Hipertireoz; endokrin sindromlara aid edilir. Bu zaman qalxanvari vəzi hüceyrələri çox miqdar tireoid hormon ifraz edir (tiroksin, triyodtironin). Orqanizmdə metabolik prosesləri stimulyasiya edərək onun gedişini dəfələrlə artırmış olur. Əsasən bu patalogiya tireoidit, qalxanvari vəzin xərçəngi, diffuz toksiki zob kimi xəstəliklərin əlamətləri kimi özünü göstərir. Xəstəliyin kliniki əlamətləri kimi əsəbilik, ürəkdöyünmə, tərləmə, əllərin əsməsi, kəskin arıqlama təngnəfəslik, göz qapaqlarında piqmentasiya, göz almalarının qabarması, ishal və s. göstərmək olar.