Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bu ayın ikinci ongünlüyünün sonuna kimi davam edəcək.
Ailehekimiklinikasi.az xəbər verir ki, bu fikirləri oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv xarakterli olacağı ehtimalı var.
“Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Proqnozlaşdırıldığı kimi, temperaturlar ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enib”, - G.Məmmədova əlavə edib.