• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Telefona üç gün baxmayanda görün nələr olur – İlginc araşdırma
Gec yatmaq infarkt və diabet riskini artırır – Mütəxəssislərdən xəbərdarlıq
ABŞ bunu etsə, Rusiya iqtisadiyyatı tamamilə məhv olacaq
Bu ölkədə dövlət çevrilişinə cəhd oldu – Detallar
Həm dadlı, həm də möcüzəvi - Hər həftə yeməli olduğunuz 5 meyvə
Taliban qadağa qoydu, Hindistanda çaxnaşma yarandı – Deputatlar şokda
Dövlət hərəkətə keçdi: nazirliklərdə yoxlamalar başlayır – İstintaq…
B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliyə diqqət edin
Moskvaya yaxşı, Kiyevə pis xəbər – Vəziyyət dəyişir
Əfqanıstan-Pakistan sərhədində gərginlik: Ağır döyüşlər başlayıb
Gözləriniz sizə xəbərdarlıq edir - Bu əlamətlərə ciddi yanaşın
Putin niyə yalnız Azərbaycan haqda bunu dedi?
Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
Zəncəfilin Faydaları və Zərərləri Nələrdir?
Əl və dırnaqlarda görünən dəyişikliklər hansı xəstəlikdən xəbər verir?
Bakı ilk addımı atdı, Moskva birbaşa izlədi – Bütün Azərbaycan o xəbəri gözləyir
Bakı metrosunda yenilik: gedişhaqqı buna görə artıb? – AÇIQLAMA
Ağ turpun bilinməyən faydaları açıqlandı
Meksikada daşqınlarda 28 nəfər öldü
Nobel Sülh mükafatında sızma: araşdırma başladılacaq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Rauf Soltan oğlu Hacıyev

Manşet / Bioqrafiya

9-07-2018, 12:00

Rauf Soltan oğlu Hacıyev























Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olmuşdur. Üç yaşınadək gözləri görməyib, sonrandan görmə qabiliyyəti açılıb. Onu Həsən bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb.
Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə vermişdir. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini ("Tarantella", "Dağıstan", "Ləzgihəngi") dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirmiş və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələmişdir. Onların arasında xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirmişdir. Ilk gənclik məhsulu olan bu mahnılardan sonra mahnı janrı R. Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında aşağıdakı mahnıları daha çox populyarlıq qazanır: "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və i.a.
O, 15-ə qədər filmə musiqi yazmışdır. Və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Gəlin onlardan bəzilərini yada salaq: "Əhməd hardadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar" və s. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.
R. Hacıyev 7 operetta yazmışdır. R. Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası “Romeo mənim qonşumdur(1963)”. Həmin əsər əvvəl Bakıda "Qonşular" adı ilə getmişdir. Əsər Moskvanın operetta teatrında müvəffəqiyyətlə göstərildikdə tamaşanın quruluşçu rejissoru A.Zaks operetta haqqında belə demişdir ki, bu Azərbaycan operettasını teatrımızın repertuarına salmağa bizi sövq edən onun mövzusunun yeniliyi və müasirliyi, R. Hacıyevin coşqun musiqi dili, sırf milli koloriti, əsl mənada müasir musiqi dilidir.
R. Hacıyevin maraqlı operettalarından biri "Mənim məhəbbətim – Kuba"dır. Operettanın musiqisi zövqlə yazılmışdır. Kubaya məhəbbət, vətənpərvərlik andı və Raul ilə Deliyanın məhəbbət hisslərini təcəssüm etdirən melodiyalardır. Bəstəkar Paçanqa bayramının rəqs səhnələrini də maraqlı musiqi boyaları ilə yaratmışdır. O, maqnitofonda yazılmış əsl Kuba melodiyalarını tamaşanın musiqi ahənginə səriştə ilə daxil edə bilmişdir.
Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən "Dördüncü fəqərə", "Qafqaz əsiri", "Ana, mən evlənirəm", "Yolayrıcında" operettalarıdır.
"Dördüncü fəqərə" Finlandiyanın satirik yazıçısı Marti Larninin eyni adlı romanı əsasında yazılmışdır. Əsər əvvəlki operettalardan fərqli olaraq məişət komediyası səciyyəsindədir. Bəstəkar kəskin siyasi – ictimai qayəli operetta yaratmaga nail olmuşdur.
Onu da deyək ki, Marti Larni operettanın premyerasına gələ bilməmişdi. Lakin o, bu əsərə yaxşı bələd idi. Cünki, 1969-cu ildə yazıçı Azərbaycanda olarkən R.Hacıyev yazdığı operettadan bir çox nömrəni onun üçün nümayiş etdirmişdi. M.Larni bu ecazkar musiqiyə qulaq asandan sonra demişdi: "Bu, gözəl, müasir musiqidir. O, təkcə əsərin əsas qayəsini əks etdirmir, həmçinin öz ifadə vasitələrilə əsəri daha da zənginləşdirir".
70-ci illərin sonunda R.Hacıyevin daha bir yeni operettası "Ana, mən evlənirəm" Moskva operetta teatrında tamaşaya qoyulur. Əsər tez bir zamanda özünə geniş rəğbət qazanır. Çünki, həminə olduğu kimi bəstəkar təzə operettasında yenə də aktual məsələlər qaldırır. Bunlar gənc nəslin tərbiyəsi, onların öz həyat yolunu düzgün seçməsi məsələləridir.
Rauf Hacıyevin bütün operettaları kimi bu operettasında da musiqi aparıcı amildir. Əsərin kompozisiya, dramaturji planı diqqəti cəlb edir. Musiqi operettada milli xalq rəqslərinin ritmləri ilə rövnəqlənmişdir. Bu cəhət səhnə əsərinə bütövlükdə ehtizaz, nikbinlik, şənlik, xoş əhval-ruhiyyə aşılayır. Bu baxımdan əsərin partiturası çox zəngin alınmışdır.
1982-ci ildə Moskva operetta teatrında "Yolayrıcında" operettası öz səhnə təcəssümünü tapdı. R. Hacıyevin axırınçı operettası Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş "Ordan-burdan" əsəridir. Xüsusi olaraq Azərbaycan televiziyası və radio verilişləri şirkətinin sifarişi ilə yazılmış və televiziya tamaşası üçün nəzərdə tutulmuş həmin operetta müəllifin musiqili səhnə formalarını mavi ekrana keçirmək işində maraqlı təcrübə oldu.
Operetta janrında çalışmaqla yanaşı R.Hacıyev musiqili teatrın başqa janrlarında da öz qələmini sınamışdır. 60-cı illərdə o, opera və baletlə də maraqlanırdı. Belə ki, 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayır. Bunun nəticəsində R.Hacıyev əvvəl iki xoreoqrafik miniatür – "Ləzgihəngi" və "Yallı"nı bəstələyir. Hər iki əsər ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir. Xalq rəqs ənənələri əsasında qurulmuş bu əsərlərdə müəllif istər melodik, istərsə də ritmik məziyyətləri qabarıqlıqla acıb göstərə bilmişdir.
"Ləzgihəngi" 1969- (quruluşçu-baletmeysterlər: R. Axundova və M. Məmmədovdur) Parisdə və Fransanın bir çox şəhərlərində, eləcə də Lüksenburq və Monakoda göstərilmiş və tamaşaçıların rəğbətini qazanmışdır. Bu zaman Fransada VII Beynəlxalq rəqs festivalı keçirilir. Və bu əsər Azərbaycan Dövlət opera və balet teatrının balet truppasının proqramına salınmışdı.
O, Mədəniyyət Nazirliyinin göndərişi ilə 1971-ci ildə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar R. Hacıyev və onun həmkarları istər Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar.
Əlcəzairdə işlərkən R. Hacıyev eyni zamanda bu ölkənin mədəniyyət tarixini də dərindən öyrənir, xalq musiqi nümunələrini toplayıb nota köçürür, onların məqam, melodik və ritmik xüsusiyyətlərini mənimsəyir. O, topladığı lirik havalar əsasında öz tələbələri üçün tədris repertuarı kimi bir sıra orijinal instrumental əsərlər bəstələyir. Onu da deyək ki, Əlcəzairdə ilk dram teatrı acıldıqdan sonra orada Milli musiqi teatrı da fəaliyyət göstərirdi. Həmin teatrın nəzdində balet truppası və milli xalq rəqsləri ansamblı da var idi. Bu milli teatr kollektivi üçün ilk baleti Rauf Hacıyev özü yazır. "Üç inqilab" adlanan bu balet Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə bəstələnmişdir. Əlcəzair tamaşaçıları bu baleti böyük rəğbətlə qarşıladılar. Əsərdə əsarətdən azad olmuş Əlcəzair xaqlının yeni həyat quruculuğuna qədəm qoymasından söz açılır. İlk baletin uğurlarından ruhlanan Hacıyev daha sonra "Alov" və "Hürriyət" adlı baletlərini də inqilab mövzusuna həsr edir. Baletdə Əlcəzair xalqının müstəqillik uğrunda mübarizəsindən söz açılır. Bu əsər Əlcəzair inqilabının tarixinə həsr olunmuşdur. Tamaşanın özünəməxsus musiqisi də diqqəti çəlb edir. Müəllif baletdə xalq mahnılarından, inqilabi mahnılardan, milli himndən sitat şəklində istifadə etmişdir.
Müəllif özü bu haqda belə yazır: "Ən əvvəl mən musiqi folklorunun öyrənilməsinə başladım. Ölkə üzrə səyahət zamanı tanınmış müğənni və instrumental musiqiçilərlə görüşlər, xalq mahnılarının və nubaların öyrənilməsi və təhlili mənə bu materialı mənimsəməyə kömək etdi. Bu cür hazırlıq işindən sonra mən "Əlcəzair silsiləsi"ndən bir neçə əsər yazmağı qərarlaşdırdım. Bu silsiləyə skripka ilə orkestr üçün Konsert, fortepiano ilə müxtəlif musiqi alətləri üçün Pyeslər, orkestr və xor üçün 15 xalq mahnılarının işlənməsi, Əlcəzair süitası daxildir."
R.Hacıyev 60-cı illərdən başlayaraq ictimai işlərdə də fəal çalışmışdır. O, 1964-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının Mədəniyyət Naziri təyin olunur. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət xor kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət rəqs ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılır. Azərbaycan Bəstəkarlar İttifaqının V qupultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilmişdir.
Görkəmli bəstəkarımız Rauf Hacıyev dünyasını dəyişsə də, onun musiqisi daim yaşayır və xalqımızın estetik baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır. Biz inanırıq ki, Azərbaycan nə qədər varsa Rauf Hacıyevin musiqisi, səhnə əsərləri daim yaşayacaqdır. Çünki, onun yaradıcılığı ölməzdir.[3]
Musiqili komediyalar, operettalar- "Romeo mənim qonşumdur" (1960) - "Gülüşünü gizlətmə" (1969), "Mənim məhəbbətim – Kuba" (1963), "Qafqaz əsiri", "Ana, mən evlənirəm" (1976), "Yolayrıcında" - Qafqaz xalqlarının milli musiqi folkloruna əsasında, "Dördüncü fəqərə" - Finlandiyanın satirik yazıçısı Marti Larninin eyni adlı romanı əsasında, "Ordan-burdan".
Balet- "Yallı" (1969) - - xoreoqrafik miniatür, "Ləzgihəngi" (1969) - xoreoqrafik miniatür, "Azərbaycan süitası" - xoreoqrafik miniatür, "Üç inqilab" (1973), "Alov" (1976)Tunis, Mərakeş, Paris, Havanada səhnədə göstərilib. - "Uriya (Hürriyət)" (1978)
Simfonik poemalar- "Şeyx Sənan" (1982), "Səbuhi" (1983), "Həzi Aslanov" (1984), "Səməd Vurğun" kantatası.
Fortepiano üçün 3 pyes- "Taratella", "Dağıstan", "Lezginka". 21 filmdə isə musiqiləri səslənmişdir.

Oxunub: 1 557
Paylaş:
Digər xəbərlər

Manşet / Bioqrafiya

7-07-2018, 19:23

Müslüm Maqomayevin mədəniyyət tariximizdə bəstəkar

Manşet / Bioqrafiya

4-07-2018, 09:38

Fikrət Məşədi Cəmil oğlu Əmirov

Manşet / Bioqrafiya

1-07-2018, 09:37

Qara Qarayev

Manşet / Gündəm / Xəbərlər

28-05-2018, 09:21

Bu mədəniyyət xadimlərinə fəxri adlar verildi - Siyahı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Telefona üç gün baxmayanda görün nələr olur – İlginc araşdırma
Gec yatmaq infarkt və diabet riskini artırır – Mütəxəssislərdən xəbərdarlıq
ABŞ bunu etsə, Rusiya iqtisadiyyatı tamamilə məhv olacaq
Bu ölkədə dövlət çevrilişinə cəhd oldu – Detallar
Həm dadlı, həm də möcüzəvi - Hər həftə yeməli olduğunuz 5 meyvə
Taliban qadağa qoydu, Hindistanda çaxnaşma yarandı – Deputatlar şokda
Son xəbərlər
  • Dünən, 22:24
    Telefona üç gün baxmayanda görün nələr olur – İlginc araşdırma
  • Dünən, 21:23
    Gec yatmaq infarkt və diabet riskini artırır – Mütəxəssislərdən xəbərdarlıq
  • Dünən, 20:12
    ABŞ bunu etsə, Rusiya iqtisadiyyatı tamamilə məhv olacaq
  • Dünən, 19:34
    Bu ölkədə dövlət çevrilişinə cəhd oldu – Detallar
  • Dünən, 18:31
    Həm dadlı, həm də möcüzəvi - Hər həftə yeməli olduğunuz 5 meyvə
  • Dünən, 17:58
    Taliban qadağa qoydu, Hindistanda çaxnaşma yarandı – Deputatlar şokda
  • Dünən, 16:22
    Dövlət hərəkətə keçdi: nazirliklərdə yoxlamalar başlayır – İstintaq…
  • Dünən, 15:19
    B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliyə diqqət edin
  • Dünən, 14:50
    Moskvaya yaxşı, Kiyevə pis xəbər – Vəziyyət dəyişir
  • Dünən, 13:31
    Əfqanıstan-Pakistan sərhədində gərginlik: Ağır döyüşlər başlayıb
  • Dünən, 12:46
    Gözləriniz sizə xəbərdarlıq edir - Bu əlamətlərə ciddi yanaşın
  • Dünən, 11:28
    Putin niyə yalnız Azərbaycan haqda bunu dedi?
  • Dünən, 10:21
    Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
  • Dünən, 09:06
    Zəncəfilin Faydaları və Zərərləri Nələrdir?
  • 11-10-2025, 21:10
    Əl və dırnaqlarda görünən dəyişikliklər hansı xəstəlikdən xəbər verir?
  • 11-10-2025, 20:36
    Bakı ilk addımı atdı, Moskva birbaşa izlədi – Bütün Azərbaycan o xəbəri gözləyir
  • 11-10-2025, 19:05
    Bakı metrosunda yenilik: gedişhaqqı buna görə artıb? – AÇIQLAMA
  • 11-10-2025, 18:00
    Ağ turpun bilinməyən faydaları açıqlandı
  • 11-10-2025, 17:53
    Meksikada daşqınlarda 28 nəfər öldü
  • 11-10-2025, 16:25
    Nobel Sülh mükafatında sızma: araşdırma başladılacaq
  • 11-10-2025, 15:21
    Qırıq ürək sindromu: Emosional stressin ürəyə təsiri
  • 11-10-2025, 14:10
    Ankara Qəzzada bunları edəcək: Ordu da göndərir?
  • 11-10-2025, 13:22
    İsrail ordusu Livanın cənubunu vurdu
  • 11-10-2025, 12:24
    Kollagen nədir, əlavələr həqiqətən təsir edirmi?
  • 11-10-2025, 11:33
    Bakı ilə İrəvan mütləq bunu etməlidir - Paşinyan açıqladı
  • 11-10-2025, 10:08
    Putindən SSRİ açıqlaması: Gələcəkdə bizi birləşdirəcək amilləri axtarmaq lazımdır
  • 11-10-2025, 09:20
    Miqren ağrılarını artıran 8 qida
  • 10-10-2025, 22:31
    İnsan həftədə 50 müxtəlif qida yeməlidir - SƏBƏB
  • 10-10-2025, 21:22
    Necə yatdığınıza diqqət edin: Onurğa əyriliyinə səbəb olur
  • 10-10-2025, 20:25
    İrəvandan Putin-Paşinyan mübahisəsinə rəsmi münasibət - Kim düz deyir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə