• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
"Buz Şahzadəsi"nin 1300 il əvvəl nədən öldüyü açıqlandı
Boğaz ağrısına qarşı 6 TƏBİİ VASİTƏ
Türkiyəyə qarşı Hindistandan kömək istədilər: Raketlər verin, ölkəmizdə baza qurun
Salyanda fermada güclü yanğın: 40 mal-qara tələf oldu
Bu SALAT təzyiqi azaldır, ömrü isə uzadır
Rusiya 1200 əsgərin cəsədini qaytardı
İşıq və qaz pulu ödənişi qaydası dəyişir: Yaşayış olmayan ev sahiblərini nə gözləyir?
Dəmir və kalsium azlığı üçün qara küncüt resepti
Azərbaycanda çoxuşaqlı ailə anlayışı dəyişəcək? - Nazirlikdən cavab
İşıq, qaz “sabit tarifə” keçir: nə deməkdir və nə olacaq?
Kökəlmək xərçəngə səbəb olurmu?
Rusiyadan Azərbaycana qarşı təxribat – “Münasibətlər pozula bilər”
ABŞ və Rusiya Türkiyədən ÜZ DÖNDƏRDİ - “Gərginlik yaradan amillərin...”
Ayaqlarda yanma, göynəmə - 3 xəstəlik, 5 səbəb
Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
“Türkiyəni əsir götürmək” planı: Ankaradan Bakını vurmaq istəyən qruplar – SENSASİYA
Rusiyadan xoşagəlməz nüvə müharibəsi açıqlaması: “İkinci Qarabağ…”
İsti havalarda bu məhsulları yemək təhlükəlidir
4 türk ölkəsi “tələyə düşdü”: Bakı və Ankara əks-həmlə edəcək – Detallar
Kreditlərlə bağlı mühüm xəbər – Bu şəxslərin borclar silinəcək?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: firengiz.rustamova@mail.ru

Cəfər Cabbarlı Cümhuriyyət dönəmində

Manşet / Bioqrafiya

30-07-2018, 10:23

Cəfər Cabbarlı Cümhuriyyət dönəmində























1899-1934

Azad təbiətə zəncir yaraşmaz,
Azad günəş, azad yağış, azad yel.
Yer üzündə daşdan çəpər gərəkməz,
Azad dünya, azad sevgi, azad el.

(ixtisarla)

1918- ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsini elan etdi, Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.Əsrlərdən bəri hüriyyətə, istiqlaliyyətə can atan xalq özünün müqəddəs arzusuna, niyyətinə qovuşdu. Bütün ziyalılar kimi Cəfər Cabbarlı da böyük tarixi hadisəni qürur, fəxarət hissi ilə qarşıladı.
Məlum olduğu kimi, C. Cabbarlı Azərbaycan Cümhuriyyəti dövründə parlamentdə stenoqrafçı vəzifəsində çalışmaqla yanaşı, ədəbi- mədəni mühitdə fəal iştirak edirdi.

Cəfər Cabbarlı Cümhuriyyət dönəmində






















Azərbaycan Parlamenti. 3-cü sıra soldan 6-cı Mirzə Bala Məhəmmədzadə,
7-ci Cəfər Cabbarlı. Ortada Parlamentin sədr əvəzi Həsən bəy Ağayev.
Bakı, 1919

Bakı şəhərinin qurtuluşundan və Nuru Paşanın qəhrəmanlığından bəhs edən “ Bakı müharibəsi “ əsəri C. Cabbarlının bir il öncə 1918- ci il noyabrın 10-da Bakı İctimai Yığıncaqlar binasında Qafqaz İslam ordusunun 15 sentyabr qələbəsi şərəfinə düzənlənən rəsmi dövlət ziyafətində verdiyi sözün əməli nəticəsi kimi meydana çıxmışdı. “ Bəsirət “ qəzeti bu səhnə əsəri haqqında çap etdiyi bildirişində yazırdı: “ Azərbaycan Dövlət Teatrosunda zilhüccənin 20-si, sentyabrın 16-da Bakı türk səhnəsi aktyorlarının iştirakı ilə, artist Abbas Mirzə Şərifzadənin təhti- idarəsində Azərbaycanımızın paytaxtı Bakı şəhərində mart hadiseyi- ələmiyyəsindən sonra düşmənlər əlində qalıb, sonradan qəhrəman türk ordusu tərəfindən mühasirə edilib xilas olmasının bir illiyi münasibəti ilə gənc şair və mühərrirlərimizdən Cəfər Cabbarzadənin yeni yazmış olduğu “ Bakı müharibəsi “ draması mövqeyi- tamaşaya qoyulacaqdır ( 5 pərdədə, 7 şəkildə )
Cəfər Cabbarlı Cümhuriyyət dönəmində























Proqram “ Bakı müharibəsi “
Bakı,1919

Həmin faciədə Bakı şəhərində mart hadiseyi -ələmiyyəsindən sonrta müsəlmanlara edilən zülm göstəriləcəkdir. Faciədə iştirak edəcəklər: Nuru Paşa, Mürsəl Paşa, Məhəmməd Tofiq bəy, Nuru Paşanın cəbhədə olması və Bakıya hücum planı yapılması göstəriləcəkdir. Bu faciə Bakının mart hadiseyi- ələmiyyəsindən ta xilas olana qədər nə günlər gördüyü müfəssəl surətdə göstəriləcəkdir. “ ( “ Bəsirət “ qəzeti, 1919, 13 sentyabr, № 246 ).
Bakıda Qurtuluş bayramından bir gün sonra, sentyabrın 16- da Milli ordumuzun Osmanlı məhmədcikləri ilə birgə daşnak- menşevik tör- töküntüləri üzərində tarixi qələbənin 1 illiyinə həsr edilmiş Cəfər Cabbarlının “Bakı müharibəsi “ dramı tamaşaya qoyuldu. Nuru Paşanın qəhrəman, xilaskar, tədbirli general obrazı kimi uğurlu alındığı mətbuatda öz əksini tapmışdır
Cəfər Cabbarlı Cümhuriyyət dönəmində



































.



Qafqaz İslam Ordusunun baş komandanı
Nuru Paşanın C. Cabbarlıya hədiyyəsi
Bakı, 1918-ci il

“ Bakı müharibəsi “- Azərbaycanın XX əsrin əvvəllərində ən ağır, ziddiyyətli dövrünü bədii çalarda və dramatik tonda özündə əks etdirən tarixdir.
“ Bakı müharibəsi “ –Zalım və qatil erməni hərbi bandalarına, onlara arxa, dayaq duran rus bolşevizminə qarşı amansız mübarizə aparan Nuru Paşaya, Məhəmməd Tofiq bəyə minnətdarlıq çələngidir.
“ Bakı müharibəsi “- Azərbaycanın azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda rəşadət və qəhrəmanlıq göstərərək şəhid olmuş qardaş türk məhəmmədciklərinin şərəfinə ucaldılmış ilk bədii abidədir.
“ Bakı müharibəsi “- Türkiyə- Azərbaycan qardaşlığına tarixi nümunə, əvəzsiz yardım üçün ikincinin birinciyə ehtiramıdır.
Və nəhayət, “ Bakı müharibəsi “- əzəli və əbədi qardaş Türkiyə xalqının yaxın keçmişinə istedadlı, gənc dramaturq Cəfər Cabbarlının həsr etdiyi trilogiyanın – “ Ulduz “ və “ Ədirnə fəthi “ pyeslərindən sonra üçüncü dəyərli hissəsidir.
Əslində məzmun və mahiyyət etibarilə bir- birilə sıx bağlı olan “ Ulduz “, “ Ədirnə fəthi “ və “ Bakı müharibəsi” gənc dramaturqun Azərbaycvanda və Türkiyədə cərəyan edən hərbi- siyasi hadisələrə ədəbi- bədii məcrada yaradıcı münasibətidir.
Ədəbi- mədəni mühitdə günü- gündən fitri istedadı ılə tanınan, fəal və coşqun yaradıcılığı ilə ictimaiyyətin diqqətini cəlb edən, dövlət quruculuğu prosesinə yaxından köməklik göstərən gənc Cabbarlı həqiqi vətənpərvər, istiqlal ideyalarına sadiq milli ruhlu türkçü idi. Ədəbi yarışlara və müsabiqələrə biganə qalmayan sənətkar zaman- zaman müxtəlif mövzularda qələmini sınamışdır. Onun müxtəlif illərdə “Qurtuluş”, “ Tuti “ məcmuələrinin müsabiqələrində iştirakı və uğur qazanması deyilənlərə bariz nümunədir. Cabbarlı məlumatlı idi ki, Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət atributları olan üçrəngli bayrağı təsdiqlənəndən sonra ( (1918, 9 noyabr ) gerbinin və himninin hazırlanması və ictimai müzakirəsii aşkar şəraitdə, müsabiqə yolu ilə həyata keçiriləcəkdir. Onun 1919- cu ilin ilk günündən bədii yaradıcılığında, xüsusilə poeziyasında vətənpərvərlik ruhu, ölkəyə, onun əsrarəngiz təbiətinə, zəngin sərvətinə və nemətinə, milli dövlətinə, azadlıq və istiqlal ideyalarına sevgisi güclü, tükənməz və təkrarsızdır. “ Azərbaycan” qəzetinin 1 yanvar 1919-cu il sayında çap etdirdiyi “ Sevimli ölkəm “ şeirini müəllif, çox güman ki, müsabiqədə iştirak etmək məqsədilə milli himnimizə mətn kimi yazmışdır. Müəllifin sovet dövründə nəşr edilən kitablarında “Ölkəm “ sərlövhəsi ilə verilən və əsassız redaktələrə məruz qalan əsərində yasaq olunan bəndlər belədir:

“ Yanar dağ “ larında yalov coşarmış,
Ona tapınmaya ellər qoşarmış,
Bir çağ varmış, ölkəm azad yaşarmış,
Bu yollarda izləri var ölkəmin.
xxx
İpəyindən qızlar çadra geyərlər,
Ölkələrin azad görmək dilərlər,
Bu yerləri bütün ellər sevərlər,
Yalnız bizdə gözləri var ölkəmin.
“ Azərbaycan “ qəzeti, 1919 1 kanuni- sani ( yanvar ), № 92

Azərbaycanda milli romansın yaradıcısı, istedadlı bəstəkar Asəf Zeynallının ( 1900- 1932 ) sonralar C. Cabbarlının mətni əsasında bəstələdiyi, sevilə - sevilə ifa olunan, dildən – dilə düşən, rəsmi məclislərdə, dövlət tədbirlərində himn kimi dinlənilən “ Ölkəm “ romansıının mətninin nəşr tarixi əslində milli himnlər üçün elan edilməmiş müsabiqənin ” start “ tarixinə çevrildi.
İstiqlal ildönümü ərəfəsində Cəfər Cabbarlının bu günədək mətni tam çap olunmayan iki şeiri şərqiyə çevrilərək dillər əzbəri idi. Milliyətçilik və vətənsevərlik ruhunda yazılmış “ Türk sağ ikən ...“ və “ Yaşasın Azərbaycan “ şeirlərini milli himn yaradıcılığı istiqamətində irəliyə atılmış uğurlu addımlar da hesab etmək olar. Şeirin bəhrələndiyi ideoloji qaynaqları, mənəvi rişələri doğru dəyərləndirən Mirzə Bala Məhəmmədzadə ( C. Cabbarlının yaxın dostu,Azərbaycan Milli Qurtuluş hərəkatının rəhbərləridən biri ) nümunələri müəllifin dünyagörüşünün, düşüncələr aləminin bədii təzahürü kimi təqdim edir. O yazır: “Cəfərin hürriyyətçiliyi və milliyyətçiliyi türk hürriyyətçiliyi və milliyyətçiliyi idi. Yurdçuluq onun nəzərində türk millətinin geopolitik durumundan doğuyordu. Azərbaycan yurdçuluğu Cəfərdə türk milliyyətçiliyi deməkdir.
Cəfər intişar etməmiş, fəqət yolda, dərsdə, işdə daima təkrar etdiyi şeirində deyir ki:

Türk sağ ikən yurduna əl vurulmaz,
Ölsə də zəncir daşımaz, qul olmaz.
Ölkə bənim, vatan bənim, yurt bənim,
İken arş ireli, arş ireli askerim.
Gedərim, asker olub
Yurduma xidmet ederim ben,
Qurban ollam vatana,
Onu candan severim.

Cəfər az zamanda ağızdan- ağıza yayılan bu şeirində gül – bülbül, yanaq- buxaq şairlərinin gənclikdə ərlik və igidlik duyğularını öldürən qəzəllərinə qarşı üsyan ediyordu. ( Mirzə Bala. Cəfər Cabbarlı ( vəfatının 3- cü ildönümü münasibətilə ). “ Kurtuluş “ məcmuəsi, Berlin. 1938, yanvar, № 39, səh.18 ).
Mirzə Balanın fikrincə, “ Yaşasın Azərbaycan “ şeirinin mətni və musiqisi də Cəfər Cabbarlıya məxsusdur. O əvvəlki fikirlərini şaxələndirərək və davam etdirərək dostunun vəfatının 3- cü ildönümü münasibətilə yazdığı məqlədə qeyd edirdi:
“ Cəfər qəhrəmanlıq, yurdsevərlik, milliyetçilik təlqin edən sözlərlə birlikdə, motivi də kendisinə aid olan digər bir şarkısında diyordu ki:

Kafkasyanın dumanlı dağlarında,
Oynaşarak koşuyor.
Dört bir yana aşıyor,
Azərbaycan askeri.
Od yurdunun hüdudların düşmənlərdən
Sarsılmadan koruyor,
Aslan kibi ölüyor,
Azərbaycan askeri
Arş irəli, arş irəli Azərbaycan.
Marş irəli, marş irəli
Yaşasın Azərbaycan!

Cəfərin oynaq, şaqraq, şən və coşqun bir motiv üzərinə söylənmiş və genə qeyri mətbu bulunan bu şarkısında milliyyətçiliklə yurdçuluq, Azərbaycançılıqla Kafkasiyaçılıq mükəmməl bir surətdə telif edilmişdir. “
Gənc və istedadlı sənətkarımız Cəfər Cabbarlının Azərbaycanın milli bayrağına həsr etdiyi ilk şeiri “ Sevdiyim” adlanır. Milyonların sevdiyi, başı üzərində dalğalandıqca qürur hissi yaşadığı, könüllərə sevinc paylayan, zirvələrdə işıq saçmaq, Turan ellərini qucmaq istəyən bayrağın rənglərini müəllif sevə - sevə vəsf edir, onun qədim və böyük bir xalqın “ gözəlliklər tanrısı tək “ müqəddəs və əziz olduğunu vurğulayırdı.

Rəmuz ilə dörd bir yanə işıq saçmaq istiyor,
Ara – sira tərpəniyor, yüksək uçmaq istiyor,
Qollarilə türk ellərin bütün qucmaq istiyor,
Yaşıl donlu, mavi ğözlü, al duvaqlı sevdiyim.

C. Cabbarlı “ Azərbaycan bayrağına “ həsr etdiyi ikinci şeirində ona ünvanlanan haqlı, məzmunlu və gərəkli suallara cavab arayırdı. Mənalandırmaların bir qismi tarixi həqiqətlərə söykənsə də, bəzi yozumlar müəllifə məxsusdur.
Azərbaycan Cümhuriyyətinin bu dövlət atributuna saysız – hesabsız şeirlər, nəğmələr həsr olunsa da üç boyalı, ay və səkkiz guşə ulduzlu milli bayrağın simvolika açımını ilk dəfə poeziyaya gətirən Cəfər Cabbarlıdır. Onun “ Azərbaycan bayrağına “ şeiri milli rəmzlərimizin ilk poetik əlifba dərsliyidir. Milli ruhlu Azərbaycan gəncliyinin maariflənməsində, ictimai şüurun oyanışında C. Cabbarlının poetik irsinin əhəmiyyəti danılmazdır. “ Sevimli Ölkəm “, “ Sevdiyim “, “ Azərbaycan bayrağına “ şeirləri, mövzusu, ideya istiqaməti, fonematik səslər sistemi, musiqiyə uyarlığı etibarilə milli himnin yaranması prosesində təməl, mərhələ missiyasını daşıyan layiqli sənət nümunələridir.

Azərbaycan bayrağına
Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərinə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
xxx
Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?
Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Ulduzlardan, hilaldan da yüksəklərdə fırlanıyor.
xxx
Kölgəsində ay əyilib bir gözəli qucmada,
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada.
Şu görünüş bir ananın şəfqətinə oxşuyor,
Düşündükcə zövqlərimi, vicdanımı oxşuyor.
xxx
Bu ay, ulduz, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək:
Bu göy boya, Göy Moğoldan qalmış bir türk nişanı,
-Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
-Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
-Mədəniyyət bulmalı!
Səkkiz uclu şu ulduz da, səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
-Səhərlərə uçmuşdur!
Şu hilal da, türk bilgisi, düzgün sevgi nişanı,
-Yurdumuzu qucmuşdur!
xxx
Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər- birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyimdə bir dilək var, o da doğrukəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın!

“ Azərbaycan” qəzeti, 29 avqust 1919, № 263

Asif Rüstəmli
Filologiya üzrə fəlsəfə doktoru,
C. Cabbarlı irsinin tədqiqatçısı
“ Azərbaycan “ jurnalı, Bakı, 2008, № 3, №10;
“ Cəfər Cabbarlı: Həyatı və mühiti “ , Bakı,
“ Elm “, 2009.

Sayt üçün materialı hazırladı:
C. Cabbarlı ev-muzeyinin baş elmi işçisi
Qəmər Seyfəddinqızı

Oxunub: 2 037
Paylaş:
Digər xəbərlər

Manşet / Mədəniyyət

30-07-2018, 10:14

Cəfər Cabbarlının kəşf etdiyi alim aktrisa

Manşet / Gündəm / Xəbərlər

8-07-2018, 09:40

Səfər Mehdiyevin müavinləri vəzifəsindən azad olundu

Manşet / Gündəm / Xəbərlər

2-06-2018, 08:56

Prezident icra başçısını vəzifəsindən azad etdi

Manşet / Gündəm / Xəbərlər

28-05-2018, 09:03

Azərbaycan Xalq Cümhuriyyəti - 100 il

Manşet / Gündəm / Xəbərlər

10-05-2018, 08:27

Rəsmi Ankara: Azərbaycan əraziləri azad edilmədən...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Rusiya 1200 əsgərin cəsədini qaytardı
"Buz Şahzadəsi"nin 1300 il əvvəl nədən öldüyü açıqlandı
Boğaz ağrısına qarşı 6 TƏBİİ VASİTƏ
Türkiyəyə qarşı Hindistandan kömək istədilər: Raketlər verin, ölkəmizdə baza qurun
Salyanda fermada güclü yanğın: 40 mal-qara tələf oldu
Bu SALAT təzyiqi azaldır, ömrü isə uzadır
Rusiya 1200 əsgərin cəsədini qaytardı
"Buz Şahzadəsi"nin 1300 il əvvəl nədən öldüyü açıqlandı
123456
Son xəbərlər
  • Bu gün, 22:30
    "Buz Şahzadəsi"nin 1300 il əvvəl nədən öldüyü açıqlandı
  • Bu gün, 21:19
    Boğaz ağrısına qarşı 6 TƏBİİ VASİTƏ
  • Bu gün, 20:53
    Türkiyəyə qarşı Hindistandan kömək istədilər: Raketlər verin, ölkəmizdə baza qurun
  • Bu gün, 19:10
    Salyanda fermada güclü yanğın: 40 mal-qara tələf oldu
  • Bu gün, 18:35
    Bu SALAT təzyiqi azaldır, ömrü isə uzadır
  • Bu gün, 17:16
    Rusiya 1200 əsgərin cəsədini qaytardı
  • Bu gün, 16:34
    İşıq və qaz pulu ödənişi qaydası dəyişir: Yaşayış olmayan ev sahiblərini nə gözləyir?
  • Bu gün, 15:21
    Dəmir və kalsium azlığı üçün qara küncüt resepti
  • Bu gün, 14:14
    Azərbaycanda çoxuşaqlı ailə anlayışı dəyişəcək? - Nazirlikdən cavab
  • Bu gün, 13:53
    İşıq, qaz “sabit tarifə” keçir: nə deməkdir və nə olacaq?
  • Bu gün, 12:15
    Kökəlmək xərçəngə səbəb olurmu?
  • Bu gün, 11:43
    Rusiyadan Azərbaycana qarşı təxribat – “Münasibətlər pozula bilər”
  • Bu gün, 10:27
    ABŞ və Rusiya Türkiyədən ÜZ DÖNDƏRDİ - “Gərginlik yaradan amillərin...”
  • Bu gün, 09:07
    Ayaqlarda yanma, göynəmə - 3 xəstəlik, 5 səbəb
  • Dünən, 21:21
    Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
  • Dünən, 20:01
    “Türkiyəni əsir götürmək” planı: Ankaradan Bakını vurmaq istəyən qruplar – SENSASİYA
  • Dünən, 19:37
    Rusiyadan xoşagəlməz nüvə müharibəsi açıqlaması: “İkinci Qarabağ…”
  • Dünən, 18:29
    İsti havalarda bu məhsulları yemək təhlükəlidir
  • Dünən, 17:32
    4 türk ölkəsi “tələyə düşdü”: Bakı və Ankara əks-həmlə edəcək – Detallar
  • Dünən, 16:14
    Kreditlərlə bağlı mühüm xəbər – Bu şəxslərin borclar silinəcək?
  • Dünən, 15:07
    Kola və kartof qızartması miqreni azaldır?
  • Dünən, 14:41
    8 dövlətin “müharibə hazırlığı”: Türk ölkəsi də vurulacaq? – PLAN AÇILDI
  • Dünən, 13:28
    Trampdan İrana xəbərdarlıq: Alternativ fəlakətli olacaq!
  • Dünən, 12:48
    Düyü maskası ilə üz dərinizi cavanlaşdırın
  • Dünən, 11:17
    ABŞ Ukraynanı “göz və qulaq”dan məhrum edəcək? - FP
  • Dünən, 10:33
    İnsanlar kütləvi şəkildə dollar alırlar: nə baş verir?
  • Dünən, 09:13
    Ağızda acı, turş, şirin dad hansı xəstəliyin əlamətidir?
  • 9-06-2025, 21:35
    Prostat xərçənginin əsas ƏLAMƏTLƏRİ — MÜTLƏQ OXUYUN!
  • 9-06-2025, 20:49
    İrəvan Zəngəzurda itki yaşadı – Səbəb Bakıdır?
  • 9-06-2025, 19:22
    Müharibənin 4-cü günü Putin nə təklif edib? – Tarixi şans…
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: firengiz.rustamova@mail.ru
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə

Seçili metni paylaşabilirsiniz

  • Twitter
  • Facebook
  • VKontakte
  • Google+

Paylaşma linki:

https://ailehekimiklinikasi.az/manset/1589-cfr-cabbarl-cmhuriyyt-dnmind.htmlLinki kopyalamak için farenizin sağ tuşuna basarak «Kısayolu Kopyala» seçin