• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İran rəhbərliyinə rezonans doğuran mesaj – Ya bu 4 şərt qəbul ediləcək, ya da…
Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...
Hazırda Azərbaycanda mindən çox şəxs orqana ehtiyac duyur
Temperatur 10 dərəcə enir: Bakıya qar yağacaq - Xəbərdarlıq
Ərdoğan təklif etdi, İran razılaşdı: Pezeşkianın siyahısında Bakı da var?
Öskürək zamanı mədənizi niyə yoxlatdırmalısınız?
ABŞ İrana qarşı “ildırımsürətli müharibə” planı həyata keçirəcək – Tarix açıqlandı
Böyük güclər Ukraynada prezidentliyə namizədləri müəyyənləşdirdi - SİYAHIDA KİMLƏR VAR?
Bu içkilər yaddaşı möhkəmləndirir
Ölkələr üzrə zəka əmsalı: Azərbaycan neçəncidir?
HƏMAS açıqladı: Qəzzanı təhvil verməyə hazırıq
Viruslara qarşı qalxan: Gündə neçə diş sarımsaq yemək olar?
Qışın ortasında BÜRCLƏRİ nə gözləyir?
Soyuqdan ginekoloji xəstəliklər yaranır?
Bakı iki tarixi sazişdən imtina etdi – Naxçıvanla bağlı nə baş verir?
Hava ilə bağlı xəbərdarlıq: bu tarixlərdə Bakıya qar yağacaq
Bu vitamin çatışmazlığı insanın şəxsiyyətini dəyişir
Almaniyanın müdafiə naziri: NATO-dakı mübahisələrdən yalnız Putin qazanır
Azərbaycanda toy qaydaları dəyişir – Yeni model belə olacaq
Su içməklə bağlı yanlış bilinənlər - Mütəxəssisdən
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Təbliğat – hazır, silah – alınır: Müharibə başlayır?

Manşet / Xəbərlər

27-07-2023, 16:43

Təbliğat – hazır, silah – alınır: Müharibə başlayır?


Qarabağ bölgəsinin rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərən erməni separatçı-terrorçu qruplaşmasının başçısı Araik Arutyunyan “parlamentə” “yeni qanun” təqdim etməyə hazırlaşır. Bunun üçün “parlamentin növbədənkənar sessiyası” da çağırılıb: “Hərbi xidmət haqqında qanuna” dəyişiklik edərək, “hərbi vəziyyət dövründə internet saytlarının, sosial şəbəkələrin fəaliyyətini müvəqqəti dayandırmaq (bloklamaq), Qarabağ ərazisində internetə çıxışı qismən və ya tamamilə, həmçinin televiziya, internet və radio vasitəsilə yayılan materialların məzmununun məhdudlaşdırılmasını qanuniləşdirmək” istəyir.

Maraqlıdır, “qanun dəyişikliyi” nə qədər vacib olub ki, bundan ötrü yayda qondarma “parlamentin” “növbədənkənar iclasını” keçirmək lazım gəlib? Separatçı-terrorçular nəyə can atırlar?

Erməni mediasının iddiasına görə, “qanunda” Qarabağda olmayan vətəndaşların əmlakının idarə edilməsi, seçkili orqanlara təyinatların Arutyunyana həvalə edilməsi də “fövqəladə vəziyyətlə bağlı qanun dəyişikliyinə” daxil edilib. Bildirilir ki, Qarabağ separatçıları “yaxın günlərdə proseslərin arzulanmaz inkişafına” hazırlaşır.

Əslində bu hazırlıq uzun müddətdir başlayıb: Ermənistan xüsusilə Rusiyaya tətbiq edilən sanksiyalardan sonra külli miqdarda gəlir əldə edir. Düşmən ölkə Rusiyaya ixraca qadağa qoyulan məhsulları idxal edir, daha sonra isə baha qiymətə Rusiyaya satır. Bu “idxal-ixrac” əməliyyatları nəticəsində Ermənistanın 2022-ci ildə ÜDM-si 12,7 faiz böyüyüb, bu ilin 6 ayında böyümə 11,4 faizdir.

Kifayət qədər böyük rəqəmdir və bu böyümə sürəti dünyanın ən qabaqcıl ölkələrinin iqtisadi inkişaf sürətini qabaqlayır.

Avropa Birliyi və ABŞ başda olmaqla, Ukraynaya dəstək verən və Rusiyaya sanksiya tətbiq edən ölkələr Ermənistanın Kremlə necə yardım etdiyini, sanksiyaları necə dəldiyini çox gözəl bilir və izləyirlər. Hətta bu barədə beynəlxalq mediada da dəfələrlə araşdırma yazıları dərc edilib, qərbli rəsmilər və ekspertlər faktlar təqdim ediblər. Buna baxmayaraq, Ermənistana hər hansı ciddi məhdudlaşdırıcı tədbirlər tətbiq edilməyib. Sanki Qərb Ermənistanın bu sanksiyaların dəlinməsindən milyardlar qazanmasına qəsdən şərait yaradır.

Ancaq bununla da kifayətlənmirlər: AB Ermənistana bir-birinin ardınca külli miqdarda qrantlar ayırır. Ötən il yalnız AB-dən ayrılan qrantlar 1 milyad avroya yaxın olub (998 milyon). Soros Fondu və digər təşkilatların ayırdığı onmilyonlarla qrantı da nəzərə alsaq, Ermənistana necə pullar “ianə” edildiyini müşahidə edə bilərik.

Ermənistanın təbliğatı da ciddi şəkildə dəstəklənir: yada salaq ki, AP də daxil olmaqla, dünyanın bir çox parlamentlərində Azərbaycana qarşı qətnamələrin qəbul edilməsini son bir ildə daha tez-tez müşahidə edirik. Bu qətnamələr “tövsiyə” xarakterli ola bilər, dərhal siyasi nəticəsini hiss etməyə də bilərik – ancaq unutmayaq ki, Azərbaycan 2020-ci ilə qədər bu cür qətnamələr “toplusu” yaratmışdı və İkinci Qarabağ savaşında həqiqətlərimizi dünyaya çatdırmaqda bu qətnamələr bizim istinad etdiyimiz mənbələr rolunu oynayırdı.

Ermənistan həm də külli miqdarda silah alır: Avropanın səxavətlə ayırdığı və Rusiyaya sanksiyaların dəlinməsində oynadığı roldan əldə etdiyi vəsaitlərin əhəmiyyətli hissəsini İrəvan silaha xərcləyir. Bilinən, mediada hallanan Fransanın MİSTRAL “Atlas-RC” HHM raketləri, o cümlədən 50 ədəd SHERPA LİGHT, VAB MK3 və ACMAT BASTİON zirehli transportyorları, Hindistanın 155 mm/52 kalibrli silahları, “Konkurs-M” raketləri və ATAGS topları, “MArG 155/39” özüyeriyən haubitsalar və “Pinaka” raket kompleksləri və s. (ümumilikdə 400 milyon dollarlıq) silahların Ermənistana ötürülməsidir. Hətta ötən gün Hindistandan silah tədarükünün İran üzərindən Ermənistana həyata keçirildiyini əks etdirən video da yayılıb.

Ötən ilin dekabrında isə İran Ermənistana 500 ədəd “Dehlaviyeh” (Dehlaviye), 100 ədəd isə “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi hədiyyə etmişdi.

Bu, açıq etiraf ediləndir. Ancaq hələ o zaman ABŞ-ın “Jamestown Foundation” analitik mərkəzi İranın Ermənistana PUA verməyi planlaşdırdığı haqda məlumat yaymışdı.

Ermənistanın Azərbaycanla son toqquşmalarda “Şahid” PUA-sı tətbiq etməsi barədə İsrail mediasının yaydığı məlumat isə İranın artıq Ermənistana PUA-lar bağışladığını deməyə əsas verir.

Bəs, bilinməyən, mediaya açıqlanmayan daha nələr var?

Ermənistan Baş naziri Nikol Paşinyan 25 iyulda keçirdiyi mətbuat konfransında silah alınması istiqamətində “geniş fəaliyyət” göstərdiklərini bildirmiş, ancaq hərbi sirr baxımından detalları açıqlamayacağını bildirmişdi.

Ermənistana peyk sahəsində də ciddi dəstək verilir və bildiyimiz kimi, bu ölkədə artıq hərbi məlumatları toplamağa, təhlil etməyə imkan verən mərkəz də istifadəyə verilib.

Ermənistan ordusunda islahatlar, müdafiə naziri Papikyanın vaxtaşırı olaraq sərhədimizə gəlməsi, orduya ayrılan vəsaitin ötən illə müqayisədə 35% artırılması (üstəlik, hər ay bir neçə dəfə əlavə vəsaitlər də ayrılır), o cümlədən az qala hər gün erməni ordusunun hərbi kolonlarının harasa hərəkətini əks etdirən görüntüləri də nəzərə alaq. Üstəlik, Ermənistandakı AB “mülki missiyasında” fransız zabitlərinin olduğunu, onların ərazini aylardır öyrəndiyini, mümkün eskalasiyada Ermənistana yardım göstərə biləcəkləri də gözardı edilməməlidir. Əslində, AB “missiyası”nın məhz bundan ibarət olduğunu da düşünə bilərik. Fransa və onun Prezidenti Makronun Azərbaycana mənfi münasibətini və Ermənistanı bütün siyasi platformalarda dəstəklədiyini, hətta hərbi baxımdan İrəvana yardımı artırmaq üçün İrəvana hərbi attaşe göndərməsini fəxrlə elan etməsi təsadüf deyil.

Qarabağda, rus sülhməramlıların himayəsində ermənilərin vaxtaşırı olaraq “fortifikasiya qurmağa” cəhd etməsi, hərbi daşımaları, üstəlik, orda məskunlaşan bütün əhaliyə silah paylandığını, səngərlər qazıldığını, “Laçın” postu qurulana qədər iranlı mütəxəssislərin Xankəndidə PUA da daxil olmaqla, yeni silahların təlimini keçdiklərini, erməni qanunsuz silahlı birliklərinin “təlimlərini” hər həftə davam etdirdikləri haqda məlumatları, əhalini, hətta uşaqların da bu prosesə cəlb olunduğunu təsdiqləyən görüntüləri də əlavə etdikdə, ermənilərin böyük hazırlıq içində olduğunu düşünməyə kifayət qədər əsas yaranır.

Ermənistan toqquşma üçün “mülki” cəhdlərini də davam etdirir: yoxsa, 19 yük maşını ilə Azərbaycanla razılaşdırılmamış “humanitar yardım” adı altında saxtakarlığa və əsəb müharibəsinə niyə cəhd etməlidir? Bu, hər iki halda ermənilər üçün ideal təbliğat imkanı verir: Azərbaycan bu qanunsuzluğu bloklayacağı halda dünyada “Bakı humanitar yüklərə də imkan vermədi” hay-küyü yaradılır; “yükün” buraxılacağı halda isə separatçı-terrorçulara dirəniş üçün müstəsna stimul verilir.

Ermənistan və onun arxasında duran qüvvələr ciddi şəkildə müharibəyə hazırlaşırlar və Ermənistan prezidenti, baş naziri də daxil olmaqla, “müharibə riski” haqda vaxtaşırı “xatırlatmaların” da səbəbi budur.

Fransa (Makron) 2020-ci ildə Cənubi Qafqazda Türkiyəyə (Ərdoğana) uduzmasını və bölgədən sıxışdırılmasını qəbul edə bilmir. Yeni reallığın dəyişdirilməsi isə yalnız yeni müharibə ilə mümkündür.

Emmanuel Makron bunun üçün var gücü ilə Ermənistanı müharibəyə hazırlaşdırır – Ermənistan və Qarabağdakı separatçı-terrorçular da hazırlaşır...

Oxunub: 987
Paylaş:
Digər xəbərlər

Xəbərlər

27-03-2023, 18:19

SON DƏQİQƏ: Qarabağdakı separatçı rejim DÖYÜŞƏ HAZIRLAŞIR?

Xəbərlər

15-02-2023, 15:13

Paşinyan Azərbaycana qarşı YENİ MÜHARİBƏYƏ HAZIRLAŞIR

Xəbərlər

19-11-2021, 10:06

Qarabağ separatçılarının lideri: Azərbaycan bütün yolları nəzarətə götürüb

Xəbərlər

11-11-2021, 07:50

SON DƏQİQƏ: Arutyunyan Qarabağ ermənilərini SİLAHLANMAĞA çağırıdı

Xəbərlər

26-12-2020, 01:03

SON DƏQİQƏ: Azərbaycanda QANUN DƏYİŞDİ - Bu uşaqlara HƏR AY PUL VERİLƏCƏK

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İran rəhbərliyinə rezonans doğuran mesaj – Ya bu 4 şərt qəbul ediləcək, ya da…
Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...
Hazırda Azərbaycanda mindən çox şəxs orqana ehtiyac duyur
Temperatur 10 dərəcə enir: Bakıya qar yağacaq - Xəbərdarlıq
Ərdoğan təklif etdi, İran razılaşdı: Pezeşkianın siyahısında Bakı da var?
Öskürək zamanı mədənizi niyə yoxlatdırmalısınız?
Son xəbərlər
  • Bu gün, 20:19
    İran rəhbərliyinə rezonans doğuran mesaj – Ya bu 4 şərt qəbul ediləcək, ya da…
  • Bu gün, 19:30
    Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...
  • Bu gün, 18:25
    Hazırda Azərbaycanda mindən çox şəxs orqana ehtiyac duyur
  • Bu gün, 17:35
    Temperatur 10 dərəcə enir: Bakıya qar yağacaq - Xəbərdarlıq
  • Bu gün, 16:04
    Ərdoğan təklif etdi, İran razılaşdı: Pezeşkianın siyahısında Bakı da var?
  • Bu gün, 15:08
    Öskürək zamanı mədənizi niyə yoxlatdırmalısınız?
  • Bu gün, 14:48
    ABŞ İrana qarşı “ildırımsürətli müharibə” planı həyata keçirəcək – Tarix açıqlandı
  • Bu gün, 13:14
    Böyük güclər Ukraynada prezidentliyə namizədləri müəyyənləşdirdi - SİYAHIDA KİMLƏR VAR?
  • Bu gün, 12:37
    Bu içkilər yaddaşı möhkəmləndirir
  • Bu gün, 11:52
    Ölkələr üzrə zəka əmsalı: Azərbaycan neçəncidir?
  • Bu gün, 10:26
    HƏMAS açıqladı: Qəzzanı təhvil verməyə hazırıq
  • Bu gün, 09:03
    Viruslara qarşı qalxan: Gündə neçə diş sarımsaq yemək olar?
  • Dünən, 22:22
    Qışın ortasında BÜRCLƏRİ nə gözləyir?
  • Dünən, 21:04
    Soyuqdan ginekoloji xəstəliklər yaranır?
  • Dünən, 20:45
    Bakı iki tarixi sazişdən imtina etdi – Naxçıvanla bağlı nə baş verir?
  • Dünən, 19:30
    Hava ilə bağlı xəbərdarlıq: bu tarixlərdə Bakıya qar yağacaq
  • Dünən, 18:24
    Bu vitamin çatışmazlığı insanın şəxsiyyətini dəyişir
  • Dünən, 17:25
    Almaniyanın müdafiə naziri: NATO-dakı mübahisələrdən yalnız Putin qazanır
  • Dünən, 16:39
    Azərbaycanda toy qaydaları dəyişir – Yeni model belə olacaq
  • Dünən, 15:10
    Su içməklə bağlı yanlış bilinənlər - Mütəxəssisdən
  • Dünən, 14:51
    Böyük müharibə ilə bağlı şok ssenari: “Bu, faciəvi olacaq”
  • Dünən, 14:36
    Xameneidən böyük müharibə anonsu: “Bu dəfə başqa olacaq”
  • Dünən, 12:13
    Gündə bir xörək qaşığı - damarları təmizləyir
  • Dünən, 11:44
    Əbu-Dabi görüşü niyə təxirə salındı? – İki ssenari
  • Dünən, 10:20
    Dollarla bağlı vəziyyət qəfil dəyişdi – Manatı nələr gözləyir?
  • Dünən, 09:02
    Ağ çörək kimlər üçün uyğundur və nə vaxt zərərsiz sayılır?
  • 1-02-2026, 22:36
    Yuxuda qışqırmağın və gülməyin beyin sağlamlığına təsiri aşkar edilib
  • 1-02-2026, 21:07
    Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
  • 1-02-2026, 20:29
    Tramp müjdə verdi: Avropa ilə Qrenlandiya danışıqları başladı
  • 1-02-2026, 19:33
    İran: Avropa hərbi attaşeləri ölkəni tez tərk etməlidir!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə