Neft istehsal edən aparıcı dövlətlər arasında həlledici danışıqlar ərəfəsində dünya bazarlarında neftin qiyməti son altı həftə ərzində ən aşağı səviyyəyə düşüb.
Ailehekimiklinikasi.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
London birjasında “Brent” markalı neftin avqust tədarükü (füçers) üzrə qiyməti 1,13 faiz azalaraq, 72,61 dollara düşüb.
Nyu-York əmtəə birjasında isə elektron sövdələr əsasında “WTI” markalı neftin iyul ayı üzrə tədarük qiyməti 1,98 faiz ucuzlaşıb və nəticədə bir bareli 63,77 dollar olub.