Xəbərlər



2023-cü ilin ƏN GÜCLÜ ORDULARI - Siyahıda AZƏRBAYCAN da var
2023-cü ilin ƏN GÜCLÜ ORDULARI - Siyahıda AZƏRBAYCAN da var


Hər il dünyanın ən güclü ordularını sıralayan “Global Firepower” şirkəti 2023-cü ilin siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, reytinq, orduların hərəkətliliyi, uzun müddət ərazidə qalmaları kimi bir çox amillər nəzərə alınaraq hazırlanıb.

Siyahıda ABŞ ordusu 1-ci yerdə qərarlaşıb. 2-ci yerdə Rusiya ordusu, 3-cü yerdə isə Çin ordularıdır. "İlk onluq"da bu ölkələrin orduları qərarlaşıb:

4. Hindistan

5. Birləşmiş Krallıq

6. Cənubi Koreya

7. Pakistan,

8. Yaponiya

9. Fransa,

10. İtaliya

Dünyanın ən güclü orduları arasında Azərbaycan da var. Azərbaycan ordusu siyahıda 57-ci sırada qərar tutub. Türkiyə dünyanın ən güclü 11-ci ordusu hesab olunub.
Baxış sayı: 369