Sərhəddə panika: ABŞ-ın zərbə qrupu İrana yaxınlaşır
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi və onu müşayiət edən zərbə qrupu Yaxın Şərqdə yerləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The İndependent” məlumat yayıb. Qeyd olunub kiŞ gəminin İran sərhədinə təxminən 400 kilometr məsafəyə qədər yaxınlaşdığı bildirilir.
Rəsmi Vaşinqton bu addımı bölgədə təhlükəsizliyin təmin edilməsi və ABŞ maraqlarının qorunması ilə izah edir.
Nəşr bildirir ki, ABŞ rəsmiləri hərbi mövcudluğun artırılmasının preventiv xarakter daşıdığını qeyd etsələr də, regionda gərginliyin artdığı diqqət çəkir.