• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu qan qrupundan olan insanlara pis xəbər
Rusiyanın Su-35 təyyarəsi Kurskda necə vurulub?
“Hörümçək Toru”na cavab gecikmədi: Moskva Kiyevi belə susdurmaq istəyir
İmmunitetinizi gücləndirəcək üç giləmeyvə
Azərbaycan və Ermənistan müxalifəti Avropada üz-üzə gəldi – Nurullayev detalları danışdı
Əsəbilik, yuxusuzluq və narahatlığı aradan qaldıran - Təbii vasitə
Bakı Paşinyanın təbrikinə hansı cavabı verəcək? – İrəvanın atmalı olduğu ən vacib addım
Sürücülük vəsiqəsi ilə bağlı qayda dəyişdi
Qadın sonsuzluğunda qlobal artım
Ukrayna-Rusiya müharibəsində yeni dövr: Kiyev üç mərhələli əməliyyata başlayır!
CHP-də qalmaqal: Kılıçdaroğlu Özgür Özəlin bu təklifini RƏDD ETDİ
Dietoloq albalının UNİKAL FAYDALARINI açıqladı
İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? – AÇIQLAMA
Böyüklərdə sızanaqların 5 TƏHLÜKƏLİ SƏBƏBİ
Şagirdlərə yeni kitablar veriləcək
"Cəhənnəm" istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ
Şişkinliyi aradan qaldırır, damar genişlənməsinə faydalıdır - Təbii YAĞ
İnfarkt, yoxsa həzmsizlik? – Necə ayırd etməli?
Vaşinqton Bakı ilə bağlı planını açdı: Trampın bəyanatındakı xüsusi mesaj
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Tanınmış rəngkar Əli İsmayılın sənət dünyası haqqında

Manşet / Bioqrafiya

3-08-2018, 10:01

Tanınmış rəngkar Əli İsmayılın sənət dünyası haqqında
Rəssamlarımızın müxtəlif nəsillərinin müstəqillik illəri yaradıcılığında üslub və ifadə rəngarəngliyinə meyl nə qədər qabarıq görünsə də, ötəriliyi hər an duyulan "müasirlik”lə əbədiliyi danılmaz olan realizmin mübarizəsində hələ də ikincinin tamaşaçısını cəlb etmək, onu duyğulandırmaq gücündə olduğu aydın görünməkdədir. Realizmə sadiqliyin ifadəsində bu üsluba tapınanların onun estetikasını bütün mənalarda zənginləşdirməyə meylli olmalarının nəticəsidir ki, ərsəyə gətirilən və dünyamıza gerçəkçi baxışın nəticələri olan bu əsərlərdə həyatda bu vaxta kimi görə bilmədiyimiz gözəllik işartılarının üzə çıxarılmasını və bədii-mənəvi dəyərə çevrilməsini görürük. Belə yaradıcılardan biri Azərbaycan Rəssamlar İttifaqını üzvü, tanınmış rəngkar Əli İsmayıldır.
Tanınmış rəngkar Əli İsmayılın sənət dünyası haqqında




















Tanışlıq üçün deyək ki, Əli İsmayıl (Əli İsmayıl oğlu Əliyev) Qərbi Azərbaycanın Basarkeçər rayonunda (1960) dünyaya göz açmışdır. İxtisas təhsilini əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət rəssamlıq məktəbində (1977-1983), sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1983-1989) almışdır. Əvvəlcə E.Tahirov və R.Əsədullayevdən, sonra isə T.Şıxəliyev, R.Hüseynov, Ə.Verdiyev, T.Kazımov və B.Qasımxanlıdan peşəsinin sirlərini öyrənmişdir. 1989-cu ildən müxtəlif miqyaslı sərgilərin iştirakçısıdır.
Onun zənginliyi ilə seçilən yaradıcılıq axtarışlarında tapındığı bədii üslubu konkretləşdirməli olsaq, onda görünənlərə nəzərən bunun məhdud çərçivə daxilində qalmayıb, gerçəkçilikdən duyğulandırıcı romantizmə qədər uzandığını söyləyə bilərik. Bununla belə onun hər hansı "izm” çərçivəsində qaldığını söyləməkdən uzaq olmaqla, əsərlərində reallığa bələnən görüntülərə daha çox poetik-romantik don geydirilməsinə şahidlik edildiyini deməliyik...
Əli İsmayılın yaradıcılığında janr rəngarəngliyi duyulan olsa da, onun özünüifadəni sona qədər reallaşdıra bildiyi sahə mənzərədir, desək, yanılmarıq. Müəllifin müxtəlif illərdə çəkdiyi bu mənzərələrdə rəssamın həyatda gördüklərinin dəqiq əksi də var, çoxqatlı müəllif duyğularından süzülüb gələn yaşantıların lirik-poetik təfsiri də...
Tanınmış rəngkar Əli İsmayılın sənət dünyası haqqında





















Rəssam təxəyyülü bizi onun doğulduğu Aşıq Ələsgər yurduna – Göyçəyə qaytarmaq gücünə malik olduğu kimi, arzu qanadlarında Kəpəzin, Beşbarmağın, Xızının və Bakının özünəməxsus gözəlliyinin seyrinə aparmaq iqtidarındadır. Odur ki, həmin ünvanların bədiiləşdirildiyi tablolarda yurd itkisinin şərtləndirdiyi nisgil də var, doğma yurdun əsrarəngiz təbiətinin aşıladığı gözəllik duyğuları da... Başqa sözlə desək, bu fərqli ovqatın bədiiləşdirilməsində rəssamın yardımçısı olan rənglərə duyulası inam da var, yeri gələndə itkilərlə barışmazlığın ifadəsi olan "inamsızlıq”da...
Rəssamın janrları qoşalaşdırmaqla əsərin təsirliliyini daha da artırmaq istəyini "Göyçə gölü” (1986) və "Qoca dağ” (2016) tablolarında görmək mümkündür. Bir-birindən iyirmi il fərqlə ərsəyə gətirilən bu mənzərə-natürmortlarda təbiətlə onun nemətlərinin vəhdətində hifz olunan estetik tutumda heyrət də var, həsrət də.. Bunlar əslində keçmişi xatirələrinə köçürən, gələcəyi isə xəyallarında gəzdirməyi bacaran bir yaradıcının bədii yaşantılarıdır, desək, yanılmarıq. Yurdun bədiiləşmiş bu görüntülərində rəssam tamaşaçılarını inandırır ki, insan gələcəyə öz keçmişinin çiynində gedir və bununla onlara xatırladır ki, bu həqiqətin unutqanlığa bələnməsi də manqurtluğa yol açır. Yurd itkisindən əvvəl - Göyçədən Göyçəyə baxışın nəticəsində görüntüyə alınan tabloda göl fonunda təsvir olunanlarda mövcud olan nikbinlikdən heyrətləndirmək hissi nə qədər güclüdürsə, Bakıdan Göyçəyə zillənən baxışlarda duyulası və üzüntülü bir həsrət mövcuddur. Bununla belə müəllif ifadə etdiyi bu təzadin üzərindən Yaradanın "Qalmaz belə, qalmaz dünya!” çətirini asdığına da inandığını ətrafındakılara xatırlatmaq istəyir...
İç dünyasının naməlum qatlarını ilhamı ilə işıqlandıran rəssam zaman-zaman gəzib-gördüyü yerlərin bədii obrazını yaratmağa çalışıb. Maraqlısı Əli İsmayılın bir çox hallarda olduğu kimi, obrazlılığı ideallaşdırmaqda axtarmayıb, elə qabarıq görünənlərin hesabına təbiət motivlərini heyrət qaynağına çevirə bilməsidir.

Tanınmış rəngkar Əli İsmayılın sənət dünyası haqqında























Qənaətimizcə, realizmin poetik qatını özünəməxsus təfsir etməyin nəticəsində müəllif çoxlarının gözündə adiləşən təbiət motivlərini qürurverici obraza çevirə bilib. Onların bədii həllindəki duyulası dəqiqlikdən nisbi ümumiləşdirməyə qədər uzanan evolyusiyası da rəssamın gerçəkliyə və sənətə münasibətindəki dəyişikliklərlə bağlı olmuşdur, desək, həqiqəti söyləmiş olarıq.
Əli İsmayılın mənzərədən sonra daha çox müraciət etdiyi natürmort janrıdır, desək, yanılmarıq. Rəssamın natürmortları üçün seçdiyi atribut və detalların sayagəlməzliyi də ilk növbədə onun həmin əşyalarla təmas qurmaq istəyinin göstəricisidir. Bu ünsiyyət dolayısı həm də onun özünün iç dünyasının əksidir. Qədim mis və saxsı qablardan tutmuş müxtəlif meyvə və gül-çiçəyi əhatə edən əşyalar məcmusu əslində, müəllifin zövqünün necəliyinin, cansız saydığımız "əşyalar dünyası”na məna-məzmun daşıyıcısı axtarışına səyahətinin ifadəsidir. Belə ki, avropalılardan fərqli olaraq kompozisiyaya daxil etdiyi əşyaları "ölü və cansız”lıqdan çıxarmağa səy göstərən Əli İsmayıl əsərlərində onlarla dialoq qurmağa iddialıdır. Odur ki, Göyçə gölünün və Qoca dağın, eləcə də Xızı mənzərəsinin fonundakı müxtəlif formalı və funksiyalı əşyalar dialoqa hazır, bir çox hallarda isə suallı görünürlər.
Tanınmış rəngkar Əli İsmayılın sənət dünyası haqqında





















Qənaətimizcə, yaradıcılığında süjetli tabloların yoxluğu qarşılığında, onun ərsəyə gətirdiyi natürmort - mənzərələr məna – məzmun tutumuna görə başqa janrlardan heç də geri qalan deyildir. Onun təkcə məşhur Göyçə gölünə həsr etdiyi iriölçülü kompozisiyalarda poetikadan dramatikliyə qədər uzanan fəlsəfi-düşündürücü məna daşıyıcılığı, təsirli psixoloji yaşantı məcmusu mövcuddur. Rəssamın fəlsəfi tutumlu "Vətən.1988” (2002) tablosunda Göyçə sahillərinin yerli azərbaycanlıların dədə-baba yurdunda tuş gəldikləri faciəyə şahidlik etdiyinə bədii işarə mövcuddur. Qədim Azərbaycan xalçasının üzərindəki çevrilmiş kasanın və səpələnmiş almaların ritmində bu həyəcanın obrazlı-fəlsəfi bədii şərhini görmək mümkündür...
Rəssamın "Pəncərə” (1984) adlı süjetli kompozisiyasında, eləcə də yağlı boya və qrafik vasitələlərlə çəkdiyi portretlərdə ("Anam”, 1981; "Avtoportret”, 1982; "Elmibəy”, 1982; ”Lamiyə”, 1986; "Faiq”, 1986; "Xalidə”, 1981) onun insan psixologiyasına nüfuzetmə bacarığı duyulur. Bu əsərlər say etibarilə digər janrlı lövhələrlə rəqabət aparmaq gücündə olmasalar da, müəllifin gerçəkliyə fərqli münasibətinin daşıyıcısı kimi yadda qalırlar.
Tablolarının gerçəkləşməsini şərtləndirən rəng qatının rəssam tərəfindən incə və sakit tutumlu yaxılarla gerçəkləşməsi də onun bir qərinəni əhatə edən yaradıcılığında fərdi dəst-xətt göstəricisinin səciyyəvi xüsusiyyətidir. Bu mənada əsərlərində qabarıq görünən rəng qatını şərtləndirən yaxılar da müəllifin iç dünyasından qaynaqlanan duyğulara müvafiqdir. Odur ki, süni pafosdan uzaq olan belə mənzərə və natürmortlarda bədii münasibətin vurğuladığımız tutumda olması da təbii qəbul olunur.
Tanınmış rəngkar Əli İsmayılın sənət dünyası haqqında
































Bütünlükdə Əli İsmayılın yaradıcılığını ilhamı gerçəklikdən qaynaqlanan bir yaradıcının gördüklərinin və təxəyyülünün nəticəsi saymaq olar. Elə müxtəlif janrlı əsərlərində motiv, obraz, mənzərə və təbii nemətlərin çox vaxt hamının gördüyündən bir qədər fərqli, bədii stilizədən keçirilmiş, obrazlı biçimdə və poetik tutumda təqdimatı da bundan irəli gəlir. Gerçəkliyə bu cür bədii yanaşmanın küll halında müasir Azərbaycan rəngkarlığının yeniləşməkdə olan ümumi mənzərəsində özünəməxsus yer tutduğunu nəticə kimi dilə gətirsək, əsl həqiqəti ifadə etmiş olarıq. Bütün bunları isə həmişə axtarışlarla yaşayan Əli İsmayılın sənət uğuru saymaq mümkündür.../Ziyadxan Əliyev-Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru/



Oxunub: 1 647
Paylaş:
Digər xəbərlər

Manşet / Mədəniyyət

26-07-2018, 09:54

Əsərləri Şuşada qalan monumentalçı rəssam!

Manşet / Bioqrafiya

14-07-2018, 09:13

Azərbaycan kinorejissoru

Manşet / Bioqrafiya

29-06-2018, 10:12

Şah İsmayıl Xətai

Manşet / Əfsanələr və miflər

26-06-2018, 11:27

Kur; gedər gəlməz Gor dünyası!

Manşet / Gündəm / Xəbərlər

23-04-2018, 07:34

Yeni nazirlər hansı tanınmışların övladıdır?

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu qan qrupundan olan insanlara pis xəbər
Rusiyanın Su-35 təyyarəsi Kurskda necə vurulub?
“Hörümçək Toru”na cavab gecikmədi: Moskva Kiyevi belə susdurmaq istəyir
İmmunitetinizi gücləndirəcək üç giləmeyvə
Azərbaycan və Ermənistan müxalifəti Avropada üz-üzə gəldi – Nurullayev detalları danışdı
Əsəbilik, yuxusuzluq və narahatlığı aradan qaldıran - Təbii vasitə
Son xəbərlər
  • Bu gün, 12:18
    Bu qan qrupundan olan insanlara pis xəbər
  • Bu gün, 11:06
    Rusiyanın Su-35 təyyarəsi Kurskda necə vurulub?
  • Bu gün, 10:32
    “Hörümçək Toru”na cavab gecikmədi: Moskva Kiyevi belə susdurmaq istəyir
  • Bu gün, 09:08
    İmmunitetinizi gücləndirəcək üç giləmeyvə
  • Dünən, 22:20
    Azərbaycan və Ermənistan müxalifəti Avropada üz-üzə gəldi – Nurullayev detalları danışdı
  • Dünən, 21:27
    Əsəbilik, yuxusuzluq və narahatlığı aradan qaldıran - Təbii vasitə
  • Dünən, 20:11
    Bakı Paşinyanın təbrikinə hansı cavabı verəcək? – İrəvanın atmalı olduğu ən vacib addım
  • Dünən, 19:34
    Sürücülük vəsiqəsi ilə bağlı qayda dəyişdi
  • Dünən, 18:15
    Qadın sonsuzluğunda qlobal artım
  • Dünən, 17:12
    Ukrayna-Rusiya müharibəsində yeni dövr: Kiyev üç mərhələli əməliyyata başlayır!
  • Dünən, 16:00
    CHP-də qalmaqal: Kılıçdaroğlu Özgür Özəlin bu təklifini RƏDD ETDİ
  • Dünən, 15:24
    Dietoloq albalının UNİKAL FAYDALARINI açıqladı
  • Dünən, 14:38
    İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
  • Dünən, 13:36
    Qurbanlıq heyvan kəsməyib onun dəyərində pul yardımı etmək olar? – AÇIQLAMA
  • Dünən, 12:20
    Böyüklərdə sızanaqların 5 TƏHLÜKƏLİ SƏBƏBİ
  • Dünən, 11:19
    Şagirdlərə yeni kitablar veriləcək
  • Dünən, 10:09
    "Cəhənnəm" istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ
  • Dünən, 09:15
    Şişkinliyi aradan qaldırır, damar genişlənməsinə faydalıdır - Təbii YAĞ
  • 6-06-2025, 21:48
    İnfarkt, yoxsa həzmsizlik? – Necə ayırd etməli?
  • 6-06-2025, 20:12
    Vaşinqton Bakı ilə bağlı planını açdı: Trampın bəyanatındakı xüsusi mesaj
  • 6-06-2025, 19:27
    Tikinti sektorunu "vuran" səbəb: Qiymətlər yenə də yüksələcək?
  • 6-06-2025, 18:30
    Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq
  • 6-06-2025, 17:42
    Azərbaycana qarşı ərazi iddiası Konstitusiyadan çıxarılacaq? – İrəvandan açıqlama
  • 6-06-2025, 16:15
    Yaş həddi 14-ə qaldırılır? – Azərbaycanda yeni qadağa qalmaqalı
  • 6-06-2025, 15:44
    Saç tökülməsinə qarşı EFFEKTLİ MASKA
  • 6-06-2025, 14:55
    Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
  • 6-06-2025, 13:09
    Ankaranın dediyini Bakı etdi: Ərdoğandan İsraillə bağlı təəccübləndirən QƏRAR
  • 6-06-2025, 12:51
    Xroniki yorğunluğu aradan qaldıran – Ən təbii üsul
  • 6-06-2025, 11:31
    Hindistanın müharibə avantürası: Görün hansı ölkələrdən dəstək umur
  • 6-06-2025, 10:25
    Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə