• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Tez-tez başgicəllənmənin mümkün səbəbləri
Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
Bu içkilər insult yaradır - Həkim açıqladı
Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Cəfər Cabbarlının kəşf etdiyi alim aktrisa

Manşet / Mədəniyyət

30-07-2018, 10:14

Cəfər Cabbarlının kəşf etdiyi alim aktrisa





















XX əsrin əvvəllərində, qadınların təhsil almasının hələ geniş yayılmadığı illərdə ali təhsil almaq, arzularının ardınca getmək, “mən alim olacağam” deyəcək qədər cəsarətli, iradəli və özünəinamlı olmaq hər qadının bacaracağı bir şey deyildi. Ancaq mümkünsüzləri mümkün edən, olmazları bacaran qadınlar bütün zamanlarda olduğu kimi, məhz XX əsrin əvvəllərində də var idi. Bəlkə də, tale elə qadınları örnək olaraq yetişdirirdi. Taleyi, həyat yolu Azərbaycan qadını, Azərbaycan tarixi üçün örnək olan belə qadınlardan biri də İzzət Orucova idi.
Cəfər Cabbarlının kəşf etdiyi alim aktrisa





















1909-cu ilin bir payız günü dünyaya göz açmışdı Azərbaycanın ilk aktrisası. İnsanın insana zülmü baş alıb gedirdi. Onun ilkin gənclik illərində gördüyü, eşitdiyi faciələr, haqsızlıqlar nə qədər real idisə, bu illərdə Şərq qadınının filmə çəkilməsi o qədər qeyri-real idi. Məhz belə bir şəraitdə görkəmli dramaturq Cəfər Cabbarlı Azərbaycan filminin ən böyük kəşfini etdi.
Cəfər Cabbarlı uzun müddət “Sevil” filmində oynamaq üçün azərbaycanlı qız axtarır. Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadə öz xatirələrində Cabbarlının aktrisa axtarışlarını qeyd edir: “Bakının küləkli günlərindən birində mən Kommunist küçəsində Cəfərlə rastlaşdım. O, əlləri cibində o tərəf-bu tərəfə baxa-baxa gedirdi. Salamlaşdıq. Mən soruşdum:
 Cəfər, belə tozlu havada hara gedirsən? Nə axtarırsan?
 Hara getdiyimi özüm də bilmirəm. Ancaq nə axtardığımı bilirəm. Kinoda Sevil rolunda oynamaq üçün Sevili axtarıram. Gəlsənə, mənə kömək edəsən. Sən də kino işçisisən axı.
 Axtaran tapar, – dedim.
 Əslinə baxsan, tapmışıq. Birisi var, çox ciddi qızdır. Alim olmaq istəyir. Görək yola gətirə biləcəyikmi?!
Mən zarafatla:
 Cəfər, sən dilinlə ilanı yuvasından çıxararsan, necə olur ki, ondan razılıq ala bilmirsən? – dedim.
 Görək də, əgər başqasını tapmasaq, məcbur olacağıq ki, onun razılığına müvəffəq olaq, – deyə Cəfər cavab verdi…”
Görünür, Cəfər Cabbarlı bu alim olmaq istəyən qızın razılığını almağa müvəffəq olur. Onu “Sevil” filminə dəvət etməklə milli kinoya gətirir.
Cəfər Cabbarlının kəşf etdiyi alim aktrisa






















İzzət xanım Orucova “Sevil”ə dəvət almasını belə xatırlayırdı: “Sevil” filminin həm ssenari müəllifi, həm də quruluşçu rejissoru görkəmli dramaturq Cəfər Cabbarlı idi. Filmin digər rejissoru Beknazarov Sevil rolunun ifasını Nora Arzumanova adlı bir qıza tapşırmaq istəyirdi. Lakin Cəfər Cabbarlı buna qəti etirazını bildirdi. Dedi ki, əsərin baş rolunda azərbaycanlı qızı çəkilməlidir. Mən Cəfərin adını eşitmişdim, üzünü görməmişdim. Günlərin birində o mənə yaxınlaşdı, məqsədini bildirdi. Amma mən nə “hə”, nə də “yox” dedim. Qarşıya çıxan qismətdən qaçmaq olmazmış. Rəhmətlik Cəfər müəllim çox tələbkar idi. Bəyənmədiyi kino kadrlarının dəfələrlə yenidən çəkilməsini israr edərdi. Dünən olubmuş kimi xatırlayıram: Sevilin çarşabı başından atması epizodu bir neçə dəfə təkrar çəkildi. Lakin bu səhnə – azərbaycanlı qızının tərəqqiyə can atması mənzərəsi işıqlı təfəkkür sahibi Cəfər müəllimin xoşuna gəlmədi. O, hər dəfə yumşaq tonda, ancaq hiss edirdim ki, hirsini gizlədib deyərdi: “Yox, İzzət, olmadı. Çarşabı başından atmağın çox süni çıxır, qondarma görünür. Unutma, əsərin kulminasiya nöqtəsi də elə burdadır. Sən müdhiş, qorxunc çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət, qəzəb oyatsın”.
C.Cabbarlının İzzət xanım Orucova ilə tanışlığının tarixcəsi isə qəribədir. Dramaturq onu ilk dəfə “Təyyarə” kinoteatrında filmə baxarkən görür. Cabbarlının İzzət xanımın gözlərində öz yaratdığı Sevili görməsi onun taleyində həlledici rol oynayır.
Film bitdikdən sonra Cabbarlı onu evlərinə qədər izləyir. Atası Mirzağa kişi ilə tanış olur və niyyətini ona bildirir. Lakin o, Cəfər Cabbarlıya kömək edə bilməyəcəyini deyir: “Mən sizə heş cür kömək edə bilmərəm. Siz özünüz yaxşı bilirsiniz ki, bu, mümkün olan iş deyil. Mən özüm bağbanam. Təbiəti çox sevirəm, teatrı, kinonu da. Kitab da oxuyuram. Ona görə də qızıma məktəbə getməyə icazə vermişəm. Amma kino? Yox, yox. Bu, bizlik deyil. Qonşular, qohumlar adama nə deyərlər? Məndən incimə, oğlum. Başqa cür hərəkət edə bilmərəm…”
Ancaq təbiətcə inadkar olan Cabbarlı bu cavabla geri çəkilmir. Yalnız üçüncü gəlişdə istədiyinə nail olur, Mirzağa kişi qızının filmə çəkilməsinə razı olur. Çünki bu “çeşməkli kişinin” yaxşı insan olduğunun fərqinə varır, “məhəllə ağsaqqallarının onu danlamasına rəğmən”, onun sözünü yerə salmır. “Amma bir şərtlə: Cəfərin özü İzzəti gəlib evdən faytonla aparacaq və faytonla da geri qaytaracaq”.
Filmin çəkilişləri müddətində İzzət xanım dərslərindən də kənarlaşmır, çəkilişlər dərs cədvəlinə uyğunlaşdırılır.
“Sevil” filminin təqdimatına o, öz anası və yaxın qohumları ilə gedir. Film o qədər güclü təsir gücünə malik olur ki, qadınlar film bitəndə çarşablarını atıb gedirlər. Ancaq bu tərəqqi meyli çox çəkmir. Repressiya dalğasının başlanması ilə qadınların əksəriyyəti yenidən qara çarşaba bürünür.
İlk filminin uğurundan ruhlanan Cəfər Cabbarlı “Almaz” əsəri əsasına ssenari yazır. Bu filmin bütün heyətini toplamaq onun özünə tapşırılır. Cabbarlı Almaz roluna İzzət xanımı dəvət edir. Ancaq zamanın sərt rüzgarlarına dözə bilməyən görkəmli dramaturqun ölümü bu işi yarımçıq qoyur. Bir müddət sonra həmkarları onun işini davam etdirir və “Almaz” filmi ərsəyə gəlir. Baş rol Cabbarlının istədiyi kimi, İzzət xanıma verilir. O, əsərin ruhuna uyğun olaraq azadlığa çıxan Azərbaycan qadınının dolğun obrazını yaradır.
Cəfər Cabbarlının kəşf etdiyi alim aktrisa


























“Sevil” filmi ilə özünü kinoaktrisa kimi sınayan İzzət Orucova “Almaz”dan sonra heç bir filmə çəkilmir və Almaz və Sevil kimi qadınların yolunu öz həyatı ilə davam etdirir. O, öz xatirələrində qeyd edirdi ki, Cəfər Cabbarlı sağ olsaydı, bəlkə də, aktrisa kimi fəaliyyətinə davam etdirərdi. Ancaq ədibin ölümündənmi, taleyin gərdişindənmi, o, fəaliyyətini elm sahəsində davam etdirir. Hələ “Almaz” filminin çəkilişləri zamanından başlayan elmi fəaliyyəti həyatı boyu yüksələn xətlə davam edir.
1932-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirən gənc mühəndis Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda işləyir, bu institutun əsasında yaradılan Neft Kimyası Prosesləri İnstitutunda laboratoriya müdiri, Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda direktor, Aşqarlar Kimyası İnstitutunda motor yağları üçün aşqar kompozisiyaları hazırlama laboratoriyasının müdiri kimi fəaliyyət göstərir.
Repressiya onun həyatından da yan keçmir. 1935-ci ildə qonşusu, eyni zamanda Cəfər Cabbarlının dostu Mövsüm İsmayılzadə ilə ailə qurur. Yılmaz adlı oğulları dünyaya gəlir. Lakin həbs olunacağını hiss edən əri oğlunu və həyat yoldaşını xilas etmək üçün ondan boşanır. 1937-ci ildə isə həbs olunur. İzzət xanım bundan sonrakı həyatına oğlu ilə birlikdə tutunur və elm pillələrini yuxarı qalxmağa başlayır. Azərbaycan kino tarixinə ilk azərbaycanlı aktrisa kimi daxil olan İzzət xanım həm də Azərbaycan elmində ilk azərbaycanlı qadın alim – kimyaçı olur.
Öz həyatı ilə Azərbaycan qadınının yüksəlişinə nümunə olan İzzət Orucova özünün aktisa kimi fəaliyyətini bu cümlələrlə ifadə etmişdi: “Məni ilk Azərbaycan aktrisası adlandırırlar. Və mən bəzən fikrə dalıram: görəsən, bu düzgündürmü? Ümumiyyətlə, mən aktisa olmuşammı? Axı mən oynamamışam. Yox, mən kamera qarşısında iki qadın taleyini yaşamışam…”/Ədəbiyyatşünas/


Oxunub: 2 297
Paylaş:
Digər xəbərlər

Manşet / Bioqrafiya

26-07-2018, 10:01

Həmidə Ömərova

Manşet / Bioqrafiya

20-07-2018, 09:53

XIX əsrin birinci yarısında yaşayıb yaratmış Azərbaycan şairi Mirzə Şəfi Vazeh

Gündəm / Bioqrafiya

23-05-2018, 07:19

Unudulmaz mütəfəkkir, ictimai xadim

Manşet / Bioqrafiya

6-05-2018, 09:45

Gövhər Qazıyeva

Bioqrafiya

24-04-2018, 15:51

Salih Salihov — tibb elmləri doktoru

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Tez-tez başgicəllənmənin mümkün səbəbləri
Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Son xəbərlər
  • Bu gün, 12:10
    Tez-tez başgicəllənmənin mümkün səbəbləri
  • Bu gün, 11:17
    Ermənistan həmin dəmir yolunu özü çəkəcək – Paşinyan açıqladı
  • Bu gün, 10:36
    Banklar şəxsi məlumatlarımızı niyə toplayır?
  • Bu gün, 09:00
    Kivini qabığı ilə yeməyin bu faydaları varmış...
  • Dünən, 22:22
    Ay qırmızıya boyanacaq: Tarix və saat açıqlandı
  • Dünən, 21:53
    Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
  • Dünən, 20:38
    Sərhəddə panika: Ermənilər “azərbaycanlılar edib” dedi, həqiqət ortaya çıxdı
  • Dünən, 19:13
    Avropa böyük təhlükədə – İran bu iki ölkəyə hücum edə bilər
  • Dünən, 18:05
    Yorğunluq və qulaqda, başda küy bu xərçəngdən ola bilər
  • Dünən, 17:42
    Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...
  • Dünən, 16:24
    NATO qəfil hərəkətə keçdi: 50-dən çox təyyarə Rusiya sərhədlərinə uçdu
  • Dünən, 15:23
    Avokado ilə birlikdə bu 4 qidanı yeyin: Ürək və beyin üçün faydalıdır
  • Dünən, 14:11
    Neft ölkələri üçün yeni çağırış: 3 qüvvə rəqabəti artırır – 15 illik plan
  • Dünən, 13:36
    ABŞ-ın daha bir müttəfiqi üsyan etdi: Tramp 350 milyard dolları niyə istəyib?
  • Dünən, 12:20
    Böyrək xəstəliyi: Əllər və ayaqlardakı əlamətlər
  • Dünən, 11:30
    Avropa çalxalanır: iki ölkəyə hücum gözlənilir – Bu dəfə Rusiya deyil…
  • Dünən, 10:18
    Ermənistan Azərbaycanla bağlı bunu planlaşdırır - 5 il ərzində...
  • Dünən, 09:02
    Mixək çayı yaddaşa və stressə fayda verə bilərmi?
  • 19-08-2026, 21:52
    Bu içkilər insult yaradır - Həkim açıqladı
  • 19-08-2026, 20:50
    Gərginliyi azaltmaq üçün İranla əlaqə saxlayırıq - Qahirə
  • 19-08-2026, 19:45
    Erməni ordusunda intiharlar: Paşinyan qərarını verdi...
  • 19-08-2026, 18:04
    Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri
  • 19-08-2026, 17:09
    Tokayevdən Nazarbayevə zərbə: Bu hüququndan məhrum edildi
  • 19-08-2026, 16:41
    Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
  • 19-08-2026, 15:47
    Alzheimer ağızdan başlayır?
  • 19-08-2026, 14:16
    İsrail Suriyadakı bazanı Türkiyəyə görə vurub - ŞOK SƏBƏB AÇIQLANDI
  • 19-08-2026, 13:49
    Qalibaf 6 şərti açıqladı: İran yerinə yetirilməsini gözləyir
  • 19-08-2026, 12:25
    Qaraciyərin pisləşdiyini göstərən 7 əlamət: səssizcə başlayır
  • 19-08-2026, 11:07
    İrana qarşı hiyləgər plan: Müəmmalı hücumun pərdəarxasında kim var?
  • 19-08-2026, 10:35
    Suriyada nüvə həyəcanı: Dəməşq qərarını verdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə