• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
Netanyahuya məxfi hesabat göndərildi: HƏMAS güclənir...
Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi
Buraxılış imtahanları niyə tez keçirilir? - Ekspert
ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?
Qripi adi soyuqdəymədən necə ayırd etməli? - Həkim izah etdi
Xameneinin müşaviri Azərbaycanı hədələdi
ABŞ və Qərb Rusiyanı genişmiqyaslı hücumla hədələdi – Kremldən reaksiya
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?
Tibbdə ilk: Böyrək daşlarında bakteriyalar tapıldı
"COVID"dən sonra itən iybilmə hissi bu üsulla bərpa oluna bilər
İran rəhbərliyinə rezonans doğuran mesaj – Ya bu 4 şərt qəbul ediləcək, ya da…
Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...
Hazırda Azərbaycanda mindən çox şəxs orqana ehtiyac duyur
Temperatur 10 dərəcə enir: Bakıya qar yağacaq - Xəbərdarlıq
Ərdoğan təklif etdi, İran razılaşdı: Pezeşkianın siyahısında Bakı da var?
Öskürək zamanı mədənizi niyə yoxlatdırmalısınız?
ABŞ İrana qarşı “ildırımsürətli müharibə” planı həyata keçirəcək – Tarix açıqlandı
Böyük güclər Ukraynada prezidentliyə namizədləri müəyyənləşdirdi - SİYAHIDA KİMLƏR VAR?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Səttar Bəhlulzadənin çantasına təpik vurduğu tələbəsi – RƏSSAM ƏHVALATLARI

Manşet / Mədəniyyət

31-07-2018, 09:48

Səttar Bəhlulzadənin çantasına təpik vurduğu tələbəsi – RƏSSAM ƏHVALATLARI



















Televizor əhvalatı

Ötən əsrin əllinci illərində televizorun təzə çıxan və çətin tapılan vaxtlarında rəssamlar arasında yaxşı qazanmaqları ilə ad çıxaran Mehdi Qumriyev və Böyükağa Mirzəzadə birlikdə gedib mağazadan televizor alırlar. Sevinə-sevinə hələ ki, hamının ala bilmədiyi televizoru evlərinə gətirilər. Axşam proqram başlayandan bir az sonra Böyükağa Mirzəzadə Mehdiyə zəng edir: “Səndəki televizor göstərir?” O da öz növbəsində ona müsbət cavab verir və deyir ki, oturub baxırıq. Böyükağa müəllim qayıdır ki, bizimkinə bilmirəm nə olub, göstərmir. Bunu eşidən Mehdi Qumriyev onunla bir az məzələnmək qərarına gəlir və deyir: “Pəncərələri açmısınız?” Bu qəribə suala Böyükağa müəllim “yox” cavabı verir və əlavə edir ki, necə açaq, bayırda qışdır. Mehdi də tam ciddi şəkildə “Yox, onda göstərməyəcək! Çünki siqnallar pəncərədən daxil olur!” - deyir.

Bir azdan Böyükağa Mirzəzadə yenidən zəng edir və deyir: “Ay Mehdi, pəncərələri açmışıq, amma yenə də göstərmir!” Bu dəfə Mehdi ondan qapının açıq olub-olmadığını soruşur. Həmkarından hirslə “Yox!” cavabını eşidən Mehdi çox sakit halda deyir ki, qapı-pəncərəni açmasanız televizor göstərməyəcək. Çünki, siqnalların içəri daxil olması üçün bayırla əlaqə yaradan yer lazımdır. Böyükağa Mirzəzadə naəlac qalıb qapını da açıq qoyur, amma vəziyyət yenə də yaxşılığa doğru dəyişmir. Odur ki, o, yenidən bina qonşusunu narahat etməli olur. Böyükağa Mirzəzadənin zənglərindən artıq cana doyan Mehdi bu dəfə deyir ki, yaxşı, heç nəyə əl vurmayın, indi özüm gəlirəm vəziyyəti yerində yoxlamağa...

Bunu deyib geyinir və yaxın blokda yaşayan Böyükağagilə yollanır. Gəlib görür ki, arvadı da, Böyükağa da palto geyinib oturublar soyuq otağın ortasında, işləməyən televizor da qabaqlarında...

Mehdi yaxınlaşıb televizoru qurdalayır. Çox tezliklə televizorun göstərməsinə mane olan əmmanı tapıb düzəldir və televizor başlayır göstərməyə. Ailə çox sevinir. Ər-arvad ona razılığını bildirəndən sonra Mehdi geri qayıtmağa hazırlaşırmış ki, Böyükağanın hamının gülüşünə səbəb olan sualı səslənir: “Mehdi, biz indi səhərə kimi qapı-pəncərəni örtməyək?” Bu yerdə Mehdini gülmək tutur, amma bununla belə artıq təzə televizorun “ləzzətini” görən cütlüyə yazığı gəlir. Odur ki, gülə-gülə: “Yox, artıq örtə bilərsiniz, televizorun eyiblərini artıq düzəltmişəm!” - deyir və qapını örtür...


Əyyub Məmmədovun tapançası

Günlərin bir günü tanınmış rəngkar Nadir Qasımov “Rəssamlar evi”nin həyətində dayanıbmış. Elə bu vaxt həyətdə evdən çox hirsli çıxdığı hərəkətlərindən və sözlərindən duyulan Əyyub Məmmədov peyda olur və hirslə deyir: “Qıracağam! Bunların hamısını qıracağam!” Nadir Qasımov da qaraja tərəf gedən həmkarının arxasınca “Ay Əyyub, hara gedirsən?” - deyə qışqırır. O da geri dönüb “Gedirəm qarajdan tapançanı götürməyə. Qıracam onların hamısını!” - cavabını verir. Bunu eşidən Nadir Qasımov ondan çox qəribə xahiş edir: “Ay Əyyub, onsuz da dediklərin adamları qırandan sonra səni dama basacaqlar. Mənim də bir düşmənim var, yerini deyim, onu da vur öldür. İndiki məqamda sənin üçün onsuz da azın-çoxun fərqi yoxdur!”...


Daşa da üç min, palçığa da?

Təxminən on il əvvəl tanınmış heykəltəraş Xanlar Əhmədovun emalatxanasının yanında Kamil adlı usta qəbirüstü abidənin daşını yonurmuş. Bu vaxt bir sifarişçi dəstəsi ona yaxınlaşır. Salamlaşdıqdan sonra ona müraciətlə deyirlər ki, bəs bizim də rəhmətə gedənimiz var. Ona qəbirüstü abidə hazırlatdırmaq istəyirik. Bu heykəlləri sən yonursan? Kamil onlara təsdiqləyici cavab verir. Onda sifarişçilər Kamildən abidəni neçəyə yonduğunu soruşurlar. O da cavab verir ki, mən bu işin ancaq yonanıyam, məndən qabaq isə əsas işi heykəltəraş görür. Onlarsa onun sözünü ağzında kəsib “Yox ey, sənin işin neçəyə başa gəlir?” - deyə soruşurlar. Kamil də portreti üç min dollara yonduğunu bildirir. O, bir daha əlavə edir ki, bu işin əvvəlini heykəltəraş görür. Yəni, o, heykəli əvvəlcə palçıqdan hazırlayır, sonra isə mən onu daşa köçürürəm. Onlar da daş yonanın bu izahından sonra ondan bu palçıq işini kimin gördüyünü soruşurlar. O da Xanlar Əhmədovun adını çəkir və heykəltəraşın yerini onlara nişan verir. Onlar da dayanmayıb keçirlər emalatxanaya. Xanlar Əhmədovla salamlaşdıqdan və lazımı məlumat alandan sonra heykəllərin doğrudan da onun tərəfindən hazırlandığına əmin olurlar və yaxınları üçün bir abidə hazırlanmasını istədiklərini dilə gətirirlər. Xanlar Əhmədov da bu işi görməyə hazır olduğunu bildirir. Bunu eşidən sifarişçilər ondan bu işin müqabilində nə qədər alacağını soruşurlar. Xanlarsa onlardan daş yonanla sövdələşmələrinin nəticəsini soruşur. Onlar daş yonanın onlardan üç min dollar istədiyini bildirirlər. Bunu eşidən heykəltəraş deyir ki, üç min də mənə verərsiniz, mən də heykəli hazırlayaram. Bunu eşidən sifarişçilərdən biri hiddətlə deyir: “Daha ağ eləmə də! Daşa da üç min, palçığa da?”...


Get özünə “toçka” tap!

Bir dəfə Əmircan kəndi ətrafına etüd işləməyə gedən Səttar Bəhlulzadə həmyerlisi, rəssamlıq məktəbinin tələbəsi Eldar Mikayılzadəni də özü ilə aparır. Onlar birlikdə kəndin ətrafındakı el arasında “Şor” adlanan gölün yanına gəlirlər. Gənc rəssam həyəcanla ustadın hərəkətlərini izləyir. Ustad sənətkar etüd çantasını açıb onu işlək vəziyyətinə gətirir. Eldar da ayaqsız etüd çantasını yerdə açıb onun arxa tərəfində dayanır və Səttarın işə başlamasını gözləyir. Səttar da ilk olaraq üzünü kəndə tərəf tutur, bir qədər müşahidə aparandan sonra etüd çantasının yerini dəyişir və üzü Qaraçuxura tərəf dayanır. Bunu görən gənc rəssam da ustadın hərəkətini təkrar edir. Eldarın onu təkrar etməsi nədənsə Səttara xoş gəmir və o, yaxınlaşıb gücü çatdıqca onun etüd çantasına bir təpik vurur və dəzgahın üstündəki karton gedib düşür gölə... Ardınca Səttarın ona “Ə, nə fırlanırsan dalımca! Get özünə “toçka” tap!” deməsi gənc rəssama gerçəkliyə öz gözü ilə baxmağın vacibliyini xatırladır...
Kulis.az Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin “Boyalı gülüş” kitabından rəssamlarla bağlı maraqlı hadisələr.

Oxunub: 1 703
Paylaş:
Digər xəbərlər

Manşet / Mədəniyyət

29-07-2018, 09:47

Səttar Bəhlulzadənin Sovet dövründə “gizlədilən” tablosu!

Manşet / Bioqrafiya

15-07-2018, 09:42

Mehdi Məmmədov

Manşet / Xəbərlər

12-06-2018, 08:57

“Google maps”də Azərbaycana qarşı təxribat

Manşet / Gündəm / Xəbərlər

16-05-2018, 09:21

Günayı “Bandotdel”ə verən sponsoru: Mənə 225 min borcu var

Manşet / Gündəm / Səhiyyə

14-03-2018, 08:09

Uzun müddət televizor arxasında vaxt keçirmə xərçəng riskini artırır

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
Netanyahuya məxfi hesabat göndərildi: HƏMAS güclənir...
Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi
Buraxılış imtahanları niyə tez keçirilir? - Ekspert
ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?
Son xəbərlər
  • Bu gün, 18:22
    Əllərin dərisini necə cavanlaşdırmaq olar? - Yaşınızı ələ verməsin
  • Bu gün, 17:09
    Ardıcıl 11 gün iş olmayacaq - Bu tarixdən
  • Bu gün, 16:28
    Netanyahuya məxfi hesabat göndərildi: HƏMAS güclənir...
  • Bu gün, 15:08
    Həkim aşağı təzyiqin təhlükəli nəticələri barədə xəbərdarlıq etdi
  • Bu gün, 14:45
    Buraxılış imtahanları niyə tez keçirilir? - Ekspert
  • Bu gün, 13:24
    ABŞ sülhdən sonra müharibənin olmayacağına niyə əmindir?
  • Bu gün, 12:26
    Qripi adi soyuqdəymədən necə ayırd etməli? - Həkim izah etdi
  • Bu gün, 11:26
    Xameneinin müşaviri Azərbaycanı hədələdi
  • Bu gün, 10:44
    ABŞ və Qərb Rusiyanı genişmiqyaslı hücumla hədələdi – Kremldən reaksiya
  • Bu gün, 09:00
    Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?
  • Dünən, 22:35
    Tibbdə ilk: Böyrək daşlarında bakteriyalar tapıldı
  • Dünən, 21:02
    "COVID"dən sonra itən iybilmə hissi bu üsulla bərpa oluna bilər
  • Dünən, 20:19
    İran rəhbərliyinə rezonans doğuran mesaj – Ya bu 4 şərt qəbul ediləcək, ya da…
  • Dünən, 19:30
    Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...
  • Dünən, 18:25
    Hazırda Azərbaycanda mindən çox şəxs orqana ehtiyac duyur
  • Dünən, 17:35
    Temperatur 10 dərəcə enir: Bakıya qar yağacaq - Xəbərdarlıq
  • Dünən, 16:04
    Ərdoğan təklif etdi, İran razılaşdı: Pezeşkianın siyahısında Bakı da var?
  • Dünən, 15:08
    Öskürək zamanı mədənizi niyə yoxlatdırmalısınız?
  • Dünən, 14:48
    ABŞ İrana qarşı “ildırımsürətli müharibə” planı həyata keçirəcək – Tarix açıqlandı
  • Dünən, 13:14
    Böyük güclər Ukraynada prezidentliyə namizədləri müəyyənləşdirdi - SİYAHIDA KİMLƏR VAR?
  • Dünən, 12:37
    Bu içkilər yaddaşı möhkəmləndirir
  • Dünən, 11:52
    Ölkələr üzrə zəka əmsalı: Azərbaycan neçəncidir?
  • Dünən, 10:26
    HƏMAS açıqladı: Qəzzanı təhvil verməyə hazırıq
  • Dünən, 09:03
    Viruslara qarşı qalxan: Gündə neçə diş sarımsaq yemək olar?
  • 2-02-2026, 22:22
    Qışın ortasında BÜRCLƏRİ nə gözləyir?
  • 2-02-2026, 21:04
    Soyuqdan ginekoloji xəstəliklər yaranır?
  • 2-02-2026, 20:45
    Bakı iki tarixi sazişdən imtina etdi – Naxçıvanla bağlı nə baş verir?
  • 2-02-2026, 19:30
    Hava ilə bağlı xəbərdarlıq: bu tarixlərdə Bakıya qar yağacaq
  • 2-02-2026, 18:24
    Bu vitamin çatışmazlığı insanın şəxsiyyətini dəyişir
  • 2-02-2026, 17:25
    Almaniyanın müdafiə naziri: NATO-dakı mübahisələrdən yalnız Putin qazanır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə