Ermənistan ordusunun hərbi qulluqçusu 19 yaşlı Sipan Melkonyan qoşunların təmas xəttində aldığı güllə yarasından ölüb.
Ailehekimiklinikasi.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Hadisə bu gün səhər saat 07:30-da baş verib.
Xatırladaq ki, mayın 30-da erməni snayperinin açdığı atəş nəticəsində Azərbaycan ordusunun mayoru Aqil Omarov şəhid olmuşdu.