2017-ci ildə ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 2005-ci illə müqayisədə 2,1 dəfə artıb.
Bunu Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
O bildirib ki, ötən il ölkəyə 2696,7 min nəfər gəlib. Son illərdə ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşması nəticəsində xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı isə 2005-ci illə müqayisədə 2,2 dəfə artaraq 4108,9 min nəfərədək yüksəlib.