İran münaqişə ilə bağlı ABŞ-la danışıqlar aparmaq üçün İslamabada getməkdən heç vaxt imtina etməyib.
Axar.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı X hesabında yazıb.
“İranın mövqeyi ABŞ mediası tərəfindən təhrif olunur. Biz Pakistana səylərinə görə dərin minnətdarıq və heç vaxt İslamabada getməkdən imtina etməmişik”, - o bildirib.