Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək.
Oxu.Az-ın Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbərinə görə, prezident seçkiləri ilə əlaqədar 125 seçki dairəsi üzrə 5 min 426 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.
Beləliklə, ümumilikdə prezident seçkilərində seçicilər 5 min 641 seçki məntəqəsində səs verəcəklər.