• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İntensiv qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Təxribat baş tutmadı: Ermənilər kütləvi şəkildə Azərbaycan benzini alır
Ürəyi xəstə olanlar, nə qədər yağ yeyə bilər?
Sink hansı qidalarda var?
Ev açarını duzla ovuşdurun - Səbəbi
Cinsi istək artırmağın 10 yolu
Patent almaq asanlaşır? - YENİ QAYDALAR
Pezeşkianı sevindirəcək xəbər: “Əliyev bunu etsə, hər şey dəyişəcək”
Dodaq çatlamasının səbəbi nədir?
Ukraynanın gələcəyi ilə bağlı vacib proqnoz: Nələr baş vercək?
Bu tarixdə qısa iş günü olacaq
Bilək ağrısının səbəbləri hansılardır? - Evdə müalicə wsulları
İsraildən İrana ağır zərbə: SEPAH komandanı belə məhv edildi
Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı vacib açıqlama: Rusiyasız da edə bilərik
Nazirlikdən əhaliyə çağırış - Uşaqlar risk altındadır, böyüklər isə...
Suriyada İŞİD liderlərindən biri məhv edildi
II Qaregini kimin əvəz edəcəyinə Ərdoğan qərar verəcək?
Dəri niyə qaşınır? – 15 ən yayılmış səbəb
Həkimlər uzunömürlülüyün ən vacib amilini müəyyən ediblər
Niyə səhərlər acqarına ilıq su içməliyik?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

DGK-dan qeyri-qanuni vəsaitlərin alınmasına - Sərt reaksiya

Xəbərlər

11-03-2019, 18:57

DGK-dan qeyri-qanuni vəsaitlərin alınmasına - Sərt reaksiya

Bəzi kütləvi informasiya vasitələrində idxal əməliyyatları zamanı xarici iqtisadi ticarət iştirakçılarına Mərkəzi Gömrük Ekspertizası İdarəsi və Bakı Baş Gömrük İdarəsində gömrük orqanları tərəfindən süni maneələr yaradıldığı, malların laboratoriyaya və anbara göndərilərək sahibkarlardan qeyri-qanuni vəsaitlərin tələb olunduğuna dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Ailehekimiklinikasi.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumat yayıb.

"Məlumatlarda idxal edilən malların guya məqsədli şəkildə ekspertizaya göndərildiyi, prosesin günlərlə davam etdiyi və bu müddət ərzində sahibkarların nəqliyyat şirkətlərinə əlavə vəsaitlər ödədiyi iddia olunur. Digər iddiaya görə isə sahibkarların idxal etdikləri mallar gömrük orqanları tərəfindən məcburi qaydada anbara göndərilir və burada həm yükləmə, həm də xidmət müqabilində onlardan qeyri-qanuni vəsaitlər alınır.

DGK bildirir ki, hər iki halda irəli sürülən iddialar tamamilə əsassızdır və gömrük qanunvericiliyinə uyğun olaraq həyata keçirilən proseslər qərəzli şəxslər və ya dairələr tərəfindən gömrük orqanlarının fəaliyyətinə kölgə düşürmək məqsədilə bilərəkdən yanlış şərh olunur.

Belə ki, idxal edilən hər hansı malın mənşə ölkəsi, təsnifat kodu və gömrük dəyəri haqqında gömrük orqanında şübhə yaranarsa, həmin mallar qanunvericiliyə görə Mərkəzi Gömrük Ekspertizası idarəsinə göndərilməlidir. Ekspertiza qanunla müəyyən olunan müddətdə başa çatdırılır və hər hansı qeyri-qanuni hal aşkar edilmədiyi təqdirdə sahibinə təhvil verilir.

Bu prosesin daha asan şəkildə həyata keçirilməsi və sahibkarların vaxt və əlavə vəsait itkisinə məruz qalmaması məqsədilə DGK sədri tərəfindən Gömrük Məcəlləsinin 50-ci və 322.2-ci maddələrinin müddəalarının tələblərindən irəli gələn məsələlərin icrası ilə əlaqədar ticarətin asanlaşdırılması üsullarından biri olan məcburi qərarların tətbiqinə dair sərəncam imzalanıb.

Gömrük Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə (mallar gömrük ərazisinə gətirilmədən öncə) gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər.

"Məcburi qərar" adlandırılan bu qərarlar həmin Məcəllənin 50.4-cü maddəsinə görə (bu Məcəllənin 50.5-ci maddəsinə əsasən ləğv edilən qərarlar istisna olmaqla), malların təsnifatına, mənşə ölkəsinə dair məcburi qərarlar qüvvəyə mindiyi tarixdən etibarən 3 (üç) il müddətində, malların gömrük dəyərinə və gömrük ödənişlərinin məbləğinə dair məcburi qərarlar isə qüvvəyə mindiyi tarixdən etibarən 1 (bir) il müddətində qüvvədə olur.

Yəni xarici iqtisadi fəaliyyət iştirakçısı idxal edəcəyi malın nümunəsini və mala dair məlumatları əvvəlcədən gömrük orqanına təqdim edir və aparılan araşdırma nəticəsində qəbul edilən qərara görə idxal edilən mallar maksimum 1 iş günü ərzində sahibinə təhvil verilir.

Bir nəqliyyat vasitəsində bir neçə sahibkara məxsus malların gömrük nəzarəti prosesi zamanı malların gömrük anbarına yönləndirilməsinə gəlincə, bu proses də gömrük qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir. Belə ki, qanunvericiliyə görə, bir nəqliyyat vasitəsində bir neçə sahibkara məxsus malların gömrük nəzarəti qanunvericiliklə müəyyən edilən gömrük anbarlarında həyata keçirilməlidir. Bu zaman sahibkar gömrük orqanlarına yalnız mallara dair bəyannamə üzrə nəzərdə tutulan vergi və rüsumları ödəyir. Həmin gömrük anbarlarının və orada göstərilən xidmətə görə alınan və ödənilən vəsaitlərin isə gömrük orqanlarına aidiyyəti yoxdur.

Onu da qeyd edək ki, gömrük sistemində aparılan islahatların əsas istiqamətlərindən biri idxal-ixrac əməliyyatlarının, gömrük nəzarəti və rəsmiləşdirilməsi proseslərinin sadələşdirilməsi, sürətləndirilməsidir. Bu məqsədlə tətbiq edilən "Yaşıl dəhliz" buraxılış sistemində malların hər hansı gömrük nəzarəti metodu tətbiq edilmədən birbaşa sahibkarların anbarlarına yönləndirilməsi və özləri tərəfindən boşaldılması və yüklənməsi nəzərdə tutulur.

Digər tərəfdən1 nəqliyyat vasitəsində bir neçə sahibkara məxsus müxtəlif təsnifat kodu altındakı malların idxalı zamanı malların sahibi və ya onun səlahiyyətli nümayəndəsi mallar barədə əvvəlcədən gömrük orqanına lazımi məlumatları təqdim edərsə həmin mallar da prioritet qaydada ən qısa vaxt ərzində gömrük rəsmiləşdirilməsindən keçirilərək sahibinə təhvil verilir.

Üstəlik, ticarətin asanlaşdırılmasını, sahibkar üçün münbit şəraitin yaradılmasını nəzərdə tutan bu yeniliklər və tətbiqlər barədə DGK-nın rəhbərliyi və aidiyyəti qurumları tərəfindən xarici iqtisadi fəaliyyət iştirakçıları ilə keçirilən görüşlərdə, Komitənin rəsmi internet səhifəsi, KİV, maarifləndirici videoçarxlar və digər vasitələrlə dəfələrlə məlumat verilib. Artıq 200-dən artıq xarici fəaliyyət iştirakçısı "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edərək malları birbaşa öz anbarına apara bilir.

Bundan başqa, DGK tərəfindən gömrük-sərhəd buraxılış məntəqələrinin yaxınlığında Ticarətin Asanlaşdırılması Mərkəzlərinin yaradılması ilə bağlı yeni layihə icra olunur. Belə ki, "Yaşıl dəhliz" istifadəçisi olmayan xarici fəaliyyət iştirakçılarının idxal etdikləri mallar bu mərkəzlərdə asan və sürətli şəkildə gömrük nəzarətindən keçirilərək sahibinə təhvil veriləcək.

Görülən işlərin, həyata keçirilən islahat və yeniliklərin müqabilində həqiqətə uyğun olmayan məlumatların yayımlanması, hətta daha irəli gedərək gömrük xidmətinin korrupsiya və rüşvətxorluqda ittiham edilməsi gömrük orqanlarının fəaliyyətinə qərəzli və məqsədli şəkildə kölgə düşürməkdən başqa bir şey deyil. Üstəlik, korrupsiya, rüşvət, bir sözlə, gömrük qanunvericiliyinin pozulması ilə bağlı faktları müəyyən edən şəxslər və bəzi dırnaqarası kütləvi informasiya vasitələri bu faktları ictimailəşdirmədən öncə, birbaşa aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər", - deyə məlumatda qeyd edilib.

Oxunub: 709
Paylaş:
Digər xəbərlər

Xəbərlər

11-09-2018, 22:19

DAHA BİR YÜKSƏK VƏZİFƏLİ MƏMUR HƏBS OLUNDU - Son Dəqiqə!

Manşet / Gündəm / Xəbərlər

18-05-2018, 08:36

Avtomobillərin gömrük nəzarəti qaydaları dəyişib

Manşet / Gündəm / Xəbərlər

5-05-2018, 09:54

Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarıldı

Manşet / Gündəm / Xəbərlər

24-04-2018, 08:11

Gömrük Komitəsinin əməkdaşı qətlə yetirilib

Manşet / Gündəm / Xəbərlər

28-03-2018, 07:34

“Abituriyent” jurnalına məxsus saxta nəşrlər aşkarlanıb

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İntensiv qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
Təxribat baş tutmadı: Ermənilər kütləvi şəkildə Azərbaycan benzini alır
Ürəyi xəstə olanlar, nə qədər yağ yeyə bilər?
Sink hansı qidalarda var?
Ev açarını duzla ovuşdurun - Səbəbi
Cinsi istək artırmağın 10 yolu
Son xəbərlər
  • Bu gün, 11:25
    İntensiv qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
  • Bu gün, 10:22
    Təxribat baş tutmadı: Ermənilər kütləvi şəkildə Azərbaycan benzini alır
  • Bu gün, 09:05
    Ürəyi xəstə olanlar, nə qədər yağ yeyə bilər?
  • Bu gün, 09:05
    Sink hansı qidalarda var?
  • Dünən, 22:22
    Ev açarını duzla ovuşdurun - Səbəbi
  • Dünən, 21:52
    Cinsi istək artırmağın 10 yolu
  • Dünən, 20:25
    Patent almaq asanlaşır? - YENİ QAYDALAR
  • Dünən, 19:23
    Pezeşkianı sevindirəcək xəbər: “Əliyev bunu etsə, hər şey dəyişəcək”
  • Dünən, 18:27
    Dodaq çatlamasının səbəbi nədir?
  • Dünən, 17:41
    Ukraynanın gələcəyi ilə bağlı vacib proqnoz: Nələr baş vercək?
  • Dünən, 16:10
    Bu tarixdə qısa iş günü olacaq
  • Dünən, 15:42
    Bilək ağrısının səbəbləri hansılardır? - Evdə müalicə wsulları
  • Dünən, 14:14
    İsraildən İrana ağır zərbə: SEPAH komandanı belə məhv edildi
  • Dünən, 13:34
    Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı vacib açıqlama: Rusiyasız da edə bilərik
  • Dünən, 12:32
    Nazirlikdən əhaliyə çağırış - Uşaqlar risk altındadır, böyüklər isə...
  • Dünən, 11:02
    Suriyada İŞİD liderlərindən biri məhv edildi
  • Dünən, 10:28
    II Qaregini kimin əvəz edəcəyinə Ərdoğan qərar verəcək?
  • Dünən, 09:06
    Dəri niyə qaşınır? – 15 ən yayılmış səbəb
  • 25-12-2025, 22:37
    Həkimlər uzunömürlülüyün ən vacib amilini müəyyən ediblər
  • 25-12-2025, 21:09
    Niyə səhərlər acqarına ilıq su içməliyik?
  • 25-12-2025, 20:33
    Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
  • 25-12-2025, 19:35
    Çin təxribatlara dərhal və sərt cavab verəcək: Xəbərdarlıq
  • 25-12-2025, 18:51
    Miqren tutması zamanı nə etməli? - Həmin gün üçün vacib tövsiyələr
  • 25-12-2025, 17:21
    İrəvanda Bakıya görə ara qarışdı – Paşinyan öz naziri ilə toqquşur
  • 25-12-2025, 16:12
    Tramp və Zelenskinin razılaşdırdığı planın detalları: Putinin cavabı necə olacaq?
  • 25-12-2025, 15:00
    Dəri xərçəngindən bu sadə üsulla qorunmaq olar
  • 25-12-2025, 14:44
    Rusiyadan Azərbaycana qarşı həmlə: ortada 3 səbəb var – Gərginlik artacaq
  • 25-12-2025, 13:18
    200 manat yardım nə vaxt veriləcək? – Tarix açıqlandı
  • 25-12-2025, 12:12
    Sadəcə ilıq südlə qarışdırmaq kifayətdir - yuxu keyfiyyətini yaxşılaşdırır
  • 25-12-2025, 11:45
    Türkiyənin 3 düşməni razılaşdı – Yeni “müharibə”nin arxasında o olacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə