• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İybilmə və dadbilmə nə vaxt itir?
Siqaret çəkənlərin qənimi - xroniki obstruktiv ağ ciyər xəstəliyi
Ərdoğan NATO liderlərinə niyə döyüş revolverləri hədiyyə edib? - Əsas mesaj bu imiş...
İran ətrafında qarışıq durum – Sülh niyə savaşa döndü?
Qandakı yağları əridən bitkilər - Siyahı
Gələn il NATO sammitinə ev sahibliyi edəcək ölkə açıqlandı
Bakıda ev qiymətlərində kəskin dəyişiklik – Bahalığın əsas səbəbi bilindi
Eyni vaxtda bir neçə dərmanı içmək olarmı?
İran ətrafında yeni vəziyyət: Ərdoğan Trampın fikrini dəyişə biləcək?
Qara dənizdə birgə addım: Üç ölkə razılaşdı
Artrit, duzlaşma və revmatizm üçün - Möhtəşəm RESEPT
Dünyada hər 10 saniyədə bir uşaq aclıqdan ölür
Paşinyan Rusiya səfərindən narazı qayıtdı - SƏBƏB
Ağcaqanad dişləyibsə... Qaşınma və şişkinliyi azaldan 7 sadə vasitə
Smartfonlar tək gözləri deyil, bütün bədəni zədələyir
Ürəyə zərər verən sağlam qidalar
Netanyahunu Türkiyə xofu basıb: İsterik açıqlama verdi
İranı gözləyən yeni “imtahan” – Xameneinin dəfnindən sonra gözlər iki fiqura çevrildi
Prostat vəzinin adenoması - xoşxassəli şişdir
Ankara zirvəsindən CAATSA MÜJDƏSİ - “F-35” satışı isə...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

"Paşinyan “qırmızı xətti” keçir" — Deputat

Xəbərlər

17-08-2019, 13:58

"Paşinyan “qırmızı xətti” keçir" — Deputat


"Son il yarımda erməni iş adamları Ermənistandan iki milyard dollardan artıq sərmayələrini çıxarıblar"

“Azərbaycanın dünya birliyində mövqeyi möhkəmlənib, ədalətli mövqeyi dəstəkləndikcə, işğal altında olan torpaqların danışıqlar yolu ilə azad olunması inamı gündən-günə artır. Artıq bölgədə marağı olan və münaqişənin həllində vasitəçi ölkələrin də bu məsələdəki sərgilədiyi mövqelərdə dəyişikliklərin yaranması Ermənistanı ciddi narahat etməyə başlayıb. Ermənistan rəhbərliyi bunu anlayır və ciddi narahatlıq, təlaş içərisindədirlər. Ona görə də erməni hiyləgərliyini işə salıb, hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışırlar”.

Demokrat.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İlham Məmmədov Paşinyan və onun komandasının Azərbaycan torpaqlarına iddiasını və işğalçılıq siyasətini açıq formada bəyan etməsinə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Paşinyan qəsdən belə fikirlər səsləndirməklə Azərbaycanı qıcıqlandırıb, emosiyaları ilə oynayıb, təxribata sövq etmək istəyir.

“Onun Qarabağın Ermənistan ərazisi deməsi danışıqlar prosesini pozmaq üçün bir bəhanə və erməni hiyləgərliyinin təzahürüdür. Azərbaycan tərəfi də bunu yaxşı anlayır və özünü təmkinli aparır. Baxmayaraq ki, Paşinyanın səsləndirdiyi fikirlər “qırmızı xətti” keçir. Ancaq yenə də Azərbaycan tərəfi Ermənistan rəhbərliyinin məsuliyyətsiz, populist müəyyən məqsədlərə xidmət edən bəyanatlarına soyuqqanlı və təmkinlə yanaşaraq, öz siyasətini yürütməkdə davam edir. Belə təmkinli davranış, əslində, Azərbaycanın dünyadakı nüfuzunu bir daha artırır. Azərbaycanın sülhə sədaqətinin nümayişi kimi dəyərləndirilir”- deputat bildirib.

İ.Məmmədov əlavə edib ki, bu gün Azərbaycan işğal altında olan torpaqları işğaldan azad etməyə hazırdır və buna qadir ordusu vardır.

“Azərbaycan ordusu Ali Baş Komandanın əmrini gözləyir ki, qısa zamanda torpaqları işğaldan azad etsin. Buna baxmayaraq, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşaraq, münaqişənin danışıqlar yolu ilə sona çatdırılmasına çalışır və siyasətini bu istiqamətdə davam etdirməkdə israrlıdır. Təbii ki, danışıqlar nəticə verməzsə, o zaman digər alternativlərdən istifadə etməklə münaqişə həll olunacaq”- deputat qeyd edib.
Deputat onu da əlavə edib ki, Paşinyan hakimiyyətə gəldiyi gündən verdiyi vədlərin heç birinə əməl etmədiyindən reytinqi ciddi çəkildə azalıb.

“Ona görə də belə dövlət başçısına yaraşmayan məsuliyyətsiz, populist bəyanatlar verməklə vaxt qazanmağa, eyni zamanda bu fikirlərdən daxili siyasətdə öz maraqları üçün istifadə edir.

Burada digər bir məqama da diqqəti cəlb etmək istərdim. Bu gün Ermənistanda hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, işğalçılıq siyasəti bu ölkəni dünyadan təcrid vəziyyətinə salıb. Paşinyan hakimiyyəti bunun bariz nümunəsidir. İşğalçılıq siyasəti nəticəsində Ermənistan bölgədə reallaşdırılan bütün irimiqyaslı iqtisadi, enerji, kommunikasiya, tranzit, yükdaşıma layihələrindən kənarda qalıb. Ermənistanın üzləşdiyi bu ağır durum isə ölkənin həm sabiq prezidentləri, həm də indiki hakimiyyət tərəfindən etiraf olunmaqdadır.

Ermənisandan fərqli olaraq Azərbaycan bölgədə reallaşan irimiqyaslı, transmilli layihələrin ya təşəbbüskarı , ya da aktiv iştrikaçısı olub. Prezidentin uzaqgörən və düşünülümüş siyasəti nəticəsində Azərbaycan enerji və logistik bir qovşağa çevrilib. Bunu dünyanın aparıcı ölkələri də Azərbaycanın belə mühüm layihələrin reallaşdırılmasındakı müstəsna rolunu hər zaman müsbət dəyələndiriblər və bunu çıxışlarında qeyd ediblər.

Bir məqamı da qeyd etmək istərdim ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistanın işğalçılıq siyasətinə alternativ olaraq yürütdüyü uğurlu enerji və iqtisadi diplomatiyası nəticəsində Ermənistan iqtisadi cəhətdən investorlar üçün əhəmiyyətsiz, maraqsız bir ölkəyə çevrilib. Hətta ermənilər özləri belə bu ölkənin perspektivini görmədiklərindən sərmayə qoymaqda ehtiyat edir və yaxud da heç qoymurlar. Vəziyyət o həddə çatıb ki, Ermənistana investisiya qoyan erməni iş adamları öz sərmayələrini bu ölkədən çıxarırlar. Bunu Ermənistanın rəsmi statistikası da etiraf etməkdədir. Ermənistanın rəsmi statistikasına əsasən, son il yarımda bu ölkədən erməni iş adamları iki milyard dollardan artıq sərmayələrini çıxarıblar. Əhali gələcəyinə ümidsiz olduğundan ölkəni tərk edir. Bütün bunlar ölkəyə rəhbərlik edənləri ciddi narahat edir və ona görə də belə məsuliyyətsiz, populist bəyanatlarla erməni cəmiyyətini aldatmağa çalışırlar”-deputat bildirib.

Deputat bildirib ki, Paşinyan və onun komandasının yaxın hədəflərə xidmət edən bu bəyanatları ilk növbədə Ermənistanın maraqlarına ziddir və onun ziyanına işləyir:

“Bu cür bəyanatlarla Paşinyan hakimiyyəti təkcə Ermənistanı deyil, bütövlükdə bölgəni təhlükəyə sürükləyir. Onun bu məsuliyyətsiz bəyanatları bölgədəki mövcud kövrək sabitliyə və təhlükəsizliyə ciddi təhdid yaradır. Ona görə də beynəlxalq aləm, ələlxüsus da Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədr ölkələri ciddi reaksiya verib, Ermənistanı konstruktiv mövqe sərgiləməyə vadar etməlidirlər. Onlar Ermənistanın bu açıq işğalçılıq siyasətinə siyasi və hüquqi qiymət verib, onunla işğalçı dövlət kimi davranmalıdır. Əks təqdirdə gələcəkdə baş verə biləcək hər hansı xoşagəlməz hadisələrə biganə mövqe sərgilədiklərinə görə MQ həmsədr ölkələri məsuliyyət daşımalı olacaqlar.

Dövlət başçısı da dəfələrlə bəyan edib ki, Azərbaycanın səbri sonsuz deyil. Artıq Ermənistanın “qırmızı xətti” keçməsi Azərbaycanın səbr kasasını doldurmaqdadır. O baxımdan nə qədər gec deyil, Ermənistan özü konstruktiv mövqe sərgiləyərək, işğaçılıq siyasətindən əl çəkməlidir. Münaqişənin həllindəki vasitəçi ölkələr Ermənistanın işğalçılıq siyasətinə son vermək üçün konkret addımlar atmalıdır”

Oxunub: 1 348
Paylaş:
Digər xəbərlər

Xəbərlər

12-08-2019, 01:11

"Paşinyan klonluq edir. Əslində, qırılan erməni əsgərləri və gəncləridir..." - Millət vəkili

Xəbərlər

7-08-2019, 15:39

Rəsmi Bakı hərəkətə keçir — Ermənilər TƏŞVİŞDƏ

Xəbərlər

23-05-2019, 12:13

"Paşinyan Azərbaycana meydan verir. Hücum edin..." - Ermənistandan SENSASİON AÇIQLAMA

Xəbərlər

18-03-2019, 09:10

ŞOK AÇIQLAMA: Ermənistan təslim oldu

Manşet / Xəbərlər

9-07-2018, 12:38

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün vaxtı açıqlandı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İybilmə və dadbilmə nə vaxt itir?
Siqaret çəkənlərin qənimi - xroniki obstruktiv ağ ciyər xəstəliyi
Ərdoğan NATO liderlərinə niyə döyüş revolverləri hədiyyə edib? - Əsas mesaj bu imiş...
İran ətrafında qarışıq durum – Sülh niyə savaşa döndü?
Qandakı yağları əridən bitkilər - Siyahı
Gələn il NATO sammitinə ev sahibliyi edəcək ölkə açıqlandı
Son xəbərlər
  • Bu gün, 22:14
    İybilmə və dadbilmə nə vaxt itir?
  • Bu gün, 21:55
    Siqaret çəkənlərin qənimi - xroniki obstruktiv ağ ciyər xəstəliyi
  • Bu gün, 20:19
    Ərdoğan NATO liderlərinə niyə döyüş revolverləri hədiyyə edib? - Əsas mesaj bu imiş...
  • Bu gün, 19:37
    İran ətrafında qarışıq durum – Sülh niyə savaşa döndü?
  • Bu gün, 18:48
    Qandakı yağları əridən bitkilər - Siyahı
  • Bu gün, 17:46
    Gələn il NATO sammitinə ev sahibliyi edəcək ölkə açıqlandı
  • Bu gün, 16:15
    Bakıda ev qiymətlərində kəskin dəyişiklik – Bahalığın əsas səbəbi bilindi
  • Bu gün, 15:51
    Eyni vaxtda bir neçə dərmanı içmək olarmı?
  • Bu gün, 14:47
    İran ətrafında yeni vəziyyət: Ərdoğan Trampın fikrini dəyişə biləcək?
  • Bu gün, 13:57
    Qara dənizdə birgə addım: Üç ölkə razılaşdı
  • Bu gün, 12:40
    Artrit, duzlaşma və revmatizm üçün - Möhtəşəm RESEPT
  • Bu gün, 11:46
    Dünyada hər 10 saniyədə bir uşaq aclıqdan ölür
  • Bu gün, 10:23
    Paşinyan Rusiya səfərindən narazı qayıtdı - SƏBƏB
  • Bu gün, 09:04
    Ağcaqanad dişləyibsə... Qaşınma və şişkinliyi azaldan 7 sadə vasitə
  • Dünən, 22:09
    Smartfonlar tək gözləri deyil, bütün bədəni zədələyir
  • Dünən, 21:34
    Ürəyə zərər verən sağlam qidalar
  • Dünən, 20:04
    Netanyahunu Türkiyə xofu basıb: İsterik açıqlama verdi
  • Dünən, 19:21
    İranı gözləyən yeni “imtahan” – Xameneinin dəfnindən sonra gözlər iki fiqura çevrildi
  • Dünən, 18:23
    Prostat vəzinin adenoması - xoşxassəli şişdir
  • Dünən, 17:37
    Ankara zirvəsindən CAATSA MÜJDƏSİ - “F-35” satışı isə...
  • Dünən, 16:51
    Dünyada yayılmışdı, Azərbaycanda da oldu: Minlərlə insanı sevindirəcək QANUN
  • Dünən, 15:19
    Yüksək qan təzyiqini azaltmaq üçün RESEPT
  • Dünən, 14:06
    “Heç bir gizli təmas olmayıb” - Kreml Avropa liderindən ZƏNG GÖZLƏYİR
  • Dünən, 13:43
    Ərdoğandan müharibə açıqlaması: “Ukrayna, İran və Qəzza ilə bağlı…”
  • Dünən, 12:12
    Panik atakdan ölmək mümkündürmü?
  • Dünən, 11:41
    Azərbaycan-Rusiya xəttində yeni gərginlik – Moskvadan Bakıya mesaj var…
  • Dünən, 10:27
    Nüvə silahı hərəkətə gətirildi, 4 ölkədə vəziyyət qarışdı – Yeni təhlükə…
  • Dünən, 09:00
    Razyananın hansı faydaları var?
  • 7-07-2026, 22:00
    Bu bitkinin yağı depressiyanın dərmanıdır - Türk həkimlər
  • 7-07-2026, 21:07
    Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə