Suriyanın Hələb vilayətinin Azez mahalında türk əsgərlərinə hücum edən terrorçuların hamısı məhv edilib.
Ailehekimiklinikasi.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin Müdafiə Nazirliyindən bildirilib.
“PKK/YPG terror təşkilatının bu gün həyata keçirdiyi terror hücumundan sonra yerləri müəyyən edilən terrorçular ağır silahlarla vurularaq zərərsizləşdirilib”, - açıqlamada deyilir.
Qeyd edək ki, PKK/PYD terrorçularının hücumu nəticəsində türk ordusunun 1 əsgəri şəhid olub, daha 4 əsgəri yaralanıb.