İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilindəki Nablus şəhərində hərbi əməliyyatları genişləndirməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə ÇAXAL-ın məlumatında deyilir.
"İsrail əsgərləri cümə günü onlarla fələstinli və İsrail mülki vətəndaşı arasında baş verən zorakı toqquşmalarda iştirak edən şəxsləri müəyyən etmək və həbs etmək məqsədi ilə Nablusda əməliyyatı genişləndirməyə hazırlaşır", - deyə bildirilib.