Avropa İttifaqı ölkələri Rusiya ilə dialoq formatı ilə bağlı razılığa gələ bilməyiblər.
Publika.az xəbər verir ki, bu barədə "İzvestiya" Aİ diplomatına istinadla yazır.
Nəşrin həmsöhbətinin sözlərinə görə, Avropa İttifaqı Rusiya ilə dialoqa açıqdır, lakin qarşılıqlı fəaliyyətin hər hansı konkret formatı qəbul edilməyib.
"Biz hələ belə danışıqların başlanması mərhələsində deyilik. Gələcək format nə olursa olsun, avropalıların Ukraynadakı vəziyyətin nizamlanması prosesində iştirakı qaçılmazdır", - deyə o əlavə edib.
İyunun sonunda Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirmişdi ki, Avropa İttifaqının Rusiya ilə danışıqlar aparması üçün hələ vaxt çatmayıb.
Onun fikrincə, Avropada Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar kontekstində gələcək addımlar haqqında düşünən qrupların toplanmasında pis heç nə yoxdur. Lakin Valtonen əlavə edib ki, bu zaman Avropanın danışıqlar üçün imkanlar axtardığı təəssüratı yaranmamalıdır.