Rusiya Xüsusi Təyinatlılarının əməliyyat zamanı düşdüyü vəziyyət ictimaiyyət arasında gülüş obyektinə çevrilib.
Redaktor.az “Yeni Akit”ə istinadən xəbər verir ki, onlar cinayət törətməkdə şübhəli bilinən şəxsi ələ keçirmək üçün evinə basqın ediblər.
Xüsusi Təyinatlılar evə qapıdan girmək yerinə pəncərədən daxil olmağa çalışıblar. Polislərdən biri pəncərəni qıraraq içəri girmək istəyərkən aşıb, onu aşağıdakı polislər tutublar.
Daha sonra çəkiclə pəncərəni qıraraq içəri girmək istəyiblər. Bu zaman prosesləri içəridən təəccüblə izləyən ev sahibi pəncərəni açaraq polisin içəri girməsinə şərait yaradıb.
Polislərin düşdüyü vəziyyət sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.