Donald Trampın Pekinin seçkilərə müdaxilə etdiyi ilə bağlı iddialarına baxmayaraq, Çin prezidenti Si Cinpinin sentyabr ayında ABŞ-a səfərinə hazırlıqlar davam edir.
Publika.az “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
"Səfərin sentyabr ayında baş tutacağını gözləyirik", - deyə Rubio bildirib.
Diplomat əlavə edib ki, Pekin səfərə hazırlıq məqsədilə nümayəndələrini Vaşinqtona göndərməyə davam edir.
İyulun 17-də televiziya ilə xalqa müraciəti zamanı Tramp iddia edib ki, ABŞ-dakı "dərin dövlət"in nümayəndələri Çinin seçkilərə müdaxiləsinin miqyası barədə məlumatları ölkə rəhbərliyindən və amerikalılardan gizlədiblər.