Rusiyanın Krasnodar vilayətində xüsusi təyinatlı qüvvələr məşhur kriminal avtoritet "Kostya Kanskiy”in evinə basqın edib.
Metbuat.az Rusiya mediasına istinadən xəbər verir ki, əsl adı Konstantin Neybauer olan avtoritetin Krosnadarın kənarındakı bağ evinə daxil olan xüsusi tyinatlılar onu həbs ediblər. Bildirilir ki, on illərdə aktivlik göstərməməyə çalışan Neybauer Rusiyada qəbul edilmiş yeni qanuna əsasən tutulub.
Qeyd edək ki, "Kostya Kanskiy"ə qarşı daha əvvəl bir neçə dəfə sui-qəsd təşkil edilib və o, hər dəfə sağ qalmağı bacarıb.