müqəddəs arzusu barədə oldu. Mən dedim ki, mənim ən müqəddəs arzum Azərbaycanın güneyli-quzeyli birliyini və xoşbəxtliyini görməkdir. Nurəddin dedi ki, ən böyük və müqəddəs arzum Azərbaycanın gələcəyinin parlaq olmasını görməkdir.
Xudu isə dedi: “Ən böyük arzum budur ki, bir gün qapımız döyülsün, gedib açım görüm ki, əlində süngülü tüfəng olan türk əsgəridir. Soruşsun ki, kommunist Xudu Məmmədov burada yaşayır? Deyim ki, bəli, mənəm… Desin ki, biz Türkiyədən gəlmişik Azərbaycandakı sonuncu kommunist olan Xudu Məmmədovu güllələməyə.”
Xudu Məmmədovun yaxın dostu Şahmar Əkbərzadənin xatirə-qeydlərindən: “Xudu müəllimin xarakterinə uyğun heç bir ədəbi əsərin obrazına, nağıl-dastan qəhrəmanına rast gəlməmişəm. Xudu müəllim xoş xəbər eşidəndə fərəhlənər, şadlanardı, çöhrəsinə nur gələrdi. Bəd soraqdan isə sifəti göyərər, əlini ürəyinin üstünə qoyardı. Elə köks ötürərdi ki, eşidənin bağrı dağlanardı. Xudu müəllim sadə, təvazökar, həddən artıq qayğıkeş idi. Söhbətləşən zaman az danışardı. Bəzən mənə elə gələrdi ki, o, demədiyini baxışları ilə həmsöhbətinə çatdırır.”
Filologiya elmləri doktoru, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri dahi alim haqqında yazır: “Mənim fikrimcə, Xudu Məmmədov Üzeyir Hacıbəylidən sonra Azərbaycanın ən böyük ziyalısıdır. Mən bunu qətiyyən Mirzə Fətəli Axundovun, Mirzə Cəlilin, Sabirin, Müşfiqin, Səməd Vurğunun çiyninin üstündən demirəm. Ancaq əgər bir adamın mədəniyyətə, tarixə baxışını zirvə kimi götürsək mənim üçün bütün dahilərimizin xidmətləri unudulmamaqla, Üzeyir bəy bir zirvədir, Xudu Məmmədov da başqa bir zirvə – yeni dövrün zirvəsi. O, əslində Azərbaycan xalq hərəkatının ilk şəhididir. Azərbaycanda Nobel mükafatını almağa layiq olan, alim idi. Xudu müəllimin arxasında nə Mason təşkilatı, nə Avropa Birliyinin liberal qurumları, nə də özünün yaşadığı ölkənin akademiyası vardı. Amma o, Nobel mükafatını haqq edirdi. Odur ki, ondan sonra kristalların quruluşuna əsərlər həsr eləyənlər bu mükafatı aldı, amma Xudu müəllim ala bilmədi. Amma bu, dərd deyil. Əsas dərd odur ki, biz onu itirdik.”
1980-1990-cı illərdə Ağdam Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışan Sadıq Murtuzayev “Xudulu günlərim…” yazısında qeyd edir: “Dəmirağac yaylasında tikinti başlamalı idi. Xudu müəllim çox təkidlə tikintidə layihənin düzgün yerinə yetirilməsinə rəhbərlik edəcəyini bildirdi. Onun xəstə olduğunu, tikinti gedəcək sahədə şəraitin ağır olmasını göstərdikdə, o inadından dönmədi. Bina çox sürətlə tikildi. Tikintinin açılışına Ağdamdan vertalyotla Daxili İşlər Nazirinin müavini general Tofiq Aslanovla birgə getdik. Kəlbəcərin kəndlərindən açılışa çoxlu adam gəlmişdi. Xudu müəllimin sevincinin həddi-hüdudu yox idi. Xatirəsi bütün Azərbaycan xalqı üçün əziz olan general Həzi Aslanovun oğlu general Tofiq Həzi oğlu Aslanovla tanışlıq onun sevincinə sevinc qatmışdı. Binanın açılışı böyük el şənliyinə çevrildi, Kəlbəcər aşıqları Dəlidağa səs salmışdı. Binanın qəlbi bir yerində Ağdamın ağ daşından “AĞDAM” sözü yazılmışdı. Xudu Məmmədov çıxış edərkən qeyd etdi ki, bu söz Ağdamın bu dağlarda əbədi məskunlaşmasının rəmzidir.”
Xudu Məmmədov haqqında xatirələr AXC-nin banisi M.Ə.Rəsulzadənin ən yaxın silahdaşlarından biri olan Məhəmməd Kəngərli yazır: 1969-cu ildə Xudu Məmmədova üçrəngli bayrağımızı hədiyyə elədim və O, bayrağı gizli şəkildə Azərbaycana gətirir.”
Akademik Səlahəddin Xəlilov yazır: “Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu olaraq 1960-cı ildə «Kalsium-silikatları və hidrosilikatların kristallokimyası» monoqrafiyasını yazır. Sement silikatlarının quruluşuna dair monoqrafiya yazılmasına London nəşrlərindən sifariş olsa da, ingilis dilini yaxşı bilməsinə baxmayaraq, bu monoqrafiyanı Xudu Məmmədov öz dilimizdə yazdı. Silikat kimyası üçün fundamental əhəmiyyətə malik olan bu əsər Azərbaycan elm tarixində kristallokimyaya dair doğma dilimizdə ilk kitab idi. Monoqrafiya ingilis və ya rus dillərində çap olunsa idi, dünya şöhrəti qazanmış gənc türk alimi X.Məmmədovun dünya elminə böyük töhfəsi olardı. Ancaq “mənim ilk oxucum öz millətim olmalıdır” kəlamları bu insan haqqında çox söz deyirdi.”
Məmməd Çıraqın “Zirvə” kitabında müəllif yazır: “Xudu müəllim İngiltərədə olarkən türk tələbələri və aspirantları ilə tez-tez görüşərmiş. Belə görüşlərin birində türklər Xudu müəllimin “kommunist” olduğunu öyrənirlər. Kommunist partiyasına nifrət edən türklər Xudu müəllimə deyirlər ki, əgər Türkiyədə bilsələr ki, SSRİ-də onca nəfər sizin kimi kommunist var, onda Türkiyə başdan-başa kommunistlər ölkəsi olardı..”
Rusiyada yaşayan Azərbaycan Yazıçılar Birliyinin üzvü Sultan Mərzili yazır: “Ötən əsrin 70-ci illərində Azərbaycanda ilk dəfə övladına əsl türk soyadı, Toğrul Məmməd yazdıran da Xudu Məmmədov idi. O, öz zamanını qabaqlayanlardan idi.”(KarabakhİNFO.com)
Aynur Tağıyeva
AMEA-nın əməkdaşı

Oxunub: 1 510
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm / Bioqrafiya

25-05-2018, 07:57

Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu

Gündəm / Bioqrafiya

23-05-2018, 07:19

Unudulmaz mütəfəkkir, ictimai xadim

Manşet / Bioqrafiya

10-05-2018, 10:00

Pəri xanım Topçubaşova

Manşet / Gündəm / Xəbərlər

9-05-2018, 14:34

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından (1992-ci il mayın 8-də) 26 il ötür.

Manşet / Gündəm / Xəbərlər

8-05-2018, 07:35

Şuşanın işğalından 26 il ötür

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
ABŞ qüvvələrindən ilk zərbə: İran PUA-sı məhv edildi
Parklanma yerində qəza olarsa, məsuliyyət kimindir? - AÇIQLAMA
Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
Son xəbərlər
  • Dünən, 22:38
    Psixiatr sürətli video izləməyin təhlükələri barədə xəbərdarlıq etdi
  • Dünən, 21:14
    Köp və qarın ağrısı nə vaxt təhlükəlidir? - AÇIQLAMA
  • Dünən, 20:16
    ABŞ qüvvələrindən ilk zərbə: İran PUA-sı məhv edildi
  • Dünən, 19:41
    Parklanma yerində qəza olarsa, məsuliyyət kimindir? - AÇIQLAMA
  • Dünən, 18:22
    Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
  • Dünən, 17:09
    Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
  • Dünən, 16:28
    Netanyahuya məxfi hesabat göndərildi: HƏMAS güclənir...
  • Dünən, 15:08
    Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi
  • Dünən, 14:45
    Buraxılış imtahanları niyə tez keçirilir? - Ekspert
  • Dünən, 13:24
    ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?
  • Dünən, 12:26
    Qripi adi soyuqdəymədən necə ayırd etməli? - Həkim izah etdi
  • Dünən, 11:26
    Xameneinin müşaviri Azərbaycanı hədələdi
  • Dünən, 10:44
    ABŞ və Qərb Rusiyanı genişmiqyaslı hücumla hədələdi – Kremldən reaksiya
  • Dünən, 09:00
    Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?
  • 3-02-2026, 22:35
    Tibbdə ilk: Böyrək daşlarında bakteriyalar tapıldı
  • 3-02-2026, 21:02
    "COVID"dən sonra itən iybilmə hissi bu üsulla bərpa oluna bilər
  • 3-02-2026, 20:19
    İran rəhbərliyinə rezonans doğuran mesaj – Ya bu 4 şərt qəbul ediləcək, ya da…
  • 3-02-2026, 19:30
    Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...
  • 3-02-2026, 18:25
    Hazırda Azərbaycanda mindən çox şəxs orqana ehtiyac duyur
  • 3-02-2026, 17:35
    Temperatur 10 dərəcə enir: Bakıya qar yağacaq - Xəbərdarlıq
  • 3-02-2026, 16:04
    Ərdoğan təklif etdi, İran razılaşdı: Pezeşkianın siyahısında Bakı da var?
  • 3-02-2026, 15:08
    Öskürək zamanı mədənizi niyə yoxlatdırmalısınız?
  • 3-02-2026, 14:48
    ABŞ İrana qarşı “ildırımsürətli müharibə” planı həyata keçirəcək – Tarix açıqlandı
  • 3-02-2026, 13:14
    Böyük güclər Ukraynada prezidentliyə namizədləri müəyyənləşdirdi - SİYAHIDA KİMLƏR VAR?
  • 3-02-2026, 12:37
    Bu içkilər yaddaşı möhkəmləndirir
  • 3-02-2026, 11:52
    Ölkələr üzrə zəka əmsalı: Azərbaycan neçəncidir?
  • 3-02-2026, 10:26
    HƏMAS açıqladı: Qəzzanı təhvil verməyə hazırıq
  • 3-02-2026, 09:03
    Viruslara qarşı qalxan: Gündə neçə diş sarımsaq yemək olar?
  • 2-02-2026, 22:22
    Qışın ortasında BÜRCLƏRİ nə gözləyir?
  • 2-02-2026, 21:04
    Soyuqdan ginekoloji xəstəliklər yaranır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə