• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Artrit ağırlaşmasını yüngülləşdirən 2 qida...
Yaponların "60 saniyə qaydası" hər şeyi dəyişir
Apreldən gündüz pəncərələri açmayın: Səbəbi budur
İranın yeganə xilası budur: Türklər hakimiyyətə qayıdır
Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
Yerişdə qəfil dəyişiklik xərçəngdən ola bilər
Netanyahu elan etdi – Daha 4 ölkə İrana qarşı birləşir
İranla bağlı plan fiaskoya uğradı – Daha iki ölkə geri çəkilir
Diş müalicəsində hepatitə yoluxduğunu necə bilmək olar?
Kimsəyə izn verməyəcəyik ki... - Ərdoğan
Zəncanda məscid vuruldu: 4 ölü, 26 yaralı
Hansı içkilər mədəaltı vəzi xərçəngi yaradır?
Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlı
NATO-dan çıxmağı düşünürəm, Putin də bunu bilir – Tramp
Yanından keçirik, amma şəfasını bilmirik
Niyə axşam pul vermək olmaz? - Təhlükəli inanc
Mədə xərçəngi xəstələrinin 5 ortaq xüsusiyyəti aşkarlandı
Borc pul verənlərin nəzərinə - Mühüm xəbərdarlıq
Rus ordusu Luqanskı tamamilə işğal etdi
Əl titrəməsi niyə baş verir? Müalicə üsulları hansılardır?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bakıda quraşdırılan bu aparat hamıya pul paylayır - FOTO

Xəbərlər

22-11-2019, 13:03

Bakıda quraşdırılan bu aparat hamıya pul paylayır - FOTO



Ekspertlər bildirirlər ki, özəl lombard olan “Azpulmat”dan borc alanlar daha çətin duruma düşə bilərlər, aparatdan borc götürənlərin çoxu işsizlərdir...
Bakıda son günlər bir neçə yerdə insanlara “pulsuz pul” paylayan aparatlar quraşdırılıb. Belə ki, Nizami rayonu ərazisində bir neçə yerdə quraşdırılan bu aparatlardan istənilən adam şəxsiyyət vəsiqəsini, barmaq izini quraşdırılan aparata daxil etməklə, 20 manat məbləğində borc pul ala bilər.

Cihaz pul çıxarılan tərəfi çölə olmaqla, iri supermarketlərin içərisində quraşdırılıb. Üzərində “Azpulmat” sözləri yazılan aparat kənardan bankomata bənzəsə də, funksiyası yuxarıda da qeyd etdiyimiz kimi borc pul verməkdir.

“Yeni Müsavat”ın əməkdaşı kimi quraşdırılan aparatların birinin önündə olduğumuz zaman bəzi məlumatları əldə edə bildik. Müşahidə etdik ki, aparatdan borc istəməyə gələn insanların çoxu işsizlərdir. Onların bir neçəsi ilə söhbət etdiyimiz zaman bildirdilər ki, aparatdan çox razıdırlar. Çünki qohumlarından, tanışlarından ala bilmədikləri borcu, bu dəmir parçası onlara 30 saniyə içərisində verir. Bəs nəyin qarşılığında?

Bu sualın cavabına keçməzdən öncə yenə də aparatdan borc almağa gələnlərin fikirlərinə nəzər salaq. Belə ki, söhbət etdiyimiz şəxslərdən biri bildirdi ki, aparatdan 20 manat borc almağa gəlib. Ancaq bu borcu qaytarmaq fikrində deyil. Söylədi ki, bu gün camaatın banklara nə qədər borcu var və onlarla müqayisədə 20 manat nədir ki...

Borc alan şəxslərin əksəriyyəti ali təhsili olmayan insanlar idi. Onlar hesab edirdilər ki, bu pulu onlara Mərkəzi Bank verir. Bir-biriləri ilə söhbətləri əsasında hələ belə cümlələr də işlədirdilər: “Allah Milli Bankın (Mərkəzi Bank) yiyəsinə kömək olsun. İndiki zamanda qardaşın-qardaşa etmədiyi yaxşılığı bizə edir.

Gürcüstanda bu aparatlardan çox görmüşük. Ancaq Azərbaycanda yox idi. 20 manat verir, 5 günün içərisində 21 manat qaytarmalısan. Qaytarandan sonra 40 manat götürmək olur. Bu aparatın hesabına evimizə çörək aparırıq. Nəyi pisdir ki? Belə getsə, aparatı insanlar əziz adamları qədər çox istəyəcəklər...” Bu, aparatı Mərkəzi Bankın bankomatı zənn edən sadə vətəndaşların fikirləri idi.

Bəs həqiqətdə necədir?

Əvvəla, qeyd edək ki, aparatlar 10 gündən çoxdur ki, Bakı ərazisində quraşdırılıb. Lakin bu barədə sosial şəbəkələrdə, mətbuatda geniş məlumat yoxdur. Araşdırmamız nəticəsində bir neçə iqtisadi ekspertlə də əlaqə saxladıq. Onlar da bu cür aparatın mövcudluğundan bixəbər olduqlarını bildirdilər. Borc pul almağa gələnlər isə söylədilər ki, bu barədə məlumatı dost-tanışlarından alıblar.

Dost-tanışlar hesabına bu gün aparatların qarşısında uzun növbələr əskik olmur. Aparatlarla bağlı “azpul.az” saytında bəzi informasiyalar yerləşdirilib. Sayt bu aparatı quraşdıran şirkətə aiddir və tam işlək vəziyyətdə deyil. Lakin oradan bəzi məlumatları əldə etmək mümkündür.

Saytda müştərilərin əlaqə saxlaması üçün nömrə də qoyulub. Həmin nömrə ilə əlaqə saxlayıb, bu aparatların hansı banka aid olduğunu öyrənməyə çalışdıq. Bildirildi ki, aparatlar heç bir banka aid deyil: “Bu, sadəcə olaraq, lombarddır və heç bir banka aid deyil”-deyə, bildirildi.

Aparatların işləmə prinsipinə gəlincə, daha detallı qeyd edək ki, borc almaq istəyən şəxs şəxsiyyət vəsiqəsinin hər iki üzünü terminala tanıdır. “Azpul.az” saytında yazılanlara görə aparatda heç bir insan amili yoxdur: “O, sizin icazəniz olmadan sənədlərinizin surətlərinə əsasən adınıza borc rəsmiləşdirmir. Sizin bütün şəxsi məlumatlarınız isə şirkətin qorunan serverlərində saxlanır və etibarlı şifrələmə alqoritmləri ilə qorunur”-deyə, saytda bildirilir.

Şəxsiyyət vəsiqəsindən başqa borc alanın aparat tərəfindən barmaq izi götürülür, fotosu çəkilir. Minimum 5, maksimum isə 21 gün müddətinə borc pul verilir. 5 gün ərzində 20 manat və üstə gəl də 1 manat əlavə faizini qaytaran şəxs, bu dəfə 40 manat məbləğində borc ala bilir. Beləcə bu məbləğ 1000 manata qədər qalxır. Borcu götürən zaman bütün məlumatları daxil etdikdən sonra bir də mobil nömrənizi də yazırsınız. Nömrəyə xüsusi şifrə göndərilir və bundan sonra şifrəni yazıb, pulu çəkmək olur. Eyni nömrə, şəxsiyyət vəsiqəsi ilə borcu qaytarmadan növbətisini almaq mümkün deyil.

Ekspertlər bildirirlər ki, əslində bu sistem olduqca təhlükəlidir. Çünki əməliyyatın kim tərəfindən aparılması, hansı serverdə saxlanılması məlum deyil. Ona görə də insanların şəxsi məlumatları kimlərinsə əlinə keçir. Ekspertlər hesab edirlər ki, bu, insanlar üçün əlavə problemlərə yol aça bilər. Bundan əlavə, söhbət etdiyimiz şəxslərin əksəriyyəti borcu qaytarmaq fikrində deyildilər. Növbədə dayanan şəxslərin çoxu işsiz olduqlarını bildirirdilər. Bu isə onu deməyə əsas verir ki, proses ölkədə borclu vətəndaşların sayını bir qədər də artıra bilər.

Əldə etdiyimiz məlumata görə, məsələ ilə bağlı müvafiq qurumlar araşdırmaya başlayıblar və yaxın zamanlarda həmin qurumlar tərəfindən ictimaiyyətə açıqlama veriləcək.
Bakıda quraşdırılan bu aparat hamıya pul paylayır - FOTO

Oxunub: 1 284
Paylaş:
Digər xəbərlər

Xəbərlər

8-11-2019, 13:25

Bakı Metrosunda İLK - İkimərtəbəli stansiya tikilir

Xəbərlər

20-09-2019, 14:10

Millət vəkili borca görə deputat vəsiqəsini GİROV QOYUB - FOTO

Səhiyyə

13-03-2019, 13:47

Uşaqlarda eşitmə problemləri - SƏBƏBLƏR VƏ MÜALİCƏ

Xəbərlər

27-02-2019, 12:27

Bakıda qadın özünü maşının altına atdı

Səhiyyə / Maraqlı

11-02-2019, 02:03

Pediatr xəbərdarlıq etdi: Uşaqlara işgəncə verirlər

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Artrit ağırlaşmasını yüngülləşdirən 2 qida...
Yaponların "60 saniyə qaydası" hər şeyi dəyişir
Apreldən gündüz pəncərələri açmayın: Səbəbi budur
İranın yeganə xilası budur: Türklər hakimiyyətə qayıdır
Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
Yerişdə qəfil dəyişiklik xərçəngdən ola bilər
Son xəbərlər
  • Bu gün, 09:03
    Artrit ağırlaşmasını yüngülləşdirən 2 qida...
  • Dünən, 22:20
    Yaponların "60 saniyə qaydası" hər şeyi dəyişir
  • Dünən, 21:30
    Apreldən gündüz pəncərələri açmayın: Səbəbi budur
  • Dünən, 20:34
    İranın yeganə xilası budur: Türklər hakimiyyətə qayıdır
  • Dünən, 19:10
    Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
  • Dünən, 18:24
    Yerişdə qəfil dəyişiklik xərçəngdən ola bilər
  • Dünən, 17:00
    Netanyahu elan etdi – Daha 4 ölkə İrana qarşı birləşir
  • Dünən, 16:47
    İranla bağlı plan fiaskoya uğradı – Daha iki ölkə geri çəkilir
  • Dünən, 15:49
    Diş müalicəsində hepatitə yoluxduğunu necə bilmək olar?
  • Dünən, 14:28
    Kimsəyə izn verməyəcəyik ki... - Ərdoğan
  • Dünən, 13:14
    Zəncanda məscid vuruldu: 4 ölü, 26 yaralı
  • Dünən, 12:12
    Hansı içkilər mədəaltı vəzi xərçəngi yaradır?
  • Dünən, 11:33
    Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlı
  • Dünən, 10:11
    NATO-dan çıxmağı düşünürəm, Putin də bunu bilir – Tramp
  • Dünən, 09:08
    Yanından keçirik, amma şəfasını bilmirik
  • 1-04-2026, 22:44
    Niyə axşam pul vermək olmaz? - Təhlükəli inanc
  • 1-04-2026, 21:42
    Mədə xərçəngi xəstələrinin 5 ortaq xüsusiyyəti aşkarlandı
  • 1-04-2026, 20:37
    Borc pul verənlərin nəzərinə - Mühüm xəbərdarlıq
  • 1-04-2026, 19:22
    Rus ordusu Luqanskı tamamilə işğal etdi
  • 1-04-2026, 18:54
    Əl titrəməsi niyə baş verir? Müalicə üsulları hansılardır?
  • 1-04-2026, 17:41
    İranın bu ölkədəki səfiri öldürüldü
  • 1-04-2026, 16:09
    23 il sonra regionun taleyini dəyişən əməliyyat – Ermənilər bunu gözləmirdi
  • 1-04-2026, 15:36
    Hashimoto xəstəliyinin əlamətləri və təbii müalicə yolları
  • 1-04-2026, 14:12
    ABŞ İranı bu ölkələrin əli ilə vurmaq istəyir – 35 illik həmlə təkrarlanır
  • 1-04-2026, 13:46
    Bu tarixdə qısaldılmış iş günü OLACAQ
  • 1-04-2026, 12:36
    Ödemin gözlənilməz səbəbi aşkarlandı: hansı qidalar şişkinliyi artırır?
  • 1-04-2026, 11:20
    İsraildə fələstinlilərlə bağlı rezonans doğuran qərar – O qanunda nə yazılıb?
  • 1-04-2026, 10:35
    “Ukraynanın iki ay vaxtı qalıb” – Putindən Zelenskiyə ultimatum
  • 1-04-2026, 09:09
    Qozun faydaları və zərərləri
  • 31-03-2026, 22:32
    Sosial mediadakı bu mövzular insanları xəstə edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə