• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qarpız təbii sidikqovucu və ödqovucudur
Gizli ürək xəstəliyinin xəbərçisi olan 5 ağrı nöqtəsi
İsraildə Türkiyəyə görə hazırlıq başladı – Trampın qərarından sonra inanılmaz vəziyyət
Rusiya Paşinyanın qarşısında yalnız bir şərt qoyub: Zəngəzur dəhlizindən imtina et
Yayda su zəhərlənməsinə diqqət! - Simptomları
Qrenlandiyanın gələcəyi NATO-da müzakirəyə çıxarıldı – Nə qərar veriləcək?
İsrail qırıcıları İrana doğru uçur - Şiddətli bombalanma...
Dünəndən qalan yeməklər iltihaba və babasilə səbəb olur?
Türkiyə Ermənistan üçün Rusiyanı əvəz edə bilməyəcək – Moskvadan İrəvana daha bir eyham
Hörmüzdən yan keçən layihə - İran məhv edilir
Qadınlarda menopoz simptomları nə qədər davam edir?
Kartla ödənişdə çoxlarının bilmədiyi detal - Açıqlama
Paşinyandan anklavlarla bağlı sensasion açıqlama: Başkənd dəyişdirilir?
Üzümün ən faydalı hissəsi qabığıdır
İybilmə və dadbilmə nə vaxt itir?
Siqaret çəkənlərin qənimi - xroniki obstruktiv ağ ciyər xəstəliyi
Ərdoğan NATO liderlərinə niyə döyüş revolverləri hədiyyə edib? - Əsas mesaj bu imiş...
İran ətrafında qarışıq durum – Sülh niyə savaşa döndü?
Qandakı yağları əridən bitkilər - Siyahı
Gələn il NATO sammitinə ev sahibliyi edəcək ölkə açıqlandı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“Çox şadam ki, qadınlar üçün iş yerləri yaradılır...” - Prezident

Manşet / Gündəm / Xəbərlər

5-05-2018, 09:59

“Çox şadam ki, qadınlar üçün iş yerləri yaradılır...” - Prezident





















Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev mayın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirak edib. Ölkə başçısının müəssisənin kollektivi ilə görüşdən çıxışını təqdim edir:

"Bu gün Xaçmaz rayonunda çox əlamətdar bir gündür, xalça fabriki açılır. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl hadisədir. Son iki il ərzində artıq dördüncü xalça fabriki açılır və bu proses davam etdiriləcək. Biz xalçaçılıq sənətini yaşatmalıyıq, yaşadacağıq və belə fabriklərin açılması ölkəmizin ümumi inkişafını göstərir. Burada 100-dən çox iş yeri açılıbdır, gələcəkdə 150 iş yeri yaradılacaq, bunun üçün hər cür şərait vardır. Çox şadam ki, qadınlar üçün iş yerləri yaradılır. Ümumiyyətlə, Azərbaycanda iş yerlərinin yaradılması istiqamətində böyük işlər görülüb. Amma çox sevindirici hal ondan ibarətdir ki, qadınlar da fəal işə cəlb olunurlar. Xalçaçılıq elə sənətdir ki, bunu qadınlar yaşadırlar.

İki il əvvəl mənim sərəncamımla “Azərxalça” Səhmdar Cəmiyyəti yaradılmışdır və qarşıya vəzifə qoyulmuşdu ki, bu təşkilat xalçaçılıq sənətini yaşatsın, inkişaf etdirsin və ölkəmizin müxtəlif yerlərində 30 xalça fabriki açılsın. Bu fabrik sayca dördüncüdür və gələn ilin sonuna qədər artıq 30 fabrik işə düşəcək, minlərlə iş yeri yaradılacaqdır.

Xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlər boyu yaşadır. Bizim xalçalarımız dünyanın aparıcı muzeylərində sərgilənir. Bakıda gözəl Xalça Muzeyi tikilib istifadəyə verilmişdir. Yəni, biz xalçaçılığı yaşatmaqla Azərbaycan xalqının nə qədər istedadlı olmasını dünyaya bir daha göstəririk. Eyni zamanda, gənc nəsil də, qızlar da bu sənətə cəlb olunurlar. Beləliklə, tam əminlik var ki, Azərbaycan dünyada xalçaçılığın inkişafında öz sözünü gələcəkdə də deyəcəkdir. İş yerlərinin yaradılması çox önəmli məsələdir. Qeyd etdiyim kimi, bu fabriklərin fəaliyyətə başlaması nəticəsində minlərlə iş yeri yaradılacaq.

“Azərxalça”nın qarşısında bir vəzifə də qoyulub ki, xalçanın istehsalında istifadə edilən bütün xammal yerli xammal olsun. Bu məqsədlə indi ölkəmizin müxtəlif yerlərində yun tədarükü mərkəzləri yaradılır. Baramaçılıq sürətlə inkişaf etdirilir ki, ipək xalçalar da toxunsun. Sumqayıt şəhərində yunəyirici-boyaq fabriki inşa edilir. Yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Beləliklə, bundan sonra xaricdən xammalın gətirilməsinə heç bir ehtiyac qalmayacaq. Yüz faiz yerli məhsul olaraq Azərbaycan xalçası dünyaya təqdim ediləcək.

Digər mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan xalçası çox yüksək keyfiyyətə malikdir və onun satış qiyməti də yüksəkdir. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək.

Bax görürsünüz, xalçaçılıq sənətinin inkişafı və “Azərxalça”nın uğurlu fəaliyyəti nəticəsində biz bir neçə məqsədə çatmış oluruq. İş yerləri, yerli istehsal, xammalın təşkili və ölkəmizin dünyada təbliği baxımından xalçaçılığın çox böyük önəmi var. Təsadüfi deyil ki, müxtəlif ölkələrdə keçirilən sərgilərdə, təqdimatlarda mütləq Azərbaycan xalçası təqdim edilir.

Şadam ki, bu gözəl müəssisə Xaçmaz şəhərində yaradılır. Xaçmazın inkişafına böyük diqqət göstərilir. Bu gün biz Xaçmaz şəhərində içməli su layihəsinin açılışını qeyd edəcəyik. Bu da çox böyük sosial layihədir. Digər sosial məsələlər də öz həllini tapır. Son illər ərzində 40-a yaxın məktəb tikilib və ya təmir edilmişdir, mərkəzi rayon xəstəxanası əsaslı təmir olunmuşdur. Mən onun açılışında iştirak etmişəm. Olimpiya İdman Kompleksinin açılışında da iştirak etmişəm. Ümumiyyətlə, bu səfər mənim Prezident kimi Xaçmaza sayca 8-ci səfərimdir və bütün səfərlər zamanı gözəl müəssisələrin, obyektlərin açılışları olmuşdur.

Onu da qeyd etməliyəm ki, Xaçmazda digər infrastruktur layihələri icra edilir, qazlaşdırma artıq 80 faizdən çoxdur, yeni yollar salınır. Bu gün həm kənd yolu, həm də Xaçmaz-Xudat yolu açılacaqdır. Mənə verilən məlumata görə, son illərdə 7 yol layihəsi icra edilib və əhalinin 70 faizi artıq yeni yollarla əhatə olunub. Bu proses gələn illərdə də davam etdiriləcəkdir. Elektrik enerjisi ilə heç bir problem yoxdur və Xaçmaz rayonunda qazlaşdırma 100 faizə çatmalıdır. Qarşıya belə vəzifə qoyulub, yaxın gələcəkdə biz buna da nail olacağıq.

Bildiyiniz kimi, ölkəmizdə kənd təsərrüfatına böyük diqqət göstərilir, 40-dan çox aqropark yaradılır. Birinci aqropark mənim iştirakımla Xaçmaz rayonunda açılmışdır. Yalama aqroparkı indi uğurla fəaliyyət göstərir. Orada da çoxlu iş yerləri yaradılır. Əlbəttə ki, Xaçmaz rayonunun turizm potensialı çox böyükdür və zəngindir. Buraya həm ölkəmizin müxtəlif yerlərindən, həm də xarici ölkələrdən gələn turistlərin sayı artır, bir çox istirahət mərkəzləri vardır. Onların sayı da artmalıdır ki, Xaçmaz rayonunun inkişafı daha da sürətlə getsin.

Beləliklə, sənaye istehsalının, kənd təsərrüfatının, turizmin inkişafı və əlbəttə ki, Xaçmaz şəhərinin abadlaşdırılması çox sevindirici hallardır. Xaçmaz indi muzeylər, parklar şəhəridir. Burada gözəl abadlıq işləri görülür ki, vətəndaşlar daha da yaxşı yaşasınlar, inkişaf daha da sürətlə getsin və ölkəmiz həmişə ən yüksək zirvədə olsun. Əlbəttə, bu işlərdə sizin əməyiniz də çox önəmlidir. Sizi bir daha ürəkdən təbrik edirəm".

Oxunub: 1 194
Paylaş:
Digər xəbərlər

Manşet / Gündəm / Xəbərlər

29-04-2018, 10:36

İlham Əliyev ali mükafata layiq görülüb

Manşet / Gündəm / Xəbərlər

25-04-2018, 09:39

DİM: Qadınlar imtahanlarda daha yaxşı nəticə göstərir

Manşet / Gündəm / Xəbərlər

7-04-2018, 08:38

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib

Manşet / Gündəm / Xəbərlər

22-03-2018, 19:37

Abşeronda xalça emalatxanasının tikintisinə 2 milyon manat ayrılıb

Manşet / Gündəm / Səhiyyə / Xəbərlər

20-03-2018, 19:51

Mehriban Əliyeva diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb - FOTO

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qarpız təbii sidikqovucu və ödqovucudur
Gizli ürək xəstəliyinin xəbərçisi olan 5 ağrı nöqtəsi
İsraildə Türkiyəyə görə hazırlıq başladı – Trampın qərarından sonra inanılmaz vəziyyət
Rusiya Paşinyanın qarşısında yalnız bir şərt qoyub: Zəngəzur dəhlizindən imtina et
Yayda su zəhərlənməsinə diqqət! - Simptomları
Qrenlandiyanın gələcəyi NATO-da müzakirəyə çıxarıldı – Nə qərar veriləcək?
Son xəbərlər
  • Dünən, 22:18
    Qarpız təbii sidikqovucu və ödqovucudur
  • Dünən, 21:40
    Gizli ürək xəstəliyinin xəbərçisi olan 5 ağrı nöqtəsi
  • Dünən, 20:11
    İsraildə Türkiyəyə görə hazırlıq başladı – Trampın qərarından sonra inanılmaz vəziyyət
  • Dünən, 19:29
    Rusiya Paşinyanın qarşısında yalnız bir şərt qoyub: Zəngəzur dəhlizindən imtina et
  • Dünən, 18:46
    Yayda su zəhərlənməsinə diqqət! - Simptomları
  • Dünən, 17:37
    Qrenlandiyanın gələcəyi NATO-da müzakirəyə çıxarıldı – Nə qərar veriləcək?
  • Dünən, 16:17
    İsrail qırıcıları İrana doğru uçur - Şiddətli bombalanma...
  • Dünən, 15:50
    Dünəndən qalan yeməklər iltihaba və babasilə səbəb olur?
  • Dünən, 14:05
    Türkiyə Ermənistan üçün Rusiyanı əvəz edə bilməyəcək – Moskvadan İrəvana daha bir eyham
  • Dünən, 13:40
    Hörmüzdən yan keçən layihə - İran məhv edilir
  • Dünən, 12:40
    Qadınlarda menopoz simptomları nə qədər davam edir?
  • Dünən, 11:51
    Kartla ödənişdə çoxlarının bilmədiyi detal - Açıqlama
  • Dünən, 10:43
    Paşinyandan anklavlarla bağlı sensasion açıqlama: Başkənd dəyişdirilir?
  • Dünən, 09:03
    Üzümün ən faydalı hissəsi qabığıdır
  • 9-07-2026, 22:14
    İybilmə və dadbilmə nə vaxt itir?
  • 9-07-2026, 21:55
    Siqaret çəkənlərin qənimi - xroniki obstruktiv ağ ciyər xəstəliyi
  • 9-07-2026, 20:19
    Ərdoğan NATO liderlərinə niyə döyüş revolverləri hədiyyə edib? - Əsas mesaj bu imiş...
  • 9-07-2026, 19:37
    İran ətrafında qarışıq durum – Sülh niyə savaşa döndü?
  • 9-07-2026, 18:48
    Qandakı yağları əridən bitkilər - Siyahı
  • 9-07-2026, 17:46
    Gələn il NATO sammitinə ev sahibliyi edəcək ölkə açıqlandı
  • 9-07-2026, 16:15
    Bakıda ev qiymətlərində kəskin dəyişiklik – Bahalığın əsas səbəbi bilindi
  • 9-07-2026, 15:51
    Eyni vaxtda bir neçə dərmanı içmək olarmı?
  • 9-07-2026, 14:47
    İran ətrafında yeni vəziyyət: Ərdoğan Trampın fikrini dəyişə biləcək?
  • 9-07-2026, 13:57
    Qara dənizdə birgə addım: Üç ölkə razılaşdı
  • 9-07-2026, 12:40
    Artrit, duzlaşma və revmatizm üçün - Möhtəşəm RESEPT
  • 9-07-2026, 11:46
    Dünyada hər 10 saniyədə bir uşaq aclıqdan ölür
  • 9-07-2026, 10:23
    Paşinyan Rusiya səfərindən narazı qayıtdı - SƏBƏB
  • 9-07-2026, 09:04
    Ağcaqanad dişləyibsə... Qaşınma və şişkinliyi azaldan 7 sadə vasitə
  • 8-07-2026, 22:09
    Smartfonlar tək gözləri deyil, bütün bədəni zədələyir
  • 8-07-2026, 21:34
    Ürəyə zərər verən sağlam qidalar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə