“İsrail Yaxın Şərqdə istənilən ssenariyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin baş nazirinin müşaviri Dmitri Gendelman deyib.
Livan, Suriya və Qəzza zolağında təhlükəsizlik zonaları ilə bağlı suala cavab verən rəsmi bildirib ki, İsrail ordusu ölkə vətəndaşlarını qorumaq üçün hazırkı mövqelərində qalacaq.
Bu həftə mediada yayılan məlumatlara görə, Türkiyə ilə İsrail arasında bir neçə istiqamətdə — Qəzza zolağındakı müharibə, Suriyadakı vəziyyət və Ankaranın F-35 proqramına mümkün qayıdışı məsələləri üzrə gərginlik davam edir.
İsrailin baş naziri Benyamin Netanyahu Amerikanın beşinci nəsil qırıcı təyyarələrinin Türkiyəyə verilməsinə qarşı kəskin çıxış edib. Siyasətçi xəbərdarlıq edib ki, bu addım Yaxın Şərqdə qüvvələr balansını poza bilər.
“Axios” nəşrinin məlumatına görə, o, ABŞ prezidentindən şəxsi söhbət zamanı da eyni xahişi edib. KİV iddia edir ki, ABŞ lideri İsrailin bu məsələyə müdaxilə cəhdlərindən narazı qalıb.