Liviya milli hökuməti Türkiyədən rəsmi olaraq hərbi yardım istəyib.
Reuters-in yaydığı məlumata görə, rəsmi Tripoli “havadan, qurudan və dənizdən yardım” xahişi edib.
Qeyd edək ki, Liviya hökuməti paytaxt Tripoli uğrunda döyüşlərin şiddətlənəcəyi halda, Türkiyədən rəsmi şəkildə hərbi dəstək istəyəcəyini açıqlamışdı.